Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

56 
 
 nəzərə çatdırmışdır. 
İctimai-mədəni  həyatda  passivlik,  böyük  tarixi  şəxsiyyətlərin 
xatirəsinə  laqeyd  münasibət,  bütün  bunların  nəticəsində  keçmişdə 
“ürəfa məskəni” olan Şirvanın öz əvvəlki mövqeyini itirməsi Sabirin 
vətənpərvər təbiətini cərəyana gətirən bəlalar, nöqsanlar, dərdlərdir: 
Həsənim, şimdidi qıl behiştə xuram, 
Oııda Seyyid Əzimə söylə solaııı: 
Key məhin şairi-hədi, kəlam 
Bir xəbər tutmasan vətəndənmi? 
Ürəfa məskəni olan Şirvan Cühəla 
xabgahidir əlan; 
Bizi iğfal edən bu nüktmə Itəman 
Kəndimizdən deyil, zəmandənmi? 
Bütün  bu  sətirlərdə  xalqı  xabi-qəflətdə,  cəhalətdə,  vətəni  isə 
bərbad  halətdə  görən  şairin  sonsuz  kədər  hissi  duyulur.  Sabir  bu 
acınacaqlı  vəziyyətin  günahını  zəmanədən  çox  həmvətənlərinin 
özündə  görürdü.  O,  müasirlərini  sələflərinin  şöhrətini  nəinki 
qorumağa, hətta daha da inkişaf etdirməyə çağırırdı. 
Bu  mövzu  şairi  ömrü  boyu  düşündürmüşdür.  O,  1911-ci  ildə 
qələmə  aldığı  “Vaqiəyi-yubileykaranə”  şe  rində  həmin  məsələyə 
yenidən qayıtmış, Şirvan torpağının yetirməsi olan Xaqani Şirvani, 
Zülfüqar  Şirvani,  S.Ə.Şirvani  kimi  klassiklərlə  yanaşı,  H.Zərdabi, 
S.M.Qənizadə,  M.Mahmudbəyov  və  başqa  xadimlərin  vətən,  xalq 
qarşısında göstərdikləri xidmətlərinin layiqincə qiymətləndirilməsini 
arzulamışdır.  Bu  əsərlərdə  müəyyən  məhəlli  notlar  olsa  da,  böyük 
şair  adlan  çəkilən  şəxsiyyətləri  bütün  vətənin  və  xalqın  övladları, 
xadimləri sayır Çünki onlar Şirvan torpağının yetirmələri olsalar da, 
gördükləri  iş  etdləri  xidmətlər  ümumxalq,  ümumvətən  əhəmiyyəti 
daşıyır. Odur ki, H.Zər- 


57 
 
dabinin vəfatından doğan kədəri ümumxalq kədəri kimi qəbul edən 
şair  ona  vətən  və  xalq  yolunda  göstərdiyi  xidmətlər  müqabilində 
verilən  dırnaqarası  qiymətə  qəti  e'tirazını  bildirirdi.  Realist 
satiralarında  gördüyümüz  dərin  sosial  məzmun,  dövrün,  zamanın 
tələblərinə cavab vermək arzusu xalq şairinin başqa əsərləri kimi, 
indicə yad olunan felyeton və şe'rləri üçün də səciyyəvidir. 
                                           *** 
H.Zərdabidən bir  neçə  ay  sonra  — 1908-ci ilin  fevralında  Şa-
maxı  qazisi  Hacı  Məcid  əfəndi  vəfat  etdi.  Şamaxılıların  böyük 
hissəsi H.Zərdabi kiim mütərəqqi bir adama yas saxlamadığı halda 
Hacı  Məcid  əfəndiyə  hörmət  əlaməti  olaraq  bir  neçə  gün  matəm 
saxlayıb dükan-bazarı da açmadılar. Qazinin ölümündən Sabir də 
kədərlənmişdi.  O,  tə'ziyədariığın  ikinci  günü  “Çünki  vücudi  alim 
bir  ne'məti-xudadır”,  beşinci  günü  isə  “Ey  müsibətzədə 
dindaşlarım, etdikcə nəzər” misralı mərsiyə yazmışdır. Mərsiyələr 
tə  ziyə  məclislərində  oxunmaqla  bərabər,  mətbuatda  da  çap 
olunmuşdur.  Sabir  kimi  bir  adamın  bu  addımı  başqa  qələm 
yoldaşları ilə yanaşı Cəlil Məmmədquluzadəni də narazı salmış və 
o,  “Molla  Nəsrəddin”  jurnalında  çap  etdirdiyi  “Təəssüf’ 
felyetonunda üstüörtülü şəkildə qələm dostunu tənqid etmişdir. 
Sabir  “Molla  Nəsrəddin”  ədəbi-ictimai  fikir  və  mübarizə 
məktəbinin  qabaqcıl  nümayəndəsi  və  ideya  rəhbərlərindən  biri 
olmaqla jurnal redaktorunun da ən çox hörmət və ehtiram bəslədiyi 
şəxsiyyətlərdən  idi.  C.Məmmədquluzadə  bir  redaktor  və  ideya 
rəhbəri  kimi  “Molla  Nəsrəddin”  əməkdaşlarına  qayğı  və 
tələbkarlıqla  yanaşırdı.  Həmin  qayğı  və  tələbkarlığı  əvvəlki  sə-
hifələrdə  gördüyümüz  kimi  “Təəssüf’  felyetonunda  da  asanlıqla 
müşahidə etmək olar. (Bu cür tələbkar dost qayğısın, sonrakı pərdə 
də gorub haqqında danışacağıq). Burada mühüm bir cə- 


58 
 
həti nəzər almaq lazımdır ki, C.Məmmədquluzadə və M.Ə.Sabir 
"Molla Nəsrəddin”in ideya-bədii rəhbərləri kimi məsləkdaş olsalar 
da, ayrı-ayrı fərdiyyət kimi dünyagörüşləri və həyata baxışlarında 
incə  fərqlər  olmamış  deyildi.  Bu  cür  fərqlər  şübhəsiz,  hər  iki 
şəxsiyyətin  məişəti,  təhsili,  fəaliyyəti,  mikromühiti  və  sairlə 
bağlıdır və həmin səbəblərin diqqətlə araşdırılması eyni zamanda 
Sabirlə  C.Məmmədquluzadənin  dünyagörüşündə  mövcud  olan 
fərqləri,  onların  səbəblərini  aydınlaşdırmağa  da  kömək  edərdi. 
Bunu  Sabirin  bioqrafiyasından,  şəxsiyyətindən  söhbət  açıldığı 
halda  belə  bir  məsələnin  üstündən  sükutla  keçilməsi  “cəhdinin” 
qeyri-obyektiv addım olması fikri və hökmü də tələb edir. 
C.Məmmədquluzadənin  dünyagörüşünün  formalaşmasında 
dünyəvi elmlərin, klassik ədəbiyyatın, bolşevik mətbuatının, digər 
fəlsəfı-etik  tə'limlərin,  1905-ci  ildən  sonra  Azərbayanda  geniş 
yayılan  marksizm-leninizm  ideyalarının  rolu  haqqında  elmi 
ədəbiyyatda  az  yazılmamışdır.  Bu  ideya  qaynaqlarının  bir  çoxu 
Sabir  dünyagörüşünün  formalaşmasına  da  tə  sir  göstərmişdir. 
Lakin burada “adi şüur" səviyyəsində olan yerli mühit və təsəv-
vürlər  də  qüvvətli  rol  oynamışdır.  C.Məmmədquluzadənin  Qori 
müəllimlər seminariyası kimi dövrün qabaqcıl ınaarit ocaqlarından 
birinin  yetişdirməsi  olmasının,  Tiflisin  qaynar  ictimai-ədəbi 
mühitində  çalışmasının,  tələbəlikdən  bolşevik  əqidəli  adamlarla 
yaxınlıq  etməsinin  və  sairin  müqabilində  Sabirin  heç  bir  tədris 
müəssisəsində  oxumadığını,  ömrünü  əsasən  Şamaxıda  keçil-
məsini, hər addımda nüfuzlu din xadimləri ilə təmasda olmasını və 
s.də deyilənlərə əlavə etsək, iki şəxsiyyət, iki dünyagörüşü və hər 
hansı  hadisəyə  bəslənən  iki  münasibət  arasındakı  tənasübün 
hardasa  uyğun  gəlməyəcəyi  ehtimalına  təbii  hal  nilini  baxmalı 
olarıq. 
Əldə  olan  materiallardan  aydın  olur  ki.  Hacı  Məcid  ətəndi 
Şamaxıda və ətraf yerlərdə dindar mühit arasında böyük hörmət 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə