Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

35 
 
və  cavanlan  da  fürsətdən  istifadə  edərək  A.Minasazovun  adı  ilə 
qubernatora  ərizə  yazaraq  şəhərdə  ilk  müsəlman  kitabxana-qira- 
ətxanası açmağa icazə istədilər. Eyni zamanda 1905-ci ilin dekabr 
ayında  bir  müsamirə  təşkil  edərək,  açmaq  istədikləri  kitab- 
xana-qiraətxananın  xeyrinə  pul  topladılar.  Bina  hazırlandı.  Nə-
hayət,  qubernatorun  1906-cı  il  27  mart  tarixli  razılıq  kağızı  şa-
maxılıların intizarına son qoydu. Kitabxana-qiraətxananın açılışına 
qonaqlar  də'vət  olundu  və  mayın  7-də  açılış  mərasimi  keçirildi. 
Bütün bu tədbirlərdə əvvəldən axıradək yaxından iştirak edən Sabir 
açılışda çıxış edərək şe'r oxudu. Xalqı maarif, mədəniyyətin qədrini 
bilib  onu  inkişaf  etdirməyə  çağıran  şe'r  hamının  xoşuna  gəldiyi 
üçün müəllif— Sabir mahud bir xələtlə mükafatlandırıldı. Bu fakt 
Sabir iste'dadına müasirlərinin verdiyi yüksək qiymət kimi maraq 
doğurmaqla, şairin poetik dünyasının e'cazkar tə'sir gücünü əyani 
göstərməyi ilə də qiymətlidir. 
Kitabxana-qiraətxana  üçün  Şamaxıda  Cəbi  bazarında  Hacı 
Səfdər Məhərrəmovun evi ayda on manata kirayə tutulmuşdu. O, 
“Molla  Nəsrəddin”,  “Türk”,  “Tazə  həyat”,  “İrşad”,  “Tərcüman”, 
“Bürhani-tərəqqi”, “Vətən”, “Həblülmətn”, “Kaspi” və s. mətbuat 
orqanlarını  alırdı.  Daha  şəhər  cavanları  boş  vaxtlarını  küçədə 
veyillənməklə keçirmirdilər. 
Kitabxana-qiraətxananın  fəaliyyətini  tə'min  etmək  üçün  otuz 
nəfərdən  ibarət  cəmiyyət  yaradılmışdı.  Cəmiyyətə  A.Minasazov, 
M.Ə.Sabir, 
Ə.M.Mustafayev, 
N.Sadıqov, 
A.Hüseynov, 
H.Musayev,  H.S.Məhərrəmov  və  b.  daxil  idi.  Kitabxana-qiraət- 
xananın fəaliyyətini tə'min etmək üçün ona maddi vəsait lazım idi. 
Dövləti  bu  cür  mədəniyyət  ocaqlarının  mövcudiyyəti  ma-
raqlandırmadığı  üçün  ona  vəsait buraxılmırdı.  Lazım  olan  vəsaiti 
əldə  etmək  üçün  ən  yaxşı  vasitələrdən  biri  teatr  tamaşaları 
göstərmək  idi.  Cəmiyyət  üzvləri  N.Vəzirovuıı  “Müsibəti-Fəx-
rəddin”  əsərini  seçdilər.  Bu  da  təsadüfi  deyildi.  Çünki  kitabxa- 
na-qiraətxananın təşkilindən əsas məqsəd xalqı maarifləndir- 


36 
 
mok yolu ilo nadanlığı, cəhaləti aradan qaldırmaq idi. 
Mə'lumdur ki, “Müsibəti-Fəxrəddin” əsərində də yeniliyə, elm 
və maarifə çağırış, qan düşmənçiliyinə, nadanlığa e'tiraz ön plana 
çəkilmişdir. Əsərdə irəli sürülən maarifçi ideyaların tamaşaçılara 
daha qabarıq  çatdırılması üçün  Sabir  tamaşaya  hazırlıq  vaxtı bir 
şe'r  yazdı.  İdeyaca  “Müsibəti-Fəxrəddin”  əsərini  addım-addım 
izləyən həmin şe'r hissə-hissə pərdələr arasında uşaqlar tərəfindən 
oxundu. Şe'rdə deyilirdi: 
Elmin izzəti payidar olur, 
Cəlıliıı nikbəti canşikar otur, 
Hər kəs elm oxur, bəxtiyar olur, 
Millət elm ilə bərqərar olur. 
Oxuyun, əzizlər, oxumaq zamanıdır! 
Oxumaq hər adamın ədəbi nişanıdır! 
Sabirin bu şe'ri tamaşanın ideya-bədii keyfiyyətinə əhəmiyyətli 
dərəcədə tə'sir göstərmişdir. 
Yuxanda  qeyd  etdiyimiz  kimi  “Müsibəti-Fəxrəddin”  əsərinin 
tamaşasında  yığılan  pul  “kitabxana-qirayətxananın  davamı  üçün 
varidat  çeşməsi”  rolunu  oynamalı  idi,  lakin  özünü  kitabxana-qi- 
raətxananın  cəmiyyətinin  sıralarına  sala  bilən  bə'zi  bədxahların 
təqsiri  üzündən  bu  iş  baş  tutmadığı  üçün  tamaşadan  yığılan  pul 
“yetim uşaqların mənfəəti üçün” ayrıldı... 
Şamaxının ziyalılan N.Vəzirovun bədii irsinə tez-tez müraciət 
edirdilər. Onlar 1905-1907-ci illər inqilabı dövründə 1905-1906 
cı illərdə ermənilərin törətdikləri soyqınmın vurduğu zərəri aradan 
qaldırmaq  üçün də əllərindən  gələni edirdilər.  Sabir bir  tərəfdən 
milli  qırğına  qarşı  siyasi-ictimai  ruhlu  şe'r  və  publisistik 
məqalələrlə çıxış edir, digər tərəfdən milli qırğından zərər çəkən 
qarabağlılara  maddi  yardım  göstəmək  üçün  N.Vəzirovun 
“Yağışdan çıxdıq, yağmura düşdük” əsərinin tamaşaya 


37 
 
qoyulmasında yaxından çalışırdı. Teatrın məs'ul müdirləri o dövrün 
qabaqcıl  ziyalılarından  olan  Əlicabbar  Orucəliycvlə  Abdullabəy 
Şirəlibəyov idi. Sabir tamaşa üçün bilet satmaq və başqa təşkilati 
işlər görməklə yanaşı, mətbuatda tamaşadan əvvəl və sonra çıxış 
edərək  həm  əsərin  oynanılacağı  gün  və  yer  haqqında  mə'lumat 
vermiş, həm də tamaşanı təhlil etmişdir. 
Əsər 1906-cı il avqustun 3-də Salamovların evində tamaşaya 
qoyuldu.  Sabirin  tamaşanın  təhlilinə  həsr  olunmuş  məqaləsi  isə 
avqustun 10-da “Həyat” qəzetində dərc olundu. Burada o, görülən 
işi  və  bu  xeyirli  təşəbbüsü  alqışlamaqla  yanaşı,  teatrın  tərtibi, 
həvəskar artistlərin oyunları və s. barədə do ətraflı söhbət açmışdır. 
Məqalədə Sabir Qıdı kirvə roluna xiisusi diqqət yetirmişdir. Çünki 
ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın qızğın bir 
dövründə müsəlman Hacı Qəmbərlə etməni Qtdının dostluğundan 
danışmaqla bu iki xalqın tarixən sülh şəraitində yaşadıqlarını yada 
salıb  hər  iki  xalqı  yenidən  o  günlərə  səsləmək  dövrün  aktual 
məsələlərindən  idi.  Sabir  belə  bir  vacib  və  xeyirxah  işə  1905-ci 
ildən “Müsəlman və erməni vətəndaşlarımıza” şe'ri ilə başlamışdı. 
İctimai  həyatda  şairin  fəaliyyət  dairəsi  get-gedə  genişlənir, 
nüfuzu  artırdı.  Onun  “Dəbistan”  uşaq  jurnalı  ilə  əməkdaşlığı  da 
məhz nüfuz və fəaliyyət dairəsinin böyüməsindən irəli gəlirdi. 
“Dəbistan”ın ilk nömrəsi 1906-cı il aprelin 16-da çıxdı və ic-
timai-mədəni  hadisə  kimi  böyük  əks-səda  doğurdu;  Nəriman 
Nərimanov və mütərəqqi fikirli digər ziyalılar onu təbrik edərək bu 
xeyirli  işin  davamlı  olmasını  arzuladılar.  Mətbuatda  jurnalın 
məqsəd  və  məramııaməsi  təqdir  olunmaqla,  tutduğu  qabaqcıl  ic-
timai  yola  görə  “Molla  Nəsrəddin”  jurnalı  ilə  müqayisə  edən 
məqalələr çıxdı. “Molla Nəsrəddin” jurnalında həmin günlərdə çap 
olunmuş felyetonda da mollanəsrəddinanə bir dillə “Dəbis- 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə