Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 102,01 Kb.

səhifə1/35
tarix08.07.2018
ölçüsü102,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   35



 
ç 


 
ALXAN BAYRAMOĞLU 
MİRZƏ ƏLƏKBƏR SABİR
 
(qısa tərcümeyi-hal) 
Bakı, “Nurlan”, 2001 


Azərbaycan Milli Elmlər Akademiyası, 
Nizami adına Ədəbiyyat İnstitutu 
Elmi redaktoru: Əziz MİRƏHMƏDOV 
ALXAN BAYRAMOĞLU. MİRZƏ ƏLƏKBƏR 
SABİR 
(qısa tərcümeyi-hal). Bakı, "Nurlan” , 2001, 139 səh. 
Filologiya  elmləri  doktoru  Alxan  Bayramoğlunuıı  monoqrafi-
yasında  böyük  Azərbaycan  şairi  M.  Ə.Sabirin  həyat  və  yaradıcılıq 
yoluna  milli  ədəbiyyatşünaslığımızda  ilk  dəfə  olaraq,  klassik  sə-
nətkarın  elmi  tərcümeyi-halının  yazılması  prinsipləri  əsasında  nəzər 
salınır.  Ona  görə  də  həm  sabirşünaslığın  nailiyyətləri,  həm  də 
müəllifin  üzə  çıxartdığı  bir  sıra  yeni  faktların  elmi-nəzəri  şərhi 
əsasında yazılan bu əsər Sabirin həyat və yaradıcılıq yoluna orijinal 
yanaşma tərzi  diqqəti cəlb edir. 
Monoqrafiyanın sonunda şairin poeziyasından bir neçə nümunə də 
verilir. 
46020000 
M  -------------  
N-98-2001 
© “Nurlan" - 2001 



 
Həmişə bizimlə olan şair 
Şairəm, əsrimin ayinəsiyəm, 
Məndə hər kəs görür öz qaş-gözünü... 
Bu  sözləri  böyük  şairimiz  Sabir  özünün,  öz  poeziyasının 
mə'na, məzmun və fikir tutumu, sənətkarlıq məziyyətləri haqqında 
deyərkən  necə  də  haqlı  idi.  Şairin  müdrikliklə  söylədiyi  həmin 
fikirlər özünü bu gün də doğrultmaqdadır; doğrudan da, Sabirin 
satiralarını  hər  dəfə  nəzərdən  keçirəndə  və  ya  fikrimizdə 
dolandıranda  orada  hazırkı  vəziyyətimizin  və  ya  sosial-mə'nəvi 
problemlərimizin hansısa səhifəsini görür və şair uzaqgörənliyinə, 
şair  müdrikliyinə,  onun  incə  və  həssas  müşahidə  qabiliyyətinə, 
psixoloji  təhlil  bacarığına,  vətəndaşlıq  cəsarətinə,  milli  təəssüb 
hissi  ilə  həmvətənlərinin tərəqqisi  uğrunda  yorulmadan apardığı 
mübarizədə sabitqədəm olmasına heyranlığımızı saxlaya bilmirik. 
Çünki Sabir hər şeydən əvvəl vətəndaş şairdir. Onun öz xalqına, 
vətəninə  bəslədiyi  vətəndaşlıq  yanğısı  ürəyinin  qanı  ilə  qələmə 
aldığı satiralarına hopmuşdur. Nəticədə həmin yanğı bir tərəfdən 
şairin  soydaşlarını  tərəqqi  və  inkişafa  yönəltmək  üçün  ürəklərə 
istilik,  hərarət  verirsə,  digər  tərəfdən  də  bu  inkişafa  mane  olan 
ictimai-milli  və  mə'nəvi-psixoloji  eybəcərlikləri  öz  alovu  ilə 
qarsalayır, yandırır. Bu alovun şiddətindən dəhşətə gələn ictimai 
tiplər,  köhnəlik  və  ətalət  qalıqları,  tərəqqi  və  yenilik  buxovları 
sanki səs-səsə verərək həyəcanla deyirlər: 



 
Səs ucalaşdı, qoymayın! 
Millət oyaşdı, qoymayın! 
Rişteyi-dərsə, məktəbə... 
Cümlə dolaşdı, qoymayın! 
İşyavalaşdı, qoymayın! 
El uyuşub azanlara, 
Gündə qəzet yazanlara. 
Od vurulub qazanlara, 
Qaynadı, daşdı, qoymayın! 
Həddidən aşdı, qoymayın! 
Bu  ictimai  tipləri  narahat  edən  millətdaşiarının  oyanıb  öz 
haqlarını anlamağa başlamaları idi. Çünki bu, onlara sərf eləmirdi. 
Əlləri hər şeydən üzülüb əlacsızlıqla başlarına döyməli olanda isə 
öz günlərinə ağlayan həmin tiplər belə nalə çəkirdilər: 
Vay, vay! Nə yuman müşkülə düşdə işim, allah! 
Fəryadimə yet kim, yanıram atəşə, billah! 
İslamə xələl qatmadadır bir neçə bədxah, 
İstərlər ola bəndələrin taği və gümrah, 
Etdim nə yaman əsrə təsadüf, aman, ey valı! 
Lahövla vəla qüvvətə illa
 VE 
billah! 
Başqa bir zümrə isə öz xeyrini başa düşməyib, övladının işıqlı 
gələcəyinin hansı istiqamətdə olduğunu dərk edə bilmədiyi üçün 
üzünü  qəzəblə  yenilik  carçılarına  tutaraq  “Oğul  mənimdir  əgər, 
oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər. oxutmuram, əl çəkin!” 
-deyə  qızğınlıqla  e’tiraz  edilirsə,  “Bəxtəvər"  satirasında  oğlunun 
tərbiyəsizliyindən  və  azğın  hərəkətlərindən  vəcdə  gələn  atanın 
nadanlığı,  dargözlüyü  ifşa  olunur.  Satirada  nadan  ata  oğlunun 
dırnaqarası  qəhrəmanlığı  haqqında  öz  arvadına  vəcdlə  belə  mə 
lumat verir: 



 
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş! 
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Durmuş idim küçədə, bir də nə görüim, həman 
Ağrısını aldığını Feyzi gəlir lap piyan. 
Çatcaq urub bir qoca saili qusdurdu qan, 
Gözlərinə döndüyüm sanki bir aslan imiş! 
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Övladının  bu  cür  azğınlıqlarında,  ictimai  faydalı  əməllərdən 
yayınıb  sözün  əsl  mə'nasında  uçuruma  doğru  yönəlməsində  öz 
xidmətlərindən də həvəslə danışır: 
Yaxşı olııb mən bunun bəxtini çöndərmədim, 
Bir para pis işlərə fikrini döndərmədim, 
Qonşumuzun oğlutək ınəktəbə göndərmədim, 
Doğrusu, məktəb demək guşeyi-zindan imiş! 
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Təəssüflər olsun ki, bu cür atalara, valideynlərə yenə təsadüf 
edirik.  Elə  adamlar  da  var  ki,  öz  bacarığı  olmadığı  halda  iş  gö-
rənlərin hərəsinə bir qulp qoyur, onların qaralarına olmazın böh-
tanlar yağdırırlar. Ancaq həmin böhtanladıqları adamlarla üz-üzə 
gələn kimi başqa şəklə düşüb onlara yalmanırlar. Belələri özlərinin 
simasızlıqları, hər cür yeniliyə qarşı çıxmaları ilə həmvətənlərini 
də uçuruma  yuvarladırlar.  Sabirin ifşa  hədəfinə çevirdiyi  bu  cür 
zümrələr özlərini oxuculara belə təqdim edirlər: 
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz. 
Doludur lə'nət ilə, qeybət ilə söhbətimiz. 
Oxumaqdan payımız yox, yazıdan qismətimiz, 
Bu əvamlıqla belə hər sözü təfsir edərik! 
Mümkün olduqca müsəlmanları təkfır edərik! 
Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq, 
Harda bir nur görürsək, ona qarşı olarıq, 
Bə'zinə diş qıcadıb, bə'zinə quyruq bularıq, 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə