Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

74 
 
M
ən ölüm, Molla, bizim Xankişilıin qanma bax. 
Evinə, mənzilinə, miilkiinə, eyvanına bax. 
Puluna, alverinə, sərvətü-samanma bax, 
Nəfsinə, hirsinə, insafına, vicdanına bax. 
Gör bu qan ilə bunun şən 'inə elısan yaraşır? 
Ya hələ yığmağa pul, elməyə milyan yaraşır? 
Öylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr? 
Molla, bu barədə zəhmət də əgər olsa sana, 
Yaz bizim əhli-məariflərə e'tan elə ta: 
Bir də, məktəb pulu ver söyləməsinlər buna ha!.. 
Dün eşitdim ki, dəxi etməyəcək şərmii-həya, 
Apaçıq söyləyəcək: Vermirəm al.. Vermirəm al... 
Sabirin “Viranə Şəmaxidə mənə gənc tapılmaz” misrası ilə 
başlanan  qəzəli  də  həmin  günlərdə  şairin  vəziyyətinin  dözül- 
məzliyini əks etdirmək baxımından əhəmiyyətlidir. İlk baxışda 
Viranə Şəmaxidə mənə gənc tapılmaz. 
Bir gənc bu viranədə birəııc tapılmaz 
—mətlə'sindən  sonra  gələn  beytlər  əsasmda  oxucuda  belə 
təsəvvür yaranır ki. burada sadəcə olaraq lirik qəhrəmanın intim 
məhəbbət  çırpıntıları  qələmə  alınıb.  Qəzəli  diqqətlə  oxuduqda 
aydın olur ki, o, avtobioqrafık əsərdir. Bu fikri söyləmək uçün 
bir  neçə  dəlil  var;  mə'lumdur  ki.  Sabir  "Həqiqət’  qəzetinin 
1910-cu  il 30  iyun  tarixli  nömrəsindəki  “Həfteyi-ədəbı  ’  guşə-
sində Xaqanidən nümunə olaraq aşağıdakı beyti çap etdirmişdir. 
Dər həmə Şirvan məra hasil nəyaməd nim dııst 
Dusti xud namümkün əst, ey kaş, budi aşina. 
(Tərcüməsi: 
Bütün Şirvanda mən bir nəfər də dost tapınadım. 
Dost yoxdur, heç olınasa bir aşina olaydı). 


75 
 
Sabirin Xaqani yaradıcılığından məhz həmin beyti seçib çap 
etdirməsinə təsadüf kimi baxılmamalıdır. Çünki Sabir qəzəlinin 
mətlə' beyti məzmun və formaca Xaqaninin həmin beytinə çox 
yaxın  gəlir.  Təsadüfi  deyil  ki,  bu  haqda  Ə.Mirəhmədov 
yazmışdır: 
“Məcburiyyət  qarşısında  Şamaxını  tərk  edərək  Bakıya  köç-
müş olan Sabir bu beyti çap etdirməklə, çox güman ki, özünün 
bioqrafık cəhətdən də Xaqaniyə yaxın olduğuna işarə etmək is-
təmişdi”. 
“Viranə  Şamaxidə...”  qəzəlinin  “Rüx  tutmağa dərgahinə bir 
şah  bulunmaz”  misrasının  Sabirin  1909-cu  ilin  axırlarında 
S.M.Qənizadəyə  yazdığı  məktubundakı  “Bir  daha  Şamaxıda 
qalmağa tabü-təvanım qalmayıbdır. Bir nəfər havadar və qəm-
xarım yoxdur”— sətirləri ilə həmahəng olması, şairin yenə av- 
tobioqrafık səpkidə yazdığı “Yaşadıqca xərabə Şirvanda” əso- 
rindəki “Dust zənn etdiyim bütün düşmən” misrasının qəzəlin 
“Bu bağda bir növgüli-bixar görünməz” və s. misralarla ruhon 
səsləşməsi, qəzəlin ümumi ruhundakı bədbinlik və şikayət mo-
tivləri  və  s.  “Viranə  Şamaxidə...”  qəzəlinin  avtobioqrafık 
xarakter daşıdığını söyləmək üçün bizə əsas verir. 
Bütün bunlar göstərir ki, 1909-cu ilin axırlarında Şamaxıda 
Sabirin vəziyyəti acınacaqlı imiş. Qaragüruhçular əllərində olan 
bütün  imkanlardan  istifadə  edərək  şairi  və  onun  məktəbini 
sıxışdırır, onu boykot edirlərmiş. Həyat yoldaşı Billumisə isə bu 
ağır günlərdə Sabiri tək buraxmamışdı. O, ömür-gün yoldaşına 
dayaq  olub,  qol-qanad  verdi.  Qərara  alındı  ki,  “Ümmid” 
məktəbi  üstünə  edilən  maddi  və  psixoloji  hücumlara  dözə 
bilməyib qapandığı üçün şair işləmək üçün Bakıya getsin. Orada 
ona  havadar  ola  biləcək  dostları  çoxdur.  Sabir  də  minlərlə 
həmvətəni  kimi  ailəsinin  güzəranını  tə  min  etmək  üçün 
“Bülbül”  ikən  çəməndən  ayrılmağa  məcbur  oldu.  1910-cu  il 
yanvarın ilk günlərində Bakıya gələn şair son günlərdə başına 
gələn əhvalatları 


76 
 
“Yaşadıqca xərabə Şirvanda" misrası ilə başlanan mənzuməsində 
qələmə almışdır: 
Yaşıldıqca xərabə Şirvanda Bir 
səfa görmədim o viranda. 
Yaşadıqca əzaba düşdü tənim, 
Mənə zindan kəsildi öz vətənim... 
...Aqibət iqtidarımız getdi, 
Sabir ikən təhəmmülüm bitdi. 
Güvənib əhlə olmadan faxir 
Bakıya eylədim səfər axir... 
Sabir  mübarizənin  çətinliklərinə  təkcə  şəxsi  mənafe  üçün 
yox, ictimai amal naminə dözürdü. Ona görə şairin avtobioqra- 
fik.  əsərlərində  də  ictimai  məzmun  aparıcıdır.  Ümumiyyətlə, 
professor  Yaşar  Qarayevin  yazdığı  kimi,  “Hophopnamə’’dəki 
satiralar  formaca  yığcam  avtobioqrafık  süjet  və  monoloqlar, 
dəqiq psixoloji sənədlərdir. Onların hamısın  arxasında zamanla 
və dünya ilə üzbəüz bir şairin möhtəşəm "mon”i dayanır. Məişət 
və mə'nəviyyat, kənd və şəhər bölgüsünü bu “mən’’in düşüncə 
və marağının sərhədlərinə tətbiq etmək qeyri-mümkündür. Bu şe 
rin ruhundan və əsəbindən keçən sərhəd yalnız həqiqətlə saxta, 
ehkamla  düşüncə:  əyri  ilə  düz  arasındadır”.
1
  Sabirin  bö-
yüklüyünün sirri də bununla əlaqədardır. Şəxsi tərcümeyi-halını 
ictimai  amala  həsr  edən  Sabir  həm  ictimai-siyasi  hadisələrə 
münasibətində,  həm ədəbi-nəzəri  görüşlərində, həm  do dövrün 
digər  mühüm  problemlərinin  qoyuluşunda  öz  əzəmət  və 
müdrikliyi ilə seçilir. 
*** 
Sabir 1910-cu il yanvarın ilk günlərində Bakıya gələrək 
1. Yaşar Qarayev. Poetik vicdanın səsi. “Kommunist” qəz.. 2 iyun 1982. 


77 
 
S.M.Qənizadə, Ə.Cəfərzadə və başqalarının köməyi ilə Balaxa- 
m kəndində fəaliyyət göstərən camaat məktəbinə şəriət müəlli- 
mi tə'yin olundu. O, burada şəriət dərsindən başqa Azərbaycan 
və fars dilindən, bir də sərfdən dərs deyirdi. Xalq şairi Balaxanı 
məktəbinə  hazırlıqlı  və  təcrübəli  bir  müəllim  kimi  gəlmişdi. 
Şamaxıdakı  müəllimlik  fəaliyyəti  ona  xeyli  təcrübə  vermişdi. 
Bundan  başqa,  Sabir  ruhən,  mə'nən  pedaqoq  idi.  Uşaq 
psixologiyasına  dərindən  bələdliyi,  uzun  müddət  maarif  və 
mədəniyyət məsələləri ilə bağlılığı, Azərbaycan müəllimlərinin 
ilk  iki  qurultayının  ideyaları  ilə  silahlanması,  milli  uşaq 
mətbuatı  vo  dərsliklərlə  əməkdaşlığı  və  s.  onun  pedaqoji 
fəaliyyətinin  ııü-  munəviliyini  şərtləndirən  amillərdir.  O, 
şagirdlərini  cəmiyyəto  xeyirli  və  lazımlı  adamlar  sırasında 
görmək  istəyirdi.  Məqsədinə  çatmaq  üçün  tə'lim-tərbiyə 
prosesində  əl  atdığı  vasitələrdən  biri  də  Sabirin  şairliyi  ilə 
əlaqədardır.  O,  həmin  günlərdə  qələmə  aldığı  “Məktəb 
uşaqlarına  töhfə”,  “Məktəb  şagirdlərinə  töhfə”  adlı  didaktik 
şe'rlərini mətbuatda çap etdirdi. Məktəb yaşlı uşaqlarda vətənə, 
millətə  qayğı,  ata-anaya  hörmət  və  məhəbbət  elmə,  maarifə, 
oxuyub  öyrənməyə,  tərəqqiyə  çağırış  bu  şe'rlərin  əsas 
ideyasıdır. 
Tezliklə Sabirlə şagirdlər, məktəb və kənd ictimaiyyəti ara-
sında səmimi münasibət, işgüzar əlaqə yarandı. O, keçmiş mü-
əllimi  Seyid  Əzim  ən'ənəsini  davam  etdirərək  poetik  iste'dadı 
olan  şagirdlərin  şe'r,  sənət  aləminə  gəlişi  üçün  əlindən  gələni 
edirdi. Təsadüyi deyil ki, şagirdlərin qələm məhsulları Sabirin 
məsləhət  və  redaktəsi  ilə  daha  da  kamilləşib  mətbuatda  çap 
olunurdu. 
Mövcud  faktlardan  aydın  olur  ki,  Sabirin  Balaxanı 
məktəbın-  dəki  fəaliyyətinə  də  həm  valideynlər,  həm 
müəllimlər, həm  do  rəhbərlik  yüksək  qiymət  vermişdir.  Onun 
yüksək  şəxs'i  və  müəllimlik  keyfiyyətlərini  görən  camaat  öz 
uşaqlarını  məktəbə  daha  həvəslə  qoyur,  qaragüruhçuların 
məktəbə müxtəlif böhtan və 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə