Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   27   28   29   30   31   32   33   34   35

115 
 
MƏN BELƏ ƏSRARI 
QANA BİLMİRƏM 
Mən belə əsrarı
1
 qana bilmirəm, 
       Qanmaz olub da dolana bilmirəm!.. 
Derlər utan, heç kəsə bir söz demə, 
—Həq sözü derkən utana bilmirəm!.. 
        Neyləməli, göz görür, əqlim kəsir, 
Mən günəşi göydə dana bilmirəm!..  
Şiddəti-seylan
2
 ilə baran
3
 tökür, 
Bir koma yox, daldalana bilmirəm!.. 
Derlər usan, hərzəvü hədyan demə, 
— Güc gətirir dərd, usana bilmirəm!.. 
       Derlər otur evdə, nedim, kasibəm, 
Kəsb eləməzsəm, qazana bilmirəm!.. 
Derlər, a qanmaz, de yıxıl, öl qutar! 
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi 
Məsləhət ondan o yana bilmirəm!.. 
1
.
Əsrar— sirlər.
 
2
.
 Seylan— sellər; axıntı.
 
3. Baran—yağış,güclü 
yağmur. 


116 
 
SUAL-CAVAB 
—Görmə!—Baş üstə, yumaram gözlərim. 
—Dinmə!—Mütiəm, kəsərəm sözlərim. 
—Bir söz eşitmə!—Qulağım bağlaram. 
—Gülmə!—Pəkey
1
, şamü səhər ağlaram. 
—Qanma!—Bacarmam! Məni mə'zur

tut, 
Boyləcə təklifi-məhalı
3
 unut!  
Qabili-imkanımı olur qanmamaq? 
Məcməri-naf
4
 içrə olub yanmamaq? 
Eylə xəmuş atəşi-suzanını
5

Qıl məni asudə, həm öz canını! 
1.Pəkey—çox 
yaxşı, 
başüstə. 
2. Mə'zur— üzürlü. 
3. Təklifi-mahal—çətin 
təklif. 
4. Məcməri-naf—odlu, 
atəşli qab. 
5. Suzan— yanan, yanar. 


117 
 
BƏXTƏVƏR 
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvanimiş!  
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Durmuş idim küçədə, bir də nə gördüm, həman 
Ağrısını aldığım Feyzi gəlir lap piyan. 
Çatcaq urub bir qoca saili, qusdurdu qan, 
Gözlərinə döndüyüm sanki bir aslan imiş! 
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Sən öləsən, qoy lıolə olsun əməlli cəvan. 
On beşə çatsın yaşı, cür'ətin etsin əyan, 
Bir qoçu olsun bu kim, aləmə salsın fəğan. 
Hər kəs ona söyləsin: Rüstəmi-dastan imiş! 
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Yaxşı olub mən bunu bəxtini çöndərmədim, 
Bir para pis işlərə fikrini döndərmədim— 
Qonşumuzun oğlu tək məktəbə göndərmədim. 
Doğrusu, məktəb demək guşeyi-zindan imiş! 
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Məktəbə getsəydi bu, boylə qalırdı məgər?! 
Dərs ilə olmazdımı bir ala-gic dəngəsər? 
Axşamacan mırt-mırt, heyvərəlik, əlhəzər
1

1. Əlhəzər- həzar olsun, uzaq olsun. 


118 
 
Məktəbə məxsus olan hərzəvü hədyan imiş! 
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 
Həm də olurdu uşaq dərs ilə bəd etiqad.      
Məzhəbə rəxnə
2 3 
 vurub, dinə salırdı fəsad. 
Dininə ayininə etməz idi etiqad 
Oğlumuzun, şükr kim, zatı müsəlman imiş! 
Bəxtəvər olsun başın, bəxtımız oğlan imiş! 
Nəsliıniz insan imiş! 
Elmü ədəb qan imiş! 
Baisi-xizlan
5
 imiş! 
Doğrudan, ay Xansənəm, 
Can sənə qurban, Sononı. 
Nəslimiz insan imiş!.. 
2. Rəxnə— zərər, ziyan, xələl 
3.Xizlan— köməksiz, adamsız qalma, bədbəxtliyə düçar olma, qara 
nə düşmə. 


119 
 
UŞAQDIR 
Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım! 
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 
Atanın goru üçün, boşda bu tifli başına, 
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına, 
İndicə-indicə ancaq yetir on bir yaşına, 
Əqli kəsmir, hərə bir körpə uşaqdır uşağım! 
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 
Bir söyüşdən ötəri etmə əziyyət balama, 
Göyərib coşma, utan, qonşuları yığma dama, 
Sənə söydükləri getsin başı batmış atama, 
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım! 
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 
Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri,— 
Oğlu söydükcə fərəhdən açılır balü pəri; 
Yoxsa, ay hərzə kişi, bir qum sözdən ötəri 
Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım! 
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 
Kişi, az söylə mənə bir dəxi məktəb sözünü! 
Yəni məktəblə uşaq kamil edərmiş özünü? 
Bir söyüşdən yana az danla bu tiflin üzünü! 


120 
 
Sözü ləzzətlə, şirin dilli uşaqdır uşağım! 
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 
Deyilik erməni, zaye edək övladımızı, 
Oxudaq gözləri açılmamış əhfadımızı
1

Görmüşəm elm oxumuş heyvərə damadımızı
2

Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım! 
 Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 
1.Əhfad— nəvələr, övlad, nəsil. 
2. Damad— kürəkən. 


121 
 
SƏTTAR XANA 
Hali-məczubim
1
 görüb, qare, demə, divanədir. 
Nə reyı-şuridəmi
 2 
 zənn elmə bir əfsanədir. 
Şairəm, təb'im dəniz, şe'ri-tərim dürdanədir. 
Bəhcətim eyşim, sürurim
4
,vəcdim əhraranədir
5

İncizabim

 cür'əti-mərdaneyi-mərdanədir. 
Afərinim himməti-valayi
7
-Səttar xanədir. 
Taki millət məcməin
8
 Tehranda viran etdilər. 
Türklər Səttar xan ilə əhdü peyman etdilər. 
Zülmü istibdada qarşı nifrət e'lan etdilər. 
Millətə, milliyyətə can nəqdi qurban etdilər, 
Ayeyi
9
-”zibhi
l
0
 
-əzim” itlaqi
11
 ol qurbanədir, 
Afərinim lıimməti-valayi-Səttar xanədir. 
Həq mədədkar
12 
 oldu Azərbaycan ətrakına
15

Ali-Qacarın protest etdilər Zöhhakına, 
1. Məczub— cəzb olunmuş, vurulmuş. 
2. Şuridə— aşiq, mübtəla. məftun. 
3. Bəhcət— şadlıq, gülərüzlülük. 
4. Sürur—sevinc, şadlıq. 
5. Əhrar— hürriyyət; azadlıq uğrunda çarpışanlar. 
6. lncizab— cəzb olunma; vurğunluq. 
7. Himməti-vala— böyük sə'y və qeyrət. 
8. Məcmə — toplanış yeri, məclis. 
               9. Ayə-Quran surələrini təşkil edən cümlələrin hər biri. 
             10.  Zibh—kəsmə, qurban kəmə 
11. İtlaq— ad, ad verilmə, adlandırılma. 
12. Mədədkar— köməkçi, tərəfdar. 
13. Ətrak— türklər. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə