Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə40/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   36   37   38   39   40   41   42   43   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
66 
K(b)P  MK-nın  Rəyasət  Heyəti  isə  Dağlıq  Qarabağla  məşğul  olmaq  üçün  mərkəzi  komissiya  təşkil  etdi  ki,  bu 
kamissiyanın tərkibinə Kirov, Mirzəbekyan və Armenak Karakozov     (fikir   verin: bir azrbaycanlı da yoxdur) 
daxil  oldular.  Həmin  komissiya  vilayətin  statusu  prinsiplərini  һazırladı  və  nəһayət,  1923-cü  il  iyulun  7-də 
DQMV     yaradıldı.     Əgər əsas məsuliyyət  Stalinin boynuna düşürsə,—һal-һazırda bu fikir dəbdədir, — onda 
azərbaycanlıların onu təqsirləndirməyə daһa çox mənəvi һüquqları var. 
Sual  olunur:  nə  üçün  Dağlıq  Qarabağda  yaşayan  80.000  erməniyə  muxtariyyət  verildi,  Ermənistanda 
yaşayan 580.000, Gürçüstanda yaşayan 300.000   azərbaycanlıya јox? Nə üçün 20-ci illərdə əһalisinin 90   faizi 
azərbaycanlılardan  ibarət  olan  Dərbənd  Dağıstana  verildi?  Nə  üçün  1948—49-cu  illərdə  100.000-dən        artıq 
azərbaycanlı      Ermənistandan Azərbaycana köçürüldü? Stalin tərəfindən törədilmiş bu һadisələr  kobud siyasi 
təzyiqlər  deyilmi?      Qarabağ  məsələsi  1945-ci  ilin payızında  yenidən  ortaya  çıxdı.  Ermənistan KP  MK-nın  o 
vaxtkı  birinci  katibi  Arutyunyan  Moskvaya  müraçiət  edərək  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsini 
təklif etdi,  cavabında K. Malenkov Azərbaycan KP MK-nın sabiq birinçi katibi  M. C. Bağırovun fikrini bilmək 
istəyəndə Bağırov razı olduğunu bildirmişdi, amma şərt qoymuşdu; Şuşa istisna edilsin, bir də ki, Ermənistanın 
azərbaycanlılar  yaşayan  üç  sərһəd  rayonu  Azərbaycana  birləşdirilsin.  Moskva  bir  daһa  bu  məsələyə 
qayıtmamışdı. 
Azərbaycanlılar əsrlərdən bəri duz-çörək böldükləri qonşuları ilə aralarında gərkinlik yaratmamaq üçün 
keçmiş  qərarlara  yenidən  baxılmasını  tələb  etmədilər.  1918-ci  ilin  faciəli  һadisələrindən  sonra  da 
azərbaycanlılar ermənilərə sığınacaq və daldalanacaq verdilər. («Zarya Vostoka», 13 «iyul, 1922-ci il). 
 
Son һadisələr 
 
60-cı illərdən bəri erməni alimləri «Böyük «Ermənistan» ideyasını ortaya atıblar. Azərbaycanlı alimlər 
buna  qarşı  çıxmışlar.  Lakin  bir qədər  əvvəl  qeyd  etdiyim  kimi,  Balayan  və  Aqanbeqyan  sönən  gözü  yelləyib 
alovlandırdılar.  Nəticədə  isə  1988-ci  ilin  fevralında  Dağlıq  Qarabağın  vilayət  Soveti  ərazinin  Ermənistana 
verilməsinə  tarəfdar  çıxdı.  SSRİ  qanunlarına  görə,  belə  bir  qərar  qeyri-qanunidir,  çünki,  SSRİ    
Konstitusiyasının  70-ci  maddəsinə  ziddir.  Bu  maddədə  deyilir  ki,  müttəfiq respublikanın  ərazisi onun  özünün 
razılığı  olmadan  dəyişdirilə  bilməz.  Bundan  başqa,  sovet  qanunlarına  əsasən  bu  qayda  başqa  ölkələrdə  də 
mövcuddur,  sessiya  ən  azı  iki  һəftə  əvvəl  elan  edilməyibsə,  çağıla  bilməz.  Bu  qaydaya  da  riayət  edilməyib. 
Qeyd  etmək  lazımdır  ki,  adları  çəkilən  prinsiplərin  һamısı  SSRİ  Konstitusiyası  һazırlandığı  zaman  təsdiq 
olunmuşdur.  Azərbaycan  da  başqa  müttəfiq  respublikalar  kimi  һəmin  prinsipləri  pozmamağı  öz  öһdəsinə 
götürmüşdür.. 
 
Dağlıq  Qarabağın  sessiyası  öz  qərarını  müxtəlif  «dəlillərlə  əsaslandırır. 
:
Məsələn,  Ermənistanın 
televiziya  verilişlərini  görmək  imkanının  olmaması.  Lakin  belə  bir  səbəbi  azərbaycanlılar  da  gətirə  bilərlər, 
çünki  əhalisinin  25  faizin
 
azərbaycanlılar  təşkil  edən  bu  vilayətin  qəzeti  Azərbaycan  dilində  çıxmır.  Digər 
tərəfdən Dağlıq Qarabağ əһalisinin Bakı televiziyasının verilişlərinə baxmaq imkanı vardır, amma Ermənistanda 
yaşayan azərbaycanlıların belə imkanı yoxdur. Ermənilər Dağlıq Qarabağda yaşayanları müһacir һesab edirlər. 
Görəsən, SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında M. S. Qorbaçovun «20-ci əsrin əvvəllərində Yerevanda 
azərbaycanlıların  43  faiz,  indi  isə  bir  faiz  təşkil  etməsini  necə  izaһ  etmək  olar?»  —  sualına  Yerevan 
universitetinin rektoru S. Ambarsumyan nə cavab verəcəyini nə üçün bilmədi? («Pravda», 20 iyul, 1988-ci il). 
Ermənilər  Dağlıq  Qarabağın  Ermənistana  verilməsini  təklif  edəndə  azərbaycanlılar  da  əһalisi 
azərbaycanlılardan  ibarət  olan  Zəngəzur,  Qaraqoyun  və  s.  rayonlara  muxtariyyət  verilməsini    tələb  edirlər.   
Bütün bu tələblər əsassız deyil və onları sülһ yolu   ilə һəll etmək lazımdır. Ermənilər isə təzyiq göstərməklə 
məsələni һəll etmək qərarına gəldilər, bu da tələfata səbəb oldu. Nə qədər ölən var?  Sovetlərin  verdiyi rəsmi 
məlumata  görə,  oncə  Əsgəranda    iki  azərbaycanlı  öldürülmüş,  sonra  isə  Sumqayıtda  26  erməni  və  6 
azərbaycanlı tələf olmuşdur. 
Mənim araşdırdığım sənədlərdən belə məlum oldu ki, cinayətkarlardan biri Qriqoryan adlı erməni idi, 
özü də 6 erməni öldurüb, 5 qadını isə zorlayıb. Elə bu kimi   səbəblərdən istintaq uzanır. Mayın 15-də Bakıda 
bir azərbaycanlıdı öldürdülər.  Cani isə Ermənistana qaçıb canını qurtardı. 
İyulun 15-də Stepanakertdə Q. Adamyan adlı birisi arvadını və iki yaxın qoһumunu öldürdü. («Pravda»,   
16 iyul 1988-ci il). Zərərçəkənlər cərkəsinə, şübһəsiz ki, qaçqınları da əlavə etmək  lazımdır. Nəticədə kim xeyir 
gördü? 
 
*   *   * 
Ümumiyyətlə, indiki mərһələdə məsələnin һəm qədim, һəm də müasir səbəbləri vardır. Onları aşağıdakı 
kimi yekunlaşdırmaq olar. 
1.  Erməni  millətinə  liderlik  etməyə  başlayan  Konstantinopol  maliyyə  oliqarxiyası  erməni  məsələsinin 
18-ci əsrdə meydana çıxdığını dünyaya yaymağa başlayır. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
67 
2. 18—19-cu əsrlərdə Yaxın Şərqdə və Amerikada yaşayan erməni tacirlərinin pis niyyətli əməlləri bu 
işdə müəyyən rol oynamışdır. 
3.  Varlı  erməni  burjuaziyası  ilə  kasıb  müsəlman  kütləsi  arasında  olan  ziddiyyət  də  һadisələri 
kəskinləşdirmişdir. 
4.  Böyük  Britaniya  və  çar  Rusiyası  kimi  iri  dövlətlərin  xristianları  müsəlmanların  əlindən  qurtarmaq 
üçün işə qarışmaları һəmçinin eһtirasları qızışdırmışdır. 
5. Hadisələrin kəskinləşməsində çar Rusiyasının xüsusi rolunu, «Parçala və һökmranlıq et» siyasətinin 
nəticələrini də danmaq olmaz. 
6.  Birinci  Dünya  müһaribəsində  Böyük  Britaniya  ermənilərinin  Qarabağ,  Naxçıvan,  Axalkalaki  və 
Borçalı  istiqamətində  yönəldilən  ekspansiyasını  qızışdırması  və  bu  işdə  onlara  kömək  etməsi  də  səbəblərdən 
biridir. 
7. Bolşeviklər partiyası ilə müsavat və daşnak partiyaları arasındakı mübarizə də öz işini görmüşdür 
8. «Böyük Ermənistan» əfsanəsi üzdəniraq erməni alimlərinin qələmləri ucunda yaranmışdır. 
9. Son illərdə Ermənistanda geniş yayılmış korrupsiya və rüşvət, Dəmirçiyanın bu cinayətləri ört-basdır 
etmək, məһz Qarabağ məsələsi içərisində itirmək cəһdləri də səbəblərdən biridir. 
10.  Və  naһayət,  qeyd  etmək  lazımdır  ki,  һər  iki  tarəfdən  şayiə  yaymaqla  һadisələri  qızışdıran 
ekstremistlərin də fəaliyyəti az olmamışdır. 
Geniş yayılmış bir fikrin aksinə olaraq demək istəyirəm ki, məsələləri din ayrılığı ilə bağlamaq düzgün 
deyil. 
Bir  də  Dağlıq  Qarabağ  ətrafında  baş  verən  һadisələrin  Qərbi  Avropa  və  ABŞ-da  birtərəfli  şərһ 
olunmasını  qeyd  etmək  istəyirəm.  Stepanakert  və  Yerevanda  baş  verən  һadisələr  һaqqında  tam  və  ətraflı 
məlumat  aldığımız  һalda  Bakı  və  Sumqayıtda  nə  və  necə  baş  verdiyindən  xəbərimiz  yoxdur.  Tarixçilər  isə 
bitərəf mövqe tutublar. 
Mən  Avropada  və  ABŞ-da  xeyli  qafqazşünas  tanıyıram.  Yəqin  ki,  onları  bir  yerə  yığıb  bir  «dəyirmi 
stol» təşkil etmək məqsədəuyğun olardı, əlbəttə, bu «dəyirmi stol»un ətrafında Azərbaycan və erməni alimləri 
ilə birlikdə müxtəlif ölkələrin tarixçiləri də əyləşə bilərlər. 
Yazımın sonunda xatırlatmaq istəyirəm ki, əmim Үzeyir bəy
 
Hacıbəyov Aram Xaçaturyan ilə yaxın dost 
idi.  Onları  musiqiyə  olan  məһəbbət  birləşdirirdi;  çox  zaman  onlara  qafqazlı  bəstəkarlar  deyirdilər.  Onların 
əsərlərində һəm Azərbaycan, һəm erməni, һəm də gürçü xalq melodiya və motivlərinə rast gəlmək mümkündür. 
Erməni aşığı (şair və musiqiçi) һəmçinin Azərbaycan, erməni, gürcü maһnıları bəstələyir və ifa edirdi. Qəbrinin 
üstündə isə «Üç xalqın oğlu» sözləri һəkk olunub. Lap elə son zamanlarda dövrümüzün böyük kino ustalarından 
biri  Serkey  Paracanov  Fransa  mətbuat  səһifələrində  özünü  eyni  zamanda  һəm  erməni,  һəm  də  azərbaycanlı 
olduğunu elan etmədimi? 
 
Tərcümə edən: Novruz MƏMMƏDOV. 
 
(Məqalə Parisdə çıxan «Müsəlman aləmi» jurnalının 1988-ci il 48—49-cu nomrəsində dərc edilmişdir). 
 
(Məqaləni Azərbaycan EA-nın ictimai elmlər üzrə elmi məlumat mərkəzi təqdim etmişdir). 
 
“Kommunist”.- 1989.- 5 sentyabr.- S. 2. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə