Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə56/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   52   53   54   55   56   57   58   59   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
91 
parçalamağa  yönəlmiş  addımların  məntiqi  nəticəsidir.  Eyni  zamanda  erməni  müəlliflərinin  qeyd  etdiklərinin 
əksinə münaqişənin tarixi kökləri heç də bir neçə on il, yüz il əvvələ yox, daha qədimlərə gedib çatır. 
 
Tarixi yanaşma 
Ötən  əsrin  sonunda  tarixi  proseslərin  gedişi  nəticəsində  yenidən  müstəqillik  əldə  etmiş  Azərbaycan 
Respublikası  dünya  birliyi  ölkələri  sırasına  qoşulmuşdur.  Dünya  dövlətlərinin  mövcud  olduğu  bu  mühitdə 
tarixən  hər  kəsin  öz  maraqları,  qarşılıqlı  münasibətlərinin  tənzimlənməsinin  özünəməxsus  qayda-qanunları  və 
istiqamətləri  formalaşır.  Beynəlxalq,  dövlətlərarası  münasibətlərin  istiqamətləri  də  məhs  bu  mühitdə 
müəyyənləşir, bəşəriyyət bu variantlar əsasında idarə olunur. 
Bu  baxımdan  suveren,  müstəqil  Azərbaycan  Respublikasının  xarici  və  daxili  siyasətdə  tutacağı  xətt,  öz 
müstəqilliyi,  ərazi  bütövlüyü  və  vətəndaşlarının  təhlükəsizliyinə  verəcəyi  təminatdan  onun  beynəlxalq 
münasibətlər sistemində tutmağa çalışdığı mövqe birbaşa asılılıq təşkil edir. Lakin təəssüflə qeyd etməliyik ki, 
neçə  yüzillər  boyunca,  daimi  problem  kimi  Azərbaycanı  izləyən  qonşu  Ermənistanın  əsassız  ərazi  iddiaları 
müstəqillik əldə etdikdən sonra da dövlətimizin irəliyə inkişafı yolunda mühüm maneə olaraq qalır. Nəticədə, 
dövlətimizin  ərazi  bütövlüyü  pozulub,  20  faizdən  artıq  ərazimizdə  dövlət  suverenliyi  itirilib,  yüz  minlərlə 
vətəndaşımız öz doğma yolundan didərgin düşüb. 
Bu  baxımdan  günümüz  üçün  müstəqil  Azərbaycanın  bir  nömrəli  problemi  və  vəzifəsi  bu  münaqişəni 
beynəlxalq  hüquq  normalarına,  BMT,  ATƏT  nizamnamələrinə,  Helsinki  Yekun  aktı  və  Azərbaycan 
Konstitusiyasına  və  ən  əsası  insanlıq  mənafeyinə  uyğun  həll  edilməsidir.  Bunun  üçün  əsas  aparacağımız 
işlərdən  biri  bu  problemin-Ermənistanın  Azərbaycana  qarşı  irəli  sürdüyü  əsassız  ərazi  iddiyasının  tarixi 
köklərini araşdırıb düzgün nəticəyə gəlinməsidir. 
Tarixi  mənbələrə  əsasən  söyləmək  olar  ki,  eramızın  əvvəllərində  müasir  Qarabağ  ərazisi  Albaniyanın 
tərkibində olmuş, əhalisinin əsas hissəsini isə Alban tayfaları təşkil etmişdir. 
Ərəb  istilası  ilə  əlaqədar  olaraq  Albaniyanın  xristian  əhalisinin  əksəriyyəti  islam  dinini  qəbul  etməklə 
müsəlmanlaşmış, Albaniyanın vilayətlərindən biri olan Dağlıq Qarabağın alban əhalisinin bir hissəsi, xüsusilə 
ucqar  dağlıq  ərazilərdə  məskunlaşmış  hissə  xristian  dinlərini  saxlamış  və  nəticə  etibarı  ilə  tədricən  erməni 
kilsəsinin təsiri altında qriqoryanlaşmış, erməni dinini qəbul etmiş və erməniləşmişdir. 
Bu ümum qəbul edilmiş fikirdir və bir çox mənbələrdə öz təsdiqini tapır. Hətta Dağlıq Qarabağ erməniləri 
belə  alban  mənşəli  olduqlarını  tarixi  yaddaşlarında  uzun  müddət  yaşatmış  və  bir  çox  hallarda  ifadə  etmişlər. 
Belə ki, onlar Dağlıq Qarabağdan rus çarı I Pyotra yazmışdılar: “Biz avqanlarıq, milliyətcə utilərik”. 
Dağlıq Qarabağın erməni əsilli hissəsinin böyük əksəriyyəti isə, sonradan bu ərazilərə gəlmə, daha doğrusu 
köçürülmədir. Erməniləri müsəlman ölkələrinə köçürmək I Pyotrun və ondan sonra gələn digər rus çarlarının da 
strateji  xətti  idi.  Bir  çox  rus  çarları  ermənilərə  xüsusi  mövqe  nümayiş  etdirmiş,  hətta  onların  digər  yerlərdən 
köçürülərək  bir  ərazidə  kompakt  yerləşdirilməsinə  çalışmışdılar.  I  Pyotr  Dağlıq  Qarabağ  ermənilərinə  hətta 
Dərbənd rayonunda yer ayırmaq haqqında rəsmi fərman da vermişdir. Lakin erməni  məlikləri bu imkanlardan 
istifadə  etmədilər.  1725-ci  il  iyulun  25-də  onlar  Peterburqa  məktub  göndərərək,  “Xəzər  dənizi  sahilinə 
yaşamağa köçmək haqqında” fərmanı aldıqlarını təsdiq etdilər. Bununla yanaşı Dağlıq Qarabağdan köçməkdən 
imtina olundu. Buna onlar belə bəhanə gətirmişdilər: “indi yaşadıqları yerlər Gəncə, Qarabağ və b. möhkəm və 
böyük əyalətlərdir. Əgər onlar öz möhkəm yerlərindən çıxsalar ətrafdakı düşmən türklər və digər xalqlar onları 
tamamilə məhv edə bilərlər”. 
Maraqlıdır,  elədirsə  onda  erməni  məliklərini  I  Pyotra  öz  ərazilərindən,  xüsusilə  Qarabağdan  köçmələrinə 
kömək  etməsi  ilə  bağlı  müraciət  etmələrinə  səbəb  nə  idi?  Erməni  məlikləri  köçmək  məsələsini  qaldırmaqla 
əslində  köçmək  niyyətində  olmamışdılar.  Onların  əsas  məqsədi  Rusiyanın  diqqətini  özlərinə  cəlb  etmək, 
Rusiyanı Qafqazın, xüsusilə Azərbaycanın işğalını sürətləndirməyə təhrik etmək və beləliklə regionda siyasi və 
iqtisadi imtiyazlar qazanmaq idi.  
Bu məqsədlərinin həmin dövrlərdə reallaşa bilməyəcəyini görən ermənilər istənilən vasitədən yararlanaraq 
Qarabağ  xanlığının  zəifləməsinə  və  bununla  da  müəyyən  imkanlar  əldə  etməyə  çalışırdılar.  Belə  ki,  sonralar 
Quba  hakimi  Fətəli  xan  Qarabağa  hücum  edərkən  erməni  məliklərindən  ikisi  (Hatəm  və  Usub)  Qarabağ 
xanlığına xain çıxmış və Pənahəli xana qarşı Fətəli xanla birlikdə vuruşmuşdular. Fətəli xanın uğursuzluğundan 
və  edam  edilməsindən  sonra  erməni  məlikləri  dərhal  başqa  istiqamət  götürdülər.  Yəni  yenidən  Rusiyaya  üz 
tutdular.  Rusiya  Şimali  Qafqazda  möhkəmləndikcə,  məliklər  Qarabağ  xanlığı  əleyhinə  gizli  işlərini 
gücləndirdilər. Bu dəfə onlar Rusiya çarı II Yekatrinaya üz tutdular və onu öz tərəflərinə çəkməyə nail oldular. 
V.L.Veliçkonun yazdığı kimi, “II Yekatrina ermənilərə lütfkarlıqda ifrat həddə çatmışdı”. 
1870-ci  il  yanvarın  10-da  ermənilər  A.Suvarova  xüsusi  məktubla  bildirdilər  ki,  Ermənistan  artıq  bir  neçə 
əsrdir  öz  hökmdarını  və  idarəçiliyini  itirmişdir  və  öz  millətindən  hansısa  bir  başçı  olarsa,  Ermənistan  çox 
asanlıqla yenidən bərpa oluna bilər 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə