Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

41 
 
... Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə, 
Tə'lirn alasız hər nə ki, aləmdə bitərsə. 
Xeyri buraxıb, əxz edəsiz hər nə tərərsə, 
Mail olasız hər işə kim, fitnəsə, şərsə, 
Adət qılasız hərzvü-hədyaı, uşaqlar! 
Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar! 
Şairin  bu  məzmunda,  bu  ruhda  əsərləri  bir  silsilə  təşkil  edir. 
Məktəb  və  maarifə  çağırışla  kifayətlənməyən  Sabirin  bu  əsər-
lərində,  eyni  zamanda,  ictimai-mədəni  tərəqqi  düşmənlərinə,  hər 
cür  qaragüruha  satira  atəşi  açması,  əlbəttə,  onun  tutduğu  tənqidi 
ralist sənətin ideya-bədii proqramına müvafiq idi. 
Sabirin öz əsərləri, müasirlərinin yazıları və əldə olan müxtəlif 
tipli materiallar göstərir ki, xalq maarifinin inkişafı ilə bağlı bütün 
ictimai  tədbirlər  şairi  özünə  cəlb  etmiş,  o,  həmin  işlərə  əlindən 
gələn hər hansı köməyi əsirgəməmişdir. 
Azərbaycan  müəllimlərinin  1906-cı  ildə  olan  birinci  qurulta-
yının  qərarları  ilə  əlaqədar  yeni  tipli  məktəblər  üçün  müasir  tə-
ləblərə  cavab  verən  proqram  və  dərsliklərin  hazırlanmasına  baş-
lanılmışdı. Sabir həmin tədbirlərdə yaxından iştirak edərək 
1906-ci ildə  çap  olunan  “Milli  nəğmələr”  məcmuəsinə  “Məktəbə 
tərğib”,  “Birinci  il”  dərsliyinə  isə  “Uşaq  və  buz”,  “Yaz  günləri” 
şe'rlərini  verdi.  Şairin  “Ağacların  bəhsi”,  “Cütçü”,  “Qarea  və 
tülkü” əsərləri sonrakı illərdə “İkinci il” (1908) və “Yeni məktəb” 
(1909)  dərsliklərində  çap  olundu.  İdeya-bədii  cəhətdən  qüvvətli 
olan  bu  şe'rlərin  əsas  məziyyətlərindən  biri  onun  uşaq 
psixologiyasına yaxınlığı, ilə bərabər, böyük məşğuliyyət, səriştə 
və yüksək poetik iste'dadla yazılmasıdır. Təsadüfi deyil ki, həmin 
əsərlər  indi  də  dillər  əzbəri  olmaqla,  məktəb  dərsliklərində  ən 
parlaq səhifələri tutur. 
Müasirləri  F.Köçərli,  M.Mahmudbəyov,  A.Səhhət,  A.Şaiq  və  b. 
şairin uşaq əsərləri yazmaqda da böyük qabiliyyətə malik 


42 
 
olduğunu  yüksək  qiymətləndirir,  öz  işlərində  tez-tez  Sabirə  mü-
raciət  edirdilər.  Bu  cəhətdən  M.Mahmudbəyovun  əməyi  xüsusi 
qeyd edilməlidir. 
A.Şaiqin də göstərdiyi kimi, Sabir və Səhhəti uşaq  ədəbiyyatı 
də  maraqlandıran  M.Mahmudbəyov  olmuşdur.  O,  hər  iki  şairin 
uşaqlar üçün yazdığı şe rləri öz dərsliklərində çap ediıdı. Bundan 
başqa, biz yuxanda Mahmudbəyovla Sabirin “Rəhbər” jurnalında 
necə  yaxından  əməkdaşlıq  etdikləri  haqda  bəhs  etmişik.  Lakin 
Sabirin,  Səhhətin  və  başqa  maarif  və  mədəniyyət  xadimlərinin 
göstərdikləri  qabaqcıl  xidmətlərin  üzərində  ictimai  mühitdə  baş 
yerən  yeniləşmə  prosesinin  möhürünü  görməmək  ədalətsizlik 
olardı.  Təsadüfi  deyil  ki,  Azərbaycan  müəllimlərinin  birinci 
qurultayına nisbətən ikinci qurultaya Sabirin münasibəti öz fəallığı 
və dərin ictimai məzmunu ilə diqqəti cəlb edir. Birinci müəllimlər 
qurultayı haqda Sabir yaradıcılığında şairin 1906-cı ildə yazdığı bir 
xəbərlə  rastlaşırıqsa,  ikinci  qurultaya  hazırlıq,  onun  gedişi  və 
nəticələrinin  Sabir  tərəfindən  daim  ayıq  bir  şair-vətəndaş  marağı 
ilə  izləndiyinin  şahidi  oluruq.  O,  müəllimlər  qurultayına 
münasibətini,  qarşıda  duran  vəzifələr  və  çətinliklər  barədə 
fikirlərini  qurultay  ərəfəsində  və  günlərində  qələmə  alıb  “Molla 
Nəsrəddin”  jurnalında  çap  etdirdiyi  “Uçitellər”  və  “Müəllimlər 
siyezdi”  satiralarında  göstərmişdir.  Tərəqqi  düşmənlərinin 
qabaqcıl  ictimai  tədbirlərə  mane  olmaq  cəhdlərini  nəzərdə  tutan 
Sabir  müəllimləri  ayıq  olmağa,  keçonilki  qurultayla  əlaqədar 
aldıqları  dərslərdən  nəticə  çıxarmağa  çağırırdı.  O,  II  müəllimlər 
qurultayının  müzakirə  edəcəyi  məsələlərə  də  ayıq  vətəndaş 
mövqeyi  ilə  münasibətini  bildirir,  diqqəti  qarşıda  duran  mühüm 
aktual məsələlərə cəlb edirdi. 
II müəllimlər qurultayı 1907-ci il avqustun 25-dən sentyabrın 
5-dək keçirildi. Qurultaydan sonra Sabir “Zaman nə istəyir? Amma 
biz...”  məqaləsi  ilə  çıxış  edərək  Azərbaycan  müəllimlərinin  II 
qurultayının zamanın yeniləşmə, maarif və mədəniyyə 


43 
 
tin, ümumən millətlərin inkişafı məsələləri baxımından tələbləri ilə 
əlaqədar  qarşıda  duran  vəzifələri,  imkan  və  şəraiti  ətraflı  təhlil 
etmiş, cəmiyyətin inkişafı üçün gəncliyin, xüsusən ziyalı gənclərin 
öhdəsinə 
məs'ul 
vəzifələr 
düşdüyünü 
tutarlı  dəlillərlə 
əsaslandırmışdır.  Bütün  bunlar  göstərir  ki,  birinci  rus  inqilabının 
tə'siri  ilə  dünyagörüşündə  ciddi  dəyişikliklər  əmələ  gələn  Sabir 
“Molla  Nəsıəddinin”  başında  durduğu  Azərbaycan  inqila- 
bi-demokratik  ideologiyaya  yiyələnməklə  bərabər,  dövrün  icti-
mai-siyasi  və  mə'nəvi  hadisələrinə  getdikcə  daha  artıq,  daha 
dərindən müdaxilə edir, onun sosial fəallığı durmadan artırdı. *** 
Sabiri milli mətbuatın tərəqqisi məsələsi də çox narahat edirdi. 
Çünki  o.  Xalqın  tərəqqi  tapması  üçün  mətbuat  orqanının  böyük 
əhəmiyyət  daşımasını  başa  düşür,  mətbuatı  xalqın  görən  gözü, 
eşidən qulağı, “ruhi-mə'nəvisi” adlandırırdı. Ona görə də 1906-cı il 
sentyabrın  3-dən  sonra  “Həyat”  qəzetinin  bağlanması  Sabirə 
dərindən  tə'sir  etmiş  və  həmin  ayın  26-da  o,  “İrşad”  qəzetində 
“Mətbuat” adlı məqalə ilə çıxış etmişdir. Şair məqalədə göstərirdi 
ki, hər bir millətin mədəni inkişafı onun mətbuatının səviyyəsi ilə 
ölçülür.  O,  xalqın  siyasi-mə'nəvi  və  milli  şüurunun  oyanmasında 
mətbuatın rolunu əsaslandırdıqdan sonra ruhanilərin, varlıların və 
bə'zi  ziyalıların  milli  qeyrət  hissindən  məhrum  olduqlarını 
göstərərək onları qonşu millətlərdən nümunə götürməyə çağırırdı. 
Sabirin  vətənpərvərliyi  dərin  vətəndaşlıq  hissi  ilə  aşılıması 
aşağıdakı sözlərdən də görünür: 
“Bu ar bizə yetməzmi ki, bir milyondan əskik qonşumuz sək-
kiz-on qəzet, jurnal saxlamağı bacara bilsinlər, yeddi milyona qədər 
biz  himmətsiz  Qafqaz  müsəlmanları  bildir  iki  ruznaməyə  malik 
olduğumuzda, bu il üç edə bilmədiyimiz bəs deyil, birin də itirib 
oturduq”. 
O, millət nümayəndələrini, xalqı ayıq olmağa səsləyərək xə- 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə