Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.

səhifə1/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
  1   2   3   4   5   6   7   8   9   10


Azərbaycan Respublikasının Meşə Məcəlləsi 

(30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir) 

Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin 

tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, 

bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən 

edir. 

Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və 



ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər 

komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir. 



I fəsil. Ümumi müddəalar 

Maddə 1. Əsas anlayışlar  

Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır: 

 

meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir 



göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, 

mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti; 

 

meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan 



meşə və qeyri-meşə torpaq sahələri; 

 



meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi, 

mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər; 

 

xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol 



cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, 

habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri

 

yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin 



sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, 

sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin 

istirahəti üçün istifadə edilən meşələr; 

 



yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla 

yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, 

giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin 

plantasiyaları; 

 

dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan, 



iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən 

meşələr; 

 

qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş 



torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar; 

 



meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu 

funksiyaları gücləndirmək məqsədi ilə qırma yaşı çatmış və ya ötmüş ağaclıqlarda 

aparılan qırma; 

 



aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə 

ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və 

başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər 

qırmalar; 

 

relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış 



mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri; 


 

arid bitkilər — buxarlanan rütubətin miqdarının yağıntı miqdarından çox olduğu 

quraq iqlimli ərazilərin bitkiləri. 

Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi  

Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan 

Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. 

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə 

Azərbaycan Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən 

edilmişdirsə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir. 



Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və 

vəzifələri  

Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin 

əhəmiyyətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji 

müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında 

onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin 

etməyə yönəldilmişdir. 



Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər  

Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası 

sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə 

qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. 

Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra — ağac-kol bitkiləri) 

istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan 

Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin 

müvafiq müddəaları ilə tənzimlənir. 

Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin təkinin, atmosfer 

havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının 

meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu 

torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə 

tənzimlənir. 

Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı 

yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, 

Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir. 

Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, 

mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə 

münasibətləri bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə 

qanunvericiliklərinə uyğun olaraq tənzimlənir. 



Maddə 5. Meşə münasibətlərinin obyektləri  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə