Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

59 
 
və nüfuz sahibi olmuşdur. O, yeri gələndə bu nüfuzdan və qazi- 
liyindən  məharətlə  istifadə  etmişdir.  Şamaxı  qazısının  fəaliyyə-
tində dövrünə görə bə'zi  mütərəqqi cəhətlər də olmuşdur. Bu da 
onun  dövrün,  zamanın  yeniləşmə  tələbini  duyaraq,  onunja 
ayaqlaşmaq cəhdindən irəli gəlmişdir. Həmin cəhəti nəzərdo tutan 
Ö.F.Ne'ıııanzadə  (1902-ci  il  zəlzələsindən  əvvəl  o,  Şamaxıda 
müəllim işləmiş və Hacı Məcid əfəndini şəxsən tanımışdı) yazırdı: 
“Hacı  Məcid  əfəndi  yaxşı  natiq  və  psixoloq  idi.  Yeniliyə,  yeni 
üsulla  tərəfdar  kimi  görünürdü...  Bu  isə  məktəbdə  uşaqlarını 
oxutmaq istəyən alverçilərin xatiri üçün idi. 
Camaatın az-çox yeniliyə doğru getdiyini, gələcəkdə yeniliyin, 
yenilərin  qüvvətlənəcəyim  duyurdu.  Buna  görə  də  istər 
ıııəsciddəki  və'zlərində,  istərsə  tez-tez  olan  qonaqlıqlardakı 
söhbətlərində...  dini  şüarları  təkyə  edərək  yeniliyin,  az-çox  za-
mana uymanın faydasına danışardı... Yenilərlə yenicə, köhnələrlə 
köhnəliyə dair söylərdi". 
Həqiqətən,  Hacı  Məcid  əfəndi  erməni-müsəlman  qırğım  za-
manı,  1906-cı  ildə  Qarabağ  zərərdidələrinə  maddi  yardım  gös-
tərmək  üçün  ianə  toplanmasına  xeyli  kömək  etmişdir.  Sabirin 
həmin  vətəndaşlıq  tədbirlərində  yaxından  iştirak  edərək  görülən 
tədbirləri  bəyəndiyi  haqda  əvvəlki  səhifələrdə  bəhs  elmişik. 
Həmin  günlərdə  Hacı  Məcid  əfəndinin  bir  qazı  kimi,  Qarabağ 
zərərdidələri ilə əlaqədar gördüyü işlər Sabirin nəzərindən yayına 
bilməzdi.  O  da  mə'lumdur  ki,  erməni-müsəlman  davasının 
müsəlmanlarla ermənilərin birgə yaşadığı Şamaxı kimi bir yerdə 
olmamasında  hər  iki  millətin  dini  rəhbərlərinin  müəyyən 
xidmətləri vardır. Bu da Sabiri məmnun etmiş və şair məqalələ-
rində Şamaxıda erməni-müsəlman davasının baş verməməsi üçün 
dini  rəhbərlərin  gördüyü  işlərdən  razılıqla  danışmışdı.  Şübhəsiz, 
bu tədbirlərdə dini rəhbər kimi Hacı Məcid əfəndi də fəal iştirak 
etmişdi. 
XIX əsrin II yarısında xüsusən Şirvan əyalətində, o cümlə- 


60 
 
dən Şamaxı ətrafında və şəhərdə  təriqətçilık güclənmişdi. Sabir 
də  dövrün  qabaqcıl  görüşlü  ziyalılarından  olan  H.Zərdabi, 
S.Ə.Şirvani, M.Mahmudbəyov və b. kimi təriqətçiliyə qəti düş-
mən  münasibəti  bəsləmiş,  bu  hərəkatın  xalqı  ətalət  və  cəhalət 
girdabına  daha  sür'ətlə  sürükləməsini,  xalqı  parçalamasını  öz 
yaradıcılığında dəfələrlə tənqid edərək xalqı birliyə və tərəqqiyə 
çağırmışdır. Təriqətçilik, o cümlədən sünnilik və şiəliyin vətənə 
və millətə vurduğu zərərin tənqidi Sabir yaradıcılığının lap ilkin 
mərhələsindən  başlayaraq  sonuna  kimi  davam  etmişdir.  “Baba 
sünni...”, “A şirvanlılar” və s. satiralarından başqa “Sual- cavab”, 
“Müəllimlər siyezdi”. “Fəxriyyə” və s. əsərlərdə də sünnilik və 
şiəliyin  zərərlərindən  bəhs  olunmuşdur.  Sabir  bu  işləri  də  əsl 
şair-vətəndaş  mövqeyindən  yerinə  yetirirdi.  Hacı  Məcid  əfəndi 
də  sünnilərlə  şiələr  arasındakı  ixtilafları  sakitləşdirir,  təriqətlər 
arasında daima sülh olmasına çalışır və müvəffəq olurdu. Onun 
bu  fəaliyyəti  də  xalqı  əmin-amanlıqda  saxlayırdı.  Sabiri  də 
qazinin gördüyü işin məhz bu tərəfi razı salırdı. 
Bundan başqa, Sabiri ömrü boyu maarifin, məktəblərin inki-
şafı  məsələsinin  narahat  etməsini,  başqa  materiallarda  olduğu 
kimi,  yuxarıda  Ö.F.Nemanzadədən  gətirdiyimiz  sitatda  da  Şa-
maxı  qazisinin  dövrün  yeni  tipli  məktəblər  açmaq  tələbi  ilə 
ayaqlaşmağa çalışmasını da  nəzərə  almaq  lazımdır.  Bır  faktı  da 
unutmaq  olmaz  məlumdur  ki.  Sabir  “Molla  Nəsrəddin  də  və 
başqa mətbuat orqanlarında inqilabi ruhlu satiralarla çıxış etdiyi 
üçün qaragüruhçuların təkid və tə siri ilə tə qib və təktır olunurdu. 
Bu  çətin  anların  birincə  Hacı  Məcid  əfəndi  qaragürahçuların 
cəngindən Sabiri xilas etmişdi. İslam dinində ölən adamın dalınca 
danışmamaq,  onun  ancaq  yaxşılıqlarını  xatırlayıb,  rəhmət 
oxumaq  haqqında  mövcud  qaydanı  və  Sabirin  dindar  bir 
müsəlman kimi bu qaydaya riayət etməsini də nəzərə alsaq, onun 
Hacı  Məcid  əfəndiyə  belə  yanıqlı  növhələr  həsr  etməsinin 
obyektiv səbəbləri xeyli aydınlaşar. Bundan başqa. Hacı Məcid 


61 
 
əfəndi din alimi idi. Sabir də onu daha çox alim kimi yad edirdi. 
Bütün  bunların  əksinə  olaraq,  C.Məmmədquluzadə  din  xadimi 
adında heç bir adamın xeyirxahlığına qəti surətdə inanmırdı. 
Yeri  gəlmişkən  böyük  şairin  dinə  münasibətinin  bə'zi  spesifik 
cəhətlərinə diqqət yetirək. 
Sabir  haqqında  yazan  tədqiqatçıların,  demək  olar  ki,  hamısı  onun 
dinə  münasibətinin  elmi  təhlilini  verməyə  çalışmış  və  təbii  ki,  bu 
məsələdə  müxtəlif  mövqedə  durmuşlar.  Alimlərin  bir  qrupu  şairin 
yaradıcılığı  ilə  şəxsiyyəti  arasındakı  sərhədləri  incəliyinə  qədər 
araşdırmadan onu gah dindar, gah ateist adlandırır, bə ziləri Sabirin 
dinə münasibətdə idealist mövqedə durduğunu söyləyir, digərləri isə 
heç  bir  ədəbi-tarixi  faktla  hesablaşmadan  xalq  şairini  ateist  e'lan 
edərək bu yolla, guya, onu gözümüz qarşısında bir az da ucaldırlar. 
Bu  məsələdə  Ə.Mirəhmədov,  M.Cəfər,  M.Məmmədov  və 
A.Zamaovun  tutduğu  mövqe  daha  obyektiv  və  inamlıdır.  Sabirin 
dinə  münasibətindən  xüsusi  bəhs  edən  Ə.Mirəlmədov  onun  bir 
şəxsiyyət  kimi  dinə  inanmasını  xalq  şairinin  dünyagörüşünün  zəif 
nöqtəsi  kimi  istərmiş,  eyni  zamanda,  yaradıcılığının  obyektiv 
tə'sirinin dinin əsaslarını sarsıtması faktını xüsusi qeyd etmişdir.
1
 
Sabirin dinə münasibətindən danışarkən nəzərə almaq lazımdır ki, o, 
bir  şəxsiyyət  kimi  dinə  inanmış  (hansı  dinə  və  necə?.Bu  barədə 
sonra),  lakin  bu  onun  realist  sənətkar  kimi  öz  dövrünün,  yaşadığı 
mühitin  real  bədii  rəsmini  verməsinə  qətiyyən  mane  olmamışdır. 
Sabirin  yaşadığı  dövr  təlatümlü,  ictimai-siyasi  və  mədəni  oyanma 
dövrü  idi.  Ölkənin  mərkəzlərində  şö'lələnən  zəka  və  inqilab 
qığılcımları  get-gedə  ucqarlara  da  yayılır  və  yavaş-yavaş  alova 
çevrilib  yüzilliklər  boyu  hökm  sürməkdə  olan  istismar  dünyasını 
qarsır, sanki bir təmizlənmə, saflaşma prose- 
1. Ətraflı bax: Əziz Mirəhmadov. Sabir. Bakı, 1958, səh 211-?6S 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə