Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə65/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   61   62   63   64   65   66   67   68   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
110 
●  Eyni  zamanda  Millətlər  Cəmiyyəti  aydın  və  tanınmış  sərhədlərə,  status  və  konstitusiyaya,  sabit 
hökumətə  sahib  olmadığı  üçün  Ermənistanın  özünü  dövlət  kimi  tanımırdı.  Nəticədə,  16  dekabr  1920-ci  il 
tarixində Ermənistanın Millətlər Cəmiyyətinə üzvlüyə qəbul edilməsi rədd edilmişdi. (6)  
2.2. Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində 
● Müttəfiq Dövlətlərin Dağlıq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıması ilə bağlı yuxarıda 
qeyd  olunmuş  faktlarla  yanaşı,  Sovet  İttifaqı  tərkibinə  qatılarkən  Qarabağın  müstəqil  Azərbaycanın 
yurisdiksiyası  altında  olmaması  ilə  bağlı  tezis  həmçinin  Ermənistanın  ərazi  iddiları  ilə  əlaqədar  olaraq  bu 
məsələyə bir neçə dəfə baxmış RK(b)P MK Qafqaz Bürosunun qərarları ilə də təkzib edilmiş və özünün 5 iyul 
1921-ci il tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması barədə qərar 
vermişdir. Eyni zamanda Azərbaycan SSR-ə Dağlıq Qarabağa geniş muxtariyyət vermək təklif olunmuşdur. (7)  
● 13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan 
SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə arasında Dostluq haqqında müqavilə imzalandı. Müqavilənin 
5-ci  maddəsi  ilə  Türkiyə,  Ermənistan  və  Azərbaycan  hökumətləri  "...Naxçıvan  vilayətinin  Azərbaycanın 
himayəsi altında muxtar ərazi kimi yaradılması"na razı olduqlarını bildirdilər. (8)  
●  13  dekabr  1922-ci  il  tarixində  Zaqafqaziya  Sosialist  Federativ  Sovet  Respublikası  (ZSFSR) 
yaradılmışdır.  Onun  Konstitusiyası  Naxçıvan  Respublikasının  bir  muxtar  qurum  kimi  Azərbaycanın  ayrılmaz 
tərkib  hissəsi  olması  faktını  bir  daha  təsdiqlədi.  Bu  konstitusiyaya  görə,  muxtar  respublika  və  vilayətlərin 
(Abxaziya, Acarıstan və Cənubi Osetiya) vəziyyəti dəyişməz olaraq qalırdı.  
● Nə Qars Müqaviləsində, nə də ZSFSR Konstitusiyasında Qarabağın dağlıq hissəsi barədə hər hansı bir 
qeydə  rast  gəlinmirdi,  çünki  bu  bölgə  rəsmi  olaraq  Azərbaycanın  ayrılmaz  hissəsi  kimi  tanınırdı,  o  cümlədən 
Ermənistan SSR tərəfindən.(9)  
●  SSRİ-nin  ilk  konstitusiyasının  qəbul  edildiyi  gündən  bir  gün  sonra,  yəni  7  iyul  1923-cü  il  tarixində 
Azərbaycan  SSR  Mərkəzi  İcraiyyə  Komitəsi  "Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  yaradılması  haqqında" 
Fərman dərc etdirdi.  
● Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət kimi statusu 1936-cı və 1977-ci illər SSRİ 
Konstitusiyalarında təsbit edilmişdir. (10)  
DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-
ci  il  tarixində  Azərbaycan  SSR  Ali  Soveti  tərəfindən  qəbul  olunmuş  "Dağlıq  Qarabağ  Muxtar  Vilayəti 
haqqında" Qanunla müəyyən edilirdi. (11)  
●  SSRİ  Konstitusiyasının 78-ci  maddəsinə  əsasən,  müttəfiq respublikanın  ərazisi  onun razılığı  olmadan 
dəyişdirilə  bilməzdi.  Müttəfiq  respublikalar  arasındakı  sərhədlər  yalnız  müvafiq  respublikaların  qarşılıqlı 
razılığı  əsasında  və  SSR  İttifaqının  təsdiqindən  sonra  dəyişdirilə  bilərdi.  (12)  Bu  müddəa  Azərbaycan  və 
Ermənistan Konstitusiyalarında da təsbit edilmişdi.  
●  Keçən  əsrin  80-ci  illərinin  sonlarında  DQMV-nin  Azərbaycan  SSR-dən  ayrılması  və  vilayətin 
Ermənistan  SSR-ə  birləşdirilməsi  istiqamətində  qanunazidd  qərarların  qəbulu  ilə  əlaqədar  olaraq,  SSRİ  Ali 
Soveti və onun Rəyasət Heyəti Dağlıq Qarabağ böhranı nəticəsində yaranmış vəziyyəti bir neçə dəfə müzakirə 
etmişdir. Keçmiş SSR İttifaqı dövlət hakimiyyətinin ali orqanı tərəfindən qəbul olunmuş qərarlarda birmənalı 
olaraq  sərhədlərin  və  Azərbaycan  və  Ermənistan  SSR-in  Konstitusiyaları  ilə  təsbit  olunmuş  milli-ərazi 
bölgüsünün dəyişdirilməsinin qeyri-mümkün olduğu etiraf olunurdu. (13)  
●  Beləliklə,  Dağlıq  Qarabağın  Azərbaycan  SSR-dən  Ermənistan  SSR-in  xeyrinə  rəsmi  olaraq  20  fevral 
1988-ci  il  tarixindən  başlamış  ayrılması  prosesi  SSRİ  Konstitusiyasının  açıq-aşkar  pozulması  ilə  müşayiət 
olunmuş və bununla da heç bir hüquqi nəticəsi olmamışdır.  
● Dağlıq Qarabağın ayrılmasına qanuni don geydirmək məqsədilə erməni tərəfinin 2 sentyabr 1991-ci ildə 
etdiyi növbəti cəhd dolayısıyla bu yanaşmanın doğruluğunu təsdiq edir. Əvvəlki bütün qərarlardan fərqli olaraq, 
həmin  gün  "Dağlıq  Qarabağ  Respublikası"nın  elan  olunması  "Müttəfiq  respublikanın  SSRİ-dən  çıxması  ilə 
əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu ilə əsaslandırılırdı.(14)  
● Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bu Qanunun məqsədi SSRİ məkanında qarşılıqlı münasibətləri 
müttəfiq respublikaların SSRİ tərkibindən çıxacağı halda riayət etməli olduğu müəyyən prosedurun qurulması 
vasitəsilə  tənzimləmək  idi.  Müttəfiq  respublikanın  SSRİ  tərkibindən  çıxması  həmin  respublika  əhalisinin  öz 
iradəsini  referendum  yolu  ilə  azad  ifadə  etməsi  əsasında  həyata  keçirilə  bilərdi  ki,  bu  referendumun  da 
keçirilməsi barədə qərar müttəfiq respublikanın Ali Soveti tərəfindən qəbul edilirdi.  
● Eyni zamanda bu Qanuna əsasən, tərkibində muxtar respublikalar, muxtar vilayətlər və muxtar mahallar 
olan  müttəfiq  respublikada  referendum  hər  muxtariyyət  üzrə  ayrıca  keçirilməli  idi.  Bu  muxtariyyətlərin 
xalqlarına SSR İttifaqında və ya onun tərkibindən çıxan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll 
etmək, habelə öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ verilirdi.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
111 
● Qeyd etmək lazımdır ki, müttəfiq respublika yalnız mürəkkəb və çoxmərhələli proseduru keçdikdən və 
nəticədə SSRİ xalq deputatları Qurultayı müvafiq qərar qəbul edildikdən sonra SSRİ tərkibindən çıxmış hesab 
oluna bilərdi.  
●  Lakin  SSRİ-nin  beynəlxalq  hüququn  subyekti  kimi  mövcudluğuna  xitam  verildiyi  ana  qədər  qeyd 
olunan qanun tətbiq olunmadı və müvafiq olaraq, heç bir hüquqi nəticəsi də olmadı. Belə ki, heç bir müttəfiq 
respublika, o cümlədən Azərbaycan və Ermənistan, Qanunda nəzərdə tutulmuş İttifaqdan çıxmaq prosedurundan 
istifadə etmədi.  
● Azərbaycan Respublikası öz müstəqilliyini tam mənada əldə edənə və beynəlxalq ictimaiyyət tərəfindən 
tanınana  qədər  Azərbaycan  SSR  DQMV-nin  26  noyabr  1991-ci  il  tarixinədək  mövcud  olduğu  ərazi 
Azərbaycanın tərkib hissəsi olaraq qalmaqda davam edir. 
2.3.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpası  kontekstində  ərazi  və  sərhədlərə 
münasibətdə hüquqi varislik 
● SSRİ-nin dağılmasından sonra uti possidetis juris beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik əldə 
etmiş dövlətlərin sərhədlərinin beynəlxalq, regional və milli legitimləşdirilməsinin əsasını təşkil etdi.  
●  Uti  possidetis  juris  doktrinasına  görə,  Azərbaycan  Respublikası  öz  müstəqilliyini  əldə  etdiyi  andan 
etibarən  hüdudlarına  DQMV-nin  də  daxil  olduğu  keçmiş  Azərbaycan  SSR-in  inzibati  sərhədləri  beynəlxalq 
sərhəd hesab olunur və beynəlxalq hüquq tərəfindən qorunur. Qeyd olunan fikir BMT Təhlükəsizlik Şurasının 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrdə də öz əksini tapmışdır. 
● 1918-1920-ci illərdəki dövlət müstəqilliyinin bərpasını bəyan etməklə o dövrdə mövcud olmuş ADR-in 
hüquqi varisinə çevrilməsiylə Azərbaycanın guya sovet dövründəki sərhədlərə iddia etmək əsaslarından məhrum 
olması  barədə  erməni  tərəfinin  irəli  sürdüyü  tezisə  gəldikdə  isə,  burada  diqqət  "Müqavilələrə  münasibətdə 
dövlətlərin  hüquqi  varisliyi  haqqında"  Vyana  Konvensiyasının  11-ci  maddəsinə  yönəldilməlidir.  Belə  ki,  bu 
maddəyə əsasən, "dövlətlərin hüquqi varisliyi: a) müqavilə ilə müəyyən olunmuş sərhədlərə şamil edilmir ..."  
● Başqa sözlə, bilavasitə SSRİ-nin onun tərəfindən bağlanmış beynəlxalq müqavilələrlə müəyyən edilmiş 
sərhədlərinə  aid  olmasına  baxmayaraq,  qeyd  olunan  müddəa  özündə,  faktiki  olaraq,  hüquqi  varislikdən  asılı 
olmayaraq,  mövcud  sərhədlərin  olduğu  kimi  saxlanılmasına  münasibətdə  konseptual  beynəlxalq-hüquqi 
yanaşmanı  ehtiva  edir.  Bu  isə  o  deməkdir  ki,  suverenliyin  dəyişməsi  daimi  xarakter  daşıyan  sərhədləri 
sarsıtmağa qadir deyildir. 
       
Yekun 
     1.  Azərbaycanın  Millətlər  Cəmiyyətinə  üzvlüklə  bağlı  ərizəsinə  baxılması  məsələsinin  işıqlandırılması 
zamanı rəsmi Yerevanın açiq-aydın yol verdiyi təhriflərə və eyni zamanda, Ermənistanın Millətlər Cəmiyyətinə 
ünvanladığı  eyniməzmunlu  ərizəyə  sonuncunun  cavabı  barədə  susmasına  baxmayaraq,  bu  təşkilatın  gəldiyi 
nəticələr  dövlətlərin  sonrakı  dövrdə  yaranmış  ərazi  çərçivələrinə  yenidən  baxılması  üçün  əsas  hesab  oluna 
bilməz. Əks təqdirdə, əgər erməni tərəfinin dəlilləri ilə razılaşsaq, onda Ermənistanın özünün beynəlxalq hüquq 
subyektliyi şübhə altına alına bilər.  
2. SSRİ Konstitusiyasına əsasən, Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində muxtar vilayət idi. DQMV-
nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində 
Azərbaycan  SSR  Ali  Soveti  tərəfindən  qəbul  edilmiş  "Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  haqqında"  Qanunla 
müəyyən edilirdi.  
3. 2 sentyabr 1991-ci il tarixində "Dağlıq Qarabağ Respublikası"nın elan olunması SSRİ Konstitusiyasına 
zidd  idi.  Belə  ki,  həmin  Konstitusiyaya  görə,  müttəfiq  respublikanın  ərazisi  onun  razılığı  olmadan  dəyişdirilə 
bilməzdi,  müttəfiq  respublikalar  arasındakı  sərhədlər  isə  yalnız  müvafiq  respublikaların  qarşılıqlı  razılığı 
əsasında və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə bilərdi. Məsələ ilə bağlı "Müttəfiq respublikanın SSRİ-
dən  çıxması  ilə  əlaqədar  məsələlərin  həlli  qaydası  haqqında"  3  aprel  1990-cı  il  tarixli  SSRİ  Qanununa  istinad 
edilməsi  əsassızdır.  Belə  ki,  SSRİ  tərkibindən  çıxmanın  rəsmiləşdirilməsi  üçün  bu  qanunda  nəzərdə  tutulmuş 
məcburi  mexanizm  nə  2  sentyabr  1991-ci  il  tarixinə  qədər,  nə  də  ondan  sonra  Azərbaycan  tərəfindən  tətbiq 
edilməmişdir.  
4.  Muxtar Vilayət  26  noyabr  1991-ci  il,  yəni  Azərbaycan  Respublikası  Ali  Soveti  tərəfindən  onun  ləğvi 
barədə Qanun qəbul edildiyi tarixədək mövcud olmuşdur. 
5.  Uti  possidetis  juris  doktrinasına  əsasən,  Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdiyi  andan 
etibarən, DQMV-nin də daxil olduğu Azərbaycan SSR-in keçmiş inzibati sərhədləri beynəlxalq sərhədlər sayılır 
və  beynəlxalq  hüquqla  qorunur.  Bununla  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  SSRİ-nin  süqutu  ilə  suverenliyin 
dəyişdirilməsi və keçmiş müttəfiq respublikalar tərəfindən hüquq varisliyinin elan edilməsi onların müstəqillik 
əldə etdikləri ana qədər mövcud olan və daimi xarakter daşıyan sərhədlərini sarsıda bilməzdi.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə