Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə55/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   51   52   53   54   55   56   57   58   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
90 
bunun  əvəzində  azərbaycanlıların  qədimdən  məskunlaşdığı  və  kompakt  yaşadıqları  bir  neçə  Ermənistan 
rayonunun  Azərbaycana  birləşdirilməsini  tələb  edir.  Bağırovun  məktubunu  müzakirə  edən  SSRİ  rəhbərliyi 
Ermənistanın iddiasını  qəbul  etmir.  Nəticədə  Ermənistan rəhbərliyinin  Dağlıq  Qarabağın  Ermənistan tərkibinə 
daxil etmək haqqında təklifi qəti rədd edilmiş olur. 
1985-ci ilin dekabrında ABŞ-dakı daşnak partiyası və erməni milli komitəsi Böyük Ermənistan yaratmaq və 
Qarabağla Naxçıvanı, habelə Gürcüstanın Axalkalaki bölgəsini Ermənistana birləşdirməyi strateji məqsəd elan 
etdilər. O vaxtdan Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın iddiaları daha aşkar xarakter almışdır. 
Ermənistan  beynəlxalq  hüquq  normalarını  və  BMT  nizamnaməsini  kobudcasına  pozaraq  yuxarı  Qarabağ 
üstündə  respublikamıza  qarşı  elan  olunmamış  müharibəyə  başladı,  sərhədlərimizdə,  hətta  vətənimizin  daxili 
ərazilərində günahsız qocaların, qadınların və məsum körpələrin qanı töküldü. “Böyük Ermənistan” yaratmaq 
məqsədini  qarşıya  qoyan  təcavüzkar  Yerevan  Azərbaycanın  xeyli  hissəsini  işğal  etdi.  330  min  nəfərdən  çox 
əhalisi olan Naxçıvanı blokadaya aldı. Ermənistan parlamenti isə daha da irəli gedərək 1989-cu il dekabr ayının 
1-də Dağlıq Qarabağın Azərbaycan tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. 
1990-cı ildə isə Dağlıq Qarabağdan Ermənistan parlamentinə 12 nəfər deputat seçildi. 
Yuxarıda sadalananları qeyd etməkdə məqsədimiz Ermənistanın təcavüzkarlığının gedişini açmaqla yanaşı, 
onun  beynəlxalq  tərəflərini  şərh  etməkdi.  Azərbaycana  qarşı  təcavüzkarlığını  pərdələmək  üçün  Ermənistan 
münaqişənin  kökləri  barədə  yanlış  təsəvvür  yaratmağa  çalışırdı.  Münaqişənin  kökləri  isə  əslində  əsasən 
aşağıdakılardan ibarətdir və onların deyilməsi vacibdir: 
Birincisi,  Dağlıq  Qarabağ  münaqişəsinin  kökləri  dini,  milli  və  etnik  amillərdən  deyildi,  onu  Azərbaycan 
cəmiyyətinin inkişafı törətməmişdi. Bu münaqişənin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi 
iddiaları  idi.  Azərbaycana  qarşı  Ermənistanın  ərazi  iddiaları  isə  80-ci  ilin  ortalarından  başlanmırdı.  Çar 
Rusiyasının  Azərbaycanın  işğal  etdiyi  dövrdə,  bütün  sovet  hakimiyyəti  illərində,  əvvəlcə  20-ci  illərdə,  sonra 
1950-80-cı  illərdə  Azərbaycanın  ərazisi  keçmiş  mərkəzi  orqanlar  tərəfindən  düşünülmüş  şəkildə  hissə-hissə 
parçalandı və zəngin təbii sərvətləri ilə birlikdə Ermənistana verildi. Nəticədə, 1918-20-ci illərdə 114 min km2 
ərazisi olan Azərbaycanın torpaqları ədalətsizcəsinə parçalanıb, paylanaraq 86,6 min km2-ə endirildi; 
İkincisi,  antitürk,  eləcə  də,  antiazərbaycan  siyasəti  Ermənistanın  xarici  siyasətinin  rəsmi  baş  xəttinə  və 
dövlət  ideologiyasına  çevrildi.  Sovet  hakimiyyəti  illərində  Ermənistanda  yaşayan  azərbaycanlıların 
məskunlaşdığı  şəhər,  qəsəbə  və  kəndlərin  tarixi  adları  dəyişdirildi,  məscidlər,  qəbiristanlıqlar  yerlə-yeksan 
edildi  və  xəritədən  silindi.  Əsrin  əvvəllərində  əhalisinin  yarıdan  çoxu  azərbaycanlılar  olan  Ermənistanda  bir 
nəfər  də  olsun  azərbaycanlı  qalmadı.  Bir  hissəsi  1918-1920-ci  illərdə,  ikinci  hissəsi  1948-1952-ci  illərdə 
qovulan azərbaycanlıların sonuncu 205 min nəfəri 1988-ci ildə bir neçə gün ərzində Ermənistandan vəhşicəsinə 
qovuldu.  Nəticədə  Ermənistan  vətəndaşlarının  99  faizi  ermənilərdən  ibarət  olan  vahid  millətli  respublikaya 
çevrildi.  Buna  görədə  Ermənistanın  hərəkətlərinə  regional  hadisə  kimi  baxıla  bilməz.  Belə  hərəkətlər  bütün 
dünya birliyini düşündürməlidir
Üçüncüsü, Ermənistanın öz təcavüzkarlığını “erməni xalqının öz müqəddəratını təyin etməsi hüququ” kimi 
qələmə verməklə ört-basdır etməsinin heç bir əsası yoxdur. Çünki erməni xalqı artıq müqəddəratını təyin edərək 
və hətta qonşu xalqların torpaqlarını zorla tutaraq Ermənistan adlı dövlət yaradıb. 
Beynəlxalq  birliyin  qəbul  etdiyi  sənədlər  də  Ermənistanın  əsassız  iddialarının  əleyhinədir.  ATƏT 
sənədlərində göstərilir ki, öz müqəddəratını təyin etmək məqsəd deyil, vasitə olmalıdır, xalqların kollektiv, dinc 
və  demokratik  yolla  inkişafına  xidmət  etməlidir.  Bu  qarşıya  qoyulmuş  məqsədlə,  xüsusən  ayrılma  ilə 
eyniləşdirilə  bilməz.  Öz  müqəddəratını  təyin  etmək  ayrılmaq  demək  deyildir.  Öz  müqəddəratını  təyin  etmək 
mütləq  hüququ  olmayıb,  başqa  xalqların  da  hüquqlarının  tarazlaşdırılmasını  nəzərdə  tutmalıdır.  Nəticədə  öz 
müqəddəratını  təyin  etmək  başqa  xalqların  hüquqlarının  pozulmasına  gətirib  çıxarmamalıdır.  Zorakılıq 
millətlərin öz müqəddəratını təyin etməsində yolverilməzdir. Xarici dövlətlər bu məsələdə bitərəf olmalıdırlar. 
Öz  müqəddəratını  təyin  etmək  istənilən  dövlətin  ərazi  bütövlüyünün  pozulmasına  və  separatçılığa 
gətirməməlidir; 
Dördüncü,  Ermənistanın  Qarabağın  dağlıq  hissəsindəki  ermənilərin  hüquqlarının  pozulması  barədə 
böhtanlarının da əsası yoxdur. Çünki Azərbaycan xalqı daimi erməni xalqına böyük xeyirxahlıq göstərərək ona 
ən yaxşı şərait yaratdı, sonuncu tikə çörəyini onlarla böldü, onlara sığınacaq verdi. Onlar üçün erməni dilində 
radio,  televiziya  verilişləri,  ali  və  orta  məktəblər,  mədəni-maarif  müəssisələri açdı,  qəzet  və jurnallar, teatrlar 
yaratdı. Ən nəhayət, respublikada ən müxtəlif vəzifələrdə erməni xalqının nümayəndələri işləyirdilər və onlar 
Azərbaycanın tam bərabərhüquqlu vətəndaşları idilər. 
Beşinci,  Dağlıq  Qarabağın  sosial-iqtisadi  inkişafının  geriliyi  barədə  mülahizələr  də  əsassızdır.  Çünki,  bu 
regionun inkişafı nəinki Azərbaycanın və keçmiş SSRİ-nin digər respublikalarının , hətta Ermənistanın özünün 
inkişafından da yüksək idi. Münaqişə yeni başlayarkən hətta erməni mütəxəssisləri də bunu etiraf edirdilər. 
Göründüyü  kimi,  münaqişə  heç  də  ermənilərin  iddia  etdiyi  kimi  ,milli,  dini  ,  etnik  zəminli  deyil,  Dağlıq 
Qarabağ  ermənilərinin  Ermənistanın  və  millətçi,  şovinist  ermənilərin  təhriki  ilə  Azərbaycan  dövlətini 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə