Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

84 
 
dan  və  klassiklərdən  seçmə  nümunələrin  müəllifləri  “Həfteyi- 
ədibi”nin.  elmi  və  elmi-publisistik  yazıların  müəllifləri  isə 
“Həfteyi-fənni”  müsabiqəsinin  iştirakçısı  kimi  çıxış  edirdilər. 
Həftə ərzində səhifələrdə çap olunan yazılara müəyyən olunmuş 
komissiya baxaraq qalibləri müəyyənləşdirirdi. 
“Həqiqəfl'in  səhifələrində  həmin  müsabiqələrin  təşkil  olun-
ması, moqsədi və gedişatı haqqında mə'lumatlar qəzetin 13 və 14 
iyun (1910) tarixli nömrələrində verilmişdir. Sabir həm qəzetin 
fəal əməkdaşı, həm də müsabiqənin iştirakçısı kimi, təklif etdi ki, 
təkcə  Bakıdan  deyil,  ətraf  yerlərdən  də  müsabiqəyə  yazı 
göndərilməsini və müsabiqənin, qəzetin daha geniş miqyas kəsb 
etməsini nəzərə alaraq onun müddətini bir həftə yox, on beş gün 
etmək  lazımdır.  Bu  təklif  qəzetin  21  iyun  tarixli  140-cı 
nömrəsində  çap  olunmuş,  redaksiya  xalq  şairinin  təşəbbüsünü 
bəyənərək,  müsabiqələrə  on  beş  gün  müddətində  göndərilən 
əsərlərin seçiləcəyini elan etmişdir (Bax: “Həqiqət qəz., 28 iyun 
1910, Nİ46). 
Sabir həm qəzetin ümumi səhifəsində, həm də müsabiqə gu-
şələrində  fəal  iştirak  edirdi.  Onun  “Həfteyi-ədəbi’  dəki  çıxışı 
daha genişdir. Belə ki, Sabir bu guşədə klassik və müasir sənət-
karlardan seçdiyi beytlərlə yanaşı, “Təbib ilə xəstə , “Qarınca , 
“Qoca bağban” və s. orijinal əsərlər də çap etdirmiş, hətta Hət- 
teyi-ədəbi”nin  müsabiqə  komissiyasının  üzvlərindən  olmuşdur 
(Bax: “Həqiqət” qəz., 15 iyul 1910, Nİ61). 
Həm keçirilən ictimai-ədəbi və elmi tədbirlər, həm də qəzetin 
mö'təbər  müəlliflər  kollektivi  ilə  əhatə  olunması  Həqiqət”in 
oxucu  və  nüfuz  dairəsini  xeyli  artırmışdı.  Bu  uğurların 
qazanılmasında Sabirin oynadığı böyük rolu nəzərə alan Orucov 
qardaşları  (onlar  qəzetin  “sahibi-imtiyazları  idilər)  ona  qəzet 
üçün yazdığı ictimai məzmunlu taziyanələr müqabilində ayda on 
manat mükafat verirdilər. 
“Həqiqət”in təşkil etdiyi həmin müsabiqənin əhəmiyyəti bir 


85 
 
də  ondadır  ki,  o,  külli  miqdarda  folklor  materialının 
toplanmas-  na,  orijinal  əsərlərin  yaranmasına  səbəb  olmaqla 
qalmayıb  br  çox  klassik  sənətkarın  adlarının  və  bədii  irsinin 
yenidən  xatırlanıb  xalqa  çatdırılmasına  səbəb  oldu.  Bununla 
belə,  “Həfleyv  ədəbi”  və  “Həfteyi-fənni”  müsabiqələrinə 
rişxənd edənlər tapıldı (Bax: “Səda” qəz., 24 iyun 1910. Nİ42). 
Sabir belələrim kəskin ruhlu taziyanə ilə cavab verərək yazırdı: 
Sanma bir məsləki tə'qiblə möhkəm qıtlaram. 
Əlli arxın suynu gündə bir arxa çalaram! 
Kefimin gəlməsinə bax, nə gərək yaxşı, yaman? 
Mən gəhi mixi, gəhi nəl'i döyüb tapdalaram. 
Burada Sabir rəqibinin liberalizmini və qərəzkarlığını. görü-
lən işlərə obyektiv münasibət bəsləmədiyini nəzərə çatdıraraq ifşa 
etmişdir. 
“Həqiqət”  qəzetinin  öz  nəşrini  dayandırması  keçirilən  icti-
mai-ədəbi  və  elmi  tədbirlərin  davamına  imkan  vermədi.  Lakin 
həmin  il  (1910)  avqustun  14-dən  e'tibarən  “Həqiqət”in  davamı 
kimi “Günəş” qəzeti nəşrə başladı. 
“Həqiqət” qəzetində olduğu kimi. Sabirin “Günəş”də iştirakı 
da  öz  fəallığı,  fəaliyyət  dairəsinin  genişliyi  və  rəngarəngliyi  ilə 
seçilir.  Burada  o,  dövrün  mühüm  ictimai-siyasi  və  ədəbi-bədii 
məsələlərinə  aid  yüksək  ideya-bədii  keyfiyyətə  malik  əsərlərlə 
çıxış etmişdir. Xalq şairinin “Günəş”də dərc etdirdiyi və o dövrdə 
canlanmağa başlayan İran inqilabı hadisələrinə, dini qanunlar və 
din  xadimlərinin  ona  subyektiv  münasibətlərinə,  intelligentlərin 
millət yolunda etdikləri “xidmətlər”ə, dil və tərcümə məsələlərinə 
həsr olunmuş satiraları ideya-məzmun doiğunluğu, bədii kamilliyi 
və  rəngarəngliyi,  poetik  pafosunun  gücü  ilə  seçilməklə  yanaşı, 
müəllifin ictimai-ədəbi fəallığından xəbər verir. 


86 
 
İran  inqilabı  hadisələrino  həsr  olunan  satiralarda  mürəkkəb 
beynəlxalq və diplomatik hadisələrin gedişinin düzgün dərk olunub, 
onların  son  nəticələrinin  qabaqcadan  müəyyənləşdirilərək 
ictimaiyyətin diqqətinə çatdırılması və s. hallar Sabirin ideya-siyasi 
şüur  səviyyəsinin  yem,  daha  kamil  mərhələsi  haqda  təsəvvür 
almağımıza da kömək edir. Burada biz Sabirin həm sənətkar, həm 
də ədəbi-ictimai xadim və mütəfəkkir kimi daha da yüksəldiyinin, 
onun  yaradıcılığının  bədii  cəhətdən  də  zənginləşdiyinin  şahidi 
oluruq. 
Sabirin ədəbi aləmdə qazandığı mövqe və nüfuz həmişə ardıcıl 
və  təqdiredici  olmuşdur.  O,  ictimai  əhəmiyyətə  malik  hər  hansı 
ədəbi  məsələyə  fəal  və  ayıq  münasibət  bəsləmişdir.  Bu  fikri 
söyləmək üçün əldə olan dəlillərdən biri xalq şairinin (Sabirin) öz 
qələm dostu Ə.Qəmküsarla 1910-cu ilin noyabr və dekabr aylarında 
tərcümə,  yoxsa  təbdil  məsələsi  ilə  əlaqədar  etdiyi  mübahisədir. 
Mübahisəyə  Gəncədən  “Günəş”  qəzetinə  yazılan  bir  müxbir 
məktubu səbəb olmuşdur. Müxbir məktubunda oxuyuruq: “Gəncə 
Nəşri-Maarif  cəmiyyəti  Mirzə  Məhəmməd  Axundovun  “Röyam” 
nam əsərini basdırıb və nəşrə başladı. Müşarileyhin osmanlıcadan 
tərcümə    edilmiş  “Nədamət”  nam  əsəri  dəxi  “Dram”  cəmiyyəti 
tərəfindən  nəşr  edildi.  Hər  iki  əsər  Gəncədə  Hacı  Həsənovların 
mətbəəsində basılmışdır".
1
 
Burada  eyni  dıl  qrupuna  məxsus  olan  osmanlı  və  Azərbaycan 
dillərini bir-birindən tamamilə ayıran müəlliflə razılaşmayan Sabir 
dərhal qələmə aldığı taziyanə ilə qət'i e tirazım bildirmişdir: 
“Osmanlıcadan tərcümə türkə"—hunu 
bilmsənı Gerçək yazıyor gəncəli, yainki 
Itənəkdir, 
Mümkün iki dil bir-birinə tərcümə, amma 
“Osmanlıcadan tərcümə tiirkə” nə 
deməkdir?! 
1. “Günəş” qəz., 14 noyabr 1910. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə