Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə60/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   56   57   58   59   60   61   62   63   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
99 
İşğal olunmuş ərazilərdə yaranmış ekoloji problemlər 
 
İşğal  olunmuş  ərazilərin  hazırkı  ekoloji  durumu  haqqında  heç  bir  informasiyanın  olmaması  çox  böyük 
çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə 
həmin  vəziyyət  haqqında  yalnız  ümumi  mülahizələr  söyləmək  mümkündür.  Məlumdur  ki,  ərazinin  təbii 
elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvarı şəkildə 
digərlərinə  verilir.  Artıq  işğal  altında  olan  Dağlıq  Qarabağın  ətrafındakı  Kəlbəcər,  Laçın,  Qubadlı,  Zəngilan, 
Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri insan nəzarətindən kənardadır , əkilib-becərilmir və ona görə 
də böyük ekoloji fəlakətə səbəb olur.  
Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradan 
da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları ilə 
Azərbaycanın  çaylarını  çirkləndirir.  Qafan  mis-molibden  yataqlarından  Boxçuçaya  axıdılan  zərərli  çaylar, 
Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də 
istifadə  olunan  sular  sonralar  çaylar  vasitəsi  ilə  Azərbaycana  ötürülür.  Bu  stansiyanın  işlənmiş  radioaktiv 
tullantılarını  Azərbaycanın  işğal  olunmuş  rayonlarının  ərazilərində  basdırılması  haqqında  məlumatlar 
mövcuddur.  
İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, batırılmış 
minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur. Baxımsız qalan həmin ərazilərdə 
təbiətin  qorunması  haqqında  heç  kim  fikirləşmir:  dağ  meşələri  ucdantutma  qırılaraq  qonşu  ölkələrə  daşınır, 
nadir  bitki  və  heyvanların  kökü  kəsilir.  İşğal  olunmuş  ərazidən  başlayan  suvarma  kanallarının  qarşısının 
kəsilməsi Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur. Deyilənlərdən aydın olur ki, 
işğaldan insanlarla yanaşı Azərbaycan təbiəti də böyük zərər çəkir.  
Bu  ərazilərdə  müvəqqəti  olduğunu  başa  düşən  ermənilər  oradakı  təbii  ehtiyatlardan,  faydalı  qazıntı 
yataqlarından  vəhşicəsinə  istifadə  edir.  Asan  istifadə  edilə  bilən  mineral  sular,  müxtəlif  texniki  materiallar, 
ehtiyatlar, daha çox mənimsənilir.  
Qeyri-qanuni  qurum  olan  Dağlıq  Qarabağ  işğal  olunmuş  ərazilərdə  ekoloji  şəraitin  qorunması  haqqında 
beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha 
da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun 
illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.  
Aşağıda  göstərilən  qoruq  və  yasaqlıqlar  erməni  işğalı  altındadır  və  orada  qoruq  rejimi  tamamilə 
dağıdılmışdır: (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin I hesabatına əsasən)  
 
Bəşitçay Dövlət qoruğu 
Bəşitçay  Dövlət  Qoruğu  Azərbaycan  hökumətinin  4  iyul  1974-cü  il  tarixli  qərarı  ilə  Zəngilan  rayonunda 
yaradılmışdır.  Qoruq  Azərbaycanın  cənub-gərbində,  Bəsitçayın  dərəsində  yerləşir.  Qoruq  ərazinin  landşaft 
kompleksini,  xüsusi  ilə  nadir  təbii  çinar  meşəliyini  qorumaq  məqsədilə  təşkil  edilmişdir.  onun  sahəsi  hazırda 
107 ha təşkil edir. qoruq ərazisinin uzunluğu 15km-ə, eni isə bəzi yerlərdə 150-200m çatır. Qoruq ermənistanın 
meşə  fondu  ərazisi  ilə  əhatələnir.  Ərazinin  79,4%  -nı  meşə  ilə  örtülü  sahə  14%-nı  seyrək  meşəlik təşkil  edir. 
Meşəsiz sahələr isə 6.5%- dir. Meşə ilə örtülü sahə əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 
m. çatır. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Burada günəşli 
saatların  illik  cəmi  2200-2500-ə  gədərdir.  Havanın  illik  orta  temperaturu  13%-dir  yanvarda10  ,iyulda  250-
gədərdir.  
İllik  yağıntının  miqdarı  600mm-dir.  Qar  örtüyü  10-30  sm,  bəzi  illərdə  70-80sm  -  ə  çatır.  Havanın  nisbi 
rütübəti 60-70%-dir.  
Bəşitçayın uzunluğu 44km, hövzəsinin sahəsi 354 km2.-dir. Zəngəzur silsiləsindən (2600 m) başlayıb Araza 
tökülür.  
Bəsitçay dövlət qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlarda vardır. Burada 
yunan  qozu,  dağ-dağan,  tut,  söyüd,  qovaq  ağacları,  yemişan,  itburnu,  murdarca,  qaratikan  və  s.  kollar  inkişaf 
edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35m, orta diametri 1m-dir, onların yaşı 1200-
1500 ilə ,hündürlüyü 50 m-ə ,diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda 
190  m3  ümumi  ərazi  üzrə  isə  16200  m3-dir.  meşənin  illik  artımım  1  ha  -da  1,22  m3-ə  çatır.  Burada  çinar 
meşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim mədəni meşələrin 
qalıqı kimi baxırlar. (A. A. Qrossheymə görə), bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində 
geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər.(L. Y. Prilinko, Y. S. Səfərova görə).  
Bəşitçay  meşəliyində  çinarlar  toxum  və  pöhrələr  vasitəsi  ilə  artır.  Buradakı  çinarların  80%-ı  pöhrələrlə 
20%-isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdaki ən nəhəng ağacdan birinin yaşı 1200 il hündürlüyü 53 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
100 
m, diametri 4m-dtr. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlmişdir. Bu pöhrələrdə də öz növbəsində 
nəhəng ağaca bənzəyirlər, böyüklərinin 100-150 il yaşı və 40m-ə qədər hündürlüyü vardır.  
Xalqımız-çinar ağaclarını daim yüksək qiymətləndirmiş, onu bitki aləminin fəxri "şah" ağacı hesab etmişdir.  
Toz  ağacı  rus  xalqının,  ağcaqayın  livanlıların  bitki  aləmi  üçün  rəmzi  məna  daşıyan  ağac  olduğu  kimi 
azərbaycanlılarda  tarixən  çinarı  bitki  aləmimiz  üçün  rəmzi  məna  seçmiş  ona  xüsusi  rəğbət  bəsləmişlər.  Buna 
tam  əsasımız  vardır.  Axı  çinar  xalqımızın  və  təbiətimizin  vüqarı  qədər  əzəmətlidir,  tarixi  qədər  qədimdir. 
Çinarlar təbiətimizin yaraşığıdır, bəzəyidir, fəxridir istəyidir.  
Təəssüf ki belə bir sərvətimiz 1993-cü ildən erməni işğalçıları tərəfindən məhv edilir, o meşələrə amansız 
divan tutulur, kəsilib mebel istehsalında istifadə olunur.  
 
Qaragöl dövlət qoruğu 
Azərbaycan  Respublikasının  Nazirlər  sovetinin  17  noyabr  1987  il  tarixli  qərarı  ilə  Qaragöl  (Sevinc) 
respublikalararası  dövlət  qoruğu  yaradılmışdır.  Qaragöl  dövlət  qoruğu  Laçın  rayonu  ilə  Gorus  rayonu 
sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır, bura 176 ha 
işıqlı. Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir.  
İşıqlı  Qaragölü (sevinc)  dəniz  səviyyəsindən  2658  m  hündürlükdə  Qarabağ  vulkanik  dağ  silsilənin cənub 
hissəsində,  Həkəri  çayının  sağ  qolu  olan  Ağoğlan  çayının  mənbə  hissəsi  rayonunda  böyük  İşıqlı  dağının 
(3548m) şimal ətəyində, şimal-gərbdən Dəmirdaş və kiçik İşıqlı (3452) dağı ilə, şimaldan Canqurtaran (2790m) 
dağ  şərqdən  isə  alçaq  moren  tirəsi  ilə  əhatə  olunmuşdur.  Bu  göl  sönmüş  vulkan  kraterini  xatırladan  relikt  su 
mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir.  
Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 
7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3-dur. Gölün suyunun 
şəffaflığı  4,6  metrdir.  Gölün  dibi  sahilə  yaxınlıqda  müxtəlif  ölçülü  daşlardan  ibarətdir.  Mərkəzə  doğru  isə 
daşların (süxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.  
Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə 
qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-rə kimi olur.  
Qoruqda 102 bitki növ və yarım növü vardır ki bunlar 68 növ və 27 ailədən ibarətdir.  
Gölə  heç  bir  yerdən  su  axımının  olmamasına  və  suyun  çox  təmiz  və  şəfalı  olmasına  görə  xalq  bu  gölə 
müqəddəs ibadət yeri kimi baxırdı.  
1964-cü  illərdə  gölün  Ermənistan  sahillərində  heyvandarlıq  fermalarının  tikilməsi,  göldə  güclü  nasos 
stansiyaları  tikərək  onun  suyundan  Goruz  rayonunun  əkin  sahələrinin  suvarılmasında  istifadə  edilməsi  həm 
gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər 
tərəfindən  belə  münasibətə  narazılıqları  qismən  də  olsa  onların  fəaliyyətlərini  məhdudlaşdırırdı.  Hazırda 
nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşısıalınmaz neqativ təsirlərə gətirib çıxara 
bilər.  
Laçın dövlət yasaqlığı 
Laçın  dövlət  yasaqlığı  1961-ci  ilin  noyabr  ayında  Laçın  rayonu  ərazisində  yaradılmışdır.  Yasaqlığın 
yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.  
Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın 
dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% 
təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 
34,8%  subalp  çəmənliyi,  4257  ha  və  ya  20%  otlaqlar,  862  ha  və  ya  4%  qayalar  və  uçqunlar,  34,0  ha  xüsusi 
təyinatlı torpaqlardır.  
Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.  
Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə 
kəskin  parçalanmışdır.  Yasaqlığın  ərazisinə  qışı  quraq  keçən,  soyuq  iqlim  tipi  hakimdir.  Bitki  örtüyünə  görə 
yasaqlığın ərazisi Liberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan 
yuxarı  dağ  meşə  (1700-2200  m),  subalp  (2200-2500  m)  və  alp  (2500-2800)  m  çəmənlikləri  qurşaqlıqlarına 
ayrılır. Meşələri  əsasən  vələs,  çökə,  ağcaqayın  və  s. qarışıqdan ibarət  olan  meşələrdir,  vələsin  üstünlük  təşkil 
etdiyi meşələri xeyli azdır (8,1%), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, buda 
intensiv  otarılma  ilə  əlaqədardır.  Subalp  qurşağı  üçün  quraq  yamacların  bozqırlaşmış  və  nisbətən  rütubətli 
yamacların  mezofil  çəmənləri,  alp  qurşağı  üçün  müxtəlif  otlu  çəmənliklərin  üstünlüyü  və  alp  xalısının  zəif 
inkişafı ilə səciyyələnmişdir.  
Yasaqlığın  ərazisində  ibtidai,  az  qalın,  çimli,  dağ-çəmən,  tipik,  karbonat-qalıqlı  bozqırlaşmış  qonur  dağ-
meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə, torpaqları yayılmışdır.  
Meşələrə  nisbətən  dağ-çəmən  qurşağı  və  meşə  qurşağının  meşəsiz  sahələri  otlaq  kimi  insanın  təsərrüfat 
fəaliyyətinin təsirinə çox məruz qalır.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə