Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə75/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   71   72   73   74   75   76   77   78   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
128 
İri dövlətlərin və region ölkələrinin münaqişənin nizamlanmasına göstərdikləri cəhdlər o zaman konkret 
və  rasional  olur  ki,  münaqişə  bilavasitə  tərəflərin  maraqlarından  daha çox iri  dövlətlərin  və  region  ölkələrinin 
mənafelərinə  ziyan  vursun.  Beynəlxalq  təcrübə  son  vaxtlar  sübut  edir  ki,  mühüm  siyasi  münaqişələrin  böyük 
dövlətlərin  birgə  səyi  ilə  həlli  eyni  zamanda,  həmin  ölkələr  arasında  kiçik  ziddiyyətlərin  də  aradan 
götürülməsinə imkan yaradır. Bu baxımdan geostrateji regionda yerləşən Azərbaycan da Ermənistan tərəfindən 
təcavüzkarlıqdan  yaxa  qurtarmaq  üçün  iri  dövlətlərin  və  region  dövlətlərinin  Qafqazda  maraqlarının  üst-üstə 
düşməsindən,  münaqişənin  həlli  prosesinə  regionda  maraqların  cəmləşməsindən,  toqquşmasından  məharətlə 
istifadə etməlidir. 
Azərbaycan Respublikasının Qarabağ münaqişəsinə son iki ilə dair diplomatik uğurlarını aşağıdakı kimi 
müəyyənləşdirmək olar: 
1.  BMT-nin  Baş  Məclisinin  geniş  iclasında  sessiyanın  gündəliyində  20-ci  bənd  kimi  öz  əksini  tapan 
"Azərbaycanın  işğal  edilmiş  ərazilərində  vəziyyət",  9  bənddən  ibarət  qətnamənin  qəbulu  BMT-nin  yenidən 
Ermənistanı işğalçı dövlət kimi tanıması Azərbaycan üçün hər mənada strateji əhəmiyyətli qərardır. 
2.  NATO-nun  2008-ci  il  aprelin  24-də  Buxarest  zirvə  toplantısı  və  Şimali  Atlantika  Şurası  xarici  işlər 
nazirlərinin dekabrın 2-3-də Brüssel toplantısı da açıq şəkildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə 
dəstək ifadə etmiş, münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllini zəruri hesab etmişdir. 
3. Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə 2008-ci il noyabrın 2-də Azərbaycan və Ermənistan prezidentləri 
arasında imzalanmış "Mayın Dorf Bəyannaməsi"nin qəbulu mühüm elementləri özündə əks etdirir. İlk dəfə bu 
bəyannamədə  rəsmi  Yerevan  münaqişə  tərəfinin  Dağlıq  Qarabağ  deyil,  Ermənistan  tərəfi  olduğunu  hüquqi 
baxımdan təsdiqləmişdir. 
4.  Rusiya,  Azərbaycan  və  Ermənistan  dövlətləri  tərəfindən  imzalanmış  "Moskva  Bəyannaməsi"ndə 
Ermənistan özü belə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə imza atıb. Yəni, artıq İrəvan 
rəhbərliyi  də  Dağlıq  Qarabağ  və  ətraf  rayonlarının  hamısının  Azərbaycanın  hüquqi  ərazisi  olduğunu  dərk  və 
qəbul edir. 
5.  Afinada  keçirilən  ATƏT-in  xarici  işlər  nazirlərinin  toplantısında  münaqişənin  ərazi  bütövlüyü 
çərçivəsində  həllinə  ilk  dəfə  Ermənistanın  qol  çəkməsi,  ərazi  bütövlüyü  və  öz  müqəddəratını  təyinetmə 
hüququnun birgə tətbiqi o deməkdir ki, Dağlıq Qarabağa nə qədər yüksək özünüidarə hüququ verilirsə-verilsin, 
bu hüquq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşacaq. 
6. 2009-cu il iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri Barak Obama, 
Nikola  Sarkozi  və  Dmitri  Medvedevin  "Böyük  səkkizlərin"  İtaliyada  keçirilən  sammiti  zamanı  irəli  sürülən 
"Madrid  prinsipləri"nin  yeni  versiyası  ilə  bağlı  bəyanatları  münaqişənin  tənzimlənməsi  prosesinə  impuls 
vermişdir. 
Dövlət  başçısının  qətiyyətli  və  milli  maraqlara  əsaslanan  xarici  siyasət  kursunun  davam  etməsi 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  prosesində  ciddi  canlanma  ilə  müşahidə  olunur. 
Münaqişə  tərəfləri  arasında  aparılan  birbaşa  təmasların  intensivləşməsi  -  həmsədrlərin  iştirakı  ilə  xarici  işlər 
nazirləri  və  dövlət  başçıları  səviyyəsində  keçirilən  görüşlər  prosesin  ciddi  şəkildə  irəlilədiyini  deməyə  əsas 
verir. Bu da təsadüfi deyil. Dünyada baş verən mühüm  geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı bu 
əsas münaqişə ocağının söndürülməmiş qalması qlobal planda cərəyan edən proseslərə mənfi təsir göstərməklə 
yanaşı, burada iqtisadi və siyasi maraqlan olan aparıcı dövlətlərin, habelə beynəlxalq təşkilatların mənafelərinə 
və regional maraqlarına da ciddi şəkildə təsir edir. 
Region dövlətlərinin münaqişəyə biganə yanaşmasının nəticəsidir ki, Azərbaycanın bir milyon vətəndaşı 
məcburi  köçkün  vəziyyətində  hələ  də  qalmaqdadır.  Həmin  vətəndaşlar  insan  yaşayışı  üçün  münasib  olmayan 
yataqxanalarda  və  digər  yerlərdə  çətin  vəziyyətdə  yaşayırlar.  Azərbaycan  dövlətinin  müharibə  şəraitində 
olmasına  baxmayaraq,  məcburi  köçkünlərin  sosial  problemləri  dövlətin  daim  diqqət  mərkəzində  və 
nəzarətindədir.  Qaçqınların  və  məcburi  köçkünlərin  mənzil-məişət  şəraitinin  yaxşılaşdırılması,  yeni-yeni 
qəsəbələrin, yaşayış evlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin bu məsələdə qaçqın və məcburi köçkünlərə 
qayğısının daha bir təzahürüdür. 
Region dövlətləri və beynəlxalq təşkilatlar Qarakənd faciəsinə, Xocalı soyqırımına və işğal olunan digər 
rayonlarda baş verən faciələrə hələ də göz yummaqdadırlar. İşğalçı dövlətlə işğala məruz qalan dövlət arasında 
fərq  qoymurlar  və  ikili  siyasət  yeridirlər.  Eləcə  də  işğalçı  dövlətə  təzyiq  etməkdənsə,  əksinə  Ermənistan 
dövlətinə himayədarlıq edirlər. Bu da Dağlıq Qarabağ münaqişəsinin uzanmasına səbəb olur. 
Biz inanırıq ki, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən möhtərəm 
Prezidentimiz İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll 
olunacaq, bütün qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. 
 
Elnur ƏLİYEV,  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
129 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər 
kadrların ixtisasının artırılması fakültəsinin II
 
kurs müdavimi 
 
“Xalq qəzeti”.-2010.-21 fevral.-N 41.-S.4. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə