Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

53 
 
tiraların  Mahmud  Nədimin  Şamaxıda  olduğu  günlərdə  yazılıb 
"Molla  Nəsrəddin"də  çap  olunduğunu  nəzərə  alıb,  onlan 
M.N.Qaragözovun  1903-ci  ıl  1  və  2  yanvar  tarixli  “Təzə  həyat” 
qəzetində  yol  qeydləri  və  Sabirin  vəfatından  sonra  qələmə  alaraq 
“Nicat"  qəzetində  çap  etdirdiyi  xatirəsinin  işığında  təhlil  eldikdə 
adları  çəkilən  əsərlərin  həm  də  avtobioqrafık  xarakter  daşımasına 
şübhə  yeri  qalmır.  Ancaq  təxminən  bu  cür  vəziyyət  inqilabdan 
əvvəlki Azərbaycanın hər yerində, hətta bütün Yaxın və Orta Şərqdə 
də  hökm  sürürdü.  Odur  ki,  başqa  əsərləri  ilə  yanaşı,  şairin  bu 
satiraları da dövrün mənzərəsini özündə əks etdirirdi. Həm də Sabir 
iste'  dadının  ümumiləşdirmə  gücü  həmin  əsərləri  yüksək  sənət 
nümunəsi  səviyyəsinə  qaldırmışdır.  Bu  fakt  həm  Sabir 
yaradıcılığının  onun  yaşadığı  ictimai  mühitin  əks-sədası, 
ədəbi-ictimai  güzgüsü  olmaqla  üzə  çıxdığını  bir  daha  təsdiqləyən 
detal kimi qiymətlidir, həm də sənət əsərinin dəyərinin onun həyat 
hadisələrinə  nə  dərəcədə  yaxın  olması  ilə  ölçüldüyünü  göstərir. 
Deməli, sənətkar öz həyatında baş verən, yaxud gördüyü və eşitdiyi 
hadisələrə,  keçirdiyi  hisslərə  ümummilli,  ümumbəşəri  məzmun 
aşılaya  bilirsə,  həmin  əsər  xalqın  qəlbində  əbədi  məskən  salaraq 
daim təravətli qalır. Sabir sənəti də bu məziyyətlərə malik olması ilə 
daim təravətli və bahar ətirlidir! 
*** 
İctimai-ədəbi  fəaliyyət  dairəsi  ilə  bərabər,  şairin  nüfuzu,  mü-
asirləri ilə qarşılıqlı əlaqələri genişlənirdi. Bu əlaqə və münasibətləri 
dərindən  öyrəndikdə  onların  işığında  Sabirin  böyüklüyü  daha 
qabarıq şəkildə görünür. Təsadüfi deyil ki, həmin məsələnin ayrı-ayrı 
cəhətləri  barədə  elmi  ədəbiyyatda,  yeri  gəldikcə,  danışılmış, 
professor  Abbas  Zamanov  isə  öz  tədqiqatını  “Sabir 
ve  müasirləri” 
(Bakı, 1973) 
mövzusuna həsr etmişdir. 
Müəllif apardığı araşdırmaların nəticəsi olaraq Sabirin “öz 


54 
 
zəmanəsində  necə  qarşılanması,  müasirlərinin  şairə  münasibəti, 
onların  Sabir  satirası  üzərində  apardıqları  ədəbi  təhlilləri,  habelə 
şairin öz müasirləri olan yazıçılarla qarşılıqlı əlaqəsini tədqiq etmiş, 
ümumiləşdirilmiş  nəticəyə  gəlməyə,  konkret  fikirlər  söyləməyə 
çalışmışdır”.  Təkrara  yol  verməmək  üçün  burada  Sabirin 
H.Zərdabi, 
C.Məmmədquluzadə, 
S.M.Qənizadə, 
M.Hadi, 
Şamaxıdakı  məktəblərdən  birinin  müdiri  Əbdülxalıq  əfəndi,  Şa-
maxı qazisi və b. müasirləri ilə qarşılıqlı əlaqə və münasibətlərinin 
bə'zi  mühüm,  indiyədək  toxunulmamış,  yaxud  az  toxunulmuş 
cəhətlərindən  bəhs  etməklə  şairin  ictimai-ədəbi  fəaliyyəti  və 
şəxsiyyəti, göstərdiyi hər hansı xidmətin, etdiyi hərəkətin məzmun 
və  mahiyyəti  barədə  olan  mövcud  təsəvvürü  imkan  daxilində 
genişləndirməyə və aydınlaşdırmağa çalışacağıq. 
Xalq  şairini  xalq  və millət  yolunda mütərəqqi  xidmətləri  olan 
tarixi  şəxsiyyətlərin  taleyi,  onların  xatirələrinin  əbədiləşdirilməsi 
məsələləri  daim  düşündürmüş,  narahat  etmişdir.  Bu  barədə 
rastlaşdığı hər hansı haqsızlıq və e'tinasızlıq onun vətəndaş qəlbini 
ağrıdaraq  kəskin  satira  qələminə  hədəf  olmuşdur.  Məsələn, 
görkəmli  ictimai  xadim  Həsənbəy  Zərdabinin  xatirəsinə  şairin 
həmyerlilərinin  e'tinasız  münasibəti  Sabirin  kəskin  e'tirazı-  na 
səbəb  olmuşdur.  O,  “Molla  Nəsrəddin”  jurnalında  çap  etdirdiyi 
“Yadigar” felyetonunda şamaxılıların H.Zərdabinin vəfatı və ruhu 
müqabilindəki  hörmətsizliyini  tənqid  etmiş.  Zərdabinin  Şamaxı 
camaatının  boynunda  böyük  minnəti  olduğu  halda,  şamaxılıların 
onun  ölümü  ilə  əlaqədar  bir  başsağlığı  teleqramı  belə 
vurmadıqlarına  dərindən  təəssüflənmişdir.  Tərəqqipərvər  zi-
yalıların  (Sabir  də  bunların  arasında  idi)  Zərdabinin  xatirəsini 
əbədiləşdirmək  üçün  onun  adına  yeni  üsullu  məktəb  açmaq  tə-
şəbbüsünün  qaragüruhçuların  tə  siri  ilə  soyuqqanlılıqla  qarşılan-
masına  mərhumun  ruhuna  heç  olmasa,  balalarından  birinin 
məktəbdə  pulsuz,  yaxud  xalq  hesabına  oxudulması  qərarının  söz 
olaraq qalmasına acı-acı gülmüşdür. Çünki Zərdabinin nəinki 


55 
 
 şamaxılıların,  hətta  bütün  millətin  tərəqqisi,  vətənin  çiçəklənməsi 
yolunda  göstərdiyi  xidmətlər  əvəzsizdir.  Sabir  millətin  'mə  nəvi 
atası” hesab etdiyi H.Zərdabinin şəxsində xalqın görkəmli bir ictimai 
xadimi itirdiyini dərindən dərk edərək onun vəfatına yazdığı şe'rdə 
deyirdi: 
...Uy lıəqiqi mücahidi-islam! 
Nəşri-irfaııda etdiyincə dəvum 
Səni alanıə yaxdı yoxsa ovam? 
Gedişin həsrəti-mihəndənni? 
Yoxsa əhdikcə töxmi-sidqii-səfa 
Səni təkdir edirmi əhli-cəfa? 
Gözlədikcə bu yolda şərti-vəfa, 
Görmədin yardım əhli fəndənmi? 
Ey əkinçi, məzaratmda Bulmadınsa 
səmər həyatında, 
Iştə həngameyi-məmatmda 
Bu tənəbbiit deyil Həsəndəıımi? 
Burada şairin məqsədi yalnız böyük maarifpərvərin ölümündən 
doğan  ümumxalq  kədərini  ifadə  etmək  deyildir.  Xüsusilə  üçüncü 
bənd aşkar göstərir ki, Sabir mərhum həmvətəninin “Əkinçi" qəzetini 
nəşr  etməklə  vətən  torpağına  “irfan”  və  “sidqüsəfa”  toxumu 
səpməsini,  “Cəfa  əhli”ndən,  yə'ni  tərəqqi  və  mədəniyyət 
düşmənlərindən  olmazın  pisliklər  gördüyünü  və  nəhayət,  onun 
bəslədiyi  arzuların  artıq  yavaş-yavaş  həqiqətə  çevrilməyə  (şe'rdə: 
tənəbbüyə)  başladığını  təsvirə  daha  artıq  mə  na  və  əhəmiyyət 
vermişdir.  Qədrşünasl.q  və  minnətdarlıqla  yazılmış  bu  şe'rdə 
H.Zərdabiyə abidə qoyulması arzusu da diqqət. cəlb edir. Şair həmin 
arzunu  və  cəhalətpərəstlərin  avam  camaatın  bu  iş,  görə 
bilmədiklərini,  yuxarıda  qeyd  etdiyimiz  ki  mı,  yenə  Həsənbəy 
Zərdabinin  vəfat,  və  onun  xatirəsinə  bəslənən  soyuq  münasibətin 
tənqidinə həsr etdiyi “Yadigar” felyetə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə