Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə49/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   45   46   47   48   49   50   51   52   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
79 
müxtəlif sərgilərə və hərraca çıxarılması faktları qeydə alınmışdır. Son illər ərzində Azərbaycanın işğal edilmiş 
ərazilərində külli miqdarda çıxarılmış tarixi, mədəni və dini abidələr xarici ölkələrə satılmışdır. İşğal olunmuş 
ərazilərdəki muzeylərdə mövcud olan unikal eksponatlar ya məhv edilmiş, yaxud həmin eksponatların əsasında 
onların  guya  ermənilərə  məxsusluğun  göstərən  yeni  muzeylər  yaradılmışdır.  Bu  mənada,  ermənilərin  qədim 
Qafqaz  Albaniyası  abidələrini  özününküləşdirilməsi  məsələsinə  xüsusi  önəm  verdiyi  bildirilməlidir.  Onların 
üzərində  mövcud  olan  qədim  alban  yazıları,  divar  naxışları  və  xaçlar  məhv  edilib  erməni  atributikası  ilə 
əvəzlənir. Bir sıra məscidlər isə anbarlar kimi istifadə olunur. Bu kampaniya məqsədyönlü xarakter daşımaqla 
işğal  edilmiş  rayonların  tarixi-mədəni  nöqteyi-nəzərindən  Azərbaycana  aid  olmaması  və  bununla  ermənilərin 
həmin ərazilərdə məskunlaşmasına bəraət qazandırılmasına yönəldilmişdir. 
Bu  müstəvidə,  Azərbaycana  məxsus  yer  adlarının  dəyişdirilərək  erməni  adları  ilə  əvəz  olunması  xüsusilə 
kütləvi  hal  aldığı  bildirilməlidir.  Bütün  bunlarda  başlıca  məqsəd  gələcəkdə  həmin  ərazilərin  ilhaqının  həyata 
keçirilməsinə «əsas yaratmaq»dır. 
Xalqımıza məxsus maddi sərvətlərin daha geniş miqyaslarda talan edilməsi məqsədilə Azərbaycanın işğal 
olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətə xarici ölkələrin bir sıra firma və şirkətlərini də cəlb etmişdir. 
Erməni  tərəfinin  təşkilatçılığı  ilə  2004-cü  ilin  yanvar-iyul  ayları  ərzində  Azərbaycan  Respublikasının  müvafiq 
dövlət orqanlarının razılığı olmadan ölkəmizin Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərinə 1610 nəfər 
əcnəbi vətəndaş səfər etmişdir. 
BMT-nin  Təhlükəsizlik  Şurasının  1993-cü  ildə  qəbul  edilmiş  822,  853,  874,  884  saylı  qətnamələrində 
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün  tanınmasına  və  işğal  olunmuş  Azərbaycan  ərazilərinin  qeyd-
şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası hal-hazırda işğalçılıq siyasətini davam 
etdirməkdədir. 
Azərbaycan  Respublikasının  Ermənistan  və  separatçı-terrorçu  rejim  tərəfindən  işğal  altında  saxlanılan, 
beynəlxalq  nəzarətdən  kənar  ərazilərində  qanunsuz  fəaliyyətlərə  dair  MTN-in  əldə  etdiyi  məlumatlar təsdiqini 
tapmaqdadır. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
80 
Erməni terrorizmi və ya illüziyaların iflası 
 
Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı 
cinayət kimi siyasi-hüquqi qiymətini almalıdır.  
Heydər Əliyev  
- … O, hamilə qadının qarnını yırtaraq, çəkməsi ilə vurub insan övladını ana bətnindən çıxarır. Sonra canını 
tapşırmış qadının ərinin kəsilmiş başını onun yırtılmış qarnına təpir. Qadının qarnını tikir.  
- … O, körpəni ayağı ilə yaşıl bayrağa bürmələyərək, üstünə kerosin tökür. Od vurub yandırır.  
- … O, qorxudan tir-tir əsən yeniyetmələri bir sıraya düzərək, qılıncının bir zərbəsi ilə hamısının başlarını 
birdəfəyə vurmağa çalışır. Həyat əsər-əlaməti qalmayan məsum uşaq gözlərində dəhşət harayı.  
- … ONUN yandırdığı məscidlər, kilsələr, sinaqoqlar, digər dini ibadət ocaqları od-alova bürünür.  
-  …  hava  limanlarında,  turizm  bürolarında,  səfirliklərdə,  banklarda,  küçələrdə,  biznes  mərkəzlərində 
partlayışlar: insan cəsədləri. Fəryadlar və qan. İniltilər və lənət-qarğışlar.  
O məmnundur. O, insandırmı?  
Bu  gün  O,  artıq  bakterioloji  və  kimyəvi  silaha  malikdir.  Əlini  uzatsa,  nüvə  silahına  çatar.  Hansı  bayraq 
altında və ya şüarla məhv etmək - bunun daha ONUN üçün fərqi yoxdur. Başlıcası budur ki, O, hamının diqqət 
mərkəzindədir.  
Bəzən  O  xatırlayır:  1886-cı  il,  Cenevrə.  Onda,  mədəni  Avropanın  mərkəzində  O,  məharətlə  sosialist 
qiyafəsinə  girərək,  "türkləri  və  kürdləri  istənilən  şəraitdə  qırıb-çatmağı"  qərara  almışdır.  O,  təkcə  Şərqi 
Anadoluda  bir  milyon  insanı  məhv  etmişdir.  Səbəb?  Onun  qanına  qəltan  etdiyi  adamlar  islam  dininə  etiqad 
edirdilər.  
Lakin  bu,  sonralar  olmuşdur,  xatirələr  isə  daha  uzaq  zamanlara,  ONUN  ağına-bozuna  baxmadan,  xüsusi 
ifadələr seçmədən, "Rədd olun, rus köpəkləri!" dediyi vaxtlara aparır. Bunu deyib, yeganə təmiz su mənbəyini 
zəhərləmişdi. Bədənlərini üfunətli yara-xora bürümüş ruslar əzab-əziyyət içində ölürdülər. O isə sanki möcüzə 
sayəsində sağ qalmış insanların yaddaşında ya gəlmə təbib, ya da, sadəcə olaraq, "pencəkli adam" kimi həkk 
olmuşdur. Söz düşmüşkən, sonuncu ifadə ONUN çox da xoşuna gəlmirdi. İstəyirdi ki, ONA daha böyük diqqət 
yetirsinlər,  budur,  Amerikanın  "Boston  Herald",  yaxud  Almaniyanın  "Forvest"  qəzetləri  ONDAN  yazırlar  - 
amma hələlik hər şeyi istənilən kimi və necə lazımdırsa yazmırlar: "pencəkli adam" obrazı insanların şüuruna 
bir  növ  yeridilmişdir  və  bu  obrazı  oradan  ONA  məlum  olan,  artıq  həyat  tərzinə  çevrilən  yeganə  bir  üsulla 
çıxarmaq lazım gəlmişdir. Sonra  knyaz Qolitsinə divan tuturdu və Tiflisdə, Qarsda qətllər törədirdi. Məsələn, 
Bakıda O, elə-belə, bir növ, qorxutmaq üçün adamların üstünə bomba atdı … və yerli qəzetlərdən birində belə 
bir  sitata  nail  oldu:  "Bu  psixozun  ciddi  və  təcili  müalicəyə  ehtiyacı  var".  Bir  dəfə  tanınmış  erməni  alimi 
ONDAN  hətta  sözbəsöz  iqtibas  gətirmişdi:  "Mən  Basarkeçərdə  türk  əhalisini  ağına-bozuna  baxmadan  məhv 
etdim. Amma bəzən gülləyə heyfim gəlir. Bu köpəklərə qarşı ən düzgün vasitə döyüşdən sonra sağ qalanların 
hamısını bir yerə toplayaraq quyulara doldurmaq və üstündən də ağır daşlarla vurub axırlarına çıxmaqdır… Mən 
belə  də  etdim:  bütün  kişiləri,  qadınları  və  uşaqları  yığdım  və  quyulara  ataraq,  üstlərindən  də  daşla  vurub 
öldürdüm". Bəs ONUN uşaqların gözlərini çıxarıb, onlardan "boyunbağı" düzəltdiyini necə xatırlamayasan…  
O, qətlləri əvvəlcə çar Rusiyasının bayrağı altında törədirdi. Sonralar - inqilabın və kommunizmin qırmızı 
bayrağı  altında.  40-cı  illərdə  O,  əslində,  eyni  zamanda  həm  Stalinin,  həm  də  Hitlerin  yanında  olmuşdur: 
"pencəkli  adam"  bu  "rəhbərlər"in  adından…  insanları  qırıb-çatırdı.  Sonra  şanlı  dövr  -  qətlamları  cəzasız 
törətmək üçün yaxşı fürsət-girəvə olan postsovet demokratiyası dövrü başlandı.  
Mətbuat üçün məlumatlara və açıq-aşkar verilən bəyanatlara, ONUN əsr yarım ərzində törətdiyi cinayətlərə 
görə, O, ruslara, və türklərə, isveçrəlilərə və fransızlara, amerikalılara və ərəblərə, habelə ingilislərə, ispanlara, 
portuqaliyalılara,  azərbaycanlılara,  gürcülərə,  ləzgilərə,  yəhudilərə,  kürdlərə,  avstraliyalılara,  belçikalılara, 
kanadalılara,  ümumiyyətlə,  xristianlara,  ümumiyyətlə,  müsəlmanlara,  ümumiyyətlə,  iudaistlərə  nifrət  edir. 
Ümumiyyətlə, NATO-ya da. Ümumiyyətlə, kommunizmə və kommunistlərə də. Buna baxmayaraq, O, türkləri 
rusların bayrağı altında, azərbaycanlıları kommunizm və demokratiya adından, yəhudiləri müsəlmanlar adından, 
müsəlmanları xristianlar adından öldürmüş və öldürür, xristianları islam təməlçiliyi ilə qorxudur…  
Bəs O kimdir?  
XIX əsrin axırlarında yaşamış erməni tədqiqatçılar hesab edirlər ki, O, qaraçılardan, daha doğrusu, onların 
"daşürəkli" - "hayk" adlandırılan tayfasından törəmişdir. Bəzi Avropa tarixçilərinin fikrincə, ONUN ulu vətəni 
Balkan  yarımadasıdır.  Burada  O,  xristianlığı  qəbul  etmişdir.  Xristian  ilahiyyatçıları  isə  bunun  cavabında 
hiddətlənərək, sübut kimi belə bir dəlil gətirirlər ki, O, Ümumdünya Xristian Məclisi tərəfindən lənətlənmiş və 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə