Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə61/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   57   58   59   60   61   62   63   64   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
101 
Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı 
və növü kifayət qədərdir.  
Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, 
ayı 110 baş, canavar, porsuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır.  
1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli 
azalmışdır (məlum olduğu  kimi qoruğun bir hissəsi Dağlıq Qarabağ sahəsinə aiddir, eləcədə ermənilər aranın 
qarışmasından istifadə edərək heyvanları və quşları ovlayırdılar). Beləliklə, yoxlama nəticəsində heyvanların və 
quşların sayı aşağıdakı kimi olmuşdur.  
 
№ 
Heyvanların və quşların adı 
1989 il 
1991 il 
Azalma fərqi 

Qaban 
360 
270 
90 

Cüyür 
320 
265 
55 

Ayı 
110 
55 
55 

Dağ keçisi 
96 
76 
20 

Qorqovul 
200 

200 

Kəklik 
1500 
1100 
400 
 
Yasaqlığın  ərazisində  Hacsamlı  meşəsində  dünyada  ən  qiymətli  olan  qırmızı  palıd  (qızıl  palıd)  vardır. 
Həmin  ağacdan  istifadə  etmək  üçün  hələ  çar  hökuməti  dövründə  fransızlar  çətin  dağlar  ilə  Xankəndindən 
Qırxqız  dağını  kəsməklə  araba  yolunu çəkmişdirlər. Ancaq  sovet  hakimiyyəti  qurulduğu  vaxta  düşdüyü  üçün 
material apara bilməmişdilər.  
Həmin  ağacdan  hazırlanmış  materialdan  qiymətli  mebel  və  xüsusən  konyak  spirti  saxlamaq  üçün  istifadə 
edilir. Bu ağac Azərbaycanda ancaq həmin yasaqlıda yayılmışdır.  
İndi həmin ağacları və başqa meşələri vəhşicəsinə qırırlar.  
 
Qubadlı yasaqlığı 
Qubadlı dövlət yasaqlığı Bəşitçay Dövlət qoruğuna tabe olmaqla 1969-cu ilin iyununda Qubadlı və Laçın 
rayonlarının ərazisində  yaradılmışdır.  Yasaqlıq  Qubadlı  rayonunun  şimal  və  Laçın rayonunun  cənub hissəsini 
əhatə  edir,  dağ-bozqır  sahələrdən  ibarətdir.  Bu  yasaqlığın  yaradılmasında  məqsəd  həmin  ərazilərin  heyvanlar 
aləmini,  xüsusilə  buradakı,  cüyür,  çöl  donuzu,  qırqovul,  və  s.  heyvan  və  quşları  qorumaqdır.  Qubadlı 
yasaqlığının  sahəsi  20  min  hektar  olub  respublika  yasaqlığının  8,2%-ni  təşkil  edir.  Təbii  landşaft  silərindən 
burada  seyrək  meşəlik,  kolluqlar  və  meşə  altından  çıxıb  bozqırlaşmış  sahələr  səciyyəlidir.  Ərazi  alçaq  dağlıq 
sahələrindən yuxarı hissələri əhatə edir. Burada qışı quraq keçən mülayim iqlim tipi hakimdir. Havanın orta illik 
temperaturu 12-130C, yağıntının miqdarı 550-600 mm, buxarlanma isə 750-800 mm təşkil edir. Yanvar ayında 
orta temperatur 0,50C, iyul ayında isə 230C-dır.  
Ərazi  əsasən  qırmızı  palıddan  və  vələs  ağaclarından  ibarətdir.  Eyni  zamanda  ardıc,  yemişan,  itburnu, 
böyürtkən bitkiləri də geniş yayılmışdır.  
Ərazinin ekoloji amilləri burada heyvan və quşların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazi 
işğal  olunmamışdan  əvvəl  apardığımız  sayqı-uçot  nəticəsində  müəyyən  olmuşdur  ki,  yasaqlıqda  101  baş  çöl 
donuzu, 21 baş qonur ayı, 35 baş cüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. 
Quşlardan ən çox kəklik (560) yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər.  
9 ildir ki, bu yasaqlıq işğal altındadır və ermənilər bu xəzinədən vəhşicəsinə istifadə edirlər.  
 
Arazboyu yasaqlıq 
Bəşitçay dövlət qoruğuna tabe olmaqla Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində 1993-cü 
ilin iyun ayında yaradılmışdır. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m, məsafəni əhatə 
edən bu yasaqlıq 5 min hektardır.  
Yasaqlığın  yaradılmasında  əsas  məqsəd  burada  olan  fauna  və  floranın  qorunmasıdır.  Bura  yayı  isti,  qışı 
mülayim  olan  iqlimə  malikdir.  Orta  illik  temperaturu  20-250C  (yanvarda  10C),  iyun-iyul  aylarında  35-380C 
olur. Torpağı münbit gillidir. Ərazi suya tələbatı çox olan ağaclardan ibarətdir. Torpaq və iqlim şəraiti bitkilərin 
böyümə və inkişafı üçün normal şərait yaradır.  
İşğaldan qabaq burada mövcud olan heyvanların təxmini say uçotu aparılmışdır.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
102 
Məlum olmuşdur ki, burada 300 başa dək çöl donuzu, 7 baş qonur ayı, 350 baş tülkü, 300 çaqqal, 15 baş 
canavar, 70 baş porsuq, 12 baş cüyür vardır. Quşlardan: turac, qırqovul, kəklik, bildirçin, yaşılbaş ördək daim 
məskunlaşmışlar.  
 
 
 
Daşaltı yasaqlığı 
Daşaltı yasaqlığı. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil 
edilən yasaqlıq 450 hektar ərazini əhatə edir. 1992-ci ildən işğal altında olan yasaqlıq hazırda tamamilə məhv 
edilmişdir.  
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
103 
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əhalisinin 
sosial-psixoloji və iqtisadi durumuna dəyən zərərlər 
 
Təkcə  münaqişənin  qızışdığı  1988-1989-cu  illərdə  Ermənistan  Respublikasının  22  rayonundan  250  min 
nəfər  azərbaycanlı  son  nəfərədək  öz  doğma  yurdlarından  zorla  qovulmuş  və  Azərbaycana  pənah  gətirmişlər. 
Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalmış 410 azərbaycanlı, o cümlədən, 57 
qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif bədən xəsarəti almış, onların yaşayış evləri və əmlakları 
qarət olunmuşdur. Nəticədə, Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunmuşdur.  
Ermənistanın  işğal  etdiyi  rayonlardan  olan  əhalinin  yaşayış  şəraiti  pisləşdiyinə  görə  onları  arasında  təbii 
artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin 
müqayisəsi  aydın  göstərir  İşğal  olunmuş  rayonların  hamısında  1989-1998-ci  illər  arasındakı  dövrdə  doğum 
kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu 
azalma  (hər  1000  nəfərə  görə)  rayonların  hamısında  11,  2  -  22,6  nəfər  arasında  olmuşdur.  Göstərilən  illərdə 
Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox 
aşağı düşmüşdür. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta 
respublika səviyyəsindən aşağı olmuşdur.  
İşğal  olunmuş  rayonlarda  əhalinin  təbii  artımının  aşağı  düşməsinin  başlıca  səbəbləri:  sosial  və  iqtisadi 
şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının yaşayış şəraitinin, düzən yerlərdəki isti iqliminə 
uyğunsuzluğu, düşmələri və s.  
Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklərdir. 
Azərbaycan  Respublikası  Qaçqınlar  Komitəsinin  verdiyi  məlumata  görə  1999-cu  ildə  301359  nəfər  və  əmək 
qabiliyyətli  qaçqın  və  məcburi  köçkün  olmuşdur,  onların  196380  nəfəri  yaxud  ümumi  əmək  ehtiyatlarının 
65,2% -i işsizdir.  
Məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış 
evlərdən  ibarət  qəsəbələrdə,  17,5  min  nəfəri  ictimai  binalarda,  məktəblərdə,  uşaq  bağçalarında  və 
yataqxanalarda,  20,2  min  nəfəri  qohum  evlərində,  qalanları  zəbt  olunmuş  mənzillərdə,  yarımçıq  qalmış 
tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışlar (1999)  
Heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində 
doğulan uşaqların, onların valideynlərinin sağlamlığı təhlükə altında qalır.  
Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq nəfər qaçqın və köçkün əmələ gəldi, 20 min 
nəfər  həlak  oldu,  50  min  nəfər  əlil  oldu,  5,1  min  nəfər  (1  iyun  1992-ci  ilə  qədər)  əsir  və  itkin  düşdü,  işğal 
olunmuş rayonlarda əhalinin təbii artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə) aşağı düşdü.  
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə