Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə45/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   41   42   43   44   45   46   47   48   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
74 
886 radioqəbuledicisi, 547 yazı makinası, 67250 stol və stul, 10600 kitab rəfləri, 5900 kitab vitrini, 1500 kitab 
şkafı,  50  attraksion  və  onun  avtomatları,  44  ixtisaslaşdırılmış  avtomobil,  avtoklub,  avtokibabxana  və 
avtomuzey,  1240  xalça,  650  pərdə  dəstləri  və  onların  dövlət  teatrlarında  dekorasiya  üsulları  qiyməti  10  mln 
manat  olmaqla  oğurlanıb  və  mənimsənilib.  Ölkənin  vətənpərvər  oğullarının  köməyilə  Bakıya  işğalçılar 
tərəfindən Natavan, Ü.Hacıbəyovun və Bül-Bülün Şuşadan oğurlanmış abidələri geri qaytarılmışdır. 
Okkupasiyadan sonra 10 min hektar Azərbaycan torpaqları becərilmir. Bağçalar, otlaqlar və meşələr məhv 
edilib.  Azərbaycan  dövlətinə  məxsus  olan  800  km  avtomobil  yolları,  160  körpü,  145  min  km  elektrik  xətləri, 
2500-dən çox transformator, 2300 km su xətti, 2000 km qaz xətti, 34 qazpaylaşdırıcı aqreqatı, və 3500 nömrəli 
telefon qovşağı hal hazırda düşmən əlindədir. 
İşğal olunmuş torpaqlarda təxminən 4000 sənayə və kənd təssərufatı müəssisəsi, sahəsi 6 mln kv olan 180 
min mənzil və özəl evlər, minə qədər təhsil və tərbiyə müəssisəsi, 3000 qədər mədəni maarif mərkəzi, 700 qədər 
tibbi obyekt oğurlanıb. 
Müharibə  illərində  Azərbaycan  21000  oğul  və  qızını  itirib.  6000  min  nəfər  insan  əlil  olmuşdur. 
Ümmumiyətlə  müharibə  nəticəsində  Azərbaycan  dövlətinə  16  mlrd.  ABŞ dolları  məbləğində  ziyan 
vurulmuşdur. 
Hal  hazırda  Azərbaycanın  57  rayonu  və  şəhərində  700  min qaçqın  və  məcburi  köçgun  yaşayır.  100 
min qaçqın  çadır  şəhərciyi  və  qəsəbələrində  məskun  salıblar.  150  min  nəfər  isə  yataqxana,  pansionat  və 
sağlamlıq mərkəzlərində yaşayır. Qaçqınlar əsasən ağır sosial-məişət şəraitində həyat sürürlər. Onlardan yalnız 
30% işləmək imkanı əldə ediblər. 
Rəsmi  informasiyaya  əsaslansaq  işğaldan  azad  olunan  və  hücuma  məruz  qalmış,  amma  işğal 
olunmamış Azərbaycan torpaqlarına 922,27 mln ABŞ dolları həcmində ziyan dəyib. 
 
Sadıqov Fuad 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
75 
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın  
qanunsuz fəaliyyəti 
 
Ölkəmizin  işğal  altında  olan  ərazilərində  erməni  tərəfinin  qeyri-qanuni  fəaliyyətinin  təməli  1988-ci  il 
fevralın  20-də  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Xalq  Deputatları  Sovetinin  İcraiyyə  Komitəsinin  yetərsayın 
olmadığı  və  azərbaycanlı  deputatların iştirak  etmədiyi  iclasında  DQMV-nin  Ermənistan  SSR-ə  birləşdirilməsi 
haqqında  qərarı  ilə  qoyuldu.  1989-cu  il  dekabrın  1-də  isə  Ermənistan  SSR-in  Ali  Soveti  tərəfindən 
Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Ermənistana  birləşdirilməsi  haqqında  qərar  qəbul  olundu. 
1988-ci ilin yanvar ayından etibarən azərbaycanlıların indiki Ermənistan Respublikasının ərazisindən, öz tarixi 
torpaqlarından kütləvi deportasiyasına başlayaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ daxil olmaqla 
20  faiz  ərazisini  işğal  edib  orada  «etnik  təmizləmə»,  «yandırılmış  ərazilər»  prinsipini  həyata  keçirən  erməni 
tərəfi  həmvətənlərimizə  qarşı  kütləvi  qətllər  və  soyqırım  törətmiş,  1  milyondan  artıq  vətəndaşımızı  öz  yurd-
yuvasından didərgin salmışdır. 1995-ci ildən etibarən işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyətini daha 
da  genişləndirən  erməni  tərəfi  narkotik  maddələrin  qanunsuz  becərilməsi,  istehsalı,  dövriyyəsi,  insan  ticarəti, 
qanunsuz  məskunlaşdırma,  maddi-mənəvi  sərvətlərin  talan  edilməsi,  nüvə  və  radioaktiv  tullantıların 
basdırılması  və  digər  beynəlxalq  cinayətlər  törətməklə  həmin  əraziləri  beynəlxalq,  o  cümlədən  erməni 
terrorçularının  sığınacaq  yerinə  və  təlim-məşq  bazasına  çevirmiş,  cəbhəyanı  zonadan  yüz  kilometrlərlə  uzaq 
yaşayış məntəqələrini əhatə edən terror-təxribat əməllərinin coğrafiyasını genişləndirmiş, bu cinayət əməllərinə 
Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrini də cəlb etmişdir. 
Ermənistan Respublikası və separatçıların işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti əsasən aşağıdakı 
istiqamətlərdə təzahür etmişdir: 
  
I. Separatçı-terrorçu qurumun müstəqil dövlət kimi tanıdılması cəhdləri 
Dağlıq  Qarabağdakı  separatçı-terrorçu  qurum  atəşkəs  rejimindən  istifadə  edərək  beynəlxalq  aləmdə 
müstəqil  dövlət  kimi  tanınmaq  məqsədi  ilə  son  illər  ərzində  zəruri  «dövlət  institutları»  («parlament», 
«nazirliklər»,  «ordu»,  «komitə»  və  «idarələr») təsis etmiş, bir neçə ölkədə öz «nümayəndəlik»lərini açmışdır. 
2001-ci  ilin  mart  ayından  bu  ərazilərdə  yaşayan  vətəndaşlara  onların  qondarma  qurumun  və  Ermənistan 
Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yeni «pasportlar»ın verilməsinə başlanmışdır.  
  
II. Dövlət terrorizmi və təcavüzkar separatizm 
1989-1994-cü  illərdə  erməni  separatçıları  və  terrorçuları  tərəfindən  Azərbaycan  ərazisində  373  terror  aktı 
törədilmiş,  nəticədə  1568  nəfər  ölmüş,  1808  nəfər  yaralanmışdır.  Azərbaycan  Respublikası,  eləcə  də  xarici 
ölkələrin  məhkəmələri  tərəfindən  prosessual  qaydada  sübuta  yetirilmişdir  ki,  həmin  terror  aktlarının  32-si 
Ermənistan  Respublikasının  xüsusi  xidmət  orqanlarının  bilavasitə  iştirakı  ilə  Azərbaycanın  işğal  olunmuş 
ərazilərindən  istifadə  edilməklə,  cəbhə  xəttindən  yüz  kilometrlərlə  aralıda  yerləşən  yaşayış  məntəqələrində 
həyata keçirilmişdir.  
Azərbaycanda  mülki  əhaliyə  qarşı  terrorçu  fəaliyyətin  bilavasitə  Ermənistan  Respublikasının  dövlət 
orqanları  və  separatçı  qurum  tərəfindən  üçüncü  ölkə  vətəndaşları,  Azərbaycan  Respublikasının  azsaylı 
xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına 
cəhdlər göstərilmişdir.  
Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyi  ilə  Rusiya  Federal  Təhlükəsizlik  Xidmətinin 
əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can 
Ohanesyanın,  onun  müavini  mayor  Aşot  Qalayanın,  Rusiya  Federal  əks-kəşfiyyat  xidmətinin  terrorizmlə 
mübarizə İdarəsinin baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət 
göstərən  erməni  separatçılarından  ibarət  terrorçu  qrup  məsuliyyətə  cəlb  olunmuşdur.  Moskvada  yerləşən  və 
Valeri  Petrosyanın  rəhbərlik  etdiyi  «TİRR»  Assosiasiyası  tərəfindən  maliyyələşdirilən  həmin  qrup  Rusiya  və 
Azərbaycan  ərazisində  dəmiryolu  qatarlarında  bir  neçə  partlayış  törətmişdir.  Bütün  bu  şəxslər  Rusiya 
Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrumetmə 
cəzasına məhkum olunmuşlar. 
Rusiya  Federasiyasının  Dağıstan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  terrorçu-separatçı  «Sadval» 
təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı metropoliteni stansiyalarından birində törətdikləri və 14 nəfər 
dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respublikası xüsusi xidmət 
orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifadələri 
və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, 
xüsusi  xidmət  orqanlarına  məxsus  hərbi-təxribat  hazırlığı  bazalarında,  habelə  Dağıstan  Respublikasının 
Məhərrəmkənd  rayonu  ərazisində  təşkil  edilmiş  xüsusi  düşərgələrdə  təlim  keçdiklərini  birmənalı  şəkildə 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə