Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə72/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   68   69   70   71   72   73   74   75   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
124 
1918-1920-ci illərdə müstəqil Azərbaycanın Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan 
Ordusunun  qətiyyəti  nəticəsində  erməni  millətçilərinin  Dağlıq  Qarabağ  və  Xankəndi  iddialarını  dəf  etmək 
mümkün oldu.  
1921-ci  ildə  Xankəndi  qəsəbəsində  85  təsərrüfatda  398  azərbaycanlı,  226  təsərrüfatda  981  erməni 
yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, Stalin və 
Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-
nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst 
bolqar  Sergey  Kirovun  apardığı  siyasət  də  rəvac  verdi.  Bu  siyasət  nəticəsində  1923-cü  il  iyulun  4-də  Rusiya 
Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  Zaqafqaziya  bürosunun  iclasında  Azərbaycanın  Dağlıq  Qarabağ 
bölgəsinin taleyi məsələsi müzakirə edildi. 
Acınacaqlıdır  ki,  Azərbaycan  torpağının taleyini  buna  müstəsna  hüququ  olan  Azərbaycan xalqı  deyil, 
siyasi  təşkilatın  büronun  9  nəfər  üzvü  həll  etməyə  girişdi.  Onların  isə  3-ü  erməni,  3-ü  gürcü,  1-i  bölgəyə  yad 
olan bolqar, ancaq biri – Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütün qanunları və 
reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. 
Ancaq  N.Nərimanovun  Moskvaya  qəti  etirazı  bir  gün  sonra  büronun  əvvəlki  qərarını  ləğv  edərək 
bölgəyə  muxtariyyət  verilməklə  Azərbaycanın  tərkibində  saxlamaq  qərarını  verməyə  məcbur  edir.  Görünür, 
Lenin  və  Stalin  artıq  İrəvan,  Zəngəzur  və  Göyçəsi  əlindən  alınmış  Azərbaycanın  Qarabağ  itkisində  gərgin 
situasiyanın  yaranacağını  nəzərə  alırdılar.  Həmçinin  Azərbaycan  rəhbərlərinin  kənardan  gəlmə  1921-ci  ildə 
A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait 
yaradırdı.  
Beləliklə,  RKP  MK  Zaqafqaziya  bürosu  Dağlıq  Qarabağa  mərkəzi  Şuşa  şəhəri  olmaqla  Azərbaycan 
daxilində muxtariyyət verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov 
və  onun  ətrafı  sırf  azərbaycanlı  şəhəri  olan  Şuşada  erməni  muxtariyyətini  qurmağın  çətin  olacağını  dərk 
edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S. 
Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi.  
7  iyul  1923-cü  ildə  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi  Dağlıq  Qarabağ  Muxtar  vilayətinin  təşkil 
edilməsi  barədə  qərar  qəbul  edir.  Vilayətin  erməniləşdirilməsi  məqsədi  ilə  vilayət  mərkəzi  büronun  qərarının 
əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.  
Maraqlı  məqamlardan  biri də  ermənipərəst Kirovun  dəstəyi ilə  qısa  bir  zamandan  sonra  Xankəndinin 
adının dəyişdirilməsidir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-
nin  erməni  əhalisinin  müraciəti  nəzərə  alınaraq  Xankəndi  qəsəbəsinin  adı  dəyişdirilərək  Stepanakert 
adlandırıldı.  Nəyə  görı  bütün  vilayət  əhalisinin  deyil,  ancaq  erməni  əhalisinin  müraciətinin  nəzərə  alınması 
sualına isə cavab yoxdur. 
Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-
ci  illərdə  Azərbaycan  xalqına  qarşı  qətliamın  təşkilatçısı  olduğu,  onun  Dağlıq  Qarabağla,  konkret  olaraq 
Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də 
erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert 
adlandırması onların əsl mahiyyətindən xəbər verir. 
Avstriyalı  tarix  professoru  Erix  Fayql  2006-cı  ildə  bildirmişdi:  “Xankəndi  və  Şuşa  simvoldurlar. 
Xankəndinin  tarixi  Azərbaycanın  yüksək  mədəniyyətinin  göstəricisidir.  Bu  gün  tarix  saxtakarları  Xankəndini 
Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”. 
Ancaq  bütün  sovet  dövründə  Azərbaycan  ictimaiyyəti  şəhəri  qeyri-rəsmi  olaraq  Xankəndi 
adlandırmaqda davam edirdi.  
Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun 
içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. 
DQMB  yaradılandan  SSRİ  dağılanadək  nəinki  Xankəndinin,  hətta  irili-xırdalı  bütün  təşkilatların  rəhbərləri 
ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər.  
Regionun  və  şəhərin  tarixi,  mədəni  ənənələri  və  etnik  tərkibi  bir  kənara  atılaraq  ancaq  erməni  xətti 
qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-
1929-cu  illərdə  respublikaya  rəhbərlik  edib)  Xankəndinin  baş  planının  tərtib  edilməsi  üçün  Ermənistandan 
Azərbaycana  Aleksandr  Tamanyan  adlı  arxitektor  dəvət  edir.  Bu  o  Mirzoyandır  ki,  hakimiyyətinin  axırıncı 
ilində  Azərbaycanın  əsas  hissəsi ilə  Naxçıvan  bölgəsi  arasındakı Mığrı rayonu  (ermənilər  ora  sonradan  Meqri 
adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi.  
A.  Tamanyan  region  üçün  yad  adam  idi.  O  ancaq  1923-cü  ildə  46  yaşında  doğulduğu  və  həmişə 
yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edilir. Həm 
İrəvanda,  həm  Bakıda  Avropa  səviyyəsində  tanınan  xeyli  sayda  yerli  azərbaycanlı  arxitektorların  olmasına 
baxmayaraq  qədim  Azərbaycan  şəhərlərinin  baş  planının  hazırlanması  məhz  ona  tapşırılır.  O,  1924-cü  ildə 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə