Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə71/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   67   68   69   70   71   72   73   74   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
122 
Əslində  müqavimət  bu  dövrədək  olmuşdu.  Məsələn,  Bakı  xanlığı  Rusiyaya  tabe  olmadı.  Qafqazda  rus 
qoşunlarının  baş  komandanı  Sisianovun  başı  Bakı  xanı  Hüseynqulu  xanın  qohumu  İbrahim  xan  tərəfindən 
kəsildi. Qarabağ xanı İbrahimxəlil xan ailəsi ilə birlikdə məhv edildi. Gəncə xanı Cavad xanın rus qoşunlarına 
qarşı  uzunmüddətli  müqaviməti  tarixi  hadisəyə  çevrilib.  1813-cü  ilin  12  oktyabrında  imzalanmış  Gülüstan 
müqaviləsindən  sonra  burada  ciddi  narazılıq  müşahidə  edilməməsinin  səbəbi  o  idi  ki,  artıq  əhalinin  inadı 
qırılmışdı”. 
Xanlıqlara verilən imtiyazlar 1805-ci ildən 1826-cı ilə kimi davam etdi. Bu dönəmən sonra yuxarıda 
sadalanan  güzəştlər  də  ləğv  edildi:  “Şəkidə  1819-cu  ildə,  Şamaxıda  1820-ci  ildə,  Qarabağda  1822-ci  ildə, 
Lənkəranda 1826-cı ildə xanlıq sistemi ləğv edildi, komendant idarəetmə sistemi yaradıldı. 
“Qarabağnamə”lərin mahiyyəti isə “Yaşasın Rusiya” deməkdir. 
Vaqif Abışov deyir: “Əhməd bə Cavanşir, Mirzə Adıgözəlbəy və başqaları Rusiyaya xidmət ediblər. 
Təbiidir  ki,  onlar  Rusiya  əleyhinə  yaza  bilməzdilər.  Həmin  “Qarabağnamə”lərdə  xanlığın  tarixi,  daxili  idarə 
sistemi, təsərrüfat həyatı, habelə Qacarlarla münasibətlərin öyrənilməsi sarıdan maraqlıdır”. 
Professor Tofiq Vəliyevin “Qarabağnamə”lərlə bağlı fikirləri də maraqlıdır: “”Qarabağnamə”ləri 19-
cu yüzildə Mir Mehdi Xəzani, Mirzə Camal, Mirzə Adıgözəl bəy  və başqaları yazıb. “Qarbağnamə”lərdə rus 
meylliliyinin olması təbii idi. Məsələn, Mirzə Adıgözəl bəy rus ordusunun kapitanı idi. İstefaya çıxandan sonra 
“Qarabağnamə”ni yazmağa başlayıb. Çar Rusiyasından yüksək rütbəli bir şəxs kimi istefaya çıxıb təqaüd alan 
bir adam əsil Qarabağ tarixini yaza bilərdimi? Bu səbəbdən də onun əsərlərində çox böyük qüsurlar var. Amma 
xidmətləri də var: 1826-1828-ci illərdə Rusiya-İran (əslində bu, Rusiya-Azərbaycan müharibəsi idi) müharibəsi 
zamanı Nizaminin məqbərəsini dağıtmışdılar. 1847-ci ildə Mirzə Adıgözəl bəy o məqbərəni öz hesabına bərpa 
etdirib”. 
Elçin Qaliboğlu  
 
“Xalq Cəbhəsi”. - 2009. - 14 may. - № 82. - S. 14. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
123 
Xankəndi – Azərbaycanın mirvari şəhəri 
 
Tanınmış  Azərbaycan  şəhəri  Xankəndi  bölgəmizin  gənc  şəhərlərindən  sayılır.  5  minillik  tarixi  olan 
Naxçıvan, 3 minillik tarixi olan Gəncə, 2 minillik tarixləri olan Bakı, Bərdə ilə müqayisədə Xankəndinin 250 
illik tarixi əlbəttə çox az hesab edilir.  
Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri 
olan  Qarabağ  xanlıqlarının  başçılarının  –  xanların  istirahəti  üçün  yaşayış  məskəni  kimi  salınır.  Xanların 
fəaliyyətinə  maksimum  şərait  yaradılması  üçün  məskən  xanlığın  paytaxtı  Pənahabadın  (indiki  Şuşanın)  10 
kilometrliyində,  nisbətən  dağ  ətəyində  salınır.  Bu  zaman  onun  xanlığın  digər  vacib  şəhər  və  kəndlərinə, 
Ağdama,  Xocalıya,  Malıbəyliyə,  Kərkicahana  və  digərlərinə  yaxın  olması  da  əsas  götürülüb.  Belə  ki,  yeni 
yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı.  
İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın 
kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.  
Qeyd  edilməlidir  ki,  Azərbaycanın  İsmayıllı  rayonunun  ərazisində  də  Xankəndi  adlanan  yaşayış 
məntəqəsi  var.  Araşdırmalar  onun  da  o  regionun  xanları  tərəfindən  salındığını  sübut  edir.  Digər  tərəfdən 
ölkəmizin  19  rayon  ərazisində  Xan  adı  ilə  başlayan  26  yaşayış  məntəqəsi  vardır.  (Xanabaq,  Xanbulaq, 
Xankeçən, Xanagah və s.) Elə Xankəndinin yerləşdiyi Əskəran rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 
kənd  –  Xanadrax  və  Xansk  daxildir.  Həmin  inzibati  dairəyə  daxil  olan  53  kəndin  39  min  adı  isə  təmiz 
Azərbaycan  adıdır.  Xan  adlı  iki  kənd  də  –  Xanlıqpəyə  və  Xanalı  Qarabağ  xanlığının  mərkəzi  olan  Şuşa 
rayonunun inzibati ərazisində yerləşir.  
Qarabağ  xanlığını  zorən  Rusiya  imperiyasına  birləşdirən  1813-cü  il  Gülüstan  müqaviləsinə  qədər 
Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. 
Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki 
həyat  tərzi  dağıdılır,  Azərbaycan  cəmiyyəti  üçün  ənənəvi  olan  sülalələr  bölgüsü  qadağan  edilir,  hər  şey 
imperiyanın maraqlarına tabe etdirilir.  
Eyni zamanda keçmiş xanlıq  ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün  ərazi 
boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndində yerləşdirilir.  
Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli 
Azərbaycan  məskənlərini  nəzarətdə  saxlamaq  mümkün  idi.  Digər  tərəfdən,  Xankəndiyə  İrandan  köçürülən  və 
rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi.  
Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq 
mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 
erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.  
Rusiya  işğalından  dərhal  sonra  orada  çar  ordusunun  Qafqaz  süvari  diviziyasının  qərargahı  və 
kazarmaları  yerləşdirildi.  Ermənilər  və  rus  zabitləri  yaşayış  məskənini  “ştab”  adlandırsalar  da,  1847-ci  il  çar 
Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür.  
Çar  işğalından  sonra  böyüyən  Xankəndi  şəhərinə  bir  qayda  olaraq  İrandan  köçürülən  ermənilər 
yerləşdirilir,  etibar  doğurduqlarına  görə  çar  ordusunun  hərbi  hissələrində  və  dövlət  idarələrində  işlə  təmin 
edilirdilər.  1900-cü  ildə  Xankəndində  artıq  3  min  əhali  yaşayır,  hətta  ikisinifli  məktəb  də  fəaliyyət  göstərirdi. 
Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. 
Məqsədli  yeridilən  etnik  siyasət  nəticəsində  ötən  əsrin  əvvəllərində  Xankəndində  erməni  və  rus 
əhalisinin  sayı  xeyli  artır.  Ancaq  bununla  belə  şəhərdə  xeyli  sayda  xan  nəslinin  nümayəndələri,  azərbaycanlı 
ziyalılar,  musiqiçilər  və  sənətkarlar  yaşayırdılar.  Məqsədli  təcrid  siyasətinə  baxmayaraq  onlar  Xankəndində 
ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.  
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən 
mürəkkəb  proseslər  Xankəndindən  də  yan  ötmədi  .  XIX  əsrdə  tarixi  Azərbaycan  dövləti  olan  İrəvan  xanlığı 
torpaqlarına  yerləşdirilmiş  İran  erməniləri  orada  Ermənistan  dövləti  elan  etdilər.  Bununla  kifayətlənməyən 
erməni  millətçiləri  Azərbaycanın  Naxçıvan,  Zəngəzur,  Dağlıq  Qarabağ,  ümumilikdə  bütün  Azərbaycan 
torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar 
yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, 
Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur.  
Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən 
Xankəndində də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi 
hissəsinin  imkanlarından  da  geniş  istifadə  edirdilər.  Sonradan  1992-ci  il  fevralın  26-da  onlar  bu  metodu 
təkrarlayaraq  Stepanakertdə  yerləşən  dağılan  Sovet  Ordusunun  366-cı  polkundan  istifadə  edərək  Xocalı 
soyqırımını törətdilər.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə