Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

78 
 
iftira atmaq cəhdləri uğursuzluqla nəticələnirdi. 
Məktəbdə 1910-cu il mayın 5-dən 26-dək olan buraxılış im-
tahanları şairin qısa müddətdə əldə etdiyi nəticələri qabarıqlığı 
ilə göstərdi. Şagirdlər Azərbaycan və fars dillərindən, şəriətdən 
do çox gözəl imtahan verdilər. Odur ki, rəhbərlik Sabirin maaşını 
20 manat artırdı. 
Lakin  Balaxanı  camaat  məktəbində  də  Sabirin  xoş  günləri 
çox çəkmədi. Yeni dərs ilində məktəbə daha çox uşaq gəlmişdi. 
Bu,  məktəbin  hörmət  və  nüfuzunun  yüksəlməsinin  əks-sədası 
idi.  Təəssüf ki,  camaat  xərci ilə dolanan məktəbin dərsə  gələn 
bütün uşaqları qəbul etməyə gücü çatmadı və mövcud çətinliyi 
aradan qaldırmaq üçün əlavə pul lazım oldu. Yeganə çıxış yolu 
camaatda idi. Çünki çarizm xüsusən ucqarlarda və milli dillərdə 
məktəblərin,  maarif  və  mədəniyyət  ocaqlarının  fəaliyyətinə 
maraq  göstərmirdi. Çıxılmaz  vəziyyətdə qalan  müdriyyət  çıxış 
yolunu  şagirdlərdən  təhsil  haqqı  almaqda  gördü.  Camaat  xərci 
ilə  dolanan  bir  məktəbdə  üstəlik  təhsil  haqqı  istənilməsi  kütlə 
arasında  narazılıq  doğurdu.  Çünki  onsuz  da  ağır  həyat  sürən, 
kəskin  istismara  mə'ruz  qalan  zəhmətkeşlər  təhsil  haqqı  verə 
bilmir, varlılar isə məktəbə maddi yardım göstərmək istəmirdi-
lər. Çağırılan iclaslar, aparılan miizaikrə və təbliğatlar istənilən 
nəticəni vermirdi. Sabir bütün bu prosesin yaxın iştirakçısı kimi 
yaranmış  acınacaqlı  vəziyyəti  ürəkağrısı  ilə  qələmə  alaraq  ya-
zırdı: 
Şimdi hər millət edir nəfsini irfanə fəda, 
Vətən övladı üçün elmə, dəhistanə fəda. 
Qara məxluq deyil, bizdəki ariflər də 
Vətən övladın edir nəf'i-cibişdanə fəda. 
Faktiki  olaraq  1910-cu  il  oktyabrın  31-dən  sonra  Balaxın 
əmktəbi işləmirdi. Yaranmış vəziyyətdən  istifadə edən qaragü-
ruhçular məktəblə camaat arasındakı narazılığın dərinləşməsinə 


79 
 
çalışır,  məktəbə  vo  onun  müəllimlərinə  böhtan  və hədə  mək-
tubları  yazır,  şagirdləri  başına  yığıb  köhnə  üsulla  dərs 
deyirdilər  Hədə  məktubları  Sabirə  də  gəlirdi.  Lakin  o,  aldığı 
məktublarda' qorxmaq əvəzinə yazırdı: 
Saxtə bir xətti-xam ilə mənə kağız yazıb, 
Ey məni təhdid edən min diirlii tə'kiılat ilə! 
Boylə “xortdan gəldi, dur qaç!
 ” 
sözlərin get tiflə de! 
Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!.. 
O, böhtançıları həmin günlərdə “Palanduz” səhifəsində çap 
etdirdiyi  “Şikayət!”  adlı  satirik  məktubunda  da  ifşa  etmişdir. 
Sabit şair-vətəndaş mövqeyi, kəskin ifşaedici ruh şe'rlə bərabə: 
“Şikayət!”  məktubunun  da  başlığından  tutmuş  imzasınadək 
(əsər  “Əz  tərəfı-Mirzə  bisavad”  imzası  ilə  çap  olunmuşdur) 
hakim kəsilmişdir.
1
 
Sabirə yazılan hədə məktubları və onun işdən çıxarılması ta 
ləbi  məkəb  müdiriyyəti  tərəfindən  də  müqavimətlə qarşılandı 
Məktəbin  camaat  üzrə  vəkili  Baxış  Əhmədov  “Adsız 
məktublara  cavab”  məqaləsi  ilə  çıxış  edərək  Sabirin  yüksək 
insani  keyfiyyətlərə  malik  müqtədir,  savadlı,  bacarıqlı  bir 
müəllim  olduğunu,  onun  rəhbərlik  və  camaat  tərəfindən  əziz 
tutulduğunu  va  atılan  böhtanların  əsassızlığını  göstərdi. 
Bununla kifayətlənmə  yon  məktub  sahiblərini  xəttlərindən  və 
yazılarından  tanıdığını  söyləyərək,  onların  Sabirdən  üzr 
istəmələrini  tələb  edir,  əks  halda  bu  haqda  məhkəməyə 
müraciət edəcəyini bildirirdi. 
Deyilənlərdən bir daha aydın olur ki. məktəb nə qədər böh-
ranlı  vəziyyət  keçirsə  və  camaatla  məktəb  arasında  bir  az 
soyuqluq  yaransa  da,  Sabirin  hörmət  və  ehtiramı 
Balaxanı 
camaatı içərisində də həmişə uca tutulmuş, şair özünün bütün 
fəaliyyət sa- 
1. Bax: Alxan Məmmədov. Şairin "Şikayət..." məktubu 
“Azərbaycan” jrn,
 
1987, N5. səh. 115-116. 
 


80 
 
bələrində millətinin, xalqının müqtədir müəllimi kimi yüksəkdə 
dayanmışdır. 
Yuxarıda qeyd etdiyimiz kimi, Balaxanı məktəbində fəaliy-
yəti  də  Sabirin  poetik  yaradıcılığına  müəyyən  qida  vermişdir. 
Maraqlıdır ki, həmin günlərdə “Həqiqət” qəzetinin açdığı “Həf- 
teyi-ədəbi”  guşəsində  bir-birinin  ardınca  şairin  dərc  etdirdiyi 
'Təbib  ilə  xəstə”,  “Qoca  bağban”,  “Qarınca”  və  s.  şe'rləri  ide-
ya-bədii keyfiyyətinə görə digər müəlliflərin əsərlərindən seçilir, 
birincilər  sırasında  dayanırdı.  Oxucularda  doğruluq,  düzlük, 
zəhmətsevərlik. xalq, vətən üçün daim xeyirli işlər görmək kimi 
əxlaqi keyfiyyətlər aşılamağı qarşısına məqsəd qoyan bu əsərlər 
bir daha göstərir ki, Sabirin əməli pedaqoji fəaliyyəti ilə şairliyi, 
ictimai-bədii  yaradıcılığı  vəhdət  təşkil  edir.  Çünki  hər  hansı 
vəziyyətdə Sabir birinci növbədə vətəndaşdır. 
*** 
Şairin  yaradıcılığının  Bakı  dövrü  do  orijinal  keyfiyyətlərə 
malikdir. Bunun başlıca səbəblərindən biri onun Bakının neft və 
fəhlə  rayonlarından  olan  Balaxanıda  yaşayıb  işləyərək  Bakı 
proletariatının  inqilabi  işləri  ilə  birbaşa  tanış  olması  ilə  bağlı 
idisə, digər tərəfdən Bakının həm də qabaqcıl görüşlü maarif və 
mədəniyyət xadimlərinin qızğın fəaliyyət meydanına çevrilməsi 
ilə  əlaqədardır.  Bakının  qaynar  ictimai-siyasi  və  ədəbi-mədəni 
mühitində,  müxtəlif  istiqamətli  olsa  da,  bir  çox  mətbuat 
orqanının  nəşri  də  hər  hansı  vətənpərvər  kimi  Sabirin  də 
ictimai-ədəbi fəaliyyətinə geniş meydan verirdi. Əvvəlki illərdən 
fərqli olaraq, Sabir indi əsərlərini mətbuata özü şəxsən təqdim 
edir, redaksiyalarda əməkdaş kimi çalışırdı. 
Əlbəttə,  Bakıda da  Sabiri birinci növbədə  cəlb  edən  satirik 
orqanlar idi. Odur ki, o, “Molla Nəsrəddin" ən ənələrini davam 
etdirən satirik “Zənbur” jurnalının redaksiya hey ətinə daha çox 
gedir, onun naşiri ilə işçilər arasındakı münaqişənin həll olun- 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə