Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

28 
 
kamül prosesi keçmişdi. Eyni zamanda, “Lisan bəlası” da meydana 
çıxanadək təxminən belə bir dövr keçimşdi. Deməli, tarixi-ictimai 
şəraitə uyğun olaraq Sabiranə və mollanəsrəddinanə üslub paralel, 
daha  doğrusu,  qovuşuq  şəkildə  formalaşmış,  kamala  çatmışdır. 
“Molla Nəsroddin”i zəmanə özü yaratdığı kimi Sabiri də zəmanə 
yaradıb,  “Molla  Nəsrəddin”ə  yoldaş  və  silahdaş  vermişdi 
(M.Arif)- Lakin onu da nəzərə almaq lazımdır ki, “Bir məclisdə...” 
şe'ri  “Lisan  bəlası”ndan  iki  aya  yaxın  əvvəl  (birincisi  1906-cı  il 
fevralın 10-da, ikincisi isə həmin il aprelin 7-də) çıxmışdır. Odur 
ki, Sabirin “Molla Nəsrəddin”i oxuduqdan sonra bu üslubda şe'rlər 
yazmağa başlaması fikrinə düşmək faktik cəhətdən doğru olmazdı. 
Sabir satira üslubunun “ağırlıq mərkəzi” on iki kişinin məclisinə 
düşür.  Ancaq  bu  yaradıcılıq  manifesti  elə  proqram  olaraq  qala 
bilər,  bəlkə  də  unudulardı.  “Molla  Nəsrəddin”  öz  gəlişi  ilə  hələ 
yenicə yaranmağa başlayan, bərkiməli bir ədəbi-bədii yaradıcılıq 
proqramına  tərəfdar  və  homməslək  olmaqla,  özünün  də  çoxdan 
bəri belə bir proqram üzərində çalışdığını göstərərək onun pərvəriş 
tapmasını, sürəkli inkişafını şərtləndirdi. 
“Bir məclisdə on iki kişinin söhbəti” və “Millət necə tarac olur 
olsun, nə işim var?!” satiraları arasındakı mövzu, ideya-bədii və 
üslub  əlaqələri  möhkəmdir.  Hər  iki  şe'rin  satirik  dil  və  ifadə 
xüsusiyyətləri,  ifşa  üsulu  eynidir.  Hər  iki  əsərdə  satirik  tiplər 
danışıqları ilə özləri özlərini ifşa edirlər. Burada Sabirin hadisəyə, 
tiplərin daxili aləmlərinin açılmasına heç bir müdaxiləsi görünmür. 
Müəllif  tendensiyası  qabarıq  olmaqla  bərabər,  müəllif  “mənfi 
zahirən arxa plandadır. Bütün hadisələr, ifşa hədəfinin daxili alənıı 
özünün bütün eybəcərlikləri ilə satirik tipin dialoq və monoloqları 
ilə açılır. Hər iki satiradakı 
1
 
1. Bax: Mir Cəlal. Sabirin surətlər aləmi. "Ədəbiyyat və incəsənət" qəz.. 16. 
23 dekabr 1960. 


29 
 
tiplərin  ictimai  mövqeləri,  təfəkkür  və  danışıq  tərzləri  də  eynidir. 
Mövzu  və  ideya,  ifşa  üsülu  və  bədii  sənətkarlıq  cəhətdən 
bir-birindən  demək  oar  ki,  fərqlənməyən  bu  əsərlər  (“Bir 
məclisdə...”  və  “Millət  necə...”)  eyni  poetik  təfəkkürün  məh-
sullarıdır. 
Bu  danışıqların heç biri digərinə bənzəmir.  Onlar  ifşa hədəfi 
olan tiplərin özləri qədər rəngarəng, özləri qədər xarakterikdirlər... 
Sabirin  satirik  ifşa  üsulları  dialoqlarla,  qarşı  tərəfə  müraciət 
şəklində  giley-güzarla,  bə'zən  öyüd,  nəsihətlə  olur.  Müşahidələr 
göstərir ki, bu üsulların da hər birini tipin xarakteri, mövzuya uyğun 
seçilən  fikrin  ifadə 
forması 
müəyyənləşdirir. 
Məsələn, 
“Əhval-pürsanlıq, yaxud qonşuma” satirasındakı 
—Nə xəbər var, məşədi? 
—Sağlığın! 
—Az-çox da yenə? 
—Qəzet almış Hacı Əhməd də... 
—deyə  baş-başa  verən  ictimai  tiplərlə,  “Bura  say!”  satira- 
sındakı Zilli Soltanla camaatın dialoqunu, “Vah, bu imiş dərsi- 
üsuli-cədid?"—deyən  köhnəlik  tərəfdarı  ilə  “Çatlayır,  Xalbacı 
qəmdən  ürəyim”—deyə  giley  edən  avam  qadının  danışığını 
eyniləşdirmək  olmaz.  Eyni  zamanda  “Millət  necə  tarac  olur, 
olsun,  nə  işim  var?!”—  deyən  satirik  tiplə  “Mən  bilməz  idim 
bəxtdə  bu  cür  nikbət  olurmuş”,—  deyənləri  yan-yana  qoymaq 
mümkün deyil. Çünki onların hər birinin öz siması, öz düşüncəsi, 
öz danışıq tərzi var. 
Sabirin “Səttarxana” şe'ri ilə Məhəmmədəli şaha həsr etdiyi 
“Doğrudan,  Məmdəli,  qeyrət  həlal  olsun  sənə!”  satirası  ara-
sındakı  fərq  milli  azadlıq  qəhrəmanı  Səttarxanla  despotluq  nü-
munəsi Məhəmmədi  şahın arasındakı fərq qədərdir 


30 
 
Qeyd etdik ki, biı ədəbi məktəb olmaqla Sabir poeziya məktəbi 
“Molla Nəsrəddin“in səhifələrində formalaşmış, kamala çatmışdır. 
Bu işdə Cəlil Məmmədquluzadə həm jurnalın redaktoru, həm 
də mütəfəkkir kimi mühüm rol oynamışdır. O, “Molla Nəsrəddinin 
ideya-bədii  cəbhəsinin  öz  məsləkdaşlarına  aydın  olmasına 
çalışmaqla bərabər, jurnala yeni müəlliflərin cəlb olunması üçün 
də  aza  əmək  sərf  etmirdi.  Digər  məsələlərdə  olduğu  kimi,  bu 
məsələnin  həllində  də,  yə'ni  jurnalın  ideya-bədii  cəbhəsinin 
qüwətləndirilməsi və müəlliflər kollektivinin yaranmasında Sabir 
satiralarının tə'sir gücü xeyli iş görmüşdür. Təsadüfi deyil ki, Əli 
Nəzmi  kimi  şairlərin  bir  neçəsinin  poetik  ilhamı  məhz  Sabir 
iste'dadının  tə'siri  ilə  hərəkətə  gəlmiş  və  ya  onlar 
mollanəsrəddinanə,  sabiranə  üslubda  yazıb-yaratmağa  başla-
mışlar.  Çox  keçmədi  ki.  Sabir  ədəbi  məktəbinin  əhatə  dairəsi 
“Molla  Nəsrəddin”  səhifələrindən  xeyli  kənara  çıxaraq  ölkənin 
müxtəlif  guşələrində  çıxan  mətbuat  orqanlarına  da  sirayət  etdi. 
Sabir öz inqilabi satira məktəbi ilə “Molla Nəsrəddin”in müdafiə 
etdiyi  demokratik  cəbhənin  möhkəmləndirilməsində  aparıcı 
simalardan  olmuşdur.  C.Məmmədquluzadə  ilə  yanaşı,  Sabir  də 
“Molla Nəsrəddin”in ideya cəbhəsinin qüvvətlənməsində, mübariz 
inqilabi  mövqe  tutmasında,  bir  sıra  məsələlərin  qoyuluşu  və 
həllində çox iş görmüşdür. “Molla Nəsrəddin” Sabiri bütün Yaxın 
Şərqdə  tanıtdığı  kimi.  Sabir  poeziyası  da  jurnalın  oxucular 
arasında  geniş  yayılıb  şöhrət  qazanmasında  mühüm  rol  oyna-
mışdır. 


31 
 
Ümumiyyətlə,  “Molla  Nəsrəddin”lə  Sabiri  ayrı-ayrılıqda  tə-
səvvür  etmək  mümkün  deyil.  Onlar  eyni  sosial-ictimai  inkişafın 
yetişdirdiyi  və  biri  digərini  tamamlayan  ekizlər  timsalındadırlar. 
Sabirin  “Molla  Nəsrəddin”də  çıxan  ilk  şe'ri  kimi,  sonrakı  satira-
larının  bir  çoxunun  da  jurnalda  C.Məmmədquluzadənin  felye-
tonları  ilə  alt-alta  çap  olunması  hər  iki  müəllifin  qələm  məhsul-
larının mövzu və ideya baxımından bir-birin tamamlamaqla yanaşı, 
ictimai  məzmun  və  müəllif  mövqeyi  cəhətdən  vəhdət  təşkil 
etməsindən  irəli  gəlirdi.  Məsələn,  C.Məmmədquluzadənin  “Niyə 
mən dərsdən qaçdım?”, “Tərəqqi əlamətləri”, “Qoloşapovun geri 
çağırılması”,  “Qamıyoğunlar”,  “Həmşəri”,  “Həqiqət”  adlı 
felyetonları ilə Sabirin “Ol gün ki,...”, “Bilməm nə görübdür bizim 
oğlan oxumaqdan?!”, “Cəhd eylə sən ancaq...”, “Etdi bu fələk...”, 
“Hər  nə  versən,  ver..  ”,  "Nolur  şirinməzaq  etsə...”,  “Zahida,  gəl 
soyunaq bir kərə paltarımızı” kimi satiraları tənqid və ifşa hədəfi, 
ideya-məzmun  cəhətdən  bir-birini  tamamlayıb  inkişaf  etdirən, 
qarşılıqlı  əməkdaşlığın  məhsulu  kimi  meydana  çıxan  əsərlərdir.
1
 
Burada diqqəti cəlb edən odur ki, hər iki yazıçı ictimai həyatda olan 
eybəcərliklərə eyni mövqedən və eyni vasitələrlə— ictimai satira 
ilə  atəş  açır.  Hər  iki  müəllifə  xas  olan  qüvvətli  satirik  iste'dad 
tərəqqi və inkişafa mane olan ictimai mənfiliklərə qarşı mübarizədə 
bu  silahın,  yə'ni  satira  silahının tə’sir  gücünün  daha da artmasına 
səbəb olmuşdur. 
Sabirlə C.Məmmədquluzadə arasındakı dostluq və yaradıcılıq 
əlaqələri şəxsi görüş, yazışma və fikir mübadiləsi yolu ilə də davam 
edirdi. Bütün bunların izi ayrı-ayrı məktub, sənəd və xatirələrdə, 
eləcə  də  “Molla  Nəsrəddin”  jurnalının  poçt  qutusu,  teleqraf 
xəbərləri  və  s.  bölmələrində  qalmışdır.  Faktlardan  aydın  olur  ki, 
C.Məmmədquluzadə Sabirin iste'dad və 
bacarığıda 
də 
1. Ətraflı bax: Məmməd Məmmadov. İdeal qardaşları. Bakı Azərnəşr 
1967. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə