Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə64/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   60   61   62   63   64   65   66   67   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
108 
zədələnmişdir.  Həmin  abidələr  çox  çətinliklə  əldə edilərək  Bakıya  gətirilmiş  və  hazırda  İncəsənət  Muzeyində 
nümayiş etdirilir.  
Azərbaycan  xalqının  məhv  edilmiş  qədim,  əvəzolunmaz  qiymətli  mədəni  sərvətləri  olan  bu  abidələrin 
qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir.  
Azərbaycan  xalqının  mədəni  irsi  bəşər  mədəniyyətinin  ayrılmaz  tərkib  hissəsi  olduğundan  Azərbaycan 
Respublikasının  ərazisində  xalqımızın  çoxəsrlik  tarixi  keçmişindən  yadigar  qalmış  tarix  və  mədəniyyət 
abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.  
Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərində  erməni  işğalçılarının  özbaşınalığı  tarix  və 
mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin 
qorunması  haqqında"  1954-cü  il  Haaqa  Konvensiyasına,  "Arxeoloji  irsin  mühafizəsi  haqqında"  1992-ci  il 
Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il 
konvensiyasına ziddir.  
Mədəniyyət Nazirliyi  
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
109 
Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri 
 
1. Ermənistanın arqumentləri  
Rəsmi  Yerevan  nümayəndələri  Ermənistanın  Azərbaycana  qarşı  ərazi  iddialarına  haqq  qazandırmaq 
məqsədilə,  tez-tez  Dağlıq  Qarabağın  heç  bir  zaman  müstəqil  Azərbaycanın  tərkib  hissəsi  olmaması  barədə 
tezislə çıxış edirlər. Bu iddiaların əsasında aşağıdakı arqumentlər dayanır: 
 
Birinci,  müstəqil  Azərbaycan  Sovet  İttifaqının  tərkibinə  daxil  olanda  Qarabağ  onun  yurisdiksiyasında 
deyildi  və  bu  faktı  Azərbaycanın  Cənubi  Qafqazın  şərq  hissəsinin  ermənilərlə  məskunlaşmış  ərazilərinə,  əsas 
etibarilə  Dağlıq  Qarabağa  iddia  etməsi,  eləcə  də  özününkü  hesab  etdiyi  ərazi  üzərində təsirli  dövlət  nəzarətini 
həyata  keçirə  bilməməsi  və  sərhədlərinin  legitimliyini  əsaslandırmağa  qadir  olmaması  səbəbindən  Millətlər 
Cəmiyyətinin Azərbaycanı tanımaqdan imtina etməsi barədə qəbul etdiyi qərar da təsdiqləyir.  
İkinci, 1991-ci ildə SSRİ-nin parçalanması prosesi çərçivəsində Dağlıq Qarabağın Azərbaycandan qanuni 
əsaslarla ayrılması və "Dağlıq Qarabağ Respublikası"nın yaradılması. Bu zaman "Müttəfiq respublikanın SSRİ-
dən  çıxması  ilə  əlaqədar  məsələlərin  həlli  qaydası  haqqında"  3  aprel  1990-cı  il  tarixli  SSRİ  Qanunu  xüsusi 
olaraq  vurğulanır.  Sonuncuya  əsasən,  müttəfiq  respublikalar  tərəfindən  Qanunla  nəzərdə  tutulmuş  SSRİ 
tərkibindən  çıxmaq  proseduru  həyata  keçirilərkən  muxtar  qurumlar  SSR  İttifaqında  və  tərkibindən  çıxan 
müttəfiq  respublikada  qalmaq  məsələsini  müstəqil  həll  etmək,  habelə  öz  dövlət-hüquqi  statusu  məsələsini 
qaldırmaq hüququ əldə edirdi.  
Üçüncü, Azərbaycanın sovet dövrünün hüquqi varisliyindən imtina etməsi və bununla da, həmin dövrün 
sərhədlərinə iddia etmək əsasından məhrum olması.  
 
2. Azərbaycanın arqumentləri  
           2.1. Dağlıq Qarabağ Azərbaycan və Ermənistanın Millətlər Cəmiyyətinə qəbulu məsələsinə 
baxılması kontekstində 
●  Britaniya  qoşunlarının  1918-ci  ildə  Bakıya  daxil  olmasından  sonra,  Müttəfiq  Dövlətləri  təmsil  edən 
general V.Tomson qonşu Zəngəzur qəzası ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın idarəsi altında olmasını 
tanıdı.  O,  Azərbaycan  hökuməti  tərəfindən  Xosrov  Sultanovun  bu  iki  regionun  da  daxil  olduğu  Garabağ 
general-qubernatorluğuna  qubernator  təyin  edilməsini  də  təsdiqlədi.  1919-cu  ildə  Dağlıq  Qarabağın  erməni 
assambleyası rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdı.(3)  
●  1918-1920-ci  illərdə  Azərbaycan  Respublikasının  bir  sıra  ölkələrlə  diplomatik  münasibətləri  var  idi. 
Onlardan  bəziləri  ilə  qarşılıqlı  münasibətlərin  prinsiplərinə  dair  müqavilələr  imzalanmış,  on  altı  dövlət  isə 
Bakıda öz nümayəndəliyini açmışdı.  
● 12 yanvar 1920-ci il tarixində Paris Sülh Konfransında Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın 
müstəqilliyini de-fakto tanıdı.  
●  1  noyabr  1920-ci  il  tarixində  Azərbaycan  nümayəndə  heyətinin  başçısı  Millətlər  Cəmiyyətinin  Baş 
katibinə  məktubla  müraciət  edərək,  Azərbaycan  Respublikasının  Təşkilata  üzv  qəbul  edilməsi  ilə  bağlı 
ərizəsinin Cəmiyyətin Assambleyasına təqdim edilməsini xahiş etmişdir.  
●  Baş  katib  24  noyabr  1920-ci  il  tarixli  Memorandumunda  Paris  Sülh  Konfransındakı  Azərbaycan 
nümayəndə  heyətinə  mandatın  Bakıda  1920-ci  ilin  aprel  ayına  kimi  hakimiyyətdə  olmuş  hökumət  tərəfindən 
verildiyini qeyd etmişdir. Bununla belə, Memorandumda Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1 
noyabr  1920-ci  il)  və  Memorandumun  dərc  olundugu  tarixdə  (24  noyabr  1920-ci  il)  Azərbaycan  nümayəndə 
heyətinə  mandat  vermiş  Azərbaycan  Respublikası  hökumətinin  artıq  1920-ci  ilin  aprel  ayından  de-fakto 
hakimiyyətdə  olmamasına  xüsusi  diqqət  yetirilir.  Daha  sonra  memorandumda  bu  hökumətin  ölkənin  bütün 
ərazisinə nəzarət etmədiyi göstərilirdi. (4)  
●  Bu  konteksdə,  qeyd  olunan  Millətlər  Cəmiyyəti  Baş  katibinin  Memorandumunun  ən  mühüm  hissəsi 
"Hüquqi  mülahizələr"  fəslidir.  Həmin  fəsildə  dövlətlərin  tamamilə  özünüidarəedən  olması  tələbi  də  daxil 
olmaqla, Təşkilata yeni üzvlərin qəbul edilməsi ilə bağlı Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsində 
təsbit edilmiş şərtlər xatırladılır.(5)  
● Millətlər Cəmiyyətinin müvafiq sənədləri erməni tərəfinin Millətlər Cəmiyyətinin Azərbaycanı üzvlüyə 
qəbul etməməsini onun Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini tanımaması və guya ermənilərlə 
məskunlaşmış  ərazilərə  iddia  etməsilə  əlaqələndirməsi  fikrini  tamamilə  təkzib  edir.  Aydındır  ki,  ərazisinin 
mühüm  bir  hissəsi  ərizəsi Millətlər  Cəmiyyətində  baxıldığı  bir  dövrdə işğal  altında  olan,  ərizəni  təqdim  edən 
hökuməti isə devrilmiş olan bir dövlət Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsinin tələblərinə əsasən, 
tam özünüidarəetmə qabiliyyətinə malik subyekt kimi nəzərdən keçirilə bilməzdi. Məhz bu şərtlər Azərbaycanın 
Millətlər Cəmiyyətinə üzv qəbul edilməsinə mane oldu.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə