Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə76/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   72   73   74   75   76   77   78   79   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
130 
Qarabağ salnaməsinin qara təqvimi 
 
Dağlıq  Qarabağ  əzəli  Azərbaycan  torpağıdır,  əsrlər  boyu  azərbaycanlılar  orada  yaşamış, 
yaratmışlar.  Ermənilər  bizim  torpaqlarımıza  qonaq  kimi  gəlmişlər  və  ondan  sonra  orada  əksəriyyəti 
təşkil etməklə o torpaqlara iddia etməyə başlamışlar...  
Erməni qəsbkarları xarici yardımdan istifadə edərək bizim torpaqlarımızı işğal ediblər. İndi onlar 
bəzi  hallarda  sübut  etməyə  çalışırlar  ki,  müharibədə  qələbə  qazanıblar.  Bu,  belə  deyil,  əsla  belə  deyil! 
Çünki müharibə hələ bitməyib, müharibənin birinci dövrü başa çatıb və xarici dəstəyin nəticəsində bizim 
torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilibdir.  
 
İlham ƏLİYEV 
 
Azərbaycanın  əsrlərdir  ki,  ən  ağrılı  problemi  olaraq  qalan  Qarabağ  münaqişəsinin  son  mərhələsinin 
başlanmasından artıq 22 il ötür. Geridə qalan müddət ərzində müharibənin qanlı mahiyyəti səngisə də, savaşın 
və  təcavüzün  "bəxş"  etdiyi  faciələr,  itkilər,  qurbanlar  azalmadı.  Çünki  cəbhə  bölgəsində  əldə  olunan  atəşkəsə 
baxmayaraq, müharibə davam edir və onun fəsadlarının sayı da durmadan çoxalır. Müharibə məmləkətdə hər an 
duyulur,  Qarabağ  itkisi  ölkədə  addımbaşı  özünü  yada  salır!  Qaçqınlıq  və  məcburi  köçkünlük  həyatının 
çətinliklərində, vətəndə vətənsizlik taleyinə məhkum olan yüz minlərlə insanın iztirablarında, "yurdum hey !.." 
deyərək  canını  yad  obalarda  tapşıran  nakam  talelərdə,  Qarabağdan  kənarda  doğulan  qarabağlı  körpələrin 
görmədikləri vətənə doğru uzanan baxışlarında, inamlarında, əsgərimizin qələbə və intiqam yanğısında davam 
edir Qarabağ savaşı!  
 
Qarabağ dünyanın  
ən qədim insan  
məskənlərindən biridir 
 
Qarabağ ən qədim zamanlardan indi Azərbaycan türkü adlanan millətin əcdadlarının əzəli torpağı olub və 
bu  ərazidə  yaradılmış  bütün  dövlətlər,  xanlıqlar,  inzibati  vahidlər  də  məhz  bizlərə  məxsus  idi.  Qarabağın 
Azərbaycana aidliyini sübut etmək üçün fakt axtarmağa ehtiyac yoxdur, çünki, əslində, bunu təkzib edən ən adi 
bir arqument belə mövcud deyil! 
Qarabağ ifadə forması olaraq həm də coğrafi ərazi mənasında qəbul edilir. Tarixən Qarabağ Azərbaycanın 
müxtəlif  ərazilərini  əhatə  edib.  Məsələn,  vaxtilə  Qarabağ  xanlığının  vəziri  olmuş  Mirzə  Camal  Cavanşir 
"Qarabağ  tarixi"  əsərində  yazırdı:  "Qədim  tarix  kitablarının  yazdığına  görə,  Qarabağ  vilayətinin  sərhədləri 
belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, 
Şəmşəddil və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilası ilə Krasnı most, 
yəni, Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki,  Cavad kəndində Araz çayına qovuşaraq Xəzər 
dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı 
çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır". 
Tarixi  mənbələr  Qarabağı  təkcə  Azərbaycanın  deyil,  ümumiyyətlə,  dünyanın  da  ən  qədim  tarixə  malik 
diyarlarından  biri  kimi  səciyyələndirir.  Sadəcə,  bir  faktı  göstərək:  bu  ərazidəki  Azıx  mağarasında  ən  qədim 
insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın Aralıq 
dənizi  hövzəsi  və  Şərqi  Afrika  ilə  birlikdə  insanlığın  ilk  vətənlərindən  biri  olduğunu  sübut  edir.  Azıx 
mağarasının alt təbəqələrindən aşkar olunmuş əmək alətlərinin Quruçay mədəniyyətinə aid olduğu öz təsdiqini 
tapmışdır. Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aiddir. 1968-ci ildə isə Azıx 
mağarasında  Azıx  adamının  -  azıxantropun  çənə  sümüyü  tapılmışdı.  Burada  Azıx  adamının  350-400  min  il 
əvvəl yaşadığı güman olunur.  
Qarabağ  ərazisi  qədim  Azərbaycan  dövlətlərinin  hamısının  tərkibində  olub.  e.ə.  IV  -  e.  VIII  əsrlərində 
mövcud  olan  Albaniya  dövləti  bütün  Qarabağ  ərazisini  əhatə  edirdi.  Yadelli  işğalları  nəticəsində  isə  bütün 
ərazilərimiz kimi, Qarabağ da ilhaq olunurdu. XIII əsrdə monqolların Azərbaycanı tam işğal etməsi ilə Qarabağ 
ərazisi  də  əvvəl  Ali  Monqol  Xaqanlığının,  sonra  isə  Hulakülər-Elxanilər  dövlətinin  tərkibinə  aid  idi.  Həmin 
dövrdən etibarən artıq Qarabağ coğrafi əraziyə şamil edilirdi. Mühüm bir məqama da diqqət çəkək ki, monqol 
hökmdarlarının  daim  Qarabağda  qışlamaları  mühüm  dövlət  səviyyəli  hadisələrin  burada  baş  verməsinə  səbəb 
olmuşdur. Məsələn, Qazan xan və Arpa xan adlı monqol hökmdarları Qarabağda səltənət taxtına çıxmış, Arqun 
xan və Əbu Səid xan isə Qarabağda vəfat etmişlər.  
XV  əsrdə  isə  Qarabağ  Azərbaycan  dövlətləri  olan  Qaraqoyunlular  və  Ağqoyunluların  tərkibində  idi. 
Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə Qarabağ ərazisi dövlətin dörd bəylərbəyliyindən birinə çevrildi. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
131 
Mərkəzi  Gəncə  şəhəri  olan  Qarabağ  bəylərbəyiliyi  235  il,  yəni,  1736-cı  ilədək  mövcud  olmuşdur.  1593-cü  il 
məlumatına  görə,  o,  7  sancağa,  36  nahiyəyə  bölünürdü.  Ərazidə  qeydə  alınan  1300  toponimik  vahidin  hamısı 
Azərbaycana  məxsus  idi.  1720-ci  ildə  ərazidə  əhalinin  sayı  122  min  nəfər  olmuşdur.  Onların  66  faizini 
Azərbaycan türkləri, 31 faizini qriqorianlaşmış albanlar, 3,1 faizini isə kürdlər təşkil edirdi. 1736-cı ildə Nadir 
şah Əfşar Səfəvilər dövlətinə son qoymaqla bərabər, həm də Qarabağ ərazisində yaşayan əhaliyə qarşı amansız 
faciələrə,  qırğınlara  rəvac  verdi.  Nadir  şah  onu  qanuni  hökmdar  kimi  tanımaqdan  imtina  edən  Qarabağ 
bəylərbəyiliyinin  türk-müsəlman  sakinlərinə  qarşı  ağır  cəza  tədbirləri  həyata  keçirdi.  Eyni  zamanda,  Qarabağ 
əhalisinin  mütləq  əksəriyyəti  Əfqanıstan  və  Xorasana  sürgün  edildi.  Qeyd  edək  ki,  Nadir  şahın  ədalətsiz  və 
qəddar  olduğu  qədər  də  Azərbaycanın  ümummilli  mənafeyinə  zərbə  vuran  bu  xəyanətkar  addımı  Qarabağda 
mövcud olan alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə əsaslı təkan verdi. Nadir şahın 
ölümü ilə onun qurduğu dövlət parçalandı və Azərbaycan ərazisində yeni dövlətlər - xanlıqlar yarandı. Qarabağ 
əyalətinin ərazisində isə iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı. 
Sarıcalı  kəndindən  olan  və  elində-obasında  hələ  çox  əvvəllərdən  qəhrəmanlığı  və  ədaləti  ilə  hamının 
rəğbətini  qazanmış  Pənahəli  bəy  Cavanşir  yurdundan  didərgin  düşən  qarabağlıların  öz  tarixi  vətənlərinə 
dönüşünün  təminatçısı  oldu  və  1747-ci  ildə  Qarabağı  müstəqil  dövlət  elan  etdi.  Nadir  şah  tərəfindən  sürgün 
olunmuş  qarabağlıların  doğma  yurdlarına  qayıtması  və  onların  Pənahəli  xanın  ətrafında  sıx  birləşməsi  ilə 
xanlığın mövqeyi çox gücləndi. Pənahəli xan 1748-ci ildə qədim türk tayfası olan bayatların adı ilə bağlı Bayat 
qalasının  tikilməsinə  qərar  verdi,  sonradan  bura  xanlığın  inzibati  mərkəzinə  çevrildi.  Qarabağın  və  Pənahəli 
xanın  güclənməsi  qonşu  xanlıqların  ciddi  narahatlığına  səbəb  oldu  və  onlar  müxtəlif  zamanlarda  Qarabağ 
üzərinə yürüşə çıxdılar. Fəqət bütün savaşlarda da Pənahəli xana məğlub oldular. 
 
Rusiyanın Qarabağda "erməniləşdirmə  
siyasəti" 
 
Qarabağ  xanlığının  ərazisində  həm  də  5  məliklik  (Vərəndə,  Çiləbörd,  Xaçın,  Dizaq,  Gülüstan)  mövcud 
idi. Xaçın istisna olmaqla, digər məlikliklərin sakinləri əslən Qarabağdan deyildilər. Özü də onlar heç erməni də 
deyildilər,  keçmiş  alban  nəsillərinin  nümayəndələri  olmuşlar.  Bu  gəlmə  məliklər  Qarabağda  mahal  başçılığını 
ələ keçirdikdən sonra mərkəzdənqaçma meyillərinə yönəlsələr də, heç bir dövlət birləşməsi yarada bilmədilər, 
hətta bir-biriləri ilə mübarizə apardılar. 
1783-cü ildən etibarən Rusiya imperiyası Qarabağın ilhaqı yönündə yeni, daha intensiv siyasət yürütməyə 
başladı.  Çar  hökuməti  ərazidəki  məlikliklərin  köməyi  ilə  Azərbaycanda  "xristian  dövləti",  yəni,  özünə  dayaq 
yaratmağa  çalışır  və  bölgənin  etnik  tərkibinin  dəyişdirilməsi  üçün  xüsusi  tədbirlər  həyata  keçirirdi. Knyaz  G. 
Potyomkin  1783-cü  ildə  II  Yekaterinaya  yazdığı  məktubda  qeyd  edirdi  ki,  "...fürsət  tapınca  Qarabağı 
ermənilərin nəzarətinə vermək  və bununla da Asiyada bir xristian dövləti yaratmaq üçün lazım olanları etmək 
vacibdir". Bu arada Ağaməhəmməd şah Qacarın da Qarabağa yürüşləri mütəmadi hal aldı. Qarabağlılar Qacar 
ordusuna  qarşı  rəşadətli  müqavimət  təşkil  etsələr  də,  1797-ci  ildə  ikinci  yürüş  zamanı  Ağaməhəmməd  şah 
Şuşanı tuta bildi, lakin burada öldürüldü.  
XVIII  əsrin  sonu,  XIX  əsrin  əvvəllərindən  etibarən  isə  Rusiyanın  Azərbaycandakı  işğalçılıq  fəaliyyəti 
gücləndi. Gürcüstanın, eləcə də Azərbaycanın Car-Balakən camaatlığının və Gəncə xanlığının işğalından sonra 
növbədə,  şübhəsiz  ki,  Qarabağ  xanlığı  idi.  Böyük  bir  imperiya  ilə  qarşı-qarşıya  çıxmaq  imkanında  olmayan 
Qarabağ  xanı  İbrahimxəlil  Cavanşir  məcburiyyət  qarşısında  imperiya  qoşunlarının  komandanı  P.  Sisianovla 
Kürəkçay  müqaviləsi  bağladı.  Müqaviləyə  əsasən,  Qarabağ  xanlığı  məhz  Azərbaycan  torpağı  kimi  Rusiyaya 
ilhaq olundu. Bu müqavilə Qarabağın Azərbaycana məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.  
Bu  dövrdən  sonra  Qarabağa  ermənilərin  köçürülməsi  dinamik  xarakter  aldı.  Faktlara  nəzər  salaq.  Rus 
alimi N. N. Şavrov 1911-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi "Novaya uqroza ruskomu delu v Zaqafqazye" 
kitabında  yazırdı:  "1830-cu  ilədək  Zaqafqaziyaya  40  min  İran  və  84  min  Türkiyə  ermənisi  köçürülmüş  və 
onların  Yelizavetpol  (Qarabağ  bura  aid  idi  -  İ.H.)  və  İrəvan  quberniyalarının  ən  yaxşı  dövlət  torpaqlarında 
yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi... 124 min rəsmi köçürülən erməni ilə yanaşı, qeyri-rəsmi köçən 
ermənilərin sayı 200 mindən artıqdır... Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu 
yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb". 
1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay və 1829-cu ildə Rusiya və Türkiyə arasında 
bağlanan Ədirnə müqavilələrinə əsasən, ermənilərin İrandan və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycana, 
o  cümlədən  Qarabağa  köçürülmələri  rəsmiləşdirildi.  Rəsmi  məlumatlara  əsasən,  1828-1830-cu  illərdə  Şimali 
Azərbaycana  İrandan  40  min,  Osmanlı  imperiyasından  isə  90  minə  qədər  erməni  köçürüldü.  Bunların  da  əsas 
hissəsi  məhz  Qarabağ  ərazisində  məskunlaşdırıldı.  Çar  hökuməti  ermənilərin  Qarabağın  iqtisadi  həyatında  da 
möhkəmlənməsinə  xüsusi  əhəmiyyət  verirdi.  Onlara  ən  yaxşı  torpaqlar  bəxşiş  kimi  verilir,  sahibkarlıq 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə