Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə70/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   66   67   68   69   70   71   72   73   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
120 
vurğulayıb: “Başımıza gələn o qədər faciələrə baxmayaraq ermənilərə kinli münasibət bəsləməmişik. Osmanlı 
dövlətində  heç bir  zaman  irq  əsasına dayanan  millətçilik  anlayışı  olmamışdır”. Başbakanlıq  müstəşarı  olduğu 
zaman  1915-ci  il  Osmanlı  arxivlərini  açdığını,  amma  bu  arxivlərin  ciddi  şəkildə  öyrənilməsinə  baxmayaraq 
ermənilərin iddia etdiyi “soyqırım” əsasının olmamasının üzə çıxarıldığını bildirib. 
Qəzetçi-yazar  Nihat  Gənc  isə  erməni  probleminin  tarixi  deyil,  psixoloji  savaş  olduğunu  söyləyib. 
Anadolu  torpaqlarına  İngiltərə,  Yunanıstan  kimi  bir  çox  dövlətlərin işğal  məqsədiylə  gəlib-getdiyini  söyləyən 
Nihat  Gənc  deyib:  “Bəziləri  bu  torpaqları  vurdu,  dərsini  aldı  getdi.  Bunun  acısı  yüz  ildə  çıxmaz.  Heç  biri 
burdakı birliyi, düzəni poza bilmədilər”. O, ermənipərəst “üzr diləyirəm” kampaniyasına imza atan və özlərinə 
ziyalı deyənlərin Şimali Kipr, Şimali İraq və Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesində də eyni addımları 
atdıqlarını  xatırlatdı.  Nihat  Gəncin  fikrincə,  bu  ziyalılar  heç  bir  əsərə  sahib  deyillər,  ona  görə  də  özlərini 
günahkar  bildiklərindən  belə  davranırlar.  Nihat  Gənc  öz  ailəsinin  də  Azərbaycandan  qaçqın  düşdüklərini, 
ermənilərin qətliamı ilə üzləşdiklərini, nəticədə köç etdiklərini deyib. Ermənilərin Azərbaycanın Laçın rayonunu 
işğal edən zaman anadan olan oğluna Laçın adı qoyduğunu söyləyib. O, ermənilərin törətdiyi Xocalı qətliamının 
unutdurulduğu kimi türklərin başlarına gələn bir çox faciələrin unutdurulduğunu söyləyib. 
Nigde  Universitetinin  nümayəndəsi,  professor,  doktor  Ozcan  Yeniçəri  bir  nəfərin  öz  sahəsində 
mütəxəssis  olub,  başqa  sahələrdə  mütəxəssis  olmamasına  “informatik  cəhalət”  deyildiyini  açıqlayıb. 
Ermənipərəst  imza  kampaniyasına  qoşulanların  da  “informatik  cəhalət”  içində  olduqlarını  söyləyib. 
İmperializmin  etmənilərlə  türklərin  arasını  vurduğunu  Ozcan  Yeniçəri  “Bu  millətin  borcu  yoxdur,  kimsə  bu 
millətdən  olmayan  alacağını  almağa  çalışmasın”-deyib.  Üzünü  salondakı  gənclərə  tutan  professor  məsələ  ilə 
bağlı sualları cavablanırmaq məsuliyyəti daşıdıqlarını söyləyib. 
Həsən  Cəlal  Gözəl  bir  tələbənin  “Hrant  Dink  davasının  çözülməməsinə  bir  maneə  olub-olmaması” 
haqqında sualı cavablandırarkən “erməni jurnalistinin öldürülməsinin Türkiyəyə faydadan çox zərər gətirdiyini” 
bildirib. Eyni zamanda bu olayın arxasında erməni diasporunun durmasına işərə vurub. Suaaları cavablandıran 
Yusif Halacoğlu deyib ki, birlik və bərabərlik olduğu təqdirdə Türkiyə ən zəngin, ən güclü dövlət olacaq, amma 
bəziləri  bu  birlik  və  bərabərliyi  pozmağa  çalışır.  “Təhdid  alırsınızmı”-sualına  cavabında  isə  Halacoğlu 
“Dəmirdən  qorxsam,  qatara  minmərəm.  Fələstini,  Yəməni  düşünün.  Əsrlər  boyu,  o  cümlədən,  XX  əsrdə 
millətimiz,  dövlətimiz  naminə  milli  mücadiləyə  qoşulan  insanlarımız  qorxsaydılar,  Türkiyə  bu  gün  müstəqil 
olmazdı”-deyib. 
 
Göytürk 
“Xalq Cəbhəsi”. -2008.- 31 dekabr-5 yanvar.-№239.-S.4. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
121 
Qarabağın qara günlərinin başlandığı tarix 
 
1805-ci il mayın 14-də Rusiya imperiyası Qarabağ xanlığının müstəqilliyinə son qoydu 
 
1805-ci ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi 
“Gülüstan”  müqaviləsinə  gətirib  çıxartdı.  Nəticədə  1813-cü  il  oktyabrın  12-də  Qarabağın  Gülüstan  kəndində 
Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Bu tarix Azərbaycan Türklərinin taleyində 
ən kədərli günlərdən biridir. Fəlakətli tarixə gəlib çıxıncaya qədər çoxlu itkilərimiz oldu. Heç bir fəlakət birdən-
birə  yaranmır.  Tarixçi-alim  Vaqif  Abışov  deyir:  “Həmişə  olduğu  kimi  o  dövrdə  də  dünyada  vəziyyət  hədsiz 
gərgin  idi.  Azərbaycanı  bu  faciəyə  gətirib  çıxaran  ən  başlıca  səbəblərdən  biri  Azərbaycanın  vahid  dövlətinin 
olmaması idi”. 
Vaqif Abışov Türkmənçay müqaviləsinə qədər olan dövrün ictimai-siyasi vəziyyətini belə xarakterizə 
edir:  “O  dövrdə  Azərbaycanda  mövcud  olan  xanlıqlar  3  qismə  bölünmüşdü.  Bunların  bir  qismi  İrana  meyl 
edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbul 
edirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirə 
bilsin.  19-cu  yüzilin  əvvəllərində  Azərbaycan  xanlıqlarının  Rusiya  tərəfindən  işğalına  başlanıldı.  1804-cü  ilin 
yanvarında  Gəncə  xanlığı  işğal  olundu,  orada  xanlıq  sistemi  ləğv  edildi.  Bundan  sonra  bir  çox  xanlıqlar 
Rusiyaya  meyl  etməyə  başladılar,  çünki  artıq  qorxu  prinsipi  yaranmışdı.  Qorxu  həm  də  Qacarlar  sarıdan  idi. 
Gəncə  xanlığı  işğal  olunandan  sonra  Qarabağ,  Şəki  və  Şamaxı  xanlıqları  Rusiyanın  himayəsinə  keçmək 
haqqında  razılığa  gəlirlər.  Azərbaycanın  şimal  xanlıqları  birləşə  bilmədilər.  Rusiya  bu  vəziyyətdən  məharətlə 
istifadə  etdi,  1-ci  Pyotrun  vəsiyyətinə  uyğun  olaraq  Azərbaycan  xanlıqlarını  işğala  girişdi.  Azərbaycan 
xanlıqları  öz  daxili  idarəetmələrini  qoruyub  saxlamaq  istəyirdilər,  xaricdən  isə  Rusiyanın  himayəsini  qəbul 
edirdilər.  1805-ci  il  mayın  14-də  Qarabağ  xanı  İbrahimxəlilxan  Rusiya  ilə  Qarabağ  xanlığı  arasında  bağlanan 
“Kürəkçay”  müqaviləsinə  əsasən  xarici  siyasətdən  məhrum  oldu,  daxildə  isə  xanlığın  idarəetməsini  qoruyub 
saxlamış  oldu.  Habelə  ərazisində  rus  qoşunlarını  saxlamağı  öhdəsinə  götürdü.  Səlim  xan  İbrahimxəlil  xanın 
qohumu idi. Mayın 21-də Şəki xanlığı da Rusiyanın təəbəliyini qəbul etdi. Şirvan xanı Mustafa xan ruslara qarşı 
bir  az  müqavimət  göstərdi,  ancaq  o  da  Rusiya  imperiyasından  az  sonra  bərk  ehtiyatlandığından  1805-ci  il 
dekabrın  27-də  Rusiyanın  himayəsini  qəbul  etdi,  “Kürəkçay”  müqaviləsinə  qoşulduğunu  bəyan  etdi,  öz 
ərazisində rus qoşunlarını saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 min 
çervo xərac verməli idilər. Xanların hər birinə çar general-rütbəsi verilir, onlara dövlət büdcəsindən əməkhaqqı 
kəsilirdi”. 
Azərbaycan  yuxarıda  adları  sadalanan  ölkələrin  faktiki  döyüş,  siyasi  mübarizə,  hərbi  münaqişə 
meydanına çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətli 
vəziyyətdən  artıq  qaçmaq  mümkün  deyildi:  “Təbiidir  ki,  heç  bir  dövlət  o  birinə  qətiyyən  güzəştə  getmək 
istəmirdi.  Bu  məqamlarda  Azərbaycan  xanlıqları  artıq  vəziyyətdən  salamat  çıxmaq  haqqında  da  düşünməyə 
başladılar.  Amma  bəziləri  üçün  bu,  fəlakətlə  nəticələndi.  Məsələn,  Qarabağ  xanı  İbrahimxəlil  xan  ruslar 
tərəfindən  qətlə  yetirildi.  Bu  mənada  Türkmənçay  fəlakətinə  qədər  olan  mərhələdə  Azərbaycan  xanlıqlarının 
daxili vəziyyəti son dərəcə gərgin idi. İqtisadiyyat dağılmışdı, xanlıqların həyat tərzi, daxili qaydaları da istər-
istəməz dağınıq bir vəziyyətdə idi. Məhz həmin dövrün siyasi ab-havası, başlıcası isə xalqın müqavimət ruhuna 
yetkin  səviyyədə  kökləndirilməməsi  böyük  mənada  mübarizəni  mümkünsüz  etdi.  Azərbaycan  ayrı-ayrı 
xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil 
hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı 
Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün 
xeyli  cəhd  etmişdilər.  Lakin  təəssüf  ki,  onlar  biri-birlərinə  mane  olublar.  Məsələn,  Pənahəli  xana  məqsədini 
reallaşdırmaqda Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi 
xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı 
mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən reallaşmadı”. 
Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı 
yüzillərdə,  xüsusən  Səfəvilər  dövründə  azərbaycanlıların  biri-birinə  yadlığının  acı  nəticələrini  görmək 
mümkündür: “Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi 
güclü  bir  dayağı  vardı.  Ermənilər  daim  təxribatla  məşğul  olur,  rus  hərbi  hissələrində  xidmət  edir,  bir  sözlə, 
Rusiya  imperiyasının  Cənubi  Qafqazda  qələbələr  qazanması  üçün  əllərindən  gələni  edirdilər.  Azərbaycanın 
parçalanması 1722-ci ildən Birinci Pyotrun vaxtından üzü bəri başlamışdı. Qarabağ, Şəki, Şamaxı rəsmi şəkildə 
dinc yolla Rusiyaya birləşdirildi, onlar faktiki olaraq Rusiyanın himayəsini qəbul etdilər, yəni daxildə müstəqil, 
xarici  siyasətdə  isə  Rusiyadan  asılı  oldular.  Mahiyyətcə  belə  bir  tarixi  fəlakət  Gülüstan  müqaviləsi  zamanı 
reallaşdı. Birinci mərhələdə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalmaq şərtilə, qalan 
ərazilər Rusiyanın tabeliyinə keçdi. 1813-cü ildən sonra bu tarixi fəlakətə qarşı demək olar, müqavimət olmadı. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə