Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə73/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   69   70   71   72   73   74   75   76   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
125 
İrəvanın(sonradan  ermənilər  oranı  Yerevan  adlandırdılar),  1927-ci  ildə  Bəyazidin,  1925-ci  ildə  Gümrünün 
(sonradan  ermənilər  oranı  Leninakan  adlandırdılar)  1927-28-ci  ildə  Üçmüəzzənin  (sonradan  ermənilər  oranı 
Eçmiadzin  adlandırdılar)  baş  planını  hazırlayır.  Bununla  da  Ermənistana  verilmiş  bu  Azərbaycan şəhərlərinin 
şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilir .  
A. Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L. Mirzoyanın razılığı ilə1926-cı ildə Xankəndinin baş 
planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi.  
Maraqlıdır  ki,  A.Tamanyanın  nəvəsi  və  adaşı  Aleksandr  Tamanyan  1988-ci  ildən  başlayan  Qarabağ 
erməni icmasının separatizm hərəkatında fəal iştirak etmişdir. 
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye 
və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika 
resurslarından  böyük  dəstək  verilir.  Bu  səbəbdən  də  onun  bütün  sahələr  üzrə  inkişafı  digər  Azərbaycan 
şəhərlərindən daha sürətlə getməyə başlayır.  
Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. 1939-cu ildə şəhərdə 
10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır.  
Bu  rəqəmlər  Dağlıq  Qarabağ  regionunun  sosial  inkişafdan  geri  qalması  barədə  erməni  millətçilərin 
1988-ci  ildə  ortaya  atdıqları  iddianı  tamamilə  rədd  edir.  Çünki  hər  20  ilə  əhalisinin  sayının  iki  dəfə  artması 
istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi.  
Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni 
zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, 
bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar 
Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı.  
Xankəndində  tikilmiş  müəssisələr  keçmiş  muxtar  vilayətin  sənaye  məhsulunun  yarısından  çoxunu 
buraxırdı.  Sovet  dövrünün  axırına  Xankəndində  bütün  Cənubi  Qafqazda  tanınan  ipək  kombinatı,  ayaqqabı, 
xalça,  tikiş  fabrikləri,  süd  kombinatı  və  şərab  zavodu  fəaliyyət  göstərirdi.  Elektotexniki  zavodun,  mebel 
fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun  məhsulları Azərbaycanın daxili bazarında 
özünə müştəri tapırdı. 
Heydər  Əliyev  dönəmində  dəmiryol  xətti  Xankəndinə  qədər  çəkilmiş,  şəhərdə  müasir  dəmiryol 
stansiyası inşa edilmişdi.  
Bu  müəssisələrin  bir  çoxu  Heydər  Əliyevin  birinci  hakimiyyəti  dövründə  tikilmiş,on  minlərlə  yerli 
sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdi. İqtisadi sahədəki inkişaf humanitar 
sahəyə  də  öz  təsirini  göstərmişdi.  Şəhərdə sovxoz-texnikum,  tibb  və  musiqi  məktəbləri fəaliyyət  göstərmişdir. 
1969-cu  ildə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  Xankəndi  filialı  açılmışdır.  1973-cü  ildə  filial  o  dövr 
Azərbaycan  rəhbəri  Heydər  Əliyevin  təşəbbüsü  və  dəstəyi  ilə  müstəqil  Pedaqoji  İnstituta  çevrilmiş,  onun 
erməni, Azərbaycan və rus bölmələri daha geniş çərçivədə fəaliyyət göstərmişdir.  
Şəhərdə  Tarix-Diyarşünaslıq  Muzeyi  açılmış,  Dram  Teatrı  fəaliyyət  göstərmişdir.  Şəhərin  arxitektura 
siması  vilayət  mərkəzi  statusuna  uyğun  gücləndirilmişdir.  1960-cı  ildə  o  dövrün  məşhur  arxitektoru  Q. 
Məcidovun  layihəsi  əsasında  mərkəzi  Lenin  meydanı  olmaqla  vilayət  partiya  komitəsinin  binası  istifadəyə 
verilmiş, 1972-ci ildə arxitektor N. Kəngərlinin layihəsi əsasında vilayət icraiyyə komitəsinin binası tikilmişdir. 
Hal-hazırda  arxitektor  Məcidovun  layihələndirdiyi  binada  separatçı  rejimin  administrasiyası  yerləşir,  mərkəzi 
meydanında isə vaxtaşırı erməni millətçilərinin Azərbaycan əleyhinə mitinqləri keçirilir. 
Xankəndi Azərbaycanın Milli qəhrəmanları Nizami Məmmədov və Şirin Mirzəyev, respublikanın Xalq 
artisti  Fəxrəddin  Manafovun  vətənidir.  Qonşu  Ermənistanın  keçmiş  başçısı  Robert  Köçəryan  və  indiki 
prezidenti Serj Sarkisyan və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, atom energetikası üzrə alim Armen 
Abaqyan da bu şəhərdə doğulublar.  
Xankəndi  adı  bu  gün  dünya  gəmiçiliyində  də  tanınır.  Ötən  ilin  dekabrın  24-də  Türkiyənin  məşhur 
“Palmali” şirkətlər qrupunun sifarişi ilə “Xankəndi” tankeri hazırlanaraq suya buraxılıb. 142, 98 metr uzunluğu, 
21,7  metr  enli,  yük  tutumu  14  min  ton  olan  gəmi  dünya  sularında  kimya  sənayesi  məhsulları  daşımaq  üçün 
nəzərdə tutulub.  
1967-ci  ildə  Xankəndinin  yaxınlığında  Əskəran  rayonu  ərazisində  heykəltaraş  Çərkis  Baqdasaryanın 
“Biz  və  bizim  dağlar”  adlı  abidəsi  açıldı.  Qısa  zamanda  heykəl  kompleksi  məşhurlaşdı  və  hal-hazırda 
Azərbaycan  mədəni irsinin  ayrılmaz  hissəsidir.  Əsərin  erməni  əsilli  müəllif  tərəfindən  yaradılması  heç  də onu 
Ermənistanın mədəni sərvəti hesab etməyə imkan vermir. Çünki, əsər Azərbaycanın büdcəsindən ayrılan vəsait 
ilə Azərbaycan vətəndaşı tərəfindən Azərbaycan ərazisində yaradılıb. Dünyanın hər yerində bütün sənət əsərləri 
yerləşdiyi ölkənin sərvəti sayılır.  
Bu  gün  fəxr  yerimiz  Xankəndi  şəhəri  Ermənistan  Respublikası  Silahlı  Qüvvələrinin  işğalı  altındadır. 
Ermənistan  işğalına  qədər  orda  yaşayan  17  minə  qədər  azərbaycanlı  sakin  şəhərdə  erməni  separatizmilə 
bacardıqları  qədər  mübarizə  aparmışlar.  Bu  çətin  mübarizə  bir  çox  hallarda  çox  saylı  itkilərlə  müşayiət 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə