Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə74/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   70   71   72   73   74   75   76   77   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
126 
olunurdu.  Erməni  millətçilərinin  əvvəldən  ciddi  hazırlığı  və  Moskva  tərəfindən  hərtərəfli  dəstəyi  şəhərin 
Ermənistanın nəzarəti altına keçməsinə səbəb oldu. Axırıncı azərbaycanlılar 1991-ci ilin dekabrında tərk etməli 
oldular. Bu gün xankəndililər respublikamızın bütün bölgələrində qaçqın həyatı yaşayırlar.  
Bununla  belə  respublikamızın  ərazi  bütövlüyü  uğrunda  əzmi  qırılmazdır.  Dağlıq  Qarabağın  və  digər 
işğal edilmiş ərazimizin işğaldan azad olacağı gün isə heç də uzaqda deyildir. Bunu bizdən xalqımızın dəyərli 
tarixi və onun görkəmli oğullarının ruhu tələb edir.  
 
Aydın MİRZƏZADƏ,  
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər namizədi  
 
“Ədalət”.-2010.-16 fevral.-N.28.-S.2. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
127 
Qarabağ münaqişəsi regional maraqlar kontekstində 
 
Azərbaycanın regionda coğrafi mövqeyi, Qərb  və Şərq  arasında  körpü  rolunu  oynaması,  Avropa-
Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında Böyük İpək yolunun bərpasında fəal iştirak etməsi və 
qitənin  enerji  təhlükəsizliyində  vacib rol oynayan ölkələrdən  biri  kimi  zəngin  təbii  ehtiyatları, regionda 
tarixən olduğu kimi, bu gün də böyük dövlətlər arasında regional maraqların formalaşmasına və siyasi-
iqtisadi rəqabətə səbəb olan amillərdən biri olmaqdadır. 
 
Münaqişə vəziyyətini yaradan amillərdən danışarkən belə bir metodoloji prinsipi qeyd etmək yerinə düşər 
ki,  etnik  qruplar  və  dövlətlər  arasındakı  müasir  münaqişələr  böyük  tarixi  hadisələrin  mirasıdır.  Bu  baxımdan 
Qarabağ münaqişəsinin də genezisi bariz nümunə kimi götürülə bilər. 
Ümumiyyətlə,  beynəlxalq  münasibətlərin  müasir  real  məntiqi  tələb  edir  ki,  iri  dövlətlər  regional 
münaqişələri  vaxtında  birgə  səylə  tənzimləməlidirlər.  Yoxsa,  onun  fəallar  təkcə  münaqişə  tərəflərinə  deyil, 
regionun digər dövlətlərinə də təsirsiz ötüşməyəcəkdir. Ermənistanın təcavüzkarlıq siyasəti regionda inteqrasiya 
prosesinə, demokratikləşməyə mane olur və insan hüquqlarını pozur. 
Sovet  İttifaqının  süqutundan  sonra  Cənubi  Qafqazda  geosiyasi  proseslərin  intensivliyi  ilə  böyük 
dövlətlərin  maraqlarının  müəyyən  məqamlarda  kəsişməsi  paralellik  təşkil  edir.  Artıq  dünyanın  və  regionun 
aparıcı dövlətləri həmin gerçəklikdən çıxış edərək Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər. Bunların fonunda 
region dövlətlərinin yerit-dikləri daxili və xarici siyasətin aktuallığı daha da artır. O cümlədən, Azərbaycanın 
bölgədəki  mövqeyi  daha  böyük  əhəmiyyət  kəsb  etməyə  başlayır.  Bunun  əsas  səbəbi  Azərbaycanın  Cənubi 
Qafqazda iqtisadi və mədəni baxımdan potensial lider dövlət olmasıdır. 
"Azərbaycan coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir", - deyən Prezident İlham Əliyev 
respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət 
strategiyasını bölgənin xüsusiyyətlərini, özəlliklərini nəzərə almaqla həyata keçirir. 
Ölkəmizin  xarici  siyasəti  son  dərəcə  düşünülmüş  proqram  üzərində  qurulmuş  və  uzaq  geostrateji 
perspektivlərin  nəzərə  alınması  ilə  həyata  keçirilir.  Azərbaycan  regionda  maraqlan  toqquşan  bütün  dövlətlərlə 
əlaqələrini  bərabərhüquqlu  iqtisadi-siyasi  tərəfdaşlıq  səviyyəsində  qurmağa  müvəffəq  olmuşdur.  Azərbaycan 
Cənubi  Qafqazda,  bütövlükdə  MDB  və  Avropa  məkanın-da  çox  az  sayda  olan dövlətlərdən biridir  ki,  Rusiya, 
ABŞ, Türkiyə, İran  və  İsrail kimi  maraqlan toqquşan dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı hörmətə, praktiki 
əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur. 
2009-cu ildə münaqişənin həlli prosesində danışıqların intensivləşməsi daha fəal şəkil almışdır. Prezident 
İlham  Əliyev,  Rusiya  Prezidenti  Dmitri  Medvedev  və  Ermənistan  Prezidenti  Serj  Sərkisyanın  2008-ci  ilin 
noyabrın  2-də  da  keçirilən  görüşdən  sonra  "Moskva  Bəyannaməsi"nin  imzalanması,  bunun  ardınca 
prezidentlərin  növbəti  üçtərəfli  görüşü  2009-cu  ilin  iyunun  4-də  Sankt-Peterburqda,  üçüncü  görüşləri  bir  ay 
sonra Moskvada, dördüncü isə ötən ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində 
keçirilmişdir. 2009-cu ildə də Azərbaycan və Ermənistan prezidentlərinin altı görüşü olmuş-dur. Bir il ərzində 
bu  qədər  görüşün  keçirilməsini  atəşkəs  imzalandıqdan  sonra  münaqişənin  həlli  istiqamətində  böyük  bir  fəalıq 
kimi qiymətləndirmək olar. Son iki ildə Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsi, Azərbaycan və 
Ermənistan dövlət başçıları arasında altı görüşün ikisinin Rusiya Prezidentinin iştirakı ilə keçirilməsi, bir ildə iki 
dəfə  Rusiya  Prezidentinin  Azərbaycana  səfəri,  eləcə  də  Rusiyanın  Dağlıq  Qarabağ  münaqişəsində  göstərdiyi 
fəallıq deməyə əsas verir ki, bu məsələ Moskvanın regional və dövlət maraqlarındadır. 
Bu  məsələlərlə  paralel  regionda  digər  müsbət tendensiya  Türkiyə  və  Rusiya  münasibətlərindəki  ənənəvi 
qarşıdurma  meyillərinin  istiqamətinin  dəyişməsi,  iqtisadi  tərəfdaşlıq  və  siyasi  sahədə  strateji  müttəfiqlik 
səviyyəsinə  qalxmasıdır.  Rusiya  və  Türkiyə  arasında  yaxınlaşma  iqtisadi-siyasi  münasibətlərin  dərinləşməsi, 
nəticə etibarilə Cənubi Qafqazdakı münaqişələrin həllinə də müsbət təsir göstərə bilər. 
Cənubi Qafqaz regionunda geostrateji maraqlan cəmləşmiş digər güc mərkəzlərindən biri də Türkiyədir. 
Türkiyə  ilə  münasibətlərin  yeni  mərhələyə  keçməsi  ulu  öndər  Heydər  Əliyevin  xarici  siyasətinin 
uğurlarındandır.  Bu  siyasətin  mahiyyəti  onun  dillər  əzbərinə  çevrilmiş  "bir  millət  iki  dövlət"  formulunda  öz 
əksini tapmışdır. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. 
Azərbaycanla Türkiyənin regionda sülhün və təhlükəsizliyin qorunması üçün həm ATƏT və BMT başda 
olmaqla  bir  çox  beynəlxalq  və  regional  təşkilatlar  çərçivəsində  həm  ikitərəfli  münasibətlərdə,  həm  də 
beynəlxalq aləmdə nümayiş etdirdiyi əməkdaşlıq klassik beynəlxalq münasibətlər nəzəriyyəsinin postulatları ilə 
üst-üstə düşür. 
Hazırda  Azərbaycan regionda  fəaliyyət  göstərən  geosiyasi  güc  mərkəzlərinin,  demək  olar  ki,  hamısı  ilə 
dostluq  və  əməkdaşlıq  prinsipləri  üzərində  qurulan  münasibətlər  yaratmaqla,  eyni  zamanda,  Qərblə  və  o 
cümlədən ABŞ-la strateji əməkdaşlığa yönəldilmiş siyasi xətti uğurla davam etdirməkdədir. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə