Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə47/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   43   44   45   46   47   48   49   50   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
77 
daxil  olmaqla  Ermənistanın  dövlət  rəsmiləri  iştirak  etmiş,  sonra  bu  beynəlxalq  terrorçu  Ermənistanın  milli 
qəhrəmanı elan olunmuş, onun adı ER Müdafiə nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir. 
1992-ci ildə Xankəndinə göndərilmiş Vazgen Sislyan, yaxın şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan 
və digər terrorçularla birlikdə zorakılıq siyasətini dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə yönəltmək 
üçün vasitə kimi istifadə edirdilər.  
R.Koçaryan  hakimiyyətə  gəldikdən  sonra  Ermənistanda  terrorçu  qrupların  rəhbərlərinin  reabilitasiyası 
halları  daha  da  artmışdır.  Tanınmış  terrorçu,  İran  vətəndaşı  və  «Daşnaksutyun»  partiyasının  üzvü  Qrant 
Markaryan həbsdən azad edilərək, Azərbaycana qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə 1981-
ci  ildə  Parisdə  türk  səfirliyinin  zəbtinin  təşkilatçılarından  biri  Vazgen  Sislyanla  birgə  R.Koçaryan  tərəfindən 
Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər. Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana 
qarşı  terror  aktlarının  təşkilində  bilavasitə  iştirakını  bir  daha  təsdiq  edir.  Əslində  Ermənistanın  hazırkı 
rəhbərləri:  prezident  R.Koçaryan,  müdafiə  naziri  S.Sarkisyan  və  Dağlıq  Qarabağdakı  işğalçı-separatçı  rejimin 
rəhbəri A.Qukasyan terrorçularla sıx əlaqədə olduqlarını gizlətmirlər.  
Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərinin  «sərhəd»i  hazırda  Ermənistanın  silahlı  qüvvələri 
tərəfindən  qorunur,  bu  ölkədən  olan  çağırışçılar  hərbi  xidmət  keçmək  üçün  həmin  ərazilərdəki  hərbi  hissələrə 
göndərilir.  Həmçinin  hazırda  işğal  olunmuş  ərazilərdə  Ermənistanın  silahlı  qüvvələri  və  terrorçu  qruplarla 
yanaşı,  qeyri-qanuni  silahlı  birləşmələr  də  fəaliyyət  göstərir  və  bütün  bunlar  terrorizmə  qarşı  mübarizə  üzrə 
beynəlxalq konvensiyaların nəzarətindən kənardadır.  
  
III. Narkotik maddələrin qanunsuz becərilməsi və dövriyyəsi 
İşğal  olunmuş  ərazilər  heç  bir  dövlətin,  beynəlxalq  təşkilatın  nəzarətində  olmayan  özünəməxsus  kriminal 
mənbəyinə  çevrilmişdir.  Belə  ki,  separatçı-terrorçu  rejim  işğal  altında  olan  ərazilərdə  narkotik  maddələrin 
qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün zəruri şərait yaratmışdır. Bu faktlar ABŞ 
Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli 
hesabatında  öz  əksini  tapmışdır.  Narkotik  işbazları  qondarma  qurumun  bədnam  rəhbərləri  müdafiə  edir, 
narkotiklərin satışından əldə olunan pulları işğal olunmuş ərazilərin nəzarətdə saxlanılması və muzdlulara haqq 
ödənilməsi üçün istifadə edirlər.  
ABŞ  Dövlət  Departamentinin  2001-ci  ilin  mart  ayında  açıqlanmış  hesabatında  işğal  edilmiş  Azərbaycan 
ərazilərindən  narkotik  vasitələrin  kütləvi  şəkildə  daşınması  üçün  istifadə  olunduğu  bildirilir  və  Ermənistana 
coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılır. 
Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə kollarının yetişdirilməsi faktı AŞ PA-nın Dağlıq 
Qarabağ üzrə məruzəsində də öz əksini tapmışdır. 
Narkotiklərin  satışından  əldə  olunan  pulun  böyük  hissəsi  separatçılar  tərəfindən  qanunsuz  silahlı 
birləşmələr,  terror  qrupları  üçün  silahların  alınmasına  və  təlimlərin  keçirilməsinə  xərclənir.  Dağlıq  Qarabağda 
mövcud  olan  qanunsuz  iqtisadi  fəaliyyət  separatçıları  «çirkli  pulların»  yuyulması  əməliyyatları  sahəsində 
məşhurlaşdırmaqla onları transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil etmişdir. 
Azərbaycanın  işğal  olunmuş  ərazilərindən  nüvə  və  radioaktiv  tullantıların  basdırılması  məqsədilə  də 
istifadəsi  güman  olunur.  Belə  ki,  gündəlik  təqribən  9  milyon  KVT/saat  enerji  hasil  edən  Metsamor  Atom 
Elektrik  Stansiyasının  müvafiq  istehsalının  müqabilində  Ermənistanda  hazırkı  dövrədək  nüvə  tullantılarının 
saxlanılması  üçün  anbarın  olmaması  Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərinin  qeyd  olunan 
tullantıların basdırılması məqsədilə istifadəsi ehtimalını artırır.  
  
IV. İnsan ticarəti 
Ermənistanın  Azərbaycan  Respublikasına  təcavüzü  nəticəsində  əsir  düşmüş  və  girov  götürülmüş 
Azərbaycan  vətəndaşlarının  beynəlxalq  humanitar  təşkilatlardan  gizlədilərək  işğal  olunmuş  ərazilərdə 
saxlanılması  və  onlara  qarşı  amansız  cəza  metodlarının  tətbiq  edilməsi,  bu  şəxslərin  qeyri-bəşəri  məqsədlər 
üçün istifadə edilmələri barədə mütəmadi məlumatlar daxil olmaqdadır. 
Azərbaycana  qarşı  təcavüzün  nəticələrindən  və  mövcud  status-kvodan  yararlanmağa  çalışan  Ermənistanın 
rəsmi  orqanlarının  əsir  və  girov  götürülmüş,  itkin  düşmüş  azərbaycanlıları  gəlir  məqsədi  ilə  alver  predmetinə 
çevirərək  müxtəlif  cinayətkar  qruplaşmalarla  işbirliyi  qurduqları  barədə  təkzibedilməz  faktlar  mövcuddur. 
Müharibə və atəşkəs dövründə erməni ordusu tərəfindən əsir və girov götürülmüş azərbaycanlılardan 30 nəfəri 
yaxın  qohumları  tərəfindən  külli  miqdarda  pul,  qızıl  və  qiymətli  əşya  verilməklə  azad  edilmişlər.  Erməni 
əsirliyində olan bir çox Azərbaycan vətəndaşlarının bədən üzvləri çıxarılaraq satılmışdır. Əsir düşmüş və girov 
götürülmüş  Azərbaycan  vətəndaşlarının  Beynəlxalq  Humanitar  təşkilatlardan  gizlədilərək  işğal  olunmuş 
ərazilərdə  saxlanılması  və  onlara  qarşı  amansız  cəza  metodlarının  tətbiqi  barədə  mütəmadi  məlumatlar  daxil 
olmaqdadır. 
  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə