Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

50 
 
zümə gülürsən, ay qare? Həqiqəti bilsən ağlarsan. Sənə bir nümunə 
göstərim, bax”. 
Sonra müəllif göstərir ki. bütün “qaragüruhçular hər bir tərəqqi, 
oyanış  və  tərpənişin  səbəbini  qəzetlərdə  görür,  ona  görə  də 
“qəzetlərin,  ədiblərin  məhv  olmağın  istəyir”lər.  Mətbuatın 
qarşısında duran ictimai borc, bu borcu yerinə yetirməyin çətin və 
şərəfli  olması  haqdakı  fikrini  tutarlı  dəlillərlə  söylədikdən  sonra 
Sabir üzünü yenidən oxucuya tutub deyir: 
“İndi,  ey  möhtərəm  qare,  qaraüzlülərin  qəzetlərdən  şikayət 
etməsi mühüm məsələ deyil də nədir?.. İndi bilirəm dayi gülmürsən. 
Ümidsiz bir halda, boynun çiynində durmusan, dərin- dərin fikirlərə, 
qaranlıq xəyalata qərq olmusan... 
Alt, Şirvan əhlinin vicdanı tək viranəzar olmuş vətən! 
Ruhsuz şirvaniyanə san məzar olmuş vətən!..’’ 
“Molla Nəsrəddin” jurnalı nəşrini davam etdirməyə başlayanda 
Sabir  orada  qələm  və  məslək  dostu  Ö.F.Nemanzadənin  həbs 
olunması ilə əlaqədar yazdığı “Soldumu gülzarın, ey Faiqi Ne'man 
pəsər”
1
  satirasını  çap  etdirdi.  Satirada  Ö.F.Ne'manzadə  zahirən 
haqsızlıqda  günahlandırılsa  da,  tamamilə  aydındır  ki.  Sabir  öz 
məsləkdaşının tərəfində duraraq onun acınacaqlı vəziyyətinə səbəb 
olan ədalətsiz dövranı ifşa edir. 
Yeri gəlmişkən Sabirin “Bəhlul” jurnalı ilə əməkdaşlığının tarixi 
və xarakteri haqqında deməliyik ki, xalq şairi bu jurnalın redaktoru 
Ələsgər  Əliyevin  onu  jumalda  əməkdaşlığa  də  vət  edən  məktuba 
1907-ci il mayın 27-də cavab göndərərək imzasının gizli saxlanması 
şərtilə  jurnalla  əməkdaşlıq  etməyə  razılıq  vermişdi.
2
  Sabirin 
“Bəhlul” jurnalı ilə əməkdaşlıq etməsi təbii 
1. “Molla Nəsrəddin” jurn., 20 oktyabr 1997, N39. 
2.Bax: Alxan Məmmədov. Bir məktub haqqında. “Azərbaycan jurn.. 1984, 
N7, səh.171-172. 


51 
 
dir.  Çünki  bu  jurnal  öz  işində  “Molla  Nəsrəddin”  ən'ənələrinin 
davamçısı kimi çıxış edirdi. 
Xalq  şairinin  burada  iştirakı  həm  də  hər  iki  jurnal  arasında 
ideya-bədii  əlaqələrin  güclənməsinə  səbəb  olmuşdur.  Onun 
“Bəhlur'da  çıxan  ilk  əsəri  “Təraneyi-əsilanə”  (N5)  satirasıdır. 
Satirada Sabir fəhlə sinfinin oyanıb öz hüququ üstə “iddia” ilə çıxış 
etməsini  razılıqla  qələmə  almaqla,  istismarçı,  tüfeyli  zümrələri 
kəskin  ifşa  etmişdir.  Zəhmətkeşlərə  aşağı  nəzərlə  baxan 
istismarçıların  fəhlə  hərəkatı  qarşısında  dəhşətə  gəlmələri  onların 
nitqlərindən,  danışıq  tərzlərindən  aydın  duyulmaqdadır.  Bununla 
belə, öz sinfi psixologiyasından əl çəkə bilmədiyi üçündür ki, ictimai 
tip fəhlə hərəkatına “narazılığını” bu cür bildirir: 
Nə soxulmusan araya, a başı bəlalı fə'lə?! 
Nə xaya ilə olubsan belə iddialı fə'lə?! 
Azərbaycan  ədəbiyyatında  “Təraneyi-əsilanə”  kimi  inqilabı 
məzmunlu satiranın “Bəhluf’da çap edilməsinin bir səbəbi jurnalın 
Bakıda çıxması ilə bağlı idisə, digər tərəfdən burada fəhlə və kəndli 
mövzusunda  üstünlük  verilməsidir.  Həmin  əsərin  ictimai-bədii 
kamilliyi  isə  Sabir  realizminin  get-gedə  püxtələşdiyini, 
ictimai-siyasi  hadisələrə  daha  fəal  müdaxilə  etdiyini  və  şairin 
dünyagörüşü,  həyata  baxışında  ciddi  irəliləyişlər  baş  verdiyini 
göstərməkdədir. 
Sabirin  “Bəhlul”  jurnalına  yazdığı  məktubun  bir  əhəmiyyəti 
xalq şairinin həmin mətbuat orqanı ilə əlaqəsini göstərməkdədirsə, 
digər  tərəfdən  onun  məişəti  haqqında  məlumat  verməsi  və 
əsərlərinin  1907-ci  ildə  daha  çox  imzasız  çap  olunmasının 
səbəblərini izah etmək cəhətdən də qiymətlidir. Məktubdan mə'lum 
olur kı. Sabir ailəsini dolandırmaq üçün bir dükan açıb kəsbkarlıqla 
məşğuldur. Eyni zamanda “Molla Nəsrəddi'n jurnalındakı qiymətli 
satiraları Sabirin yazması, qaraguruhçu . 


52 
 
mə'lum olduğu üçün onun maddi və mə’nəvi vəziyyəti ağırlaşmışdır. 
Xalq şairi daim tə'qib və təhqir olunur. Ona görə əsərlərini imzasız 
çap  etdirmək  məcrubiyyəti  qarşısında  qalmışdır.  Lakin  vəziyyətin 
ağır  olmasına  baxmayaraq  Sabir  ictimai  aləmdə  daha  fəal  iştirak 
etməyə  çalışırdı.  O,  bir  çox  mətbuat  orqanları  kimi  “Təzə  həyat” 
qəzetinin  də  Şamaxı  üzrə  xüsusi  müxbiri  idi.  Təsadüfi  deyil  ki, 
“Təzə  həyat”ın  redaksiya  əməkdaşlarından  olan  Mahmud  Nədim 
Qaragözov  1907-ci  ilin  sonlarında  həm  qəzetə  abunəçi  toplamaq, 
həm də yerlərdə maarif və mədəniyyətin vəziyyəti ilə tanış olmaq 
üçün  Azərbaycan  rayonlarını  gəzərkən  dekabrın  15-də  axşamüstü 
Şamaxıya  gələrək  Sabirlə  görüşmüş,  sonra  qiraətxanaya  və  başqa 
mədəni-maarif obyektlərinə getmişdir. Qonaq həm şəhərin mədəni 
səivyyəsindən  narazı  qalıb,  həm  də  onun  abunəçi  toplamaq  cəhdi 
uğursuzluqla  nəticələnsə  də,  Sabirin  və  digər  şamaxılıların 
qonaqpərvərliyindən razılıq hissi ilə danışmışdır.
1
 
Sabir  mahir  bir  sənətkar  olmaqla, ilk  baxışda adi  görünən hər 
hansı  əhvalatdakı  ictimai  məzmunu  aydınlığı  ilə  gördüyü  kimi 
qabarıq şəkildə əks etdirir. O, Şamaxıda M.N.Qaragözovun başına 
gələn  əhvalatlarla  əlaqədar  qələmə  aldığı  “Töhmət  edir  qə-
zetçilər...”,  “Sual-cavab”,  “Bərəkallah’,  “Daş  qəlbli  insanları 
neylərdin, ilahi!” və s. satiralarında da məişət hadisələrindəki ictimai 
məzmunu qabarıqlığı ilə  üzə çıxarmış,  dövrün  ətalət  və cəhalətini 
satira  atəşinə tutmuşdur.  Əlbəttə,  biz  burada həmin  satiraların sırf 
avtobioqrafık  əsər  olması  iddiasından  uzağıq.  Düzdür,  o  dövrkü 
mətbuatda Şamaxı müsəlman məktəb və qiraətxanasının bərbadlığı, 
onların  ictimai-milli  mənlik  şüurunun  aşağı  olması  haqda  çoxlu 
material var. Eyni zamanda həmin sa 
1.  Bax:  Alxan  Məmmədov.  M.Ə.Sabirlə  “Tazə  həyal  qəzeti  əməkdaşının 
görüşü.  Azərbaycan  SSR  EA-nın  mə  ruzələri.  XLI  cild.  Bakı,  Elm,  1985,  N7, 
səh.70-73. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə