Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə66/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   62   63   64   65   66   67   68   69   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
112 
Münaqişənin həlli prosesi 
1992  
28  fevral  -  Praqada  ATƏT-in  Ali  Ranqlı  Rəsmi  Şəxslər  Komitəsinin  7-ci  görüşü.  Bu  görüşdə  tərəflər 
Azərbaycanın  Dağlıq  Qarabağ  regionunda  dərhal  atəşkəs  rejimi  tətbiq  etmək,  daxili  və  xarici  sərhədlərin 
toxunulmazlığına hörmət etmək, onları yalnız dinc yolla və ümumi razılıqla dəyişdirmək və düşmən təbliğatının 
bütün  növlərindən  tam  imtina  edilməsi  də  daxil  olmaqla  hər  cür  ərazi  iddialarından  imtina  etmək  əzmində 
olduqlarını bildirdilər.  
24  mart  -  Helsinkidə  ATƏT-in  birinci  əlavə  görüşü.  ATƏT-in  himayəsi  altında  Dağlıq  Qarabağ  münaqişəsi 
üzrə konfrans çağrılması qərara alınmışdır.  
1993-cü il  
6 aprel - BMT-nin Təhlükəsizlik Şurasının sədri Kəlbəcərin işğal edilməsini pisləyən bəyanat vermişdir.  
25-29 aprel - İslam Konfrası təşkilatı Ermənistanın Azərbaycana qarşı son hücum əməliyyatlırı və Azərbaycan 
ərazilərinin işğal edilməsini qətiyyətlə pisləyən qətnamə qəbul etmişdir.  
30 aprel - BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcərdə və Azərbaycanın son vaxtlarda işğal edilmiş 
digər ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 №-li qətnamə qəbul etmişdir.  
11 iyun - Şimali Atlantika Əməkdaşlıq Şurası (ŞAƏŞ) aşağıdakı məzmunda bəyanat vermişdir: "Biz BMT-nin 
Təhlükəsizlik  Şurasının  822  №-li  qətnaməsini  ürəkdən  bəyənirik.  Bu  qətnamə  münaqişədə iştirak  edən  bütün 
tərəflər  və  ölkələr  tərəfindən  tamamilə  və  dərhal  yerinə  yetirilməlidir.  Biz  hərbi  əməliyyatların  dərhal 
dayandırılmasına,  bütün  işğalçı  qüvvələrin  Kəlbəcərdən  və  Azərbaycanın  son  vaxtlarda  işğal  edilmiş  digər 
rayonlarından çıxarılmasına çağırırıq".  
29 iyul - BMT Təhlükəsizlik Şurası "İşğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının son 
vaxtlarda işğal edilmiş digər rayonlarından dərhal, tamamilə və danışıqsız çıxarılmasını" tələb edən 853 №-li 
qətnamə qəbul etmişdir.  
18 avqust - BMT Təhlükəsizlik Şurası sədri bəyanatla çıxış etmişdir.  
14  oktyabr  -  BMT  Təhlükəsizlik  Şurası  "ATƏT-in  Minsk  Qrupunun  Razılaşdırılmış  Qrafikində  nəzərdə 
tutulmuş  qarşılıqlı  və  təcili  tədbirlərin  dərhal  yerinə  yetirilməsinə,  o  cümlədən  yaxın  vaxtlarda  işğal  edilmiş 
ərazilərdəki işğalçı qüvvələrin oradan çıxarılmasına" çağıran 874 №-li qətnamə qəbul etmişdir.  
11 noyabr -  BMT Təhlükəsizlik Şurası 884 №-li qətnamə qəbul etmişdir. Qətnamədə  Zəngilan rayonunun və 
Horadiz  şəhərinin  işğal  edilməsi,  mülki  əhaliyə  hücumlar  edilməsi,  Azərbaycan  Respublikasının  ərazilərinin 
bombardman  edilməsi  pislənilmiş,  işğalçı  qüvvələrin  zəngilan  rayonu  ərazisindən  və  Horadizdən  çıxarılması, 
Azərbaycan  Respublikasının-in  son  vaxtlar  işğal  edilmiş  digər  regionlarından  işğalçı  qüvvələrin  çıxarılması 
tələb edir.  
1994-cü il  
10-11 yanvar - ŞAƏŞ üzvü olan ölkələrin dövlət və hökumət başçıları bəyanat qəbul edərək "Ərazi əldə etmək 
üçün  qüvvədən  istifadə  edilməsini  pisləmiş,  Ermənistanın,  Azərbaycanın  və  Gürcüstanın  ərazi  bütövlüyünə, 
müstəqilliyinə və suverenliyinə hörmət edilməsi regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar edilməsi 
üçün zəruri olması " bildirilmişdir.  
15  aprel  -  MDB  iştirakçısı  olan  ölkələrin  suverenliyinə,  ərazi  bütövlüyünə  və  sərhədlərin  toxunulmazlığına 
hörmət edilməsi barədə MDB-nin Deklarasiyası qəbul edilmişdir. Ermənistan MDB-nin iştirakçısı olduğu halda 
bu deklarasiyaya qoşulmayan yeganə ölkə olmuşdur.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
113 
12 may - Atəşkəs haqqında Saziş qüvvəyə minmişdir.  
9-10  iyun  -  Şimali  Atlantika  Şurasının  nazirlər  səviyyəsində  müşavirəsi  Deklarasiya  qəbul  etmişdir.  Nazirlər 
"Razılaşmışlar  ki,  münaqişənin  tədricən  həll  edilməsinə  doğru  aparan  addım-addım  sülh  prosesi,  o  cümlədən 
münaqişənin  yayılmaması  və  qoşunların  işğal  edilmiş  ərazilərdən  çıxarılması  və  köçkünlərin  BMT 
Təhlükəsizlik Şurası qətnamələrinə müvafiq olaraq öz yerlərinə qaytarılmasından ötrü zəruri şərait yaradılması 
üçün səmərəli atəşkəs və kompromis ruhunda kostruktiv danışıqlar aparılması vacibdir"  
5-6  dekabr  -  ATƏT-in  Budapeşt  Sammiti.  "Dağlıq  Qarabağ  münaqişəsi  barədə  ATƏT-in  fəaliyyətinin 
intensivləşdirilməsi  haqqında  "  qərar  qəbul  edilmişdir.  Bu  sənədə  müvafiq  olaraq  "Silahlı  münaqişənin 
dayandırılması  baradə  siyası  saziş  bağlanılması  üçün  çevik  danışıqlar  aparılmasına  dair  Minsk  Konfransının 
həmsədrlər  təssisatı  yaradılmışdır.  Bu  danışıqlar  münaqişənin  bütün  tərəflər  üçün  doğulduğu  əsas  nəticələri 
azaldar və Minsk Konfransını çağırmağa imkan verər. Beləliklə Budapeşt Sammiti tənzimləmə prosesi üçün iki 
mərhələli  hüquqi  hədlər  müəyyən  etmişdir:  1)  birinci  mərhələ-  sazişin  yerinə  yetirilməsi  yolu  ilə  silahlı 
münaqişənin  nəticələrinin  azaldılması,  yəni  işğal  olunmuş  ərazilərin  tam  azad  edilməsi  və  zorla  köçürülmüş 
şəxslərin öz yerlərinə qaytarılması; 2) İkinci mərhələ- münaqişənin tam və hərtərəfli tənzimlənməsi üçün Minsk 
Konfransının  çağrılması  ".  Budapeşt  Sammiti  həm  də  siyasi  saziş  bağlanandan  sonra  ATƏT-in  sülhyaratma 
işinin təsis olunması haqqında qərar qəbul etmişdir.  
1995-ci il 
Münaqişəyə son qoyulmasına dair sazişin hazırlanması ilə bağlı danışıqlar aparılmışdır.  
1996-cı il 
2-3dekabr  -  ATƏT-in  Lissabon  Sammiti.  ATƏT-in  sədri  tərəfindən  verilmiş  bəyanat  Ermənistan  müstəsna 
olmaqla  ATƏT-in  üzvü  olan  bütün  53  dövlət tərəfindən  dəstəklənmişdir.  Bəyanat  Ermənistan  və  Azərbaycan 
arasında  münaqişənin  tənzimlənməsinin  3  prinsipinə  aiddir:  1)  Ermənistan  Respublikasının  və  Azərbaycan 
Respublikasının ərazi bütövlüyü; 2) Dağlıq Qarabağın hüquqi statusu Dağlıq Qarabağa Azərbaycanın tərkibində 
ən yüksək dərəcədə muxtariyyət verən öz müqəddəratını təyin etmək əsasında sazişlə müəyyən edilir; 3) Dağlıq 
Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinə təminat verilir, o cümlədən tənzimləmənin şərtlərinə bütün 
tərəflərin riayət etməsinin təmin olunması barədə qarşılıqlı öhdəliklər götürülür.  
1997-ci il  
22  aprel  -  Avropa  Şurasının  Parlament  Assambleyası  Zaqafqaziyada  münaqişələrə  dair  1119  №-li  qətnamə 
qəbul  etmişdir.  Qətnamədə  göstərilir  ki,  regiondakı  münaqişələrin  tənzimlənməsi  1975-ci  il  Helsinki  yekun 
aktında və 1990-cı il Paris xartiyasında müəyyən edilmiş prinsiplər əsasında həyata keçirilməlidir: Sərhədlərin 
toxunulmazlığı; münaqişənin əhatə etdiyi ərazilərdəki bütün insanlar üçün təhlükəsizliyə təminat, o cümlədən 
beynəlxalq sülhyaratma qüvvələrindən istifadə edilmiklə təminat verilməsi; Abxaziya və Dağlıq Qarabağ üçün 
geniş  muxtariyyət  statusu  münaqişələrə  cəlb  edilmiş  bütün  tərəflər  arasında  danışıqlar  yolu  ilə  müəyyən 
edilməlidir;  Qaçqınların  və  məcburi  köçkünlərin  öz  yerlərinə  qayıtmaq  hüququ  və  onların  insan  hüquqları 
baxımından reinteqrasiyası.  
1 iyun - Həmsədr münaqişənin tənzimlənməsi üçün "Kompleks plan" təqdim etmişdir. Bu təklifin əsas ideyası 
qarşıdurmanın  iki  əsas  məsələsi  barədə  paralel  danışıqlar  aparılmasından  ibarətdir:  Silahlı  qüvvələrin  işğal 
edilmiş  regionlardan  çıxarılması  və  Dağlıq  Qarabağın  statusunun  müəyyən  edilməsi.  Bu  plandan imtina  edən 
Ermənistandan fərqli olaraq Azərbaycan həmin planı bəzi qeyd-şərtlərlə qəbul etmişdir.  
19  sentyabr  -  Həmsədr  münaqişənin  "addım-addın  tənzimlənməsi"  planını  təqdim  etmişdir.  Bu  plana  əsasən 
münaqişənin  aşağıdakı  sxem  üzrə  iki  mərhələdə  tənzimlənməsi  nəzərdə  tutulurdu.  Birinci  mərhələdə  işğalçı 
silahlı qüvvələr keçmiş DQMV ərazisində yerləşən altı rayondan (Laçın rayonu müstəsna olmaqla) çıxarılmalı, 
mülki  əhali  öz  yerlərinə  qaytarılmalı  və  komminikasiya  əlaqaləri  bərpa  edilməli;  İkinci  mərhələdə  Dağlıq 
Qarabağın statusu, eləcə də Laçının və Şuşanın statusu müəyyən edilməlidir.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə