Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə54/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   50   51   52   53   54   55   56   57   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
88 
"Erməni  soyqırım  ədalət  komandosları":  1972-ci  ildə  Vyanada  "Daşnaksutyun"  partiyasının  qurultayı 
zamanı yaradılıb. "Erməni soyqırımı ədalət  komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını 
hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.  
"Erməni  birliyi":  1988-ci  ildə  Moskvada  yaradılmışdır.  "ASALA"  ilə  sıx  əlaqələri  vardır,  keçmiş  sovet 
məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların 
ötürülməsində iştirak edir.  
"Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin 
parçalanmasıdır.  
"Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan 
Ermənistan  Müdafiə  Birliyi  tərəfindən  yaradılmışdır.  Təşkilatın  məqsədi  Türkiyə  və  Azərbaycan  ərazilərində 
terror aktları həyata keçirməkdir.  
Milli Təhlükəsizlik Nazirliyi 
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
89 
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı 
 
Beynəlxalq hüquqi yanaşma 
 
Hələ  1911-ci  ildə  N.İ.Şavrov  yazırdı  ki,  1828-1830-cu  illər  ərzində  rus  çarizminin  siyasəti  nəticəsində 
Zaqafqaziyaya  40  min  İran  və  84600  Türkiyə  ermənisi  köçürülmüşdü  ki,  çar  məmurlarının  tapşırığı  əsasında 
onlarında çoxu Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) məskunlaşdırılmışdır. Şavrovun 
iddiasına  görə, XX  əsrin  əvvəllərində  bütövlükdə  Zaqafqaziyada  yaşayan  bir  milyondan  artığı  qısa  müddətdə 
İran və Türkiyədən bu əraziyə köçürülmüş ermənilərdir. 
Maraqlıdır  ki,  Rusiya  Qafqazda  əhalinin  xristianlaşması,  xüsusilə  də  erməniləşməsi  siyasətini  yeritsə  də, 
Qarabağ vilayəti heç bir vaxt erməni ərazisi kimi nə təqdim olunmuş, nə də qəbul edilmişdi. 1840-cı ildə Rusiya 
Qafqazda  ilk  vilayət  təşkil  etdi.  Bu  vilayətlərdən  biri  mərkəz  Tiflis  şəhəri  olmaqla  Gürcüstan-İmeretiya 
quberniyası, digəri isə mərkəz Şamaxı şəhəri olmaqla Xanlıqəzər vilayəti idi. Naxçıvan və İrəvan xanlıqlarının 
ərazisi Gürcüstan quberniyasının tabeçiliyinə verilsə də, Qarabağ Xanlıqəzər vilayətinin tərkibində idi.Sonralar 
Qarabağ  Şamaxı,  ardınca  Bakı  quberniyasının,  1867-ci  ildən  1919-cu  ilə  kimi  isə  Gəncə  quberniyasının 
tərkibində  olmuşdur.  Bütün  bunlar  bir  daha  göstərir ki,  rus çarizmi  belə  Qarabağı  Azərbaycanın  tərkib  hissəsi 
hesab etmiş və bir vilayət olaraq daim Azərbaycanın quberniyalarının tərkibində olmuşdur. 
Qafqazda əhalinin etnik tərkibi və etnik qruplar arasında baş verən münaqişələr haqqında tədqiqat aparmış 
bir  çox  müəlliflər  haqlı  olaraq  hesab  edirdilər  ki,  bu  problemlərin  kökü  rus  imperiyasının  Qafqaz  siyasəti  ilə 
bağlı  olsa  da,  əsası  Daşnaksutyun  partiyasının  meydana  gəlməsi  ilə  bağlıdır.Gürcüstan  tədqiqatçısı  Qaribi 
yazırdı ki, “Zaqafqaziya daşnaq partiyası meydana çıxana qədər sülh, əmin-amanlıq və dinc yanaşı yaşamağın 
beşiyi olmuşdur...Ermənilər, tatarlar,gürcülər əsrlər boyu bir yerdə yaşamış, dinc əhali heç bir zaman milli, dini, 
etnik  zəminli  heç  bir  münaqişədə  olmamışlar...Daşnaklar  gələcək  Böyük  Ermənistan  yaratmaq  üçün  reallığa 
uyğun olmayan, həqiqəti özündə əks etdirməyən iddialarla çıxış etdilər, bununla da Zaqafqaziya milli ədavət və 
nifrət hisslərinin beşiyinə çevrildi”. 
1905-ci  ilin  fevralında  erməni  daşnakları  Bakıda  milli  münaqişə  törətdilər  ki,  bu  da  bütün  Qafqaza,  o 
cümlədən  Qarabağa  da  yayıldı.1918-ci  Azərbaycan,  Gürcüstan,  və  Ermənistan  özlərinin  dövlət  müstəqilliyini 
elan  etsələr  də,  ilk  mərhələdə  Ermənistan  hökuməti  Dağlıq  Qarabağa  münasibətdə  açıq-aşkar  iddia  ilə  çıxış 
etmir,  müəyyən  diplomatik  addımlarla  kifayətlənirdi.  Məsələn,  1918-ci  ilin  avqust  ayında  Ermənistanın 
Tiflisdəki  diplomatik  nümayəndəsi  Azərbaycanın  oradakı  nümayəndəsindən  Şuşaya  Ermənistanın  “xüsusi 
nümayəndə  heyəti”  göndərməsinə  razılıq  verməyi  xahiş  etmişdi.  Bu  fakt  göstərir  ki,  müstəqilliyin  ilk 
dövrlərində  Ermənistan  Qarabağla  bağlı  iddialarını  açıq-aşkar  nümayiş  etdirmirdi.  Ermənistan  hökuməti 
Azərbaycan  hökumətindən  Şuşaya  “xüsusi  nümayəndə  heyəti”  göndərməyə  icazə  istəməklə,  faktiki  olaraq 
Dağlıq Qarabağın Azərbaycana mənsubiyyətini etiraf edirdi. 
Bütün bunlarla yanaşı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səngimir, əksinə daha kəskin xarakter 
alırdı.  Məhs  Ermənistanın  Azərbaycana  qarşı  sürdüyü  ərazi  iddiaları  o  qədər  əsassız  və  həqiqətə  uyğun 
olmamağı o qədər açıq-aydın idi ki, bunu SSRİ məkanında əksər müəlliflər, o cümlədən bəzi erməni müəllifləri 
də  etiraf  edirdilər.  Məsələn,  rus  tarixçisi  V.Qurko  –  Kryajin  1926-cı  ildə  nəşr  olunmuş  “Böyük  Sovet 
Ensiklopediyası”nda  yazırdı:  “Daşnaklar...Gürcüstanın  tərkibinə  daxil  olan  Əhəlkələk  və  Borçalı  ərazilərinə, 
Azərbaycanın  tərkibinə  daxil  olan  Qarabağ  və  Naxçıvan  vilayətlərinə  yiyələnmək  iddialarını  aydın  şəkildə 
bildirir və bu istiqamətdə fəaliyyət göstərirdilər”.  
1921-ci  ilin  iyulunda  Qafqaz  bürosu  Qarabağ  problemi  ilə  bağlı  müzakirələr  keçirir  və  müzakirələr 
nəticəsində  problemlə  bağlı  qərar  qəbul  edilir.  Qərarda  qeyd  olunur  ki,  “yuxarı  və  aşağı  Qarabağın  iqtisadi 
əlaqələrini,  yuxarı  Qarabağın  Azərbaycanla  mövcud  olmuş  daimi  əlaqələrini  və  müsəlmanlarla  ermənilər 
arasında  milli  sülhün  vacibliyini  nəzərə  alaraq,  Dağlıq  Qarabağ  Azərbaycan  SSR  hüdudlarında  saxlanılsın, 
Dağlıq Qarabağa Şuşa şəhəri inzibati mərkəz olmaqla geniş muxtariyyət verilsin”. 1921-ci il iyulun 5-də qəbul 
edilmiş  bu  qərarla  Ermənistan  hökumətinin  Dağlıq  Qarabağı  Azərbaycan  tərkibindən  çıxarıb  Ermənistana 
birləşdirmək cəhdi rədd edilmiş, Dağlıq Qarabağın Azərbaycan ərazisi olması bir daha təsdiqlənmiş, Qarabağı 
Azərbaycan tərkibində saxlamaq və Dağlıq Qarabağa Azərbaycan tərkibində muxtariyyət vermək məsələsi həll 
edilmişdi. 
Bu  qərarın  qəbul  edilməsi  ilə  Dağlıq  Qarabağ  məsələsi  deyilən  problem  müvəqqəti  olsa  da,  aradan 
götürülmüş, məsələ ətrafında səs-küy yatmışdı. Bu vəziyyət 1945-ci ilin axırlarına qədər davam etdi. Həmin ilin 
noyabr  ayında  Ermənistan  rəhbərliyi  Dağlıq  Qarabağ  məsələsini  yenidən  qaldırdı.  Belə  ki,  1945-ci  ilin 
noyabrında Ermənistan rəhbərliyi məktubla Stalinə müraciət etdi. Lakin SSRİ Mərkəzi Komitəsi Ermənistanın 
məktubunu baxılmaq üçün Azərbaycan MK-nın birinci katibi Mir Cəfər Bağırova göndərir. Bağırovun göstərişi 
ilə  Azərbaycanın  1918-ci  il  xəritəsi  hazırlanır  və  Bağırovun  müvafiq  məktubu  ilə  Stalinə  göndərilir.  Bu 
məktubda Bağırov Dağlıq Qarabağın Şuşa rayonu istisna olmaqla, Ermənistana verilməsinə etiraz etmir. Lakin 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə