Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

93 
 
asılıdır. T.Hacıyevin mülahizələrində olan sürüşkənlik, görünüj 
müəllifin tədqiqat obyktinə daha çox ideya-üslub xüsusiyyətləri 
baxımından yanaşmasından və sabirşünaslıqda hökm sürən Sabir 
1905-ci  il  inqilabından  sora  qəzəl  yazmamışdır”  fikrini  tə'siri 
altında olmasından irəli gəlmişdir. 
Qarşılaşdığı  maneələr  Sabiri  amalından  döndərə  bilmirdi 
Doğruluq,  düzlük,  hər  hansı  hadisəyə  obyektiv  qiymət  vermə 
bacarığı və cəsarəti Sabirin şəxsiyyət və yaradıcılığının əsas xü-
susiyyəti idi. Bu haqda əsərlərinin birində yazırdı: 
Dəlir bir miiddət oldu mənzilimiz, 
Onda həll olmaz otdu miişkilimiz; 
Yaşadıqca çoxaldı düşmənimiz, 
Nə edək, doğru söylədi dilimiz!.. 
Bu  xüsusiyyət  Sabirin  beynəlxalq  hadisələrə,  o  cümlədor 
İran inqilabının gedişi və nəticələri haqda yazdığı “Məmdəli de 
yir ki”, “Nasirülmülk Bakıdan İrana azim olduqda”, “Müxbirin- 
səltənəyə”,  “Əcdadına  çəkdi,  pədərin  mütləq  unutdu”,  “Avro-
pada Məmmədəlinin eşqbazlığı”, “Ağladıqca kişi qeyrətsiz olur" 
və s. əsərləri üçün də xasdır. Yeni yüksəliş dövründə İrar inqilabı 
və  bu  ölkəyə  müxtəlif  diplomatik  dairələrin  müəmmalı 
münasibətlərinin  və  İran  hadisələrinin  mahiyyəti,  iç  üzü  bu 
əsərlərdə real bədii boyalarla açılır, hadisələrin gələcək nəticələri 
uzaqgörənliklə xəbər verilir, vəziyyətdən yeganə çıxış yolu kimi 
xalqın gözüaçıq və mübariz olması arzu və tələb olunurdu. Bütün 
bunlar  Sabir  humanizmindən  irəli  gəlməklə,  onun  realist 
qələminin parlaq qüvvəsi ilə üzə çıxarılırdı. 
*** 
İran inqilabına münasibətdə Sabirlə müasiri, həmyerlisi və 
dostu,  görkəmli  romantik  şair  M.Hadinin  mövqelərinin  qısaca 
şərhi maraqlı olardı. Bu, bir də ona görə əhəmiyyətlidir ki, iki 


94 
 
böyük  Sənətkarın  eyni  ictimai-siyasi  hadisəyə  münasibəti  ara-
sındakı oxşar və fərqli cəhətlər eyni zamanda XX əsrin əvvəlləri 
Azərbaycan  demokratik-realist  poeziyası  ilə  romantik  şe'rinin 
mövqeləri  haqqında  təsəvvür  almağa  imkan  verir.  Çünki  Sabir 
demokratik  realist  ədəbiyyatın,  daha  doğrusu,  inqilabi  satira 
ədəbi  məktəbinin banisi  və bayraqdan  olmaqla,  Hadi isə  Azər-
baycan  romantik  poeziyasının  rəhbərlərindən  biri  kimi  mənsub 
olduqları ədəbi məktəbin əsas xüsusiyyətlərini öz yaradıcılıqla-
rında əks etdirməkdədirlər. 
1908-
 
ci  il  iyulun  23-də  İranda  dövlət  çevrilişi  baş  vermiş, 
inqilabın  tə  siri  ilə  verilən  “azadlıqlar  alınmışdı.  İnqilab 
mübarizlərinin qan dənizində boğulduğu bir vaxtda  — həmin il 
avqustun  4-də  “Təzə  həyat”  qəzetində  (Nİ78)  M.Hadinin 
İstiqbalımız parlaqdır” şe ri çıxdı. Burada şair özünəməxsus inam 
və  pafosla  bildirirdi  ki,  maarif  və  mədəniyyətin  inkişafı, 
insanların  mə  nəvi  təkamülünün  nəticəsində  hər  kəs  öz 
“təxti-nəfsində sultan olacaq” və bəşəriyyət fıravanlığa çıxacaq. 
Əlbəttə,  maarif  və  mədəniyyətin  inkişafı  ilə  xalqın  tərəqqi 
tapmasına Sabir də böyük ümid bəsləyirdi. Bununla belə, o, ic-
timai-siyasi  mübarizənin  labiidlüyünii,  köhnələrlə  haqq-hesabı 
birdəfəlik çürütməyin zəruriliyini nəzərə çatdırırdı. O, dostunun 
şerini  “təhzil”
1  2
  edərək  qələmə  aldığı  “İstiqbalımız  lağlağadır 
satirasında  da  diqqəti  ictimai  həyata,  irticanın  hücumuna  cəlb 
edərək göstərirdi ki, köhnələrlə bir yerdə yaşadığımız müddətdə 
istiqbal  xam  xəyal  olaraq  qalacaq.  Hadi  isə  yenə  həmin  ilin 
sentyabrında  “Təzə  həyat”da  dərc  etdirdiyi  Maziyi-müzlimə  ır 
cayi-nəzər—halımız münəvvər istiqbalımız yenə parlaqdır  ad 
1. Bax: Əkrəm Cəfər. Sabir yaradıcılığında təhzıl, nəzirə, bənzətmələr. 
   Azərb.SSR EA-nın Xəbərləri (ictimai elmlər ser-sı),1962, N5,səh.19 
 
2. "Molla Nəsrəddin” jurn., 25 avqust 1908, N34 


95 
 
lı  məqaləsi  ilə  (“Təzə  həyat”  bağlandığı  üçün  məqalənin  ardı 
“İttifaq” qəzetində çıxmışdır) çıxış edərək, fikirlərini 
Darvinin 
təkamül  tə'liminə,  Qərbi  Avropa  maarifçi  romantizminə istina-
dən əsaslandırmağa çalışmışdır. 
1908-ci  ilin  axırları.  1909-cu  ilin  əvvəllərində  Səttərxanın 
başçılığı ilə əldə edilən qələbələr Hadini yenidən ruhlandıraraq 
“Bariqeyi-zəfər  parlayır,  istiqbal  bizimdir”
1
  şerini  qələmə  al-
mağa sövq etdi. Əldə edilən qələbələrdən vəcdə gələn şair hamin 
günlərdə  İran  inqilabı  üçün  qunılan  toru,  irtica  qüvvələrinin 
xarici  imperialistlərlə  əlaqəyə  girib  inqilabi  qüvvələrin  arasına 
təiriqə salmağa çalışmalarını, bu qüvvələrin kifayət qədər gücə 
və  imkanlara  malik  olmalarını  görə  bilmirdi.  Səttərxaııın  rəşa-
dətini Sabir də tərənnüm etmişdi. Lakin o, başa düşürdü ki, ha-
disələrin  bu cür  mürəkkəbləşdiyi  bir dövrdə arxayınlaşmaq  ol-
maz. İnqilabın qarşısında duran sədləri ayrı-ayn şəxsiyyətlər yıxa 
bilməz,  bunun  üçün  kütlələrin  siyasi  hazırlığı,  bırgo  mübarizə 
bacarığı  və  fəalilığı  lazımdır.  O.  həmin  fikirləri  “İstiqbal  bi-
zimdir”
2
 satirasında əsaslandırmışdır. Öz cavab satirasını qələm 
dostunun  “Bariqeyi-zəfər  parlayır,  istiqbal  bizimdir”  şe'riiıin 
axırını  gözləmədən  qələmə  alıb  çap  etdirməsi  Sabir  fəallığına 
daha bir sübutdur. 
İran və Türkiyə inqilablarına həsr etdiyi digər əsərlərdən də 
göründüyü kimi, Sabir konstitusiyalı xalq hakimiyyəti ideyasını 
irəli sürür və bu məqsədə çatmağın real yollarını göstərirdi Bu-
rada  Sabir  humanizminin  beynəlmiləl  və  bəşəri  mahiyyəti  də 
bütün  qabarıqlığı  ilə  üzə  çıxır.  M.Hadi  isə  sonralar  öz  səhvini 
başa  duşsə  də.  hələlik  cəmiyyətin,  bəşəriyyətin  nicatını  zəka 
səltənətinin təntənəsində görür, hadisələrin parlaqlığına uyurdu. 
 1. İttifaq  qəz., 4, 6, S, 13, 16 mart, 1909, N51 54 57 59 
 2. “Molla Nəsrəddin" jurn„ 15 mart. 1909, N11 
’ 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə