Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə50/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   46   47   48   49   50   51   52   53   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
81 
təlin olunmuşdur. ONU - bu məlunu türklər qəbul etmiş, ONA torpaq da vermişlər, çörək də. Amma O, türklərə 
nifrət edir. Üstəlik, O, ruslara da nifrət bəsləyərək, türkləri rusların adından öldürürdü, bununla belə, gizlətmirdi 
ki,  ONUN  gələcəyi  Türkiyə  ilə  bağlıdır.  Bəs  O,  nə  üçün  ABŞ-ın  əleyhinədir?  Bu  işdə  Yaxın  Şərqin  radikal 
müsəlmanları  ilə,  təxminən  bir  əsr  əvvəl  yüz  minlərlə  qırıb-çatdığı  müsəlmanlarla  əməkdaşlıq  edir.  Ozü  də 
məhz ona görə qırıb-çatdığı ki, onlar müsəlmandırlar. Əslinə qalsa, təəccüblənməyə dəyməz, çünki indi O, gənc 
kürdlərlə bir yolun yolçusudur, əlbirdir. O kürdlərlə ki, onların ata-babalarını insanlıqdan kənar ən qəddar tərzdə 
öldürürdü…  
ONUN hələ XIX əsrdə buraxılmış dərsliyinə baxaq. Səfhələrini vərəqləyək: 87-ci, yaxud 61-ci səfhəsini - 
fərqi  yoxdur.  Oxuyuruq:  "Ermənistan  böyük  sözdür,  keçmiş  zəmanələrin  böyük  yaddaşı  və  gələcəyin  böyük 
elementidir…  Artmaqda  olan  erməni  tayfasının  gələcəyi  böyükdür…  Ermənilər  əhatə  olunduqları  bütün 
xalqlardan mənəvi cəhətdən üstündürlər… Erməni xalqı Haqq-Taala tərəfindən vasitəçi seçilmişdir…" Dayan. 
Beləliklə: partlayışlar və öldürülmüş qadınlar, qocalar, uşaqlar. 150 ildən artıq bir dövrədə həmişə və hər yerdə, 
bax,  beləcə  olmuşdur  -  Moskva,  Nyu-York,  Paris,  Lissabon,  Cenevrə,  Roma,  Ankara,  London,  Bakı,  Tbilisi, 
İstanbul,  Vyana,  Amsterdam,  Madrid,  Ottava,  Dortmund,  Tehran,  Sidney,  Sürix,  Marsel,  Belqrad,  Beyrut, 
Kopenhagen,  Vatikan,  Brüssel,  Frankfurt,  Bonn,  Milan,  Bern,  Afina,  Lion,  Lüksemburq,  Los-Anceles, 
Kislovodsk,  Xocalı,  Sumqayıt,  Axalkalaki,  Rostov:  kinoteatrlarda,  aeroportlarda,  təyyarələrdə,  avtobuslarda, 
metrolarda, qatarlarda, gəmilərdə və s. yerlərdə partlayışlar.  
Uzun  müddət  O,  insanların  qətlində  əli  olduğunu  gurultulu  ibarə  -  "Böyük  Ermənistan  uğrunda"  ibarəsi 
altında gizlədir və ya adamları elə özünün uydurduğu "1915-ci il soyqırımı"na görə öldürürdü ki, bu da özünün 
təcavüzkarlığına,  qana  hərisliyinə  haqq  qazandırmaq  üçün  daha  bir  bəhanədir.  Kayzer  Almaniyasının  səfiri 
baron  fon  Bulovdan  tutmuş  dünya  proletariatının  rəhbəri  Leninədək  heç  kim  bu  ibarələrə  ciddi  əhəmiyyət 
verməyərək,  "öz  gözlərinə  inanırsansa,  erməni  məsələsi  ilə  məşğul  olmamağın  daha  yaxşıdır"  desə  də,  O, 
əvvəlki  şüarlarını  inadçılıqla,  izaholunmaz  ardıcıllıqla  dəyişdirmirdi.  O,  özünün  dərsliyinə,  deməli,  bütün 
xalqlar  üzərində  özünün  mənəvi  üstünlüyünə,  özünün  ilahi  vergisi  olan  xüsusi  qabiliyyətinə  və  xüsusi 
"missiya"sına  kor-koranə  inanaraq,  qanlı,  iblisanə  "iş"ini  davam  etdirirdi.  Kolumbiyalı  narkobaron  Karlos  öz 
müsahibəsində artıq ONU narkobiznes üzrə xırda tərəfdaş adlandırsa da, artıq O, əsir və girovlardan çıxarılıb 
götürülən  transplantasiya  orqanlarının  satışında  təqsirləndirsə  də,  dahi  Puşkindən  tutmuş  ABŞ  Prezidenti 
R.Reyqanadək  hamı  ONUN  haqqında  ən  xoşagəlməz  sözlər  desə  də,  O,  mahiyyətcə  dəyişməyibdir,  xroniki 
təhtəlşüur,  davakarlıq  vəziyyətində  olan  daxili  aləmi  də,  əslində,  dəyişməz  qalıbdır.  Amma  görkəmli  rus 
tədqiqatçılarının fikrincə, O, zahirən dəyişə bilər. Məsələn, adını həvəslə dəyişdirib rus, gürcü, kürd, ərəb, türk, 
fransız, ispan, azərbaycanlı adları və başqa adlar qoyur. Kütlə ilə qaynayıb-qarışmaq üçün. Bu isə cinayətkarın 
klassik üsuludur.  
 
Buna baxmayaraq, onun həqiqi adı bizə yaxşı məlumdur:  
BEYNƏLXALQ TERRORİZM. 
Etiraf etmək lazımdır ki, 2000-ci il 10 yanvar tarixli BMT Konvensiyasına görə, dünya birliyi özünün bütün 
tarixi ərzində "terrorizm" anlayışına aydınlıq gətirə bilməmişdir. Belə də olmuşdur ki, "terrorçu" sözü bir çox 
hallarda  "azadlıq  mücahidi"  kimi  yozulmuşdur.  Təfsirdə  çətinliklərlə  əlaqədar  hüquqşünaslar,  istər  partlayıcı 
qurğuların  qoyulması,  insanların  oğurlanması  olsun,  istərsə  də  təyyarələrin  qaçırılması  olsun,  fərqi  yoxdur, 
konkret  faktları  cinayət  kimi  tövsif  edən  konvensiyalar  sistemi  yaratmaq  məcburiyyətində  qalmışlar.  ABŞ 
Qanunlar Məcəlləsinin 22-ci Titulunda, 2656 f (d) Bölməsində terrorizmin tərifinə nəzər salaq:  
"  -  "Terrorizm"  termini  submilli  qruplar  və  ya  gizli  fəaliyyət  göstərən  agentlər  tərəfindən,  adətən, 
cəmiyyətin  əhval-ruhiyyəsinə  təsir  etmək  məqsədilə  dinc  əhaliyə  və  ya  obyektlərə  qarşı  qəsdən  törədilmiş, 
siyasi cəhətdən əsaslandırılmış zorakılıq deməkdir.  
- "Beynəlxalq terrorizm" termini birdən çox dövlətin vətəndaşlarının iştirak etdikləri və ya ərazisinin əhatə 
olunduğu terrorizm deməkdir.  
-  "Terror  qrupu"  termini  beynəlxalq  terrorizmlə  məşğul  olan  və  ya  özünün  tərkibində  bu  cür  fəaliyyətlə 
məşğul olan xeyli yarımqrupa malik hər hansı qrup deməkdir.  
1983-cü ildən ABŞ hökuməti statistika və analitik məqsədlər üçün terrorizmin bu tərifindən istifadə edir".  
Rusiya  Prezidenti  Vladimir  Putin  terrorizm  barəsində  ruslara  xas  düzlük  və  açıqlıqla  demişdir:  "Bu  bir 
bəladır və onunla mübarizə aparmaq lazımdır".  
"Erməni  terrorizmi"  məfhumuna  gəldikdə  isə,  zahirən  nə  qədər  mürəkkəb  olsa  da,  onun  təzahürünü  izah 
etmək  qat-qat  asandır.  Adlarından  asılı  olmayaraq,  bəzi  erməni  təşkilatları  öz  proqramlarında  terrora  qarşıya 
qoyulan məqsədə çatmaq vasitəsi kimi baxırlar. Üstəlik, onilliklər ərzində erməni terrorizminin qurbanları elə 
bu  təşkilatların  üzvlərinin  özləri,  daha  doğrusu,  onlardan  başqa  çür  düşünərək,  məhz  terroru  rədd  edənlər 
olmuşlar.  Erməni  alimlərinin  tədqiqatlarında,  siyasi  liderlərin  erməni  xalqı  üçün  dönüş  dövrlərindəki 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə