Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə42/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   38   39   40   41   42   43   44   45   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
69 
SSR-nin əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycanla həmsərhəd üç rayonunun Azərbaycan 
SSR-nin  inzibati  sərhədlərinə  daxil  edilməsini  təklif  etmişdir.  Sovet  ali  rəhbərliyi  Arutinovun  məktubunu 
nəticəsiz qoydu. 
1948-1953-cü  illər  aralığında  SSRİ  ali  rəhbərliyinin  qərarlarına  əsasən  Ermənistan  ərazisində  yaşayan 
azərbaycanlıların  kütləvi  deportasiyasına  başlanılır.  Onlar  əsasən  Azərbaycanın  Kür-Araz  ovalığı  ərazisində 
məskunlaşdırılırlar. 
SSRİ  Nazirlər  Sovetinin  1947-ci  il  23 dekabr  və  1948-ci  il  10  mart tarixli  qərarlarının icrası  nəticəsində, 
1948-1953-cü  illərdə  həyata  keçirilən  deportasiya  siyasəti  ilə  rəsmi  məlumatlar  görə  50.000-dən  çox 
azərbaycanlı Ermənistan SSR-nin ərazisindən özlərinin tarixi torpaqlarından köçürülərək Kür-Araz ovalığı boyu 
məskunlaşdırılır. 
1985-ci  ildə  Mixail  Qorbaçov  SSRİ  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  baş  katibi  vəzifəsinə 
seçiləndən  sonra  azərbaycanlılara  qarşı  erməni  ekspansiyasının  növbəti  mərhələsi  başlayır.  Artıq  1987-ci  ilin 
sonlarından  etibarən  Ermənistan  SSR-nin  paytaxtı  Yerevan  şəhərində  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
Ermənistana  birləşdirilməsi  tələbləri  ilə  kütləvi  aksiyalara  başlanılır.  Eyni  zamanda,  istər  sovet  erməniləri, 
istərsə  də  xaricdəki  erməni  diasporu  tərəfindən  «Miatsumun»  həyata  keçirilməsi  üçün  fəal  ideoloji  hazırlıq 
həyata  keçirilir.  M.Qorbaçovun  müşaviri  sovet iqtisadçı  alimi  akademik  A.Aqanbekyan   «Humanite»  qəzetinə 
1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, 
məhz  Ermənistanla  daha  sıx  tarixi,  iqtisadi-təsərrüfat  əlaqələrinə  malik  olmasını  bildirərək,  Muxtar  Vilayətin 
Ermənistana  birləşdirilməsi  bəyanatı  ilə çıxış  edir.  Bu  dövr  həm  də,  ermənilərin şovinist-millətçiliyinə  xidmət 
edən  «Qarabağ»  və  «Krunk»  təşkilatlarının  fəaliyyəti,  «ziyalı»  pərdəsinə  bürünmüş  Silva  Kaputikyan,  Zori 
Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur. 
1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan 
SSR-də  yaşayan  azərbaycanlıların  tarixi torpaqlarından  kütləvi  deportasiyasına  başlayırlar.  Bu  proses  1989-cu 
ildə  başa  çatdırılır,  həmin  illər  ərzində  220  000-dən  çox  azərbaycanlı  deportasiyaya  məruz  qalır.  
Fevral ayının 28-29-da sovet xüsusi xidmət orqanlarının fəal iştirakı ilə Sumqayıt şəhərində qondarma «erməni 
talanları»  həyata  keçirildi.  Maraqlıdır  ki,  bu  hadisələrdən  bir  müddət  öncə  Sumqayıt  sənaye  müəssisələrində 
çalışan  yüksək  mənsəbli  ermənilər  onlara  məxsus  əmanətləri  tələsik  şəkildə  banklardan  çıxarmağa  başlamış,  
şəhərdə xarici kütləvi informasiya vasitələrinin mövcudluğu əvvəlcədən təmin olunmuş, hətta tam təsdiqlənmiş 
məlumatlara əsasən, Sumqayıtda «erməni talanları»nın icrası prosesinə bilavasitə Qriqoryan soyadlı cinayətkar 
keçmişə  malik  bir  erməni  başçılıq  etmişdir.  İyul  ayının  18-də  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyətinin  geniş 
tərkibdə  keçirilən  iclasında  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Azərbaycan  SSR-nin  tərkib  hissəsi  kimi  təsdiq 
olundu.   
1989-cu  ilin  salnaməsi  Sovet  Ordusunun  hərbi  dəstəyinə  arxalanan  erməni  silahlı  birləşmələrinin  Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  azərbaycanlılar  məskunlaşmış  yaşayış  məntəqələrinə  və  müxtəlif  nəqliyyat 
vasitələrinə hücumları ilə xarakterizə olunmuşdur.  
1989-cu  il  iyul  ayının  29-da  Ermənistan  ərazisində  Azərbaycandan  gedən  qatarlara  olan  hücumlar 
nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu  əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın 
Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-
qanuni şəkildə «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında» qərar qəbul 
etdi. 
1990-cı  il  yanvar  ayının  20-də  sovet  qoşun  hissələri  qüvvədə  olan  müvafiq  qanunvericiliyə  zidd  olaraq, 
fövqəladə  vəziyyətin  tətbiqi  ilə  bağlı  qabaqcadan  xəbərdarlıq  etmədən  Azərbaycan  Respublikasının  paytaxtı 
Bakı şəhərinə daxil olaraq yüzlərlə dinc sakini qətlə yetirdi. Bu vandalizm aktı nəticəsində rəsmi məlumatlara 
görə,  təxminən  150-ə  qədər  insan  qətlə  yetirildi,  700-ə  qədər  insan  isə  yaralanaraq  müxtəlif  dərəcəli  bədən 
xəsarəti  aldı.  Sovet  qoşunları  ilk  dəfə  olaraq,  beynəlxalq  səviyyədə  qadağan  olunmuş  ağırlıq  mərkəzi 
dəyişdirilmiş güllələrdən dinc əhaliyə qarşı istifadə etdilər.  
1991-ci  il  sentyabr  ayının  2-də  erməni  separatçıları  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 
regionunda qeyri-qanuni olaraq «Dağlıq Qarabağ Respublikası»nın qurulmasını bəyan etdilər. 
Sentyabr  ayının  23-də  Ermənistan  və  Azərbaycan  prezidentlərinin  Rusiyanın  Jeleznovodsk  şəhərində 
Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin 
sülh yolu ilə həlli barədə razılığa gəldilər. 
Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində 
azərbaycanlı  əhaliyə  qarşı  kütləvi  hücumlara  başladılar.  Nəticədə  bu  rayonların  azərbaycanlılar  yaşayan 
kəndlərinin  əksəriyyəti  işğal  olundu,  azərbaycanlı  əhali  isə  güclə  öz  torpaqlarını  tərk  etmək  məcburiyyəti 
qarşısında qaldı.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
70 
Noyabr  ayının  20-də  Xocavənd  rayonunun  Qarakənd  kəndi  yaxınlığında  erməni  terrorçuları  Azərbaycan, 
Rusiya  və  Qazaxıstanı  təmsil  edən  bir  qrup  yüksək  vəzifəli  dövlət  məmuru  və  jurnalisti  aparan  «Mİ-8» 
vertolyotunu gülləboran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictimai və hərbi xadim qətlə yetirildi.  
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı 
alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla 
müşayiət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər 
yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə 
hər  hansı  məlumat  yoxdur.  366-cı  alay  Xankəndidən  çıxarıldıqdan  sonra  bu  hərbi  hissəyə  məxsus  olan  silahlı 
texnikanın mühüm hissəsi erməni separatçılarına verildi.  
Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də 
Avropa  Şurası  Nazirlər  Komitəsi  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda  dinc  əhaliyə  qarşı 
baş  vermiş  zorakılıq  aktlarını  pisləyən  bəyanatla  çıxış  etdi.  Mart  ayının  24-də  ATƏM-in  dəstəyi  ilə  Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır. 
May  ayının  7-də  Ermənistan  və  Azərbaycan  dövlət  başçılarının  münaqişənin  nizamlanması  ilə  əlaqədar 
İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu 
kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal 
olunur.  May  ayının  17-də  isə  münaqişənin  nizamlanması  ilə  bağlı  müxtəlif  səviyyələrdə  danışıqların  davam 
etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər. 
Sentyabr  ayının  19-da  Ermənistan  və  Azərbaycan  müdafiə  nazirləri  Rusiyanın  Soçi  şəhərində  hərbi 
əməliyyatların  dayandırılması  ilə  bağlı  razılaşma  əldə  etdilər.  Həmin  il  dekabr  ayında  bu  razılaşmanı  pozan 
Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi.   
1993-cü  il  aprel  ayının  3-də  erməni  hərbi  birləşmələri  tərəfindən  Azərbaycan  Respublikasının  Kəlbəcər 
rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən 
bəyanat  verdi.  Aprel  ayının  15-də  isə  Avropa  Şurası  Nazirlər  Komitəsi  münaqişənin  kəskinləşməsi  ilə  bağlı 
bəyannamə  ilə  çıxış  etdi.  Aprel  ayının  15-də  isə  Avropa  Şurasının  Nazirlər  Komitəsi  Dağlıq  Qarabağda 
münaqişə  vəziyyətinin  gərginləşməsi  ilə  bağı  bəyanat  qəbul  etdi.  Aprel  ayının  25-29-da  İslam  Konfransı 
Təşkilatı Azərbaycan Respublikasının  ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə 
BMT  Təhlükəsizlik  Şurası  Azərbaycan  Respublikasının  Kəlbəcər  və  digər  işğal  olunmuş  rayonlarından  bütün 
işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi. 
İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul 
ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər 
ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT 
Təhlükəsizlik  Şurasının  sədri  müvafiq  tələbləri  özündə  əks  etdirən  bəyanatla  çıxış  etdi.  BMT  və  ATƏT-in 
xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu 
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. 
Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması 
tələbini  özündə  ifadə  edən  növbəti,  874  saylı  Qətnamə  qəbul  etdi.  Oktyabr  ayının  28-noyabr  ayının  1-i 
aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi. Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal 
azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi. 
1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv Dövlət və Hökumət başçıları 
tərəfindən  ərazi  əldə  edilməsində  güc  istifadəsini  pisləyən,  həmçinin  regionda  sülh  və  sabitliyin  bərqərar 
edilməsi,  əməkdaşlığın  inkişafıetdirilmsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  Azərbaycan,  Gürcüstan  və 
Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi.  
Həmin  il  aprel  ayının  15-də  MDB  üzv  dövlətlərinin  suverenliyi,  ərazi  bütövlüyü  və  sərhədlərinin 
toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və 
bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu.  
Bişkək  protokolu  imzalandıqdan  (10.05.1994)  sonra,  may  ayının  12-də  cəbhə  xəttində  atəşkəs  haqqında 
razılaşma qüvvəyə mindi.  
Dekabr  ayının  5-6-da  ATƏM-in  Budapeşt  Sammiti  keçirildi.  Sammitdə  «Dağlıq  Qarabağ  münaqişəsi  ilə 
əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi» adlı qərar qəbul edildi.  
1996-cı il dekabr ayının 2-3-də ATƏT-in Lissabon Sammiti keçirildi. Sammitdə ATƏT-in fəaliyyətdə olan 
sədri  Ermənistan-Azərbaycan  münaqişəsinin  üç  prinsin  əsasında  həllini  nəzərdə  tutan  və  Ermənistan  istisna 
olmaqla,  ATƏT-in  53  üzv  dövlət  tərəfindən  dəstəklənmiş  bəyanatla  çıxış  etdi:  Azərbaycan  və  Ermənistan 
Respublikalarının ərazi bütövlüyü; Azərbaycanın tərkibində Dağlıq Qarabağa öz müqəddəratını müəyyənetməyə 
əsaslanan ən yüksək hüquqi statusun verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı. 
1997-ci  ilin  yanvar  ayından  etibarən  ATƏT-in  Minsk  Qrupu  3  tərəfli  həmsədrlik  formatında  fəaliyyətə 
başlayır.  1997-ci  ilin  aprel  ayının  2-də  Rusiya  Dövlət  Duması  Müdafiə  Komitəsinin  sədri  Lev  Roxlin  təkcə 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə