Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   27   28   29   30   31   32   33   34   35

122 
 
Ol şəhidanın
14
 səlam olsun rəvani pakına
15 
 
Kim, tökülmüş qanları Təbrizü Tehran xakına, 
Onların cənnət deyildir mənzili, aya nədir? 
Afərinim himməti-valayi-Səttar xanədir. 
İştə Səttar xan, baxız, bir növ' iqdamat
16
 edib, 
Bir vəzirü şahı yox, dünyam yeksər mat edib
İrzi-islamı, vətən namusunu yüz qat edib, 
Hörməti-heysiyyəti-milliyyətin isbat edib. 
İndi dünyanın təvəccöh
17
 nöqtəsi lranədir, 
Afərinim himməti-valayi-Səttar xanədir. 
İştə Səttar xan, baxız, İranı ihya
18
 eylədi, 
Türklük, iranlılıq təklifin ifa eylədi, 
Bir rəşadət, bir hünər göstərdi, də'va eylədi, 
Dövlətin bir eynini
19
 dünyadə risva eylədi, 
Qaçmayıb pərvanə tək oddan, demə pərvanədir, 
Afərinim himməti-valayi-Səttar xanədir. 
Afərin tərriziyan
20
, etdiz əcəb əhdə vəfa! 
Dustü düşmən əl çalıb eylər sizə səd mərhəba. 
Çox yaşa, dövlətli Səttar xan, əfəndim, çox yaşa. 
Cənnəti-ə'ladə peyğəmbər sizə eylər dua. 
Çün bu xidmətlər bütün islamədır, insanadır. 
Afərinim himməti-valayi-Səttar xanədir. 
 14.Şəhidan— şahidlər. 
  15. Rəvani-pak—təmiz ruh. 
 
16. İqdamat— mətanətlə çalışma, qabağa getməyə, səy etmə 
17. Təvəccöh— üz çevirmə, meyl və maraqla ba. 
 18.İhya- diriltmə, canlandırma 
 19.Eyn—göz.Eynüdövləyə işarədir.Eynüdövlə Təbrizə hücum edən 
 
və Səttar xanla vuruşan şah qoşunlar, sərkərdəsinin ləqəbi idi 
  20.Təbriziyan— təbrizlilər. 


123 
 
ARZU 
Nə dərs olaydı, nə məktəb, nə elmü sən'ət olaydı 
Nə dərsə, məktəbə, elmə, filanə hacət
1
 olaydı! 
Nə səndəli, nəqarandaş, nə lövhü miz, nə təbaşir 
Nə dəftərə, qələmə, kağəzə bu rəğbət olaydı! 
Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə
2  
 
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı! 
Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi. 
Nə bir para oxumuşlarda bu zəkavət
3
 olaydı! 
Nə hiss olaydı cavanlarda əmri-millətə qarşı. 
Nə bu cavanlar olaydı və nə bu millət olaydı! 
Düşəydi daş o günə kim, qazet-mazet sözü çıxdı, 
Qazet işin törədən nabəkarə

 lə'nət olaydı! 
Nə gündə, həftədə, ayda çıxan qazet və nə jurnal. 
Nə mətbəə, nə mühərrir və nə təbaət
5
 olaydı! 
1. Hacət— ehtiyac, lüzum. 
2. Üsuli-cədidə— yeni üsul. 
3. Zəkavət— zəkilik, qabiliyyot, iste'dad. 
4. Nabokar— yaramaz, şuluqçu. 
5. Təbaət təb' etmə, çap etmə, mətbəə işi. 


124 
 
N
Ə
 Şərq olaydı, nə Əqsayi-şərq
6
, həm nə Japonya, 
Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı! 
Nə nəfxi
7
 “Suri-Cəhangir və nə Məlik-Mütəkəllim, 
Nə bə'zi Kişvəri-lranda bu ləcacət
8
 olaydı! 
Nə Türkiyədə bu qanun-əsasi nəşr olunaydı. 
Nə biədəb yeni türklərdə bunca cür'ət olaydı! 
Nə xortlayaydı bu şəki ilə “Molla Nəsrəddin”, ey kaş! 
 Nə kalba Səbzalılarda bu xovfü vəhşət olaydı! 
O köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:  
Gərək bu əsrə görə boylə, boylə adət olaydı! 
Bu bişüurların əqlinə, kəmalına bax bir! 
Qadam kamalınıza! Barı sizdə qeyrət olaydı!.. 
6. Əqsayi-Şərq— Uzaq Şərq. 
7. Nəfx— üfləmə, nəfəslə musiqi alətini çalma. 
8. Ləcacət— tərslik, inadkarlıq. 


125 
 
VAH!.. BU İMİŞ 
DƏRSI-ÜSULİ-CƏDID?! 
Vah!.. Bu imiş dərsi-üsuli cədid?! 
Yox..x! Yo..x! Oğul, məktəbi-üsyandı bu! 
Molla deyil bundakı tə'lim edən! 
Əlhəzər et, bir yeni şeytandı bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
Gör necə alt-üst eləyib şeyləri. 
Döndərib “a-ba”yə “əlif-bey'Məri, 
Bid'ətə bax, “ya” oxudur “yey”ləri, 
Sanki hürufat
1
 ilə düşmandı bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
Diqqət edib baxsan əgər dərsinə— 
Hər sözü tə'lim eləyir tərsinə; 
Dəyməz bir paslı dəmir ərşinə— 
Min də desə diirci
2
-zərəfşandı bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
Verdiyi dərsi uşağa yazdırır, 
Hüccə
3
 demir, hər əməlin azdırır, 
1. Hürufat— hərflər, əlifba. 
2
. Dürc— cavahir saxlanan kiçik qutu, mücrü. 
3.Hüccə oxunanı hecalara ayırma, hüccələmə, qiraətin mollaxana üsulu. 


126 
 
Gah oxudur, gah çıxarıb gəzdirir, 
Bir demir övladi-müsəlmandı bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
Bir də görürsən ki, olub heyvərə— 
Əlli uşaq banladı birdən-birə, 
Dərs demə, gülməli bir məsxərə! 
Molla demə, məsxərəcünbandı
4
 bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
Düz yeri bir yupyumuru şey qanır. 
Həm də deyir sutkada bir fırlanır, 
Ay dolanır, göy dayanır, gün yanır, 
Kafirə bax, gör nə bədimandı bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
Bundan əzəl boylə deyildə səyaq, 
Dərs oxudan mollada vardı ləyaq. 
Molla qoyardı başına şiş papaq; 
Oylə ki, bir fazili-dövrandı bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
İndi bütün iş dolanıb lağlağa, 
Dərs oxudur hər başı fəsli çaga, 
Etdiyi tədrisi ilan, qurbağa, 
Dərs deyil, hərzəvü hədyandı bu! 
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 
4. Məsxərəcünban— masqara edən, oyunbaz. 


127 
 
Mən dəyişib şiveyi-əcdadımı. 
Böylə oda salmaram övladımı! 
Eyləmərəm dinsiz öz əhfadımı! 
At çölə getsin, nə dəbistandı
5
 bu?! 
Dur qaçaq oğlum, baş-ayaq qandı bu! 
Elm adına bir quru böhtandı bu!.. 
Nifrətə şayandı bu! 
Hərzəvü hədyandı bu! 
Müslimi kafir qılan Xaneyi-küfrandı
6
 
bu!.. 
5. Dəbistan— məktəb. 
6.  Xaneyi-küfran— kafirlər, dinsizlər evi. 


128 
 
YAŞAMAQ İSTƏR İSƏK   
SIRF ƏVAM  
OLMALIYIZ! 
Yaşamaq istər isək sırf əvam olmallyız! 
Atıb insanlığı, bilcümlə həvam
1
 olmalıyız! 
Yaşamaq istər isək dəhrdə əmniyyət ilə. 
Elmə, fənnə, üdəbayə
 2 
 baxalım nifrət ilə. 
Uyalım fitnələrə əldəki vəhşiyyət ilə. 
Yatalım bəstəri-qəflətdə uzun müddət ilə; 
Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyız! 
Yaşamaq istər isək sırf əvam olmalıyız! 
Balışa baş qoyalım, yorğanı bərduş
3
 edəlim, 
Pənbeyi
4
-qəfləti yox, zeybəqi
5
 dərgıış edəlim, 
Xabi-övham görüb, seyi kimi cuş edəlim, 
 Qeyrətü himməti-islamı fəramuş
6
 edəlim; 
Dusta mayeyi-qəm, düşmənə kam olmalıyız! 
Yaşamaq istər isək sırf əvam olmalıyız! 
Fikr tədris edən əşxası kənar etməliyiz, 
Hər nasıl olsa bu bidinləri zar etməliyiz. 
Ölkədən bunları məcburi-fərar etməliyiz. 
Tez zamanda vətəni, milləti xar etməliyiz; 
Böyləcə naili-məqsudü məram olmalıyız! 
Yaşamaq istər isək sırf əvam olmalıyız! 
1. Həvam— həşəratlar, ziyanvericilər

2. ÜDəba— ədiblər, yazıçılar 
3. Bərduş— çiyin, çiyin üstə çəkmə. 
4. Pənbə— pambıq. 
5. Zeybəq— civə. 
6. Fəramuş— unutma, yaddan çıxarma. 


129 
 
Başqalar çox da balonlarda edir seyri-hava, 
Biz bu seyri edirik xabdə hər sübhü məsa, 
Qövli-axundu unutdunmu ki, və’z etdi sona: 
Dəhn fanidir, əzizim. ona uyma əbəda! 
Tərki-dünya ilə firdovs xüram olmahyız! 
Yaşamaq istər isək sırf ovam olmahyız! 
Nə bilirsən hələ sən səhneyi-rö'yadə nə var?! 
Əhli-zahir nə qanır aləmi-mə'nadə nə var?! 
Hər nə var—xabdə var, yoxsa bu dünyadə nə var?! 
Yaxşı yat, qol-qanad aç, uç, gör o mə'vadə nə var? 
Həzzi-rö ya ilə məşğuli-mənam
7
 olmahyız! 
Yaşamaq istər isək sırf əvam olmahyız! 
Yat, dolaş cənnəti-ə'ladəki rizvanlar
8
 ilə, 
Qol-boyun ol, məzələş huriyü qılmanlar ilə, 
 Ye, iç!., artıq kefə bax cümlə müsəlmanlar ilə, 
Qoy bu dünyam bu kafirlərə şeytanlar ilə
Biz mələklərlə uçub ali məqam olmalıyız! 
Yaşamaq istər isək sırf əvam olmalıyız! 
Qoy olar kəşfi-bədaye
9
 eləsin sən'ət ilə, 
Paraxod, ya vaqon icad eləsin zəhmət ilə, 
Biz verib pul minərik, yol gedərik rahət ilə, 
Nə münasib ki, rəqabət edək hər millət ilə?! 
Bizə ağalıq edən əhlə qulam olmahyız! 
Yaşamaq istər isək sırf əvam olmahyız! 
7. Mənam— yuxu, yuxulama. 
8 Rizvan—cənnətin  qapıçısı olan mələk.  
9.gözəl şeylər, gözəlliklər 


130 
 
BIR BÖLÜK BOŞBOĞAZIQ. 
HEYVƏRƏLİK ADƏTİMİZ! 
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz, 
Doludur lə'nət ilə, qiybət ilə söhbətimiz, 
Oxumaqdan payımız yox, yazıdan qismətimiz, 
Bu əvamlıqla belə hər sözü təfsir
1
 edərik! 
Mümkün olduqca müsəlmanları təktır
2
 edərik! 
Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq. 
Harda bir nur görürsək, ona qarşı olarıq, 
Bə'zinə diş qıcıdıb, bə'zinə quyruq bularıq, 
Bizə hər kəs çörək atsa, onu təqdir edərik! 
Mümkün olduqca müsəlmanları təkfir edərik! 
Deyilik naşi bu işdə,—ağarıbdır yalımız, 
Bilirik dini-müsəlmanı bu gün öz malımız, 
Üzüqırxıq deyilik— bir şələdir saqqalımız, 
Tərpədib xeyrə onu, aləti-təzvir edərik!  
Mümkün olduqca müsəlmanları təkfir edərik! 
... Danışıb-söyləşərik hər necə ünvan olsun. 
İftira ləğv, əbəs, hərzəvü hədyan olsun, 
Hər kəsə bağlayarıq hər cürə böhtan olsun. 
Qoy bizim din evimiz olsa da viran, olsun. 
1. Təfsir— izah, şərh. 
2. Təkfir—kafir adlandırma. 


131 
 
Güc verib zikrə cinan
3
 qəsrini tə'mir edərik! 
Mümkün olduqca müsəlmanları təkfır edərik! 
Mö'minik, keflənərik arzuyi-cənnət ilə, 
Oxumuşlar adını yad edərik lə'nət ilə, 
Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə. 
Biz bu əfsanələri cəhl ilə tənfır
 4
 edərik! 
 Mümkün olduqca müsəlmanları təkfır edərik! 
Ölkəni seyr edərək hər cürə insan görürük, 
Ancaq öz nəfsimizi pak müsəlman 
görürük, 
Bu xəyal ilə yatıb huriyü qılman görürük,  
Xabi-sadiq deyə bu haləti tə'bir
5
 edərik! 
 Mümkün olduqca müsəlmanları təkfır edərik! 
3. Cinan— cənnət behiştlər. 
4. Tənfir nifrət etdirmə, iyrənc etmə. 
5. Təbir—yozma (yuxunu). 


132 
 
OXUTMURAM, ƏL ÇƏKİN! 
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Gərçi bu bədbəxt özü elmə həvəskardır, 
Kəsbi-kəmal etməyə sə'yi dəxi vardır, 
 Məncə bu işlər bütün şiveyi-küffardır
1

Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır, 
Elmin əbəs olduğun anlamayır, qanmayır. 
Sair uşaqlar kimi hər sözə aldanmayır, 
 Eyləyir ömrün hədər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Eyləmərəm rəhm onun gözdən axanı yaşına, 
Baxsın özündən böyük öz qoçu qardaşına, 
Blsə də verməm riza şapqa qoya başına.  
Kafir ola bir nəfər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? 
Kim sizi qəyyum edib hkm edəsiz bizlərə? 
Yatmaram əsla belə dinə dəyər sözlərə! 
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Qoysanız öz oğlumu mən salım öz halimə, 
Sənətimi öyrədib, uydurum əhvalimə, 
1. Şiveyi-küffar— kafirlərin tərzi-hərəkətləri, 
xasiyyətləri 


133 
 
Dün bu oxutmaq sözün ərz elədim alimə, 
Söylədi: “Haza kəfər...”
2
, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız, 
İndi beş ildir tamam dinimə əl qatmısız, 
Sevgili övladımı kafirə oxşatmısız, 
Duydum işin sərbəsər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Satmaram öz əqlimi siz kimi laməzhəbə
3

Razıyam oğlum gedə qəbrə,—nə ki, məktəbə! 
 Məktəb adın çəkməyin,— mərəbədir
4
, mərəbə!.. 
Əlhəzər
5
, ondan həzər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Bəsdir o bildikləri, kaş onu da bilməsə! 
Canıma olsun fəda bir də üzü gülməsə! 
Taki o zehnindəki fıkirləri silməsə, 
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Fikrimi verməm əbəs siz kimi nadanlara: 
Sövq edəsiz oğlumu bir para hədyanlara, 
Çünki xəyanətçisiz cümlə müsəlmanlara, 
Mənzilinizdir səqər
6
, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!.. 
2.
 
“Haza kəfər..."— bu küfrdür, bu kafirlikdir. 
3.
 
Laməzhəb— məzhəbsiz, dinsiz, 
4.
 
Məl'əbə— oyun yeri. 
5.
 
Əlhəzər— həzər olsun, həzər etməli, çəkinməli. 
6.
 
Səqər— cəhənnəm. 


134 
 
UŞAQ VƏ BUZ 
Dərsə gedən bir uşaq 
Çıxdı buz üstə qoçaq; 
Sürüşdü birdən-birə, 
Düşdü üz üstə yerə. 
Durdu uşaq, neylədi? 
Buza belə söylədi: 
“Sən nə yamansan, a buz! 
Adam yıxansan, a buz! 
Az qalıb ömrün sənin,  
Yaz gələr, artar qəmin: 
Əriyib suya dönərsən, 
Axıb çaya gedərsən!’’ 


135 
 
YAZ GÜNLƏRİ 
Gəl, gəl, a yaz günləri! 
İlin əziz günləri! 
Dağda ərit qarları,  
Bağda ərit qarları: 
Çaylar daşıb sel olsun, 
Taxıllar tel-tel olsun. 
Ağaclar açsın çiçək, 
Yarpağı ləçək-ləçək. 


136 
 
CÜTÇÜ 
Çıxdı günəş, doldu cəhan nur ilə, 
Cütçü sürür tarlada cüt şur
1
 ilə. 
Atlar, öküzlər kotana, güc verir, 
Gah yürüyür, gah yıxılır, gah durur. 
Cütçü batıb qan-tərə, yer şumlayır, 
Şumladığı tarlasını tumlayır. 
Olsa da artıq nə qədər zəhməti— 
İşləməyə var o qədər qeyrəti. 
Çünki bilir rahət əziyyətdədir, 
Şad yaşamaq sə'ydə, qeyrətdədir. 
İndi əgərçi ona zəhmət olar, 
Qışda əyali
 2
, özü rahət bular: 
Cəm edəcək tarlasının hasilin, 
Bəsləyəcək ailəsin, həm elin. 
1. Şur - qovğa, mərəkə, gurultu, patıltı 
2. Əyal - ailə üzvləri 


137 
 
                             MƏKTƏ ŞAGİRDLƏRİNƏ 
                           TÖHFƏ 
Ey uşaqlar, uşaqlıq əyyami,— 
Gələn əyyamın ondadır kamı. 
Kim ki, qeyrətlə zəhmətə alışar, 
Kəsbi-irfanə ruzü şəb çalışar,— 
Zəhməti mayeyi-səadət olar, 
Yaşadıqca həmişə rahət olar. 
Kim ki, tənbəlliyə məhəbbət edər, 
Daim əyləncələrə ülfət edər, 
Keçirir vəqtini cəhalət ilə, 
Bütün ömrü keçər səfalət ilə. 
İştə, övlad, siz bu halı görün, 
Bu iki vazeh ehtimalı görün; 
Vəqtdən daim istifadə edin, 
Elm təhsilini iradə edin
Çalışın, biniyaz olun, çalışın! 
Elm ilə sərfəraz' olun, çalışın! 
Gələcək günlərin səadətini— 
Qazanın fəzlü fəxrü izzətini. 
Sizdədir millətin ümid gözü, _  
Hal ilə söyləyir sizə bu sözü. 
Dinləyin yanğılı sədalərini!.. 
Eşidin atəşin nəvalərini!.. 
Oxuyun, millətin nicatı olun! 
Ta əbəd baisi-həyatı olun! 
1- Sərfəraz - başı uca, başqalarından seçilən. 


138 
 
Kitabın içindəkilər 
Həmişə bizimlə olan şair (A.Əliyev) ................ 
M.Ə.Sabir (qısa tərcümeyi-hal) ........................ 
ŞE’RLƏR 
BİR MƏCLİSDƏ ON İKİ KİŞİNİN SÖHBƏTİ   .............  
MİLLƏT NECƏ TARAC OLUR-OLSUN, NƏ İŞİM VAR ! 
ADƏTİMİZ DAŞ İDİ DƏ'VA GÜNÜ .............................  
UŞAQLARA  ...................................................................  
EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR ................................  
NAƏHL OLANA MƏTLƏBİ ANDIRMAQ OLURMU?! 
MƏN BELƏ ƏSRARI QANA BİLMİRƏM  ...................  
SUAL-CAVAB ...........................................  ...  ................  
BƏXTƏVƏR  ..................................................................  
UŞAQDIR ....................  .....  .......................  ....................  
SƏTTAR XANA .............................................................  
ARZU  ....  .....................  ........................................  .....  ...  
VAH!.. BU İMİŞ DƏRSİ-ÜSULi-CƏDİD?!  ...................  
YAŞAMAQ İSTƏR İSƏK SIRF ƏVAM OLMALIYIZ! .  
BİR BÖLÜK BOŞBOĞAZIQ, HEYVƏRƏLİK ADƏTİMİZ! 
OXUTMURAM, ƏL ÇƏKİN! .........................................  
UŞAQ VƏ BUZ  ..............................................................  .  
YAZ GÜNLƏRİ ..............................................................  
CÜTÇÜ ...........................................................................  
MƏKTƏ ŞAGİRDLƏRİNƏ TÖHFƏ...............................  
ÇOX TƏƏCCÜB EDİRƏM TƏRZİ-CƏDİDƏ Kİ, ONU  ..  
DREPER DEYİR Kİ: .......................................................  
 .... 

 .... 

103 
104 
106 
107 
110 
112 
114 
115 
116 
 
120 
122 
124 
127 
129 
131 
133 
134 
135 
136 
137 
137 


139 
 
Aлхан Бајрам оғлу 
MƏMMƏДOB
 
M.Ə.CAБИР (гыca Təpҹүмеји-haл) 
Baкы, “Hypлaн” 
Həшpиjjaты, 2001. 
DİZAYNER: İbrahim ÖMƏROV 
Yığılmağa verilmiş:  
Çapa imzalanmış: 
Kağız 
formatı:
 
Fiziki çap vərəqi: Sifariş:
 
Tiraj:
 
Qiyməti müqavilə ilə.
 
05.05.2001 
19.05.2001
 
 
60x84 1/16 8,6 
35 
800 (I buraxılış 500) 
Kitab  “Nurlan"  nəşriyyat  -  poliqrafiya  müəssisəsində 
yığılmış və səhifələnmişdir. 


140 
 
 
Alxan Bayram oğlu' 

 
Məm-mədov  Q az ax
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə