Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə57/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   53   54   55   56   57   58   59   60   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
92 
Bu  işləri  həyata  keçirməkdə  məqsəd  olduqca  sadə  və  aydın  idi:  Rusiyanı  Zaqafqaziyaya  hücuma  təhrik 
etmək,  Rusiyanın  əli  ilə  Şamaxı,  Gəncə,  Qarabağ  və  İrəvanı  tutmaq  və  xəyallardakı  Ermənistan  dövlətini 
yaratmaq.  1790-cı  ilin  yanvarında  ermənilər  hərbi  kömək  üçün  birbaşa  II  Yekaterinaya  müraciət  etdilər. 
Müraciətdə  deyilirdi:  “barbarları  devirmək  üçün  az  miqdarda  olsa  da  qoşunla  kömək  edilsin.  Çünki  rus 
qoşunları  nə  qədər  az  olsalarda,  zəhmli  adları  ilə  yerli  qüvvələrə  üstün  gələr,  nəticədə  Qarabağ  xanlığının 
hökmdarlığına son qoyulmuş olar”. 
1801-ci  ildə  Rusiya  Şərqi  Gürcüstanı  nəhayət  ki,  özünə  birləşdirə  bildi.  Bunun  ardınca  Quba,  Lənkəran 
xanlıqları(1802), Bakı xanlığı (1803) Rusiya tərkibinə daxil olduqlarını təsdiq etməyə məcbur oldular. Növbə 
Gəncə, Qarabağ və İrəvan xanlıqlarına çatdı. 
Rusiyanın  Qafqazda  möhkəmlənmək  siyasəti  və  bu  istiqamətdə  atdığı  addımlar  tədricən  parçalanmış 
xanlıqların  Rusiyanın  tabeçiliyini  qəbul  etmələri  ilə  nəticələnirdi.  Belə  bir  şəraitdə,  1805-ci  ildə  İbrahim  xan 
Sisianovla Qarabağ xanlığının Rusiya hakimiyyəti altına keçməsi haqqında müqavilə imzalamağa məcbur oldu. 
Müqaviləyə əsasən İbrahim xanın bütün ailəsi, nəsli, əyaləti və təbələri Rusiya İmperiyasının tabeçiliyinə keçir, 
Rusiya isə əvəzində Qarabağ əyalətinin bütövlüyünün saxlanılmasına imperator zəmanəti verirdi. 
Tarixi faktları saxtalaşdırmağa çalışan bir çox erməni müəllifləri nədənsə yuxarıda sadalanan faktları nəzərə 
almamağa  çalışırlar.  İndiyə  qədər  onların  bir  çoxlarının  əsərlərində  Qarabağ  əhalisinin  müxtəlif  və  həqiqətə 
uyğun olmayan yalanlar öz əksini tapmışdır. Belə ki, Z. Balayan yazır ki, guya XIX əsrin əvvəllərində ermənilər 
Qarabağ  əhalisinin 98 faizini təşkil etdiyi məlum olmuşdur. Əslində isə, bu deyilənlər həqiqətə tam ziddir və 
heç bir tarixi faktlara söykənmir. Qarabağ əhalisinin etnik tərkibi haqqında ilk qismən etibarlı mənbə kimi 1923-
cü ildə tərtib olunmuş “Qarabağ əyalətinin təsviri” kitabı qəbul edilə bilər. Bu kitabda XIX əsrin əvvəllərində 
Qarabağda yaşayan əhalinin sayı, milli tərkibi haqqında müəyyən qədər olsa da həqiqətə uyğun məlumatlar öz 
əksini  tapmışdır.  Həmin  materiallar  əsasında  hesablanıb  ki,  1823-cü  ildə  Qarabağ  əyalətində  20095  ailə 
məskunlaşmışdır ki, onlarında 78,3 faizi azərbaycanlı, 21,7 faizi isə erməni etnik tərkibli ailələrdir. Qeyd etmək 
lazımdır ki, 18051823-cü illər ərzində Qafqaz əhalisinin xristianlaşdırılması siyasəti nəticəsində Azərbaycanın 
bir çox vilayətlərinə, xüsusilə də Qarabağ xanlığı ərazisinə İran və Türkiyədən kütləvi surətdə erməni ailələri 
köçürülürdü.  Ona  görə  də  yuxarıda  qeyd  olunan  əhalinin  21,7  faiz  hissəsinin  erməni  əsilli  olması  şübhəli 
olmaqla yanaşı, həm də onların nə qədərinin 18051823-cü illər ərzində Qarabağa köçürülmüş gəlmə ermənilər 
olduğu hələki dəqiqləşdirilməyib. 
1828-ci  ildən  etibarən  İran  ərazisində  yaşayan  erməni  ailələrinin  Qarabağda  və  Azərbaycanın  digər 
vilayətlərinə köçürülməsi daha kütləvi və mütəşəkkil xarakter aldı. Bu artıq çarizmin Qafqaza istiqamətlənmiş  
dövlət  siyasəti  idi.  1828-ci  ildə  general  Paskeviçin  göstərişinə  əsasən  Qarabağda  bir  sıra  müsəlman  kəndləri 
boşaldılmalı,  əhali  digər  ərazilərə  köçürülməli,  bu  kəndlərdə  isə  İrandan  köçürülmüş  ermənilər 
məskunlaşdırılmalı  idi.  Onun  fikrincə,  ermənilərin  heç  də  hamısı  burada  yaşamağa  razı  olmayacaqdılar,  ona 
görə də mümkün qədər daha çox erməni bu ərazilərə, xüsusilə də Qarabağa köçürülməlidir ki, burada yaşamağa 
razı olmayanlarla yanaşı qalanların da sayı çox olsun. Paskeviç hesab edirdi ki, müsəlmanların məskunlaşdığı 
ərazilərdə  nə  qədər  çox  xristian,  xüsusilə  də  erməni  yerləşdirilsə  Rusiya  bu  regionda  öz  mənafeyinə  uyğun 
siyasəti daha sərbəst şəkildə həyata keçirə biləcəkdir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
93 
İşğal olunmuş ərazilərin təbii ehtiyat potensialı 
 
Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  və  onun  ətrafında  olan  Laçın,  Kəlbəcər,  Qubadlı,  Zəngilan, 
Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük 
bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu. 
Hal-hazırda  Füzuli  rayonunun  Horadiz  qəsəbəsindən  başlayaraq  Zəngilan  rayonunun  sərhədlərinədək 
uzanan  198  km  Azərbaycan-İran  və  360  km  Azərbaycan-Ermənistan  -  cəmi  558  km  dövlət  sərhədləri 
Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu 
SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demarkasiya xətləri dağıdılmışdır. Hazırda baxımsız 
qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda 
narkotik  maddələr  daşınması  əməliyyatı  həyata  keçirilir.  İşğal  altında  olan  bu  sərhədlərdən  həm  də 
Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları 
qonşu İran və Ermənistana daşınır.  
Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət 
kimi  qələmə  verən  Ermənistanın  həyata  keçirməsi  təkcə  Azərbaycan  üçün  deyil,  bütün  bunlara  göz  yuman 
dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.  
Bundan  başqa,  Azərbaycanın  Ermənistanla  həmsərhəd  olan  Naxçıvan  MR-nın  Sədərək  rayonunun  Kərki, 
Qazax  rayonunun  Aşağı  Əskipara,  Yuxarı  Əskipara,  Quşçu  Ayrım,  Barxudarlı  və  digər  yaşayış  məntəqələri 
dağıdılmış və işğal olunmuşdur.  
Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb 
rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub  metr 
olan  Ağstafa  su  anbarından  başlayan  və  uzunluğu  72,3  km  olan  suvarma  kanalı  Qazax,  Ağstafa,  Tovuz  və 
Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir.  
Dağlıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münaqişə zonalarının heç birində 
mövcud  sərhədlərdən  kənara  çıxma  və  ətraf  rayonların  işğal  edilməsi  halları  baş  verməmişdir.  Məsələn, 
Gürcüstan  Respublikasındakı  münaqişə  zonası  olan  Abxaziya  Muxtar  Respublikası  özünün  köhnə 
sərhədlərindən  kənara  çıxmayıb  və  bir  qarış  da  olsa  ətraf  ərazilərini  zəbt  etməyibdir.  Məhz,  belə  olan  halda 
Ermənistan  hansı  beynəlxalq  qaydalar  və  qanunlar  əsasında  həm  keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayətini, 
həm  də  bu  vilayətə  heç  bir  aidiyyatı  olmayan  Azərbaycan  rayonlarını:  Laçın,  Kəlbəcər,  Qubadlı,  Zəngilan 
Cəbrayıl, Füzuli və Ağdamı zəbt edib.  
İşğal  olunmuş  regionda  müxtəlif  təbiət  abidələri,  nadir  bitki  və  heyvan  növləri  yayılmışdır.  İşğal  olunan 
Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar 
idi.  
Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında 
olan  ərazilərində  bir  sıra  qoruq  və  yasaqlıqlar  təşkil  olunmuşdur.  Bunlardan  Bəsitçay  Qoruğunu,  Laçın 
yasaqlığını  və  b.  göstərmək  olar.  Bəsitçay  qoruğu  Azərbaycanın  cənubi-qərbində  işğal  olunmuş  Zəngilan 
ərazilərində  Bəsitçayın  dərəsində  1974-cü  ildə  yaradılmışdır.  Qoruğun  sahəsi  107  hektardır.  Burada  qorunan 
obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı 
"Qırmızı Kitab"a daxil edilmişdir.  
Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 
21, 4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik 
(2500)  mühafizə  olunurdu.  Azərbaycanda  yeganə  olaraq  Şuşa  rayonu  ərazisində  bitən  Xarı  bülbül  Qarabağın 
rəmzi hesab olunur.  
İşğal  altında  olan  ərazilər yeraltı  və  yerüstü  təbii  ehtiyatlarla  zəngindir.  Ən  çox  yayılan  faydalı  qazıntılar 
əlvan  metal  filizləri,  qızıl,  civə,  xromit,  perlit,  əhəng,  mərmər,  əqiq,  mineral  sular  və  başqalarıdır.  Ərazinin 
kurort-rekreasiya  potensialı  da  genişdir.  Azərbaycan  Respublikasının  ermənilər  tərəfindən  işğal  olunmuş 
rayonlarında yerləşən faydalı qazıntı yataqlarının siyahısı aşağıdakı cədvəldə verilir.  
 
Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal 
olunmuş rayonlarında yerləşən faydalı qazıntı yataqlarının siyahısı 
 
Ağdərə 
Faydalı qazıntının növü  Faydalı qazıntı yatağının adı 
Ehtiyatlar 
Sənaye proqnoz 
Qızıl  
1.Qızılbulaq  
13,6 
vahid 
(mis-47,9 m.t.) 
  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə