Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə59/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   55   56   57   58   59   60   61   62   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
97 
Mişar daşı 
Şahbulaq 
64767 
  
Üzlük daşı 
Gülablı 
3999 "-" 
  
Sement xammalı 
Çobandağ 
Boyəhmədli 
Şahbulaq 
140464 min.t 
44709 "-" 
25197"-" 
  
Gil 
Ağdam 
1599min.m3 
  
Qum-çınqıl 
Qarqarçay-1 
Qarqarçay-2 
Xaçinçay 
17500 
"-" 
7230 
"-" 
12099 "-" 
  
  
  
Şirin yeraltı sular 
Qarqarçayın yataqaltı suları 
Qarqarçayın Gətirmə konusu (Ağdam 
sahəsi 
Ovruzlu-Yusifli sahəsi 
Qarabağ dağətəyi düzənliyinin regional 
ehtiyatları 
  
29,4 min m3/gün 
72,23 min m3/gün 
1857,9 "-" 
  
  
  
  
 
(Cədvəllər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsaslanır)  
Göründüyü  kimi,  işğal  olunmuş  regionda  nadir  və  qiymətli  faydalı  qazıntı  yataqları  yayılmışdır. 
Əhəmiyyətli  mis-sink  filizlərinin  ehtiyatları  Kiçik  Qafqazın  şərqində  yerləşən  Mehmana  yataqlarında 
cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları 
Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir.  
İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti 
materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ 
(əhəngin  ehtiyatları  140  milyon ton  və  gillər 20  milyon  ton ),  Şahbulaq  (25  milyon  ton  gil),  Bəyəhmədli (45 
milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.  
Zəbt  olunmuş  ərazilərdə  böyük  müalicə  əhəmiyyəti  olan  120-dək  müxtəlif  tərkibli  mineral  su  yataqları 
vardır.  Bunların  içərisində  Kəlbəcər  rayonunda  Yuxarı  və  Aşağı  İstisu,  Bağırsaq,  Keştək,  Laçın  rayonunda 
İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.  
Kəlbəcər  rayonu  ərazisində  yerləşən  İstisu  mineral  suları  özlərinin  əlverişli  qaz  və  kimyəvi  tərkibinə, 
yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm 
də daxili xəstəliklərini müalicə etmək mümkündür.  
İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 
800 min litr su istehsal edirdi.  
Turşsu  mineral  bulağı  Azərbaycanın  Şuşa  şəhərinin  17  km-lik  məsafəsində  yerləşir.  Turşsu  vasitəsi  ilə 
müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilir. Turşsu və İsa bulağı əsrlər 
boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olmuşdur.  
Onu  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  mineral  sularının  ümumi  geoloji  ehtiyatlarının  39,6%-i  işğal 
altında olan rayonların payına düşür.  
Milli  ərazinin  formalaşmasının  vacib  şərtlərindən  biri  də  onun  sıx  daxili  iqtisadi  əlaqələrinin  olmasıdır. 
Milli  ərazilərin  daxilində  yaranan  iqtisadi  əlaqələr  özünün  uzun  tarixliyi,  sabitliyi  və  daimi  olması  ilə 
səciyyələnməlidir. Hal-hazırda Ermənistan əsassız olaraq iddia etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 
həmişə  Azərbaycanın  tərkibində  olmuş,  onun  dövlətçiliyi  tərəfindən  idarə  edilmişdir.  Vilayətin  mərkəzi 
Xankəndi) birbaşa Azərbaycan dəmir və şosse yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya 
sistemində sıx bağlanmışdır. Bu mərkəzdən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir.  
Dağlıq  Qarabağ  ermənilərinin  böyük  əksəriyyətinin  Bakı  şəhəri  ilə  sıx  əlaqələri  mövcud  idi.  Onların  ailə 
üzvlərinin çoxu bu şəhərdə həm də yüksək sosial-iqtisadi səviyyədə yaşayır və işləyirdilər.  
Çox  mühüm  rol  oynayan  iqtisadi  əlaqələr  amilliyini  nəzərdə  tutan  Sovet  dövlətinin  rəhbərliyində  təmsil 
olunan  qatı  millətçi  A. Mikoyan  20  may  1920-ci  ildə  yazmışdır:  "Erməni  dövlətinin  agentləri  olan  daşnaklar 
Qarabağı Ermənistana birləşdirməyə can atırlar, lakin bu, Qarabağ əhalisini öz yaşayış mənbəyindən - Bakıdan 
məhrum etmək və heç nə ilə əlaqəsi olmayan İrəvana zorla bağlamaq deməkdir"  
Dağlıq  Qarabağın  iqtisadi cəhətdən  həmişə  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olması  haqqında  erməni 
liderlərinin öz dili ilə yuxarıda dediyi həqiqətlər bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ilə bağlıdır. 
Belə  ki,  əsrlər  boyu  Qarabağın  Dağlıq  hissəsi  düzən  Qarabağla  sıx  iqtisadi  əlaqə  inkişaf  etdirmişdir.  Çay 
dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Bütün bu tarixi-


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
98 
coğrafi  reallıqların  əksinə  Yuxarı  Qarabağın  ermənilər  tərəfindən  işğal  olunması  və  onun  zorla  düzən 
Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratdı.  
Uzun  illərdən  bəri  Dağlıq  Qarabağın  ərazisində  yerləşən  müəssisələrin  böyük  əksəriyyəti  Azərbaycanın 
rayonlarından  gətirilən  yanacaq,  xammal  və  materiallar  əsasında  işləyirdilər,  bir  çoxları  isə  Bakının  iri 
müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi.  
Keçmiş Dağlıq Qarabağla Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdur:  
1)  İstehsalın  kooperasiya  əlaqələri  -  yəni,  xalis  istehsal  əlaqələri,  o  cümlədən,  xammal  -  yanacaq 
mənbələrinə  görə;  2)  Əmtəə-mal  dövriyyəsi;  3)  Maddi-texniki  təchizat;  4)  Nəqliyyat-yük  əlaqələri  ;  5)  Elmi-
texniki əlaqələr; 6) Dövlət idarəetmə əlaqələri; 7) Mədəni-maarif əlaqələri və s.  
Beləliklə,  göstərilən  bu  əlaqələrin  hər  birinin  dərindən  təhlili  aparılarsa,  o  zaman  Dağlıq  Qarabağın 
Azərbaycanla sıx əlaqədə olduğunun real mənzərəsini görmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 1985-ci 
ildə  Qarabağın  Xankəndindəki  iri  İpək  Kombinatına  daxil  olan  barama  xammalının  cəmi  səkkiz  faizi  Dağlıq 
Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq 
Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 %, idxalının isə 
1,4  %-i  Ermənistan  Respublikasının  payına  düşdüyü  halda,  Azərbaycana  onun  ixracatını  33,3  %  düşürdü, 
idxalat payı isə daha yüksək idi  
Zəbt  olunmuş  rayonlarda  illərdən  bəri  fəaliyyət  göstərən  vahid  nəqliyyat  kommunikasiya  sistemi 
Ermənistanın  təcavüzü  nəticəsində  hal-hazırda  dağıdılmışdır.  Bu  dağıntılardan  həm  də  Qarabağ  zonasından 
kənarda yerləşən və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikası daha çox əziyyət 
çəkir.  
Nəqliyyat-kommunikasiya  baxımından  Dağlıq  Qarabağın  ərazisi  Ermənistanın  paytaxtı  Yerevandan  və 
digər iri iqtisadi mərkəzlərdən çox uzaqda yerləşir; onları birləşdirən dağ yolları təbii fəlakətlər və iri həcmdə 
yük daşınmaları baxımından o qədər də əlverişli deyildilər.  
Beləliklə,  hazırda  Ermənistanın  işğalı  altında  olan  rayonların  hamısı  Azərbaycanla  sıx  bağlı  olmuşdur. 
Nəqliyyat-kommunikasiya  sistemləri,  iqtisadi  meyl  etməsi  bu  bağlılığın  əsasını  təşkil  etmişdir.  Ona  görə  də 
ermənilərin təkcə milli özünütəyinetmə prinsipindən çıxış edəcək sosial-iqtisadi baxımdan həmişə Azərbaycanın 
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur.  
İşğalçılar Azərbaycanın artıq özününküləşdirilmiş hesab etdikləri tarixi Qarabağ xanlığının paytaxtı olmuş 
Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdarlar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qururlar. 
Azərbaycanın Laçın dəhlizində hərbi-mühəndislik baxımından başdan-başa yeni tikililər aparılır.  
Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını ələ keçirməsi və istədiyi kimi orada dəyişikliklər 
aparması  müasir  beynəlxalq  hüquq  baxımından  yolverilməz  hesab  olunur.  Beynəlxalq  hüquq  baxımından  bu 
ərazilərdə olan bütün resurslar Azərbaycanın mülkiyyəti olaraq qalmaqda davam edir, həmin mülkiyyət yalnız 
müvəqqəti olaraq işğal altında hesab olunur və mütləq öz qanuni sahibi olan Azərbaycana qaytarılmalıdır.  
Bütün  bu  deyilənlər  bir  daha  təsdiq  edir  ki,  Dağlıq  Qarabağ  münaqişəsinə  xalis  milli  azlıqların  öz 
müqəddəratını  sərbəst  təyin  etməsi  kimi  ibarəli  sözlərlə  ört-basdır  etməyin  heç  bir  hüquqi,  sosial-iqtisadi 
əsasları yoxdur.  
Su mənbələrinin blokadaya alınması. Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb 
edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan 
üçün  həyati  məsələdir.  Respublikanın  su  ehtiyatlarının  formalaşmasında  sıx  çay  şəbəkəsinə  malik  olan  və 
hazırda işğal altındakı Kiçik  Qafqaz  dağlarının  da  əhəmiyyəti  böyükdür.  Bu  dağlardan  öz  mənbəyini  götürən 
bütün  çaylar,  xüsusilə  Kürün  sağ  qolları  olan  Tərtər,  Həkəri,  Xaçınçay,  Köndələnçay  və  b.  özləri  ilə  düzən 
ərazilərə bol su gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Suvarmada 
və  elektrik  enerjisi  alınmasında  istifadə  edilən  belə  komplekslərdən  biri  də  Tərtər  hidrokompleksidir.  Bu 
kompleks  1976-cı  ildən  Azərbaycan  SSR  üçün  ayrılmış  kapital  qoyuluşu  hesabına  yaradılmışdır.  Azərbaycan 
üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən 
blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir.  
Göstərilən Tərtər hidrokompleksinin yaratdığı Sərsəng su anbarı və elektrik stansiyası hazırda Ermənistan 
hərbi qüvvələrinin nəzarəti altındadır. Sərsəng su anbarında suyun həcmi 560 min kub metrdir. Bu anbardan öz 
başlanğıcını  götürən  magistral  kanallar  düzən  hissədə  yerləşən  Tərtər,  Ağdam,  Bərdə,  Goranboy  rayonları 
ərazilərində 80,1 min hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara verilən suyun 
qabağı  işğalçı  ermənilər  tərəfindən  kəsildiyinə  görə  Azərbaycanın  göstərilən  rayonlarında  əkinlər  məhsul 
vermir.  
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə