Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə52/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   48   49   50   51   52   53   54   55   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
84 
26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın 
partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.  
19  oktyabr  1991-ci  il.  Ağdərə  rayonunun  Sırxavənd  kəndi  yaxınlığında  "UAZ-469"  markalı  avtomaşın 
partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.  
20  noyabr  1991-ci  il.  Xocavənd  rayonunun  Qarakənd  kəndi  yaxınlığında  "Mİ-8"  vertolyotunun  atəşə 
tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, 
Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.  
26  dekabr  1991-ci  il.  Şuşa-Laçın  yolunun  4-cü  kilometrliyində  "ZİL-130"  və  "Moskviç"  maşınları 
partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.  
08  yanvar  1992-ci  il.  Türkmənistandan  "Krasnovodsk-Bakı"  marşrutu  ilə  hərəkət  edən  dəniz  bərəsində 
törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.  
28  yanvar  1992-ci  il.  "Ağdam-Şuşa"  marşrutu  ilə  uçan  Mİ-8  mülki  vertolyotu  Şuşa  şəhəri  yaxınlığında 
erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.  
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral 
ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 
nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.  
22  mart  1992-ci  il.  "UAZ  469"  markalı  60-25  AZU  dövlət  nişanlı  avtomaşın  Qazax  rayonu  ərazisində 
partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.  
28  mart  1992-ci  il.  "Kamaz-5410"  markalı  40-53  AQŞ  dövlət  nişanlı  avtomaşın  partladılmış,  nəticədə  3 
nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.  
18  aprel  1992-ci  il.  "Qazax-Сəfərli"  yolunun  10-cu  kilometrliyində  "Vaz"  markalı  maşın  silahlı  basqına 
məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.  
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət 
nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.  
28  fevral  1993-cü  il.  Rusiyanın  Şimali  Qafqaz  ərazisində  Qudermes  stansiyası  yaxınlığında  "Kislovodsk-
Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.  
02  iyun  1993-cü  il.  Bakı  dəmir  yolu  vağzalında  sərnişin  qatarının  vaqonunun  partladılması  nəticəsində 
dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan 
Respublikası  Milli  Təhlükəsizlik  Baş  İdarəsi  kəşfiyyat  şöbəsinin  rəisi,  polkovnik  caan  Ohanesyan  tərəfindən 
məxfi əməkdaşlığa cəlb edilərək,  casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan 
tələfatı  ilə  nəticələnəcək  partlayışlar  törətmək  tapşırığı  aldığını  etiraf  etmişdir.  İstintaq  zamanı  sübuta 
yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə 
partlayışlar törətmişdir.  
22  iyul  1993-cü  il.  Tərtər  rayonunda  törədilmiş  partlayış  nəticəsində  5  nəfər  həlak  olmuş,  18  nəfər 
yaralanmışdır.  
Həmin  gün  Qazax  rayonunun  mərkəzində  törədilmiş  partlayış  nəticəsində  6  nəfər  həlak  olmuş,  10  nəfər 
yaralanmışdır.  
30  avqust  1993-cü  il.  Hadrut  rayonu  ərazisində  "ZİL"  markalı  maşın  partladılmış,  nəticədə  2  nəfər  həlak 
olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin 
avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
85 
01  fevral  1994-cü  il.  Bakı  dəmir  yolu  vağzalında  "Kislovodsk-Bakı"  sərnişin  qatarında  terror  aktı 
törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.  
18  mart  1994-cü  il.  Xankəndi  şəhəri  yaxınlığında  İran  Hərbi  Hava  Qüvvələrinə  məxsus  "Herkules"  tipli 
təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.  
19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər 
həlak  olmuş,  49  nəfər  yaralanmışdır.  Məhkəmə  sübut  etmişdir  ki,  terror  aksiyası  Ermənistan  xüsusi  xidmət 
orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.  
Müəyyən  olunmuşdur  ki,  "Sadval"  separatçı  təşkilatının  həmin  fəalları  1992-ci  ildən  etibarən  dəfələrlə 
Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində 
və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan 
Azərbaycan  vətəndaşı  Ermənistanın  Nairi  rayonunun  Lusakert  qəsəbəsində  yerləşən  təlim-məşq  bazasında 
xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun 
olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa 
zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.  
"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-
təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.  
13  aprel  1994-cü  il.  Dağıstan  Respublikasının  "Daqestanskiye  Oqni"  stansiyası  yaxınlığında  "Moskva-
Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.  
03  iyul  1994-cü  il.  Bakı  metropolitenin  "28  May"  və  "Gənclik"  stansiyaları  arasında  elektrik  qatarındakı 
partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.  
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 
yanvar  1994-cü  ildə  əsir  düşmüş  və  Ermənistan  xüsusi  xidmət  orqanları  tərəfindən  məxfi  əməkdaşlığa  cəlb 
edilmiş  Aslanov  Azər  Salman  oğlu  tərəfindən  törədilmişdir.  Məhkəmə  araşdırmaları  zamanı  müəyyən 
olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi 
əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə 
fəaliyyət  göstərmələrinin  vacibliyini  bildirmişdir.  9  iyun  1994-cü  ildə  Ermənistan  xüsusi  xidmət  orqanlarının 
Artur  adlı  əməkdaşı  A.Aslanovun  Bakıdakı  mənzilinə  zəng  vuraraq  onun  sağ  olduğunu  bildirmiş  və  azad 
olunması  üçün  yaxın  qohumlarından  birinin  Yerevan  şəhərinə  gəlməsinin  zəruriliyini  qeyd  etmişdir.  16  iyun 
1994-cü  il  tarixində  A.Aslanovun  anası  Tacibat  Aslanova  Yerevana  gəlmişdir.  Azər  Aslanova  anasının 
həyatının  təhlükə  altında  olduğu  bildirilmiş,  bu  təhdidlər  altında  o,  Ermənistan  xüsusi  xidmət  orqanları  ilə 
"Ömər-75"  təxəllüsü  ilə  daimi  əməkdaşlığa  cəlb  edilmişdir.  Azərbaycana  maneəsiz  gəlməsi  üçün  Azər 
Aslanovun  adına  saxta  sənədlər  hazırlanmış,  partlayıcı  maddə  isə  müvafiq  qaydada  peçenye,  şokolad  və 
dezodarant qutularında gizlədilmişdir.  
A.Aslanov  "Yerevan-Mineralnıye  Vodı-Bakı"  marşrutu  ilə  Azərbaycana  gələrək,  3  iyul  1994-cü  ildə  Bakı 
metrosunun  "28  May"  və  "Gənclik"  stansiyası  arasında  qatarda  terror  aktını  həyata  keçirmiş  və  yenidən 
Ermənistana  qayıtmışdır.  Bu  müddət  ərzində  Yerevanda  girov  saxlanılan  anası  yalnız  bundan  sonra  azad 
olunmuşdur.  
İstintaq  zamanı  müəyyən  edilmişdir  ki,  terror  aktının  təlimatçıları  Ermənistan  xüsusi  xidmət  orqanlarının 
polkovniki  Karen  Baqdasaryan  və  kapitan  Seyran  Sarkisyan  olmuşlar.  Azərbaycan  Respublikasının  Ali 
Məhkəmə  instansiyaları  tərəfindən  aparılmış  araşdırmalar  prosesində  göstərilən  terror  aktlarının  həyata 
keçirilməsində  Dağlıq  Qarabağın  qeyri-qanuni reJiminin  funksionerləri  və  Ermənistan  Respublikasının xüsusi 
xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı 
prosessual qaydada sübuta yetirilmişdir.  
Milli Təhlükəsizlik Nazirliyi  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə