Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

65 
 
lar hər şeyə dözümlü olmalı, qarşıya çıxan bəlalara  mərdliklə 
sinə  gərməli,  müvəqqəti  dünyada  dözdüyü  çətinliklər,  zülm  va 
təhqirlərin  müqabilində  “haqq”  dünyada  çatacaqları  “Behişti- 
ə'lanın  xəyalı  ilə  yaşamalıdırlar.  Ona  görə  də  zülm  və  istismara, 
təhqir və tə qiblərə qarşı çıxmaq lazım deyildir. Bu tələblərə qarşı 
əməl etməyənlər günaha batırlar. 
1905-1907-ci illər inqilabı, Bakı proletariatının başqa millətdən 
olan  zəhmətkeşlərlə  birlikdə  azadlıq  uğrunda  mübarizəsi  ilə 
yaxından  tanışlıq,  Azərbaycan  kəndində  zülmün  ərşə  dayandığını 
görüb dərindən tə'sirlənməsi və s. səbəblər Sabiri obyektiv surətdə 
islam dininin bu tə'liminə qarşı e'tiraza gətirib çıxarmışdı. O, aydın 
dərk etmişdi ki, bu dözüm və əzaba qatlaşmalara çağırış insanların 
fəaliyyətlərini, həyat eşqini öldürür və istismarı “dövri-qəza” kimi 
qələmə  verərək  hər  şeyə  kor-koranə  dözməyi,  öz  haqqını  tələb 
etməməyi məsləhət görənlər xalqı xəyanət edirlər: 
Yetərkən zalimin zülmıı suna, dövri-qəzadan hil, 
Çalarkən amirin zəcri, onu seyri-səmadan hil! 
Özün öz oğzinə bais olarkən masəhadən hil! 
Du məş'uliyyəti biganədən gör, aşinədən hil! 
Əzil, pama! ol, axlarına huna hir çarə, səhr eylə! 
Bəlayi fəqrə düşdün, razı ol, biçarə, səhr eylə! 
Əgər çox təngdil olsan bu işdən, qıl fəqan, ağla! 
Girişmə başqa bir tədbirə, ancaq hər zaman ağla! 
Bütün dünyadən əl çək, aşikar ağla, nihan ağla! 
Qapansın gözlərin: fikrin, düşünmə, görmə, yan, ağla! 
Tüpür namusa, baxma ııəngə, gəlmə arə, səbr eylə! 
Bəlayi fəqrə düşdün, razı ol, biçarə, səbr eylə' 
(II, 36) 


66 
 
Şe'rdə əvvəldən axıradək zülınə, əzaba dözüm, fəaliyyətsizlik, 
ətalət  tənqid  atəşinə  tutulmuşdur.  Burada  mənfi  qəhrəman 
insanların başına gələn hər bir işi “dövri-qəza”dan bilməyi təbliğ 
edir.  Bu  fəlsəfəyə  görə,  insan  düçar  olduğu  müsibətlərdən  xilas 
yolunu  axtarmamalıdır.  Çünki  allah-təala  belə  məsləhət  bilib. 
Guya, səbrin, dözümün, “ayaqlar altında pamal olmağın” və sairin 
əvəzi o dnyada çatacaq. Lakin şe'rin hər bir ifadə və misrasında 
özünü göstərən şair idealı bu fəlsəfənin tam əksinədir. O, oxucunu 
fəaliyyətə, xoşbəxt həyat və gələcək uğranda mübarizəyə səfərbər 
olmağa səsləyir. Şair göstərir ki, insan nə qədər səbrli və əzaba, 
zülmə  dözümlü  olsa,  o  qədər  tapdanacaq,  qazancı  müftəxorlara 
qismət olacaq, əvəzində isə çoxlu söyüş, təhqir, nifrət alacaq. Sabir 
ictimai  həyatın  bu  qanunauyğunluğunu  görür  və  bir  vətəndaş 
narahatlığı ilə oxucusuna göstərərək onu mübarizəyə səsləyirdi. 
Başqa  bir  əsərində  şair  “Bimərhəmət  ə'yanlarına  şükr,  xuda- 
ya!” (1, 137)— deyə öz üsyankar səsini daha da ucaldır. “Həya-
sızlıq  artıb,  el  mütəhəmmil”  olduqda  isə  Sabirin  e'tiraz  və  üs-
yankarlığı yeni, daha qüvvətli çalar kəsb edir: 
...Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış,— 
Bilməm belə dövranları neylərdin, ilahi?! 
Məzlumların göz yaşı dərya olacaqmış,— 
Dəryaları, ümmanları neylərdin, ilahi?! (J145). 
“Şair artıq ayılıb öz insani hüquqlarını dərk etmiş olan, müasir 
dünyanın  havası  ilə  nəfəs  alan  qabaqcıl  xalq  kütlələrinin  fikrini 
ifadə edərək haqlı bir nəticəyə gəlirdi ki, bu fırıldaqçı lotular din 
və şəriəti açıqdan-açığa “quldurçuluq tüfəngi”nə, alver vasitəsinə 
çevirmişlər”
1
. Sabir üzünü belələrinə tutaraq deyirdi: 
1.  Məmməd  Cəfər.  Seçilmiş  əsərləri.  İki  cilddə,  1  cild,  Bakı,  1973, 
səh.329-330. 


67 
 
Aldanmaram ki, doğrudur aynin, ey əmu! 
Kəssin məni, həqiqi isə dinin, ey əmu! 
İmanına qəsəmlə çapırsan cəmaəti, 
Quldurçuluq Hifəngimidir dinin, ey əmu! (1, 146). 
Sabirin  “...tənqid  atəşinə  tutduğu  "dindarlıq”,  “mö'münlük” 
artıq mücərrəd din təbliğatı vəzifəsindən çox-çox kənara çıxmış, 
pulu,  kapitalı,  sərvəti,  xüsusi  mülkiyyəti,  mütləqiyyət  üsul- 
idarəsini, köləliyi müdafiə və təbliğ edən bir "dinçilik” idi”.

Şairin 
tanıyıb qəbul etdiyi insanlıq, bəşərilik dinidir. Soyğunçuluq, talan 
vasitəsi olan hər hansı bir din Sabir ruhuna yaddır. Bu cür din və 
din  xadimləri  satira  hədəfinə  çevrilirsə,  insanları  xeyirxahlığa. 
qardaşlığa,  birlik  və  müsəlmanlığa  çağıran  adamlar  Sabirin 
rəğbətinə  səbəb  olur, təqdir  edilirlər.  Odur ki,  Sabiri  ateist  e'lan 
etməklə  onun  böyüklüyünü  sün'i  surətdə  şişirtməyə  ehtiyac 
yoxdur. 
Bütün bunları xatırlayıb, nəzərə aldıqda Sabirin ən yaxın dostu. 
ideya silahdaşı Cəlil Məmmədquluzadənin narahatlığının səbəbi, 
hətta şairi çox səmimi bir dillə və təəssüflə tənqid etməsinin sirri 
tanı aydınlaşır. 
                                                   *** 
Mə'lumdur  ki.  Sabir  yaradıcılığında  maarif  və  məktəb  məsə-
lələrinə  xeyli  yer  ayırmaqla  bərabər,  Şamaxıda  və  Balaxanıda 
müəllim işləmişdir. Məktəbdarlıq, pedaqoji fəaliyyət şairin ömür 
yolunun  parlaq  səhifələrindən  olduğu  üçündür  ki,  tədqiqatçılar 
onun  haqqında  yazarkən  ictimai-pedaqoji  fəaliyyəti  barədə  də 
qiymətli  elmi  fikirlər  söyləmişlər.  Əmir  Tağıyev  və  Əhməd 
Seyidov  isə  Sabirin  pedaqoji  görüşlərini  əsas  tədqiqat  obyekti 
kimi götürmüşlər. 
Əvvəlki səhifələrdən mə'lumdur ki, 1906-cı ildən Sabir 
I. Məmməd Cəfər. Seçilmij əsərləri. İki cilddə, I cild Bakı 1973 
səh.331-332. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə