Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

38 
 
tan”  jurnalı  alqışlanırdı.  “Dəbistan”  jurnalının  nəşri  müddətində 
“Molla  Nəsrəddin”  daim  ona  qayğı  bəslomiş,  yeri  gələndə  məs-
ləhət  və  tövsiyələrini  əsirgəməmiş,  “Dəbistan”  maddi  böhran 
keçirəndə isə alovlu vətəndaş qələmi ilə ictimaiyyəti ona köməyə 
çağırmışdır. 
Sabir həm şair-vətəndaş, həm də mollanəsrəddinçi kimi “Də- 
bistan”a  rəğbət  bəsləmiş,  onun  nəşrini  alqışlamışdır.  O,  dövrün 
ziyalılarının “Mahmud əmi” deyə müraciət etdikləri Mahmud bəy 
Mahmudbəyovla jurnalın redaksiyasına gələrək onun redaktoru Əl 
isgəndər  Cəfərzadə  və  digər  əməkdaşlara  təşəkkür  etməyi  özünə 
borc  bilir.  Fürsətdən  istifadə  edərək  Ə.Cəfərzadə  şairdən  jurnal 
iiçün şe r istəyir. Sabir elə redaksiyadaca oturub “Məktəb, məktəb, 
nə dilguşəsən?”
1
  misralı  şe'rini  yazır.  Sabirin bu  ilk  mə'lum  uşaq 
şe'ri  “Dəbistan”ın  17-ci  nömrəsində  çıxmışdır.  Jurnalın  sonrakı 
fəaliyyətini  də  diqqətlə  izləyən  Sabir  onun  qapanmasını  dərin 
təəssüf və kədər hissi ilə qarşılamış, öz şair-vətəndaş səsini “Molla 
Nəsrəddin”də  dərc  etdirdiyi  “Əlminnətülillah  ki  “Dəbistan”  da 
qapandı” satirası ilə ucaltmışdır. 
İkinci milli uşaq jurnalı olan “Rəhbər”də Sabirin iştirakı daha 
genişdir. Daha doğrusu, jurnalın birinci nömrəsindən başlayaraq, 
onun  bağlanmasınadək  bütün  nömrələrində  Sabir  çıxış  etmişdir. 
Xalq şairi jurnalın redaktoru M.Mahmudbəyova bir ağsaqqal kimi 
hörmət edir. Mahmudbəyov isə onun iste'dad və zəkasını yüksək 
qiymətləndirirdi.  Odur  ki,  “Rəhbər”in  çıxarılmasına  hazırlıq 
dövründən  başlayaraq,  Sabir  də  işə  cəlb  olunmuş  və  jurnalın 
məsləkim, məqsəd və məramnaməsini özündə əks etdirən “Şimdi 
fürsət var ikən bir iş gör istiqbal üçün” şe'rini qələmə alaraq elə ilk 
nömrədən  çıxış  etmişdir.  Oxucuları  vətən  və  xalq  yolunda 
çalışmaq fürsətini əldən verməməyə, gələcək 
1. "Dəbistan" jurn., 20 dekabr 1006 


39 
 
üçün xeyirli bir iş görmoyo çağıran şair fikrini belə yekunlaşdırırdı: 
Feyzi-təhsilə məgər qabil deyil övladımız? 
Ya məgər yox iktisabi-elmə iste'dadmuz?! 
Talibi-təhsil ikən külliyyətən əfradıntız 
Hankı məktəbdən nə dərs alsın bu gün əhfadımız? 
Yoxmu bir zihimmət olsun baisi-irşadımız? 
Əlmədaris, əğniya, sizdəndi istiındadınıız! 
Sizdən əlhəq qəlbi-millət, rııhi-ümmət şad olıır! 
Binəva Sabirlərin ancaq işi fəryad olur... 
Burada,  çoxlarından  fərqli  olaraq,  vətən  övladlarının  oxuyub 
öyrənməyə  iste'dad  və  qabiliyyətləri  olduğunu  inamla  söyləyən 
Sabir müasir tələblərə cavab verən məktəblərin yoxluğunu təəssüflə 
bildirərək  əğniyaları  bu  xeyirli  iş üçün  maddi kömək  göstərməyə 
çağırırdı.  Şairin  “Rəhbər”lə  olan  həm  mə'nəvi,  həm  də  əməli 
yaradıcılıq  əməkdaşlığının  fəallığında  ictimai  şəraitlə  bərabər, 
M.Mahmudbəyovun,  onunla  Sabirin  şəxsi  dostluğunun  da  rolu 
vardır. M.Mahmudbəyov  mahir bir pedaqoq kimi  öz  məsləhət  və 
tövsiyələri ilə Sabirə kömək edir, şairi “Rəhbər”in məsləkinə uyğun 
əsərlər  yazmağa  sövq  edirdi.  Məsələn,  M.Mahmudbəyovun 
məsləhəti ilə Sabir Ə.Firdovsinin “Şahnamə” əsərindən bir paçanı 
tərcümə  edərək  çap  üçün  “Rəhbər”  jurnalına  vermiş  və  əsər 
hissə-hissə dərc olunmuşdur. Həm tərcümə üçün seçilən parçanın 
ideyasına,  həm  də  dövrün  tələbinə  uyğun  olaraq  Sabir  tərcümə 
etdiyi  hissəyə  özünün  ictimai  baxışları  çərçivəsində  orijinal  bir 
hissə də əlavə etmişdir. Lakin müəyyən səbəblər və maddi çətinlik 
üzündən tezliklə “Rəhbər” jurnalı da öz nəşrini dayandırdı. 
Sabir yuxarıda adını çəkdiyimiz “Əlminnətü lillah ki “Dəbis- 
tan”da qapandı” satirsında “Dəbistan” jurnalı ilə yanaşı, “Rəhbər”, 
“Təkamül”, “İrşad” və s. mətbuat orqanlarının da bir-biri- 


40 
 
nin  ardınca  qapanmasını  dorin  təəssüf  və  kədər  hissi,  vətəndaş 
yanğısı  ilə  qələmə  almışdır.  Satirada  məktəb  və  maarif  yolunda 
çalışan  ziyalılarımıza,  tərəqqipərvər  millət  xadimlərinə,  onların 
çəkdikləri zəhmətə dərin minnətdarlıqla yanaşı, irticanın hücumu 
və  onun  tənqidi  ön  plana  çəkilmişdir.  Kitabxana-qiraətxana 
açılışında fəaliyyəti, “Dəbistan”, “Rəhbər” kimi uşaq jurnalları ilə, 
ümumən  pedaqoji  mühitlə  sıx  əməkdaşlığı  “Molla  Nəsrəddinin 
inqilabi  demokratik  ideologiyasının  ideya-bədii  rəhbərlərindən 
olan  Sabirin  dünyagörüşündə,  eyni  zamanda  maarifçiliyində 
mühüm yer tutdğunu göstərir. 
Şamaxılı  Mirzə  Məhəmmədtağı  II  Dövlət  Dumasına  deputat 
seçilmişdi. 1906-cı il iyunun 6-da onu təntənəli surətdə Şamaxıdan 
Peterburqa  yola  saldılar.  Yolasalma  mərasimi  ilə  əlaqədar  olan 
ziyafətdə deputat bildirir ki, Şamaxıda realnı məktəb açılması ilə 
əlaqədar  qubernatorun  razılığını  alnuşam.  Dumada  da  bu  barədə 
məsələ  qaldıracağam.  Siz  də  hazırlıq  görün.  Elə  oradaca  ianə 
dəftəri  açılıb  realnı  məktəb  üçün  xeyli  pul  toplanaraq  Abbasbəy 
Minasazovun sərəncamına verilir. Avqustun 27-də Şamaxıya gələn 
qubernator  məktəb  açılmasına  icazə  verildiyini  bildirir.  Realnı 
məktəbə  inspektor  tə'ym  olunan  Leontiyev  oktyabrın  6-da 
Şamaxıya gəlib işə başlayır. Bütün bu tədbirlərin yaxm iştirakçısı 
olan  Sabir  realnı  məktəblə  əlaqədar  olan  işləri  əvvəldən  axıra 
diqqətlə  izləmiş,  bu  haqda  mətbuatda  məqalə  və  şe'rlərlə  çıxış 
etmişdir. Doğma yurdunda yeni tipli məktəbin açılmasını sevinclə 
qarşılayan şair bu məsələyə həsr etdiyi məqalə və şe'rlərində xalqı 
məktəbin qədrini bilməyə,  oraya  daha  çox uşaq  cəlb  olunmasına 
çağırmaqla  yanaşı,  məktəbin  açıldığı  günlərdə  “Molla 
Nəsrəddin”də dərc etdirdiyi şe'rində sabiranə bir üslubla uşaqlara 
belə “nəsihət” edirdi: 
Ey millətin  ümmidi, dilü-canı, uşaqlar! 
Validələrin sevgili cananı, uşaqlar! 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə