Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə48/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   44   45   46   47   48   49   50   51   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
78 
V. İşğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması 
- Rəsmi mənbələrdən alınan məlumatlar: 
Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma «DQ» hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq 
Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya alınmasına görə, həmin ərazidə 90 
min  nəfərdən  bir  qədər  çox  erməni  yaşamışdır.  ABŞ-ın  qaçqınlar  üzrə  Komitəsinin  qaçqınların  vəziyyəti  ilə 
əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan 
Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini 
tərk  edənlərin  qarşısının  alınması  məqsədilə  müəyyən  olunmuş  qaydalara  görə,  daimi  yaşamaq  üçün  gedən 
ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər.  
Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə 
əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif 
ölkələrində  yaşayan  ermənilərin  qeyri-qanuni  olaraq  Azərbaycanın  Dağlıq  Qarabağ  və  işğal  edilmiş  digər 
ərazilərinə  köçürülməsi  halları  mövcuddur.  Qondarma  qurumun  «parlamenti»nin  «DQR»-ə  köçürülən  rus 
ailələrinin övladlarının 2005-ci ildən Qarabağ  məktəblərində erməni və rus dillərində təhsil almasının nəzərdə 
tutan qərarı da mövcuddur. 
Beynəlxalq «Qırmızı Xaç Komitəsi»nin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr 
ayının  25-də  keçirdiyi  hesablamalar  görə,  hər  ay  orta  hesabla  Dağlıq  Qarabağ  ərazisinə  15-ə  yaxın  ailə 
köçürülür və 2004-cü ildə belə ailələrin sayı 200-ə çatmışdır.  
Rəsmi  Yerevan  köçürülmə  layihələrində  özünün  birbaşa  iştirakını  gizlətməyə  çalışsa  da,  2000-ci  ildən 
etibarən «Artsaxa qayıdış» adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Ermənistan Respublikası hökuməti 
yanında  (Andranik  Marqaryanın  rəhbərliyi altında)  müşavir  Benik  Baxşiyan,  «DQR»-in  «Statistika  İdarəsinin 
rəhbəri»  -  Serj  Amirxanyan,  «Kənd  Təsərrüfatı  naziri»  -  Vaqram  Baqdasaryan,  «Milli  Yığıncağın  Maliyyə, 
Büdcə  Məsələləri  üzrə  Komissiyasının  sədri»  -  Mayor  Danelyan,  Ermənistanın  Miqrasiya  və  qaçqınlar 
idarəsinin  müdiri  -  Qaqik  Eqanyan  və  digər  vəzifəli  şəxslər,  həmçinin  «Yerkir»  ictimai  təşkilatı  aktiv  şəkildə 
məşğuldurlar.  Həmin  vaxtdan  etibarən  qaçqınlar  və  emiqrasiya  idarəsi  yuxarıda  adı  çəkilən  proqramın  realizə 
olunmasına bilavasitə qoşulmuşdur.  
2003-cü  ilin  dekabrında  Ermənistanın  baş  naziri  A.Marqaryan  erməni  əhalisinin  Azərbaycanın  işğal 
olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini 
rəsmən bildirmişdir.  
İşğal olunmuş ərazilərdə qeyri-qanunu məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılmışdır. 
Açıq  qaynaqlara  istinadən,  2004-cü  ilin  ilk  altı  ayı  ərzində  işğal  olunmuş  ərazilərə  120  erməni  ailəsi 
köçürülmüşdür. 
Bu ərazilərdə qeyri-qanuni «köçürülmə əməliyyatı» və tikinti işlərinin əsas sponsorları «Qərbi Amerikanın 
Erməni  Təhsil  Fondu»,  «Hayastan  Fondu»  təşkilatları  və  Tehranın  Erməni  Yeparxiya  Şurasıdır.  2004-cü  ildə 
xarici  fondlar  tərəfindən  «Artsaxa  qayıdış»  proqramının  realizəsi  üçün  400  min  ABŞ  dollarının  ayrıldığı  və 
Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində 90-a yaxın evin tikintisinin başa çatdırılması məlumdur. 
Köçürülməyə ayrılmış pulların səlahiyyətli şəxslər tərəfindən mənimsənilməsi və köçürülən şəxslərin 30%-
nin  bədbin  yaşayışdan  Yerevana  və  digər  MDB  ölkələrinə  qayıtmaları  barədə  1999-cu  ildə  erməni  KİV-də 
məlumatlar  yayılmışdır.  Belə  məqamlardan  biri,  erməni  diasporası  tərəfindən  Dağlıq  Qarabağda  yaşayan  və 
köçürülən ailələrə pulların çatdırılmaması barədə «10-cu naxanq» qəzetinin müxbiri Vaqram Oqacanyan 1999-
cu  ildə  «Dağlıq  Qarabağa  köçürülən  şəxslər  üçün  büdcədə  pul  yoxdur»  adlı  məqaləsinin  nəşri  olmuşdur.  Bu 
məqalə V.Oqacanyanın 2000-ci ildə bir il müddətinə azadlıqdan məhrum edilməsinə və «DQR» «prokurorluğu» 
tərəfindən barəsində cinayət işinin qaldırılmasına zəmin yaratmışdır. 
  
VI. Təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı 
Azərbaycanın  işğal  olunmuş  ərazilərində  evlərin,  qəbirlərin,  mədəniyyət  abidələrinin  dağıdılması, 
avadanlığın, inşaat materiallarının, xüsusilə dəmir məmulatların və sair yüklərin digər ölkələrə daşınması barədə 
mütəmadi məlumatlar daxil olmaqdadır. 
Müvafiq  məlumatlar,  tərkibində  müxtəlif  qiymətli  metallar,  o  cümlədən  qızıl  olan  torpağın,  zavod  və 
fabriklərdə  istismar  olunmuş  dəzgahların,  elektrik  qatarları,  vaqonlar  və  relslərin  kəsilərək  digər  ölkələrə 
daşınması faktlarını ehtiva edir. 
İşğal  altında  olan  ərazilərindən  qarət  edilmiş  milli  sərvətlərimizin  -  qədim  tarixi  əsərlərin,  xalçaların, 
mineralların  Avropa  ölkələrində  erməni  milli  sərvəti  adı  altında  nümayiş  etdirilməsi  barədə  məlumatlar 
mövcuddur.  Ermənilər  Kəlbəcərdə  yerləşən  mineral  yataqların  və  3600-ə  qədər  qaya  təsvirinin  fotoşəkillərini 
2000-ci ildə Finlandiyada öz əraziləri kimi nümayiş etdirmişlər. 
Son zamanlar ermənilərin qədim Azərbaycan musiqi alətlərini öz adlarına çıxaraq Avropa, MDB və Şimali 
Amerika  ölkələrində  satılması  halları  çoxalmış,  Qarabağ  xalçalarının  erməni  və  ya  fars  xalçaları  adı  altında 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə