Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

62 
 
si yedirdi. Dünyanın yeniləşmə alovu köhnəliyin üfunət ocaqlarını 
bürüdükcə  həyəcan,  təşviş,  şikayət,  qəzəb  nidaları  daha  çox 
eşidilirdi. Məzlum kütlələr arasında tərpəniş, oyanma, öz hüquq və 
ləyaqətini  dərketmə  duyğusu  qüvvətlənirdi.  Bu  isə  “köhnələri”, 
“yaşdıları”  heç  cürə  razı  sala  bilmirdi.  Onlar  öz  “həmcinslərini” 
maarif  ziyasının  çoxalmasına  qarşı  tədbir  görməyə,  “saşdılar”ın 
aşıb-daşmalan,  hər  yerə  dtrmaşmalarmın  qarşısını  almağa 
çağırırdılar.  Sabir  iti  sənətkar  müşahidə  və  fəhmi  ilə  köhnələrin 
qorxduqları işin baş verdiyini görür və təsvir edirdi. Ancaq şüurun 
dialektikası,  ictimai-siyasi  şüurun  tam,  kompleks  formalaşması 
uzun bir prosesdir və bu halı həyatı realist təsvi- retrnə qabiliyyəti 
ilə  eyniləşdirmək  olmaz.  Sabir  Şamaxıda  doğulmuş,  orada  da 
böyüyüb  boya-başa  çatmışdı.  O  dövrdə  Azərbaycan  ictimai 
həyatında,  xüsusilə  Şamaxıda dini  ideologiya  güclü  idi.  Yuxarıda 
deyildiyi  kimi, hətta  şəhərdəki müsəlmanlar  şiə  və  sünni kimi iki 
cəbhəyə  ayrılaraq,  bir-biri  ilə  daimi  münaqişə  şəraitində  ömür 
sürürdülər. Sabir hələ uşaq ikən bu cür çəkişmələrin acı nəticələrini 
hiss  etmiş  və  bir  xalqın  iki  cəbhəyə  ayrılmasına  qarşı  etirazını 
bildirmişdi. (“Babam sünni, nənəm şiə...”). 
Bununla bərabər yaşadığı mühit və aldığı tərbiyənin tə'siri şarini 
ömürlük  həyatına  hakim  kəsilmiş,  dindarlıq  onu  daim  izləmişdir. 
Bunu ömrünün sonlarında dostlarının birinə yazdığı məktubundan 
gətirilən aşağıdakı sözlər də sübut edir: 'Bəradər, yəqin et ki, şər'ən 
məs'ul  olmasaydım,  özümü  məsmum  edərdim...  Lakin  nə  etməli, 
tərbiyeyi-ibtidaıyyenin  təsirindənmi,  dindarlıqdandırmı  (kursiv 
bizimdir—A.B.) ki, buna vicdanən razı olmayıram...” (III, 231). O 
da  təsadüfi  deyildir  ki,  şair  müsəlmanlıqda  əsas  şərtlərdən  biri 
sayılan səbr və təhəmmüjlə bağlı “Sabir” (səbr edən) sözünü özünə 
təxəllüs  götürmüşdür.  Bu  təxəllüsə  işarə  ilə  əsərlərinin  birində 
yazır: 


63 
 
Aqibət iqtidarımız getdi, 
Sabir ikən təhəmmülüm bitdi (III, 46). 
Deyilənlərə  Sabirin  Şamaxıda  açdığı  məktəbdə  və  Balaxanıda 
ana  dili  və  ədəbiyyat  tədrisi  ilə  yanaşı  şəriəti  öyrətməyə  ciddi 
əhəmiyyət verildiyini əlavə etmək olar.
1
 
Nəhayət,  ciddi  məsələlərdən  biri  Sabirin  islam  ehkamından  o 
zaman  xalq  arasına  düşən  ayrseçkilik,  müxtəlif  təriqət  və  cərə-
yanlara  parçalanma  kimi  hallara  qarşı  mübarizədə  istifadə  etmə-
sidir.  O,  belə  mə'nasız  ixtilaflaruı  qarşısını  almaq  əvəzində  dini 
“quldurçuluq  tüfənginə".  Qur'anı  “təfriqə”  alətinə  çevirənləri  ifşa 
edirdi: 
Dai bəiixiivvəl olur ikəıı bizə Qur'an, 
Əmr eylər ikən birliyə peyğəmbəri-zişaıı, 
Tapmazsan iki müttəfiqiirrə'y müsəlman 
Qafqazda olan bir neçə milyon arasında! 
Dinməz əcəbu ınə'niyi Qıtr'ani bilənlər, 
İslamı belə təfriqədə xar görənlər, 
Aya, oxumazlar nə iiçiiıı dini bölənlər, 
“Kamı şiyən " rəmzini Qur'an arasında! (III. 27) 
Sabir bir din tanıyır ki, o da insanlıq dinidir.  Çünki şairin e'ti- 
qadına  görə,  “insanı  sevənlər  aşiqi-hürriyyət  olurlar”.  O.  islam 
dinində də zülmə, istismara, birinin digəri üzərində ağalığına haqq 
qazandıran  ehkamı  yox,  məhz  birliyə,  qardaşlığa  çağırışı bəyənib 
qəbul edir və bunu sünni-şiə ixtilafına qarşı mübarizədə əlverişli yol 
sayırdı. 
Sabir, dinin istismarçı siniflər əlində vasitəyə çevrilməsini 
         1. Ətraflı bax: “İllifaq” qəz., 20 iyul 1909, N65; “Həqiqət" qəz., 22 mart 2 iyun 
1910, N62, 124; “Səda" qəz.. 22 mart 1910, N64, 16 iyun 1911 Ⅶ93       “Günəş” qəz., 
5 noyabr 1910. N60 və s. 


64 
 
görüb, bunun tərəqqi üçün əngəl olduğunu, insanlıqdan uzaqlı-
ğını  müşahidə  etdikdə  dözə  bilmir,  üsyankar  səsini  ucaldırdı. 
Lakin bu e'tiraz islam dininin mahiyyətinə, özünə qarşı yox, onu 
əldə vasitə edənlərə qaışı çevrilmişdi. Həmin tiplər öz mənafeləri 
naminə  dini  insanlığa  deyil,  ətalətə,  geriliyə  xidmətə  yönəl-
dirdilər. Onlar öz mənafelərinə toxunan hər cür cəhdə qarşı səs- 
səsə verirdilər. “Müəllimlər syezdi” şe'rində məhz belə irticaçı-
lar,  tərəqqipərvərlərin  sünniliklə  şiəliyi  aradan  qaldırmaq 
cəhdlərindən narahat olanlar ifşa olunurlar: 
Lakin bu yamandır ki, iki məzhəbə rəğmən, 
Bir məs 'əh üstündə də gö/tar olacaqdır. 
Sünnilik ilə şiəliyi qaldıracaqlar, 
İslama yetib rəxnə, xələldar olacaqdır. 
Qardaş biləcək bir-birini şiə və sünni, 
Hər əmrdə hənirə 'yü həməfkar olacaqdır. 
Məzhəbləri biryanlıq edib bu uçitellər, 
Ancaq yavan islam aılı Əzkir olacaqdır (1, 123). 
“Sual-cavab” şe'rində də dini, təriqətlərə bölməklə insanların 
qüvvəsini  parçalayan  tiplərin  iç  üzünün  başqa  bir  tərofı  açılır. 
Cavan,  oxumuş  oğlan  qocaya  şiə-sünnilik  təəssüblərinin  ləğv 
olunub-olunmaması  barədə  sual  verəndə  qoca  hövsələdən 
tamam çıxaraq az qalır ki, müsahibini öldürsün. 
Deməli, bütün bu hallarda Sabiri maraqlandırıb məşğul edən 
xalqların,  millətlərin  qardaşlığı,  bəşər  cəmiyyətində  insanlığın 
bərqərar  və təbliğ  olunması idi.  Elə ki, din  söhbətlərinin arxa-
sında gizlənən pis niyyətlər özünü büruzə verir. Sabirin üsyankar 
səsi ucalır. 
İctimai-siyasi şüurun inkişafını ləngidən, insanları kütləşdi-
rən əngəllərdən biri də təvəkkül fəlsəfəsidir ki, başqa dinlər kimi, 
islamda da bu fəlsəfə xeyli yer tutur. Bu təlimə görə insan- 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə