Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

68 
 
məktəb, xalq maarifi məsələləri ilə bu və ya başqa dərəcədə bağlı 
olmuşdur.  Bu  bağlılıq  inkişaf  edərək  şairdə  müəllim  işləmək 
arzusu  oyatmışdır.  Dostlarının  məsləhəti  və  verdiyi  ümidlər  bu 
arzuya  qol-qanad  vermişdir.  Odur  ki,  Sabir  1907-ci  ildən 
başlayaraq  müəllimlik  lniqııqu  almaq  üçün  çalışır.  Onun 
S.M.Qonizadəyə yazdığı 17 yanvar 1908-ci il tarixli məktubundan 
aydın olur ki, xalq şairi müəllimlik attestatı almaq üçün sənədlərini 
hazırlamaqla məşğuldur. On gün sonra Sabir lazım olan sənədləri 
hazırladığını  və  bir  neçə  gündən  sonra  onları  müvafiq  idarəyə 
vermək  üün  Bakıya  getmək istədiyini  xəbər  verir: 
“Bari  şimdilik 
lazım 
olan  şəhadətnamələri  hazırlamışam,  bir  neçə  gündən  sonra 
Bakıya getmək xəyalında varam...”
 
Bütün hazırlıq işlərini qurtaran şair martda dükanını satır, ap-
relin 11-də isə Bakıda imtahan verib müəllimlik hüququ alır. La-
kin  onun  Qori  seminariyasına  müəllim  düzəlməsi  üçün  yaranan 
imkan baş tutmur. Odur ki, Sabir yeni tipli bir məktəb açmaq qə-
rarına gəlir. Bunun üçün yaxın dostlarının, o cümlədən A.Səhhət 
M.Hadi və başqalarının köməyindən də bir şey çıxmır. Sabir başa 
düşürdü ki, məktəb açmaq arzusuna çatmaq üçün yuxarı dairələrdə 
sözü  keçən  bir  adamın  köməyi  lazımdır.  Bu  adam  Şamaxıda 
fəaliyyət  göstərən  “üsuli-cədid”  məktəblərindən  birinin  müdiri 
Əbdülxalıq əfəndi İbrahimxəlil əfəndi oğlu idi. Sabir Əbdülxalıq 
əfəndiyə müraciət etdi. O, şairi hələlik öz məktəbinə müəllimliyə 
götürdü.  Bu  işdə  1907-ci  ildə  Əbdülxalıq  əfəndiyə  və  onun 
məktəbinə  olan  hücumlar  zamanı  Sabirin  Əbdülxalıq  əfəndini 
müdafiə etməsinin də müsbət tə'siri şəksizdir. 
Beləliklə, Sabir 1908-ci ilin iyunundan Əbdülxalıq əfəndinin 
məktəbində  çalışır.  Elə  ilk  günlərdən  pedaqoqluğu,  uşaq  psixo-
logiyasına  dərindən  bələdliyi  öz  səmərəsini  verir.  Onun  əməyi 
təqdir  olunur.  Bu  haqda  S.M.Qənizadəyə  göndərdiyi  17  avqust 
tarixli məktubunda Sabir yazırdı: “...hala iki aydan ziyadedir ki, 
məktəbdə (Əbdülxalıq əfəndinin məktəbində —
A.B.) 
uşaqlara 


69 
 
tə'lim edirəm. Hem də tə'limimi təqdir ediyorlar”. 
Ibdülxalıq  əfəndinin  məktəbi  o  dövrdə  Şamaxıda  olan  şoxsı 
məktəblər arasında nisbətən qabaqcıl olsa da, dövrün tələblərinə tam 
cavab vermirdi. Sabir də əl-qol aça bilməyib məktəbin imkanları ilə 
hesablaşmalı olurdu. Odur ki, müstəqil fəaliyyol üçün ayrıca məktəb 
açmaq fikrini həyata keçirməkdən ötrü yollar axtarırdı. Bunun üçün 
ələ düşən hər cür fürsətdən istifadə etməyə çalışan şair bir tərəfdən 
Azərbaycan  müəllimlərinin  ikinci  qurultayının  qərarlarına 
söykənirdisə,  digər  tərəfdən  şamaxılıların  Hacı  Məcid  əfəndinin 
xatirəsini əbədiləşdimıək  iiçün  onun adına  məktəb  açılması  fikrinə 
e'tiraz edə bilməmələrindən istifadə etməyə çalışırdı. Çünki, keçən il 
H.Zərdabinin  adını  əbədiləşdirmək  üçün  tərəqqipərvər  ziyalıların, 
onun  şərəfinə  məktəb  açmaq  təklifini  maddi  vəsait  çatışmazlığı 
bəhanəsilə rədd etmişdilər. Bu il isə dini rəhbər vəfat etmişdi. Odur 
ki, ziyalılar bu dəfə yerli əhalinin zəif damarını tutaraq, mərhum qa-
zinin  adını  əbədiləşdirmək  bəhanəsilə  öz  məqsədlərinə  çatmağa 
çalışırdılar.  Əlbəttə,  burada  Hacı  Məcid  əfəndinin  xatirəsinin 
əbədiləşdirilməsi məqsəd yox, bəhanə idi. Lakin bu təşəbbüs də baş 
tutmadı.  Bu  işdə  ölkənin  müxtəlif  şəhərlərində  işləsələr  də,  yayda 
Şamaxıya  dincəlməyə  gələn  ziyalıların  köməyinə  da  ümid 
bəslənilirdi.  Nəhayət,  uzun  çəkən  çək-çevirdən  sonra  1908-ci  il 
avqustun sonlarında Sabirin M.Hadi, A.Səhhət, Ə.T.Ətəndizadə və b. 
ziyalı dostlarının və Əbdülxalıq əfəndi kimi digər nüfuz sahiblərinin 
köməyi ilə yeni tipli bir məktəb açıldı. Onun adı “Ümid” qoyuldu. Bu 
ad altında Sabirin bir çox arzusu öz ifadəsini rəmzi şəkildə tapırdı. 
Xalq şairi həmin məktəbi Hacıbala Zamanov adlı bir nəfər müəllimlə 
şərikli  açsa  da,  əsas  rəhbərlik  Sabirin  öhdəsinə  düşürdü.  Sabir  də, 
digər  mütərəqqi  ziyalılar  kimi,  öz  müəllimlik  işini  Azərbaycan 
müəllimlərinin  ilk  qurultaylarının  rulıuna  uyğun  quraraq  rəhbərlik 
etdiyi məktəbdə şəriətlə bərabər, hesab, tarix, coğrafiya, təbiətşünas- 


70 
 
lıq,  astronomiya,  zoologiya,  nəğmə,  hüsnxət  və  başqa  dərslərə 
üstünlük verirdi. Burada dərslər növbəli və yeni tipli proqramlara 
uyğun  olaraq  sadədən  mürəkkəbə  doğru  aparılırdı.  Ona  görə 
şagirdlərin  mənimsəmə  və  zelıni  inkişaf  səviyyəsi  yüksək  idi. 
Təsadüfi deyil ki, həmin günlərdə Azərbaycanın bir sıra rayonlarını 
gəzməyə  çıxan,  dövrünün  tanınmış  mühərrirlərindən  sayılan 
Haşımbəy  Vəzirov  1909-cu  il  iyul  ayının  6-dan  9-dək  Şamaxıda 
olmuş və burada da maarif-mədəniyyət işləri ilə maraqlanmışdı. Bu 
zaman  ən  çox  Sabirin  məktəbindən  razı  qalan  H.Vəzirov  həmin 
günlərdə  “İttifaq”  qəzetində  dərc  etdirdiyi  “Yol  xatiratım”  adlı 
silsilə yazısında təəssüratını belə bildirir: “Ümumi milli bir məktəb 
açılmayıbsa  da  (Şamaxıda—A.B.),  yarımməxfı  “qantrabat" 
səyağında  iki  məktəb davam  etməkdədir. 
Bu məktəblərdən ikisi  de 
bəqədri-imkan üsuü-cedidə yaxın bir tərzdə idarə olunmaqdadırlar. 
Əbil 
əfəndinin  (Əbdülxalıq  əfəndinin  —  A.B.)  məktəbində  uşaqlar 
mütənəvviədə, tarix və riyazayyatdə, təcvid və qiraəti-quraniyyədə 
pərkardırlar.  Lakin  şəriyyət  və  əqayiddə  bir  az  zəifdirlər. 
Sabir 
əfəndinin məktəbində isə bu nöqsanat da bilmərrə  məhv  olub,  vaqeen 
uşaqlar  gözəl  bir  tərzdə  te'lim  tapırlar. 
Əbil  əfəndinin  məktəbində 
lıifzü-səhhə  və  şairələr  kimi  uşaqların  gücü  az  düşən  elmlərə 
təşəbbüs  olunubsa  da. 
Sabir  əfəndinin  məktəbində  mübtedi  elmlər 
keçilir, lakin əsaslı və davamlı keçilir”. 
(Kursiv bizimdir—A.B.) 
O  dövrdə  xüsusən  ətalət  və  cəhalətin  hökm  sürdüyü  bir  yerdə 
Sabirin  mütərəqqi  tipli  məktəb  təşkilinə  nail  olması  böyük 
fədakarlıq idi. Onun necə çətin şəraitdə işləməsini az-çox təsəvvür 
elmək  üçün  yenə  yuxarıdakı  “Yol  qeydləri”ndən  gətirilmiş 
aşağıdakı sətirlərə nəzər salmaq kifayətdir: “Biçarə Şamaxı bir elə 
hala qalıb ki, bu gün nəinki Qafqaz qit əsində, bəlkə tamam aləmdə 
Şamaxıya  bənzər  dəxi bir kənd,  ya bir qəsəbə qalmayıb. Məktəb, 
tə'lim və tərbiyə sözünün əvəzində hər yerdə eşidilən ancaq təkfır, 
tə'lin və babi sözüdür. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə