Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə63/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   59   60   61   62   63   64   65   66   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
106 
Azərbaycanın işğal olunmuş keçmiş DQMV və ətraf rayonlarında kənd təsərrüfatı məhsulları 
istehsalı haqqında məlumat (1988-ci il)1 
İşğal olunmuş 
rayonlar 
Bitkiçilik məhsulları 
Heyvandarlıq məhsulları 
Taxıl (min 
ton) 
Pambıq 
(min 
ton) 
Üzüm 
(min ton) 
Kartof 
(min ton) 
Ət (min 
ton) 
Süd 
(min 
ton) 
Yumutra 
(min ədəd) 
Yun 
(ton) 
Barama 
(ton) 
DQMV 
100,0 

71,8 
2765 
10,2 
36,5 
11,1 
477 
89,0 
Laçın 
3,0 


46,0 
2,0 
4,1 

198 

Kəlbəcər 
1,0 



1,0 
3,1 

86 

Ağdam 
30,1 
19,0 
1,2 
5,0 
2,7 
12,6 
2,3 
297 
379 
Füzuli 
31,9 
1,5 
100,1 

1,5 
6,8 
1,1 
128 

Cəbrayıl 
20,1 

42,0 
13,0 
1,4 
6,6 

130 
282 
Qubadlı 
6,7 

2,9 
55,0 
0,6 
3,3 


14,4 
Zəngilan 
4,6 

16,3 
64,0 

2,5 

20 
82,0 
Cəmi: 
179,4 
20,5 
324,3 
2348 
20,0 
75,5 
14,5 
1360  846,4 
Az. Res. %-lə  14,3 
3,3 
31,5 
6,3 
14,5 
17,1 
3,6 
19,3 
17,0 
 
Ermənistan təcavüzü bu rayonların yüksək inkişaf etmiş heyvandarlıq sahələrinə daha çox ziyan vurmuşdur. 
Belə  ki,  Azərbaycan  SSR  dağ  rayonlarının  sosial-iqtisadi  geriliyini  aradan  qaldırmaq  məqsədi  ilə  əvvəlki 
illərdən  həmin  ərazilərə  böyük  həcmdə  vəsait  yönəldilmiş,  vergilərin  həcmi  azaldılmış,  şəxsi  həyətyanı 
təsərrüfatlar  inkişaf  etdirilmişdir.  Bütün  bu  tədbirlər  işğala  məruz  qalmış  dağ  rayonlarında  heyvandarlıq 
sahələrinin güclü inkişafına səbəb olmuşdur.  
Azərbaycan  rayonlarının  qəfildən  və  bir-birinin  ardınca  zəbt  edilməsi  müharibə  zolaqlarından  mal-qara 
sürülərinin  qabaqcadan  çıxarılmasına  imkan  vermədi.  Bu  ərazilərdən  kiçik  qruplarla  çıxarılan  heyvanlar  yol 
boyu aclıq və susuzluqdan tələf oldular.  
 
1988-ci ildə işğal olunmuş rayonlarda heyvanların sayı (baş) 
İşğal  
olunmuş rayonlar 
İri buynuzlu  
mal- qara 
O cümlədən 
inək və camışlar 
Qoyun və keçilər 
Donuzlar 
DQMV 
90227 
29524 
225791 
81434 
Laçın 
42057 
15284 
242775 

Kəlbəcər 
33298 
11736 
107760 

Ağdam 
45127 
16351 
194300 
1210 
Füzuli 
36820 
13578 
144370 

Cəbrayıl 
26489 
9536 
118885 

Qubadlı 
21026 
8392 
30098 

Zəngilan 
18085 
6843 
34902 

Cəmi 
313129 
111244 
1098881 

Az. 
Resp. 
Xüs  
çəkisi %-lə 
15,8 
14,9 
19,2 
38,7 
 
Göründüyü  kimi,  1989-cu  ildən  başlayaraq  Azərbaycan  ərazilərinin  işğal  olunması  nəticəsində  311  kənd 
təsərrüfatı müəssisələri, o cümlədən 145 yeni təşkil olunmuş üzümçülük-şərabçılıq, 1365 avtomobil, 3425 əkin 
və qoşqu traktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma 
kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min ha əkin yerləri, 40 min ha bar verən cavan 
üzüm plantasiyaları sıradan çıxarılmış, hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton pambıq, 324, 3 min 
ton üzüm, 23,5 min ton kartof, və b. bitkiçilik məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox 
iri buynuzlu mal-qara, o cümlədən 111, 2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi qarət edilmiş 
və həmçinin 20 min ton ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları itirilmişdir.  
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
107 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində  
Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan haqqında qısa arayış 
 
1990-cı illərin əvvəllərində Azərbaycan  Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq 
hüquq  normalarını  kobudcasına  pozaraq  Birləşmiş  Millətlər  Təşkilatına  üzv  olan  bütün  dövlətlər  tərəfindən 
ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri 
milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıtmışlar.  
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar 
mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. 
Xocalı,  Ağdam,  Ağdərə,  Füzuli,  Cəbrayıl  rayonlarındakı  kurqanlarla  yanaşı  işğal  olunmuş  Şuşa,  Laçın, 
Kəlbəcər,  Qubadlı,  Zəngilan,  Füzuli  rayonlarının  ərazilərindəki  qəbiristanlıqlar,  türbələr,  məzarüstü  abidələr, 
məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.  
Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, 
cümə  məscidlərini,  dahi  bəstəkar  Üzeyir  Hacıbəyovun,  professional  vokal  sənətinin  banisi  Bülbülün  ev 
muzeylərini,  Xurşid  Banu  Natəvanın  saray  kompleksini,  Firudin  bəy  Köçərlinin,  Zöhrabbəyovların 
malikanələrini,  şair,  rəssam,  alim  Mir  Mövsüm  Nəvvabın  evini,  ümumiyyətlə  qoruq  şəhərin  şərq  memarlığı 
xüsusiyyətlərini  əks  etdirən  milli  üslubda  inşa  edilmiş  əksər  yaşayış  evlərini,  buradakı  qədim  qəbiristanlığı, 
böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M. P. Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, cümə 
məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, 
daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan 
maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.  
İşğal  zonalarında  maddi  mədəniyyət  yadigarlarımızın  dağıdılması  prosesi  indi  də  davam  edir.  İşğalçılar 
geniş  miqyaslı,  qeyri  peşəkar  arxeoloji  qazıntı  işləri  aparır,  kurqanları  dağıdır,  qarət  etdikləri  tapıntıları 
Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq 
Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 
memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və 
xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır.  
Bunlarla  yanaşı  işğal  olunmuş  ərazilərdə  40  mindən  artıq  əşyanın  toplandığı  22  muzey,  4,6  milyon  kitab 
fondu  olan  927  kitabxana,  808  klub,  4  teatr  və  2  konsert  müəssisəsi,  8  mədəniyyət  və  istirahət  parkı,4  rəsm 
qalereyası,  85  musiqi  məktəbi,  103.2  min  ədəd  mebel  avadanlığı,  5640  musiqi  aləti,  481  kinoqurğu,  20  ədəd 
kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri 
və 40 kiçik həcmli attraksion işğal altında qalmışdır.  
Dəyərini  müəyyən  etmək  mümkün  olmayan  daşınmaz  tarix  və  mədəniyyət  abidələrindən  başqa 
respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ 
dolları təşkil edir. (Dəymiş ziyan 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında təxmini hesablanmışdır).  
Keçmiş  SSRİ-də  yeganə  olan  Ağdam  Çörək  muzeyi  şəhərin  bombardmanı  zamanı  yerlə  yeksan  edilmiş, 
dünya  şöhrətli  Kəlbəcər  tarix-diyarşünaslıq  muzeyinin  13  minədək,  Laçın  tarix-diyarşünaslıq  muzeyinin  5 
mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.  
Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 
8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir.  
Şuşa  şəhərinin  tarixi  muzeyinin  5  minədək  əşyası,  Azərbaycan  Xalçası  və  Xalq  Tətbiqi  Sənəti  Dövlət 
muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin 
banisi,  bəstəkar  Üzeyir  Hacıbəyovun  (300-dən  çox  əşya),  vokal  sənətimizin  əsasını  qoymuş  böyük  müğənni 
Bülbülün  (400-dək  əşya),  görkəmli  musiqiçi  və  rəssam  Mir  Mövsüm  Nəvvabın  (100-dən  çox  əşya)  xatirə 
muzeylərinin,  Ağdam  tarix-diyarşünaslıq  muzeyinin  (2  mindən  çox  əşya),  Qubadlı  tarix-diyarşünaslıq 
muzeyinin  (3  mindən  çox  əşya),  Zəngilan  tarix  -  diyarşünaslıq  muzeyinin  (6  minədək  əşya)  fondları  qarət 
edilmişdir.  Görkəmli  Azərbaycan  musiqiçisi  Qurban Pirimovun  Ağdam  rayonundakı  xatirə  muzeyi,  Cəbrayıl, 
Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.  
Erməni  təcavüzkarlarının  qarət  etdikləri  muzeylərdə  Azərbaycan  xalqının  tarixi  və  mədəniyyəti  ilə  bağlı 
qiymətli  əşyalar,  rəsm  və  heykəltəraşlıq  əsərləri,  dünya  şöhrətli  Azərbaycan  xalçaları,  xalça  məmulatları, 
Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur.  
Şuşa,  Laçın  və  Qubadlı  rəsm  qalereyalarının  Azərbaycanın  görkəmli  rəssam  və  heykəltəraşlarının 
əsərlərindən ibarət fondları da dağıdılmışdır.  
Erməni təcavüzkarları vəhşilik göstərərək Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və 
Bülbülün,  habelə  şairə  Xurşid  Banu  Natəvanın  heykəllərini  Şuşa  şəhərindən  Ermənistan  ərazisinə  aparmışlar. 
Bu  abidələr  bütün  əxlaq  normalarının  ziddinə  olaraq  vəhşicəsinə  güllələnmiş  və  ağır  texnika  vasitəsilə 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə