Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

90 
 
duz”un ruhuna uyğun olaraq səhifənin “poçt qutusumda oxucuya 
satirik tərzdə belə  cavab  verdi: 
“Mərsiyaxana  (sorğu  məktubu  bu 
imza ilə göndərilibmiş—A.B.)—Nizə dar əfəndimiz, bir az neqahəti 
olduğundan  Şamaxıya  getmişdir.  Buna  görə  de  bir-iki  nömrədir  ki, 
yazmayır. İnşallah, bu gələcəkdə bir mərsiyə deyəcəkdir”.
1
 
Mütəxəssislərin marağına səbəb olan həmin məlumata. şairin 
Q.Şərifzadəyə yazdığı 6 fevral  1911 -ci ii tarixli məktubuna və 
digər  faktlara  əsasən  sabirşünaslıqda  müəyyən  edilmişdir  ki. 
Sabirxəstələndıkdən sonra 1910-cu il noyabrın son, dekabrın ilk 
günlərində Bakıdan Şamaxıya getmişdir. 
*** 
Sabir  Şamaxıda  “öz  ailəsinin  yanında  cismən  rahatlıq  tapsa 
da,  ictimai  həyatdan  ayrılmamışdı.  “Günəş'  qəzeti  onun  Şama-
xıdan  göndərdiyi  bir-birindən  məzmunlu əsərlərini hər  gün  çap 
edirdi. Həmin günlərdə şairin sevincinə səbəb olan hadisə Şa- 
I. “Günəş” qəz., 24 dekabr 1910, N100. Bu materialları üzə çıxardan prof. 
Abbas Zamanovdur. 
QEYD.Sabirin  hayal  VƏ  Fəaliyyətinin  bakı,  daha  doğrusu  balaxanı 
dovründən  bəhs  edən  bə'zi  mənbələrdə  şairin,  balaxanı  məktəbi  yanında 
açılan "Nur" adlı qiraətxanada da
 fəaliyyət 
göstərərək, burada Hüm- mət 
bolşevik təşkilatı ilə əlaqə saxladığı göstərilir. Bu, düz deyil Çünki "Nur" 
qiraətxanasının açılmasına 1910-cu il dekabrın orlarında icazə istənilmiş 
(bu  zaman  Sabir  Şamaxıda  idi.  1911-ci  il  fevralın  ikinci  yarısında  isə 
qiraətlxana  açılmışdı.Həmin  günlərdə  isə Sabir  ağır  xəstə  idi  və  Tiflisdə 
müalica olunurdu.Deməli, “Nur” qiraətxanası Sabirin heç bir əlaqəsi, ola 
bilməzdi. (bax: Alxan Məmmədov. Bir daha "Nur" qiraətxanası haqqında 
Ədəbiyyal və incəsənət qəz., 31 mart 1989 


91 
 
maxıda  bir  aydan  bori  qız  məktəbinin  fəaliyyət  göstərməsi  xo- 
bəri  idi.  O,  sevincini aşağıdakı  sətirlərdə  qələmə  alaraq  məkto- 
bin  banisi  Gövhər  xanımın  əməyini  alqışlamaqla  bərabər,  öz 
mənafeyi naminə əvvəllər bu işdən əl götürən Şeyxzadəni tənqid 
etdi: 
Əsri-bistümdür, səhab altında qalmaz şəmsi-elm, 
Bir zaman təl'ət açar, pərtöv saçar, zülmət qaçar, 
Məktəbi-nisvan lüzumu lıər kəsə məfhum nar, 
Şeyxzadəni açmaz isə, xahərim Gövhər açar. 
Bu şe'rdən də göründüyü kimi, Sabiri gənc nəslin işıqlı gələ- 
cəyinin tə'rnin olunması problemləri çox düşündürürdü. O. həm 
yanında  olduğu  uşaqlarının,  həm  də  vətən  övladlarının  gələcək 
uğurlarında düzgün istiqamətləndirilmiş “Tərbiyə”nin böyük rol 
oynadığını poetik dillə qələmə alırdı. Oxucularda doğruluq, ha-
lallıq, zəhmətsevərlik, xalq üçün gərəkli işin qulpundan yapışmaq 
və öhdəsinə götürdüyü işi axıra çatdırmaq üçün əzmlə çalışmaq 
kimi əxlaqi keyfiyyətlər aşılayan “Camuşçu və sel". “Örümçək və 
ipəkqurdu”, “Artıq alıb, əskik satan tacir”, “Yalançı çoban'' və s. 
əsərlər  də  həmin  günlərin  və  düşüııcələrir  nəticəsi  kimi  üzə 
çıxmışdır. 
Şamaxıda qayğı ilə əhatə olunsa da, Sabiri tutduğu yol üçün 
töhmətləndirəıılər də tapılırdı. Lakin o, “bu səbəbdən ona fasiq 
deyilməsindən pək nüiftəxir" olduğunu və daima dilbəri-hürriy-
yət aşiqi olaraq qalacağını bildirirdi. Bununla belə, əzab və ağrılar 
içində  çırpınan  şair  bə'zən  bədbinləşir,  ictimai  həyatdakı 
haqsızlıqları,  ətaləti,  millət  xadimlərinin  səbatsızlıqlarını  gör-
dükcə vətənin işıqlı gələcəyi haqqındakı arzularına, heç olmasa, 
xəyal dünyasının xoşbəxt qanadlarında “çatmaq” istəyi ilə çırpı-
nırdı. Həmin günlərin məhsulu olan “İsgəndər və fəqir”, “Azarlı 
kəndçi , Ruhum!., və s. şe dərdə Sabirin şəxsi vəziyyəti, keçirdiyi 
ağrı və sarsıntıların cizgiləri vardır. Bu sonuncu 


92 
 
şer
dən də (“Ruhum!..”) göründüyü kimi, Sabirin bütün varlığı və 
nıhu illərdən bəri ürəyində bəslədiyi və uğrunda mübarzə apardığı 
ictimai  ideal  və  arzuları  üçün  çırpmırdı.  Odur  ki,  ruhuna 
müraciətlə deyirdi: 
...Boşla bu cismi, cisin ıııaıı deyiləm, 
Sana ıniişkiil olursa hicranım

 
Mən sənin, sən mənim dilii-canım. 
Mən sənin kəndinəm, bədən deyiləm! 
Burada şair idealizmə qapılmır. Şe rin əvvəlindən axırınadək 
gələcək işıqlı arzu və ictimai idealların taleyi ilə əlaqədar keçirilən 
şair-vətəndaş  narahatlığı,  onların  həqiqətə  çevriləcəyinə  və 
əbədiliyinə  dərin  inam  hissi  hakimdir.  Sabir  ümid  və  qətiyyətlə 
deyirdi: 
Mən gedərsəm, var olsun amalını! 
Yaşasın Şəbriyari-hürriyyət! 
Yaşasın Şəhriyari-hürriyyət! 
                             Mən gedərsəm, var olsıın amalını! 
Bu şe r “Yeni Füyuzat” jurnalının 28 dekabr 1910-cu il tarixli 
11-ci  nömrəsində  çap  edilmişdir.  Ancaq  təəssüf  ki,  professor 
Tofiq  Hacıyev  “Sabir:  qaynaqlar  və sələflər”  (B.,  Yazıçı, 1980) 
adlı maraqlı və məzmunlu tədqiqatında “Ruhum!..” şe ri ilə yanaşı 
“Nitqə xitab” (“Yeni həqiqət” qəz., 28 yanvar 1911) və “Viranə 
Şəmaxidə...”  əsərlərinin  Sabirin  1905-ci  ildən  əvvəlki  illər 
yaradıcılığının  məhsulu  olduğunu  söyləyir.  Onun  tədqiqatında 
Sabir  yaradıcılığının  ideya-üslubi  xüsusiyyətləri  haqqında  çoxlu 
qiymətli  fikir  və  mülahizə  var.  Lakin  tədqiqat  obyektinə  yalnız 
üslub  və  ideya  inkiqafı  cəhətindən  yanaşdıqda  hökmlər  heç  də 
həmişə  düzgün  olmur.  Çünki  mürəkkəb  bir  proses  olan  bədii 
yaradıcılığın monoton və həmişə yüksələn xətlə inkişafı mümkün 
deyil. Bu, tarixi-ictimai şəraitdən də xeyli dərəcədə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə