Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə53/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   49   50   51   52   53   54   55   56   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
86 
Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir 
 
SSRİ  dağıldıqdan  sonra  müstəqillik  qazanmış  Ermənistan  Respublikası  dövlət  səviyyəsində  terroru 
dəstəkləyərək,  terrorçuluğu  təcavüzkar  siyasətinin  əsas  vasitələrindən  birinə  çevirmişdir.  Çoxsaylı  faktlar, 
məhkəmə  materialları  sübut  edir  ki,  Azərbaycanın  dinc  əhalisinə  qarşı,  o  cumlədən  nəqliyyat  vasitələrində 
törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları 
tərəfindən həyata keçirilmişdir. 
90-cı  illərin  əvvəllərində  Ermənistanın  rəsmi  dairələri  «Daşnaksutyun»,  ASALA,  MAQ,  «Erməni 
birliyi»,  «Erməni  Azadlıq  Cəbhəsi»  və  digər  məşhur  erməni  terror  təşkilatları  fəallarının  reabilitasiyası 
məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait 
yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər. 
1983-cü  ilin  iyul  ayında  Parisdə  Orli  aeroportunda  8  nəfərin  ölümü  və  60  nəfərin  yaralanması  ilə 
nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad 
olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində 
Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır. 
Məşhur terrorçu, Qərbi Avropada «ASALA-nın inqilabi hərəkatı» adlı qruplaşmasının rəhbəri, 28 noyabr 
1985-ci  ildə  6  il  müddətinə  həbs  olunmuş  Monte  Melkonyan  1990-cı  ildə  Fransa  həbsxanasından  buraxılaraq 
Ermənistana  gəlmiş  və  terror  fəaliyyətini  davam  etdirmək  üçün  buradan  Dağlıq  Qarabağa  göndərilmişdir. 
M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 
1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən 
Ermənistan  prezidenti  də  iştirak  etmişdir.  Ermənistanın  milli  qəhrəmanı  elan  olunmuş  bu  beynəlxalq 
terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir. 
Məşhur  terrorçu,  Daşnaksutyun  partiyasının  «Dro»  terror  qrupunun  üzvü  Qrant  Markaryan  Dağlıq 
Qarabağda  terrorçu  dəstələri  yaradanlardan  və  Ermənistandan  gətirilən  silahlar  vasitəsilə  buradakı  terrorçu 
qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur. 
1981-ci  ildə  Parisdə  Türkiyə  səfirliyinə  basqının  təşkilatçısı  Vazqen  Sislyan  1992-ci  ildə  Yerevandan 
Xankəndinə  göndərilmişdir.  Vazgen  Sislyan  azərbaycanlılara  qarşı  terror  aktlarının  keçirilməsində  fəal 
iştiraklarına  görə  prezident  Robert  Koçaryan  tərəfindən  «Qarabağ  müharibəsinin  qəhrəmanı»  adına  layiq 
görülmüşdür. 
Qarabağın  dinc  azərbaycanlı  əhalisinin  öldürülməsində  Ermənistan  xüsusi  xidmət  orqanlarının  himayə 
etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər. 
Milli Təhlükəsizlik Nazirliyi  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
87 
Erməni terror təşkilatları 
Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adları: 
"Armenakan"  partiyası:  1885-ci  ildə  yaradılıb.  Türkiyənin  Van,  Muş,  Bitlis,Trabzon  bölgələrində  və 
İstanbulda  silahlı  toqquşmalar  və  terror  aktları  törədən  bu  partiya  İran  və  Rusiyada  yaşayan  ermənilərlə 
əməkdaşlıqda olub.  
"Hnçak"  partiyası:  1887-ci  ildə  Cenevrədə  yaradılıb.  Qurumun  əsas  məqsədi  Türkiyənin  Anadolu 
bölgəsini,  "Rus"  və  "İran"  Ermənistanları  adlandırdıqları  əraziləri  birləşdirməklə  "Böyük  Ermənistan"  dövləti 
yaratmaqdır.  Partiyanın  proqramının  4-cü  bəndində  göstərilir;  "Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün 
təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir"  
"Daşnaksutyun"-erməni  federativ  inqilab  partiyası:  1890-cı  ildə  Tiflisdə  yaradılıb.  Əsas  qayəsi 
Azərbaycanın  Dağlıq  Qarabağ,  Naxçıvan  və  Türkiyənin  Anadolu  torpaqlarında  "Böyük  Ermənistan"  dövləti 
qurmaqdır.  1892-ci  ildə  Tiflisdə  ilk  qurultayını  keçirən  "Daşnaksutyun"  türklərə  qarşı  sui-qəsdlərin  təşkil 
olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksutyun" "türkü, kürdü hər yerdə, hər bir 
şəraitdə  öldür,  sözündən  dönənləri,  erməni  xainlərini  öldür,  intiqam  al!"  əmrini  vermişdir.  "Daşnaksutyun" 
partiyası  tərəfindən  yaradılan  bir  sıra  terror  qrupları  mövcuddur:  1973-cü  ildə  fəaliyyətə  başlamış  "Erməni 
"soyqırımının"  intiqamçıları"  qrupu  1980-82-ci  illər  ərzində  Avstriya,  Danimarka  və  Portuqaliyada  türk 
diplomatlarını  qətlə  yetirib;  Məxfi  terror qrupu  DRO  və  onun  bölmələri:  DRO-8,  DRO-88,  DRO-888,  DRO-
8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.  
"Erməni  gizli  azadlıq  ordusu"  (ASOA):  1975-ci  ildə  Beyrutda  yaradılıb.  Mənzil-qərargahı  Dəməşqdə 
yerləşir.  Fələstin  bazalarında  hazırlıq  keçən  mindən  artıq  döyüşçüsü  vardır.  Təşkilat  fəaliyyətinin  ilk  6  ilində 
dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.  
"Ermənistanın  azadlığı  uğrunda  erməni  gizli  ordusu"  (ASALA):  1975-ci  ildə  yaradılan  təşkilatın 
qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və 
Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən 
Türkiyə  və  Azərbaycan  vətəndaşlarına  qarşı  terror  aktları  həyata  keçirir.  Təşkilatın  "Əbu  Nidal",  "Qara 
sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan 
olmuşdur.  Afinada  1980-ci  ildə  qətlə  yetirilmiş  türk  səfirinin  ölümünə  görə  məsuliyyəti  öz  üzərinə  götürmüş 
A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz 
türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".  
ASALA  1980-ci  ilin  aprelində  birgə  terror  aksiyalarının  keçirilməsinə  dair  PKK  ilə  razılığa  gəlmiş  və  bu 
niyyətlərini  Livanda  rəsmiləşdirmişlər.  Beyrut  şəhərində  28.08.1993-cü  ildə  açıqlanan  bəyanatında  ASALA 
"pantürkist  neft  borusu"  (Bakı-Tbilisi-Ceyhan)  ilə  bağlı  layihənin  həyata  keçirilməsinə  imkan  verməyəcəyini 
bildirmişdir.  
"Geqaron":  2001-ci  ilin  fevralında  ASALA  tərəfindən  yaradılmışdır.  Məqsəd-  Cənubi  Qafqaz  və  Orta 
Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.  
"Erməni  azadlıq  hərəkatı"  (AOD):  1991-ci  ildə  Fransada  yaradılıb.  Terror  fəaliyyətini  ASALA  ilə  sıx 
əlaqədə həyata keçirir.  
"Erməni  azadlıq  cəbhəsi":  1979-cu  ildə  yaradılan  bu  terrror  təşkilatı  ASALA-nın  tərkib  hissəsi  sayılır. 
Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.  
"Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək 
dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə