Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   2   3   4   5   6   7   8   9   ...   35


 
Bizə hər kəs çörək atsa, onu təqdir edərik! 
Mümkün olduqca müsəlmanları təkfir edərik! 
Təəssüf  ki,  bu  cür  ictimai-mə'nəvi  eybəcərliklər  cəmiyyəti-
mizdə çoxdur. Çox olduğu üçün də Sabir satiralarının mövzu və 
problematika dairəsi genişdir, rəngarəngdir. 
Yuxarıda misal gətirdiyimiz satiralarda da, “Anyaları, sonya- 
ları yanlayan”, ancaq “Zalxalar daxmasına çöksə qaranlıq bizə nə!” 
—deyən,  pulu  Məkkəsi,  Mədinəsi,  izzəti,  şanı,  şövkəti  bilən, 
əlsiz-ayaqsızları qapıdan qovan, onları adam yerinə qoymayan bir 
çox başqa zümrələr də öz danışıqları ilə daxili aləmlərini, həyata 
baxışlarını,  düşüncələrini  oxucunun  gözü  qarşısında  açırlar.  Özü 
də bu “danışıqların heç biri digərinə bənzəmir. Onlar ifşa hədəfi 
olan tiplərin özləri qədər rəngarəng, özləri qədər xarakterikdirlər... 
Sabirin  satirik  ifşa  üsulları  dialoqlarla,  qarşı  tərəfə  müraciət 
şəklində  giley-güzarla,  bə'zən  öyüd,  nəsihətlə  olur.  Müşahidələr 
göstərir  ki,  bu  üsulların  da  hər  birini  tipin  xarakteri,  mövzuya 
uyğun  seçilən  fikrin  ifadə  forması  müəyyənləşdirir.  Məsələn, 
“Əhval-pürsanlıq, yaxud qonşuma” satirasındakı 
—Nə xəbər var, məşədi? 
—Sağlığın! 
—Az-çox da yenə? 
 
—Qəzet almış Hacı Əhməd də... 
—deyə baş-başa verən ictimai tiplərlə, “Bura say!” satirasın- 
dakı  Zilli  Soltanla  camaatın dialoqunu,  “Vah, bu imiş dərsi-üsu- 
li-cədid?”—deyən  köhnəlik  tərəfdarı  ilə  “Çatlayır,  Xalbacı 
qəmdən  ürəyim”—deyə  giley  edən  avam  qadının  danışığını  ey-
niləşdirmək olmaz. Eyni zamanda “Millət necə tarac olur, olsun, nə 
işim var?!”— deyən satirik tiplə “Mən bilməz idim bəxtdə bu cür 
nikbət  olurmuş”,—  deyənləri  yan-yana  qoymaq  mümkün  deyil. 
Çünki onların hər birinin öz siması, öz düşüncəsi, öz 



 
danışıq tərzi var. 
Sabirin  “Səttarxana”  şe'ri  ilə  Məhəmmədəli  şaha  həsr  etdiyi 
“Doğrudan, Məmdəli, qeyrət həlal olsun sənə!” satirası arasındakı 
fərq  milli  azadlıq  qəhrəmanı  Səttarxanla  despotluq  nümunəsi 
Məhəmmədli şahın arasındakı fərq qədərdir”. 
Sabirin  poeziya  sərvətində  uşaqlara,  onların  geniş  dünyagö- 
rüşlü, ayıq vətəndaş kimi böyümələrinə qayğı və diqqət də özgün 
yer tutub. Şair bir tərəfdən körpə balalarımızın dili ilə “Gəl, gəl, a 
yaz günləri”,— deyə təbiəti oyanmağa səsləyir, bir tərəfdən onun 
məktəb yoluna çıxıb irəliləməsinə mane olan buzu təhdid edirsə, 
digər  tərəfdən  də  üzünü  onlara  tutub  qayğıkeşliklə  belə  nəsihət 
edirdi: 
... Vəqfdən daim istifadə edin; 
Elm təhsilini iradə edin, 
Çalışın, hiniyaz olun, çalışın! 
Elm ilə sərəfraz olun, çalışın!.. 
Sabir  heç  vaxt  islam  dininin  əleyhinə  olmamışdır.  Əksinə, 
dindən  öz  kisələrini  doldurmaq  üçün  istifadə  edib  xalqı  soyan, 
əməlləri  ilə  islamı  və  müsəlman  dünyasını  hörmətdən  salıb, 
dindaşlarını ətalət və cəhalətə sürükləyən mollaların, ruhani adına 
ləkə  olan din  vaizlərinin  əməlləri ilə  barışa bilmirdi.  O,  dindən, 
islamdan  uzaq  öyrənilən  elmin  zərərini,  xalqa,  vətənə  xeyirdən 
çox  ziyan  gətirə  biləcəyini  yada  salaraq  taziyanələrinin  birində 
yazırdı: 
Dinsizlik ilə kəsb olunan bir mədəniyyət, 
İnsanlığın olduqca bəlayası deyilmi? 
Məhdi-mədəniyyət ki, deriz mülki-firəngə 
Vəhşiyyətin ən qorxulu səhrası deyilmi? 
Sabir cəmiyyətdə  rast  gəldiyimiz  ictimai  tiplərin,  zümrələrin 
hamısını bir yerə yığıb özünün odlu satira qırmadan ilə döyəc- 



 
lədikcə onlar səs-səsə verib bu satira sahibinə lə'nətlər yağdırmağa 
başladılar.  Lakin  şair  həmin  tə'nələr  selinin  önündə  məğrurluqla 
dayanaraq deyirdi: 
Seyli-tə'n öylə təməvvüclə alıb (lövri-bərim 
Bənzərəm bir qocaman dağə ki, dəryada durar! 
Döysə də canımı minlərcə məlamət ləpəsi, 
Zöyrəqi-himmətim əvvəlki təmənnada durar! 
...Nə qəm, uğratsa da bir giin məni ifnayə zaman, 
Mən gedərsəmsə məramını yenə dünyadə durar! 
Doğrudan  da,  sadiq  dostu,  vətənpərvər  şair  Abbas  Səhhətin 
yazdığı kimi, mövzuları və təsvir, ifadə üsulları ilə “köhnə şe'rlə 
yeni şe'r arasında bir əsrlik uçurum yaradan”, satiralarının tənqid 
və  ifşaçılıq  pafosu  ilə  şüurlarda  inqilab  edən  Sabirin  məramı, 
amalı, dərdləri, ağrıları bu gün yenə bizim yol yoldaşımızdır. 
Bütün  bunlan  nəzərdə  tutaraq  hər  ilin  may  ayında  Şamaxı 
rayon  məktəblərində  şairə  həsr  edilmiş  silsilə  tədbirlər  keçirir, 
Sabir  irsinin  gəne  nəslə  daha  geniş  çatdırılması  üçün  xüsusi 
proqramlar  hazırlayırıq.  Bundan  əlavə  Şamaxı  rayon  İcra 
Hakimiyyəti Sabirin qəbirüstü abidəsini, onun özünə layiq şəkildə 
yenidən qurulması məqsədilə layihələşdirmişdir. 
Şairin “Hophopnamə”si onun 100 illik yubileyindən sonra tam 
halda  çap  edilməyib.  Həm  “Hophopnamə”nin  nəşri,  həm  də  ali 
təhsil  müəssisələrində  Sabir  təqaüdlərinin  tə’sis  olunması  şairin 
irsinin daha geniş yayılmasına kömək olardı... 
Akif Əliyev, Şamaxı rayon icra Hakimiyyətinin 
başçısı. 
MAY 2001 


10 
 


11 
 
zərbaycan ədəbiyyatının Ə.Xaqani, N.Gəncəvi,  
İ.Nəsimi, M.Füzüli, M.P.Vaqif, M.F.Axundov... kimi 
klassik sənətkarları sırasında Mirzə Ələkbər Sabirin 
də  özgün  yeri  var.  Çünki  öz  sələfləri  kimi  o  da  yaradıcılığı  ilə 
ədəbiyyat tariximizdə yeni mərhələ açmışdır. Bu mərhələ də şairin 
əsasını qoyduğu inqilabi satira ədəbi məktəbidir. 
Sabirə  qədər  də  Azərbaycan  şifahi  və  yazılı  ədəbiyyatında 
satira  olmuş,  hətta  XIX  əsrdə  Q.Zakir  və  S.Ə.Şirvaninin  yara-
dıcılığı ilə bu satira ictimai məzmun kəsb etmişdir. Lakin onların 
tənqid  hədəfləri  cəmiyyətin  ayrı-ayrı  ictimai  bəlalarına  yönəlsə 
də, xalqın ictimai dərdlərini bütövlükdə əhatə edə bilmirdi. Belə 
bir  işi  M.Ə.Sabir  gördü.  Hər  şeydən  yazmağa  başlayan  Sabirin 
(C.Məmmədquluzadə)  satiraları  xalqın  ictimai  bəlalarını  bütün 
xırdalıqlarına  və  incəliklərinə  qədər  əhatə  etməklə  bərabər,  ona 
inqilabi  məzmun  aşıladı.  Yə'ni,  xalq  Sabir  satira  güzgüsündə 
özünə baxanda mövcud olan sosial- mə'nəvi çatışmazlıqları bütün 
çılpaqlığı və qabarıqlığı ilə görərək xəcalət çəkməyə başladı. Bu 
xəcalət getdikcə insanın öz-özünə qarşı çevrilmiş qəzəbə döndü 
və  o,  içində  çabaladığı  sosial-psixoloji  çirkabdan  çıxmaq, 
təmizlənmək  üçün  silkələnib  ayağa  durmağa  çalışdı.  Demək, 
Sabir  satiraları  cəmiyyətin,  xalq  həyatının  ictimai-milli 
naqisliklərinə 
bütövlükdə, 
özü 
də 
açıq-aydın, 
fəal 
vətəndaş-müəllif  tendensiyalılığı  o  nüfuz  etməklə  inqilabi 
məzmun kəsb etdi. Çünki, K.Marksın dediyi kimi, “xəcalət də bir 
növ  inqilabdır.  Xəcalət—qəzəbdir.  Ancaq  insanın  özünə  qarşı 
çevrilmiş  qəzəl.  Həqiqətən  bütöv  bir  millət  xəcalət  çəksəydi, 
sıçramağa hazırlaşaraq 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə