Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   27   28   29   30   31   32   33   34   35

110 
 
Hər istədiyin olmasa hasil pədərindən. 
Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən, 
Söy ağzına cür'ətlə, çəkinmə hünərindən, 
Biçarə xilas olmaq üçün şurü şərindən,  
Çıxsın canı, satsın qabı-qazanı, uşaqlar! 
Neylər dəxi ol sərvətü samanı, uşaqlar! 
Bəsdir ki, oğul sahibi düşgün pədər oldu,  
Xeyr oldu əcəb aqibəti, bəxtəvər oldu, 
Göz nuri hesab eylədiyi dərdi-sər oldu, 
Zəhmətlə əmək verdiyi cümlə hədər oldu;  
Nə ölmədi ta kim, qutara canı, uşaqlar! 
Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!.. 


111 
 
EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR... 
EY
 -fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, əşki 
işim  ahü  fəğandır,  məni  yandırma  amandır,  gözümün  əşki 
rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, 
neçə  əhli-qələmlər,  buraxıb  canıma  qəmlər,  qarışıb  dərd 
bəhəmlər
1
, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəm- 
lər

necə  cür'ətlə  rəqəmlər  yazıb,  islamə  sitəmlər  eləyirlər  ki, 
gərək  aləmi-islamdə,  hər  ölkədə,  hər  şəhrdə,  dinarü  dirəmlər 
saçılıb, məktəbi-nisvan
3
 açılıb, qız balalar məktəbə hazır olalar, 
elmdə  mahir  olalar,  fəzldə  bahir
4
  olalar, 
başdan-ayağə 
geyələr 
don, gedələr məktəbə on-on, dutalar şiveyi-bid'ət, oxuyub nəhvlə 
hikmət
5
,  alalar  dərsi-təbabət,  bilələr  cümlə  kitabət,  edələr 
yazmağa adət, itə ismət, bata iffət
6
... aman, ey vah! Ay allah! Bu 
qövm  oldu  nə  gümrah
7
!  Bu  nə  şiveyi-ikrah!  Bu  nə  zümreyi- 
bədxalı Salıb aləmə pərxaş
8
, bular lal ola ey kaş, düşə başlarına 
daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə 
bizi  sövq  eləmək  fikrinə  amadə
9
  olublar!  Qıza  lazımdır  əgər 
bilmək, o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don 
yamamaq,  səhnü  səranı
10
  süpürüb,  kasəni,  qabı  üfürüb,  küftə, 
kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir 
1. Bəhəm— bir-birinə. 
2. Kütrşiyəmlər— kafir xasiyyətlilər. 
3. Məktəbi-nisvan—qızlar
 
məktəbi. 
4. Bahir—  parlaq,  gözəl;  hər  kəsə 
mə'lum. 
5. Nəhvlə hikmət—sintaksislə fəlsəfə. 
6. İffət— namus, ismət, həyalılıq. 
      7.Gümrah— azğın, düz yoldan sapmış. 
8. Pərxaş— dava, vuruşma, qovğa. 
9. Amadə— hazır. 
10. Səra— ev, mənzil, yaşayış yeri. 


112 
 
dəxi təndir lavaşı eyləmoyindəndir ibarət ki, əgər bunları da bil-
məsə  eyb  eləməz,  ancaq  qıza  ən  lazıməli  bir,  iki,  üç  məs'ələni 
bilməyidir,  bilsə  olur  əmrə  kifayət:  biri  oldur  ki,  gəlin  getdiyi 
evdə bacanb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz de-
məyə etmiyə bir kimsə də cür'ət, biri də qaynı ilə sahibi mabey- 
ninə  bir  hadiseyi-təfriqədir  kim,  ona  dair  edə  hiylət  ki,  beş-üç 
gündə  çox  ildən  qazanılmış  bu  qədər  mehrü  məhəbbət  ola  təb-
dili
11
-ədavət, biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xo- 
xunun, xortdanın adlarını bilməkdə gərək sə'y edə övrət, nə qədər 
faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik 
edə bir tifl, nəhayət, anası söyləsə bu adları fılfövr edər övladını 
rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət
12
... 
Budur aləmi-nisvan! 
Budur hali-miisəlman! 
Gərəkdir edə məhdud 
Öz övladını insan! 
Sən, əmma, hələ quııına! 
İnanmırsan, inanma! 
Fərəhlən əməlindən. 
Utanmırsan, utanma!.. 
11.
 
Təbdil— dəyişmə. 
12.
 
Məlamət— məzəmmət, tə'nə 
13.
 
, danlaq. 


113 
 
NAƏHL OLANA 
MƏTLƏBİ ANDIRMAQ 
OLURMU?! 
Naəhl olana mətləbi andırmaq olurmu? 
Söz qanmıyana zor ilə qandırmaq olurmu? 
Könlüm sənə maildir özəldən bəri, ey pul! 
Olsam da nolur taətinə il-günü məşğul, 
Sənlə görürəm kəndimi hər bəzmdə' məqbul. 
Sənsiz bu cəhan əhlin inandırmaq olurmu? 
Naəhl olana mətləbi andırmaq olurmu? 
Sənsən  mənim  əfzuniye-sərmayeyi-fəxrim. 
Sənlə ucalır mərtəbeyi-payeyi
3
-fəxrim, 
Gər dönsə üzüm qiblədən, ey mayeyi-fəxrim, 
Səndən yana göz nuru dolandırmaq olurmu?! 
Naəhl olana mətləbi andırmaq olurmu? 
Canım üülüb səndən ötür xəlqi soyunca, 
Bir  yatmamışam  ta  səni  sənduqə  qoyunca! 
Derlər  mənə:  pul  yığmayı  boşla,  ye  doyunca!       
Eşq  əhlini  sövdadən  usandırmaq  olurmu?! 
Naəhl olana mətləbi andırmaq olurmu? 
1.Bəzim-məclis, ziyafət və ya söhbət-məhəbbət məclisi. 
2.Əfzuni-çoxluq, artıqlıq; çoxalma, artma. 
3.Payə-dərəcə,mərtəbə, mövqe; 
payəbəpayə-dərəcədən-dərəcəyə,yüksələ-yüksələ 


114 
 
Kasib deyiliz, sikkeyi-pulu tanırız biz, 
Pul ilə olan şə'nü şüunu
4
 qanırız biz. 
Bir lıobbə zərər yetsə pula, odlanırız biz,  
Yansın ciyərim! Dövləti yandırmaq olurmu? 
Naəhl olana mətləbi andırmaq olurmu? 
Sə'y eyləmişəm bir neçə il zirəkü çalak. 
Hardansa keçib girimə çox sərvətü əmlak. 
Bir acizə rəhm etməyib, ömr eyləmişəm pak, 
İndi bu süluki
5
 yavalandırmaq olurmu?!  
Naəhl olana mətləbi andırmaq olumnı? 
Bunlar keçər, indi düşüb el başqa həvayə, 
Pul istənilir, məktəb açılsın füqərayə. 
Oğlan oxusun, qız oxusun payəbəpayə; 
Kasıblərı elmə ucalandırmaq olurmu?! 
 Naəhl olana mətləbi andırmaq olurmu?! 
Dəxli mənə nə elm oxuya millət uşağı?! 
Təhsili-kəmalat edə ya ümmət uşağı
5

Getsin işə bu tənbəlli biğeyrət ıışagı! 
Canım, gözüm, arifləri qandırmaq olurmu?! 
 Naəhl olana mətləbi andırmaq olurmu'? 
 
Bizlərdə yox idi belə adət,— yeni çıxdı, 
Övrətlərə tədrisi-kitabət yeni çıxdı, 
İslamə xələl qatdı bu bid-ət veni çıxdı, 
Bu çeşməni bir növ bulandırmaq olurmu 
Naəhl olana mətləbi andırmaq olurmu ? 
4. Şüunu— şə’nlər. 
5. Sülluk— (burada) rəftar; məslək. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə