Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə44/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   40   41   42   43   44   45   46   47   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
72 
Aprel ayının 28-30-da  Azərbaycan  və  Ermənistan prezidentlərinin Varşavada  görüşü  keçirilir. May  aynın 
12-13-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı 
ilə Strasburqda görüşü keçirildi. 
İyun  ayının  21-də  Azərbaycan  və  Ermənistan  Xarici  İşlər  nazirlərinin  ATƏT-in  Minsk  Qrupunun 
həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi. 
İyun  ayının  28-29-da  Azərbaycan  və  Ermənistan  Xarici  İşlər  nazirlərinin  Türkiyənin  Xarici  İşlər  naziri 
Abdulla Gülün iştirakı ilə İstanbulda görüşü keçirildi.  
Avqust ayının 3-12-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni hərbi birləşmələrinin 
komanda qərargah təlimləri keçirildi. 
Avqust ayının 8-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni separatçıları tərəfindən 
«yerli özünüidarəetmə orqanları»na seçkilər keçirildi. 
Avqust  ayının  30-da  Azərbaycan  və  Ermənistan  Xarici  İşlər  nazirlərinin  ATƏT-in  Minsk  Qrupunun 
həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi. 
Sentyabr  ayının  15-da  Azərbaycan  və  Ermənistan  prezidentlərinin  Astana  şəhərində  MDB-nin  Sammiti 
çərçivəsində görüşü keçirildi.  
Oktyabr  ayının  14-də  Azərbaycan  BMT-nin  59-cu  sessiyasının  gündəliyinə  «Azərbaycanın işğal  olunmuş 
ərazilərində  vəziyyətə  dair»  məsələsinin  çıxarılması  ilə  bağlı  müraciət  edir.  Oktyabr  ayının  29-da  BMT  Baş 
Məclisi  müvafiq  məsələnin  sessiyanın  gündəliyinə  daxil  edilməsi  ilə  əlaqədar  qərar  qəbul  etmişdir.  Noyabr 
ayının  17-də  Avropa  Şurasının  Parlament  Assambleyasının  Siyasi  Komitəsinin  iclasında  britaniyalı  deputat 
Devid Atkinsonun Dağlıq Qarabağa dair məruzəsinin müzakirəsi keçirildi. 
Dekabr ayının 5-də Sofiya şəhərində Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərinin ATƏT-in Minsk 
Qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirildi. 
Dekabr  ayının  6  və  7-də  Bolqarıstanın  paytaxtı  Sofiya  şəhərində  ATƏT-in  Nazirlər  Şurasının 12-ci  iclası 
keçirildi.  İclasda  Nazirlər  Şurasının  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  bəyanatı  qəbul  olundu.  Bəyanatda 
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2004-cü ildə əldə olunmuş tərəqqi, xüsusən Azərbaycan 
və  Ermənistan  Prezidentlərinin,  həmçinin  iki  ölkənin  Xarici  İşlər  nazirlərinin  görüşləri  təqdir  olunur.  Dekabr 
ayının 9-da Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərinin Brüsseldə görüşü keçirildi. 
2005-ci  il  yanvar  ayının  11-də  Azərbaycan  Respublikası  və  Ermənistan  Respublikası  Xarici  İşlər 
nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
73 
Erməni təcavüzü: faktlar və rəqəmlər 
 
Ermənistan tərəfindən Azərbaycana elan olunan müharibəni 3 mərhələyə bölmək olar:  
-  Ermənistan  tərəfindən  müharibənin  ideoloji,  taktiki  və  strateji  planlaşdırma  mərhələsi,  əlverişli  mühitin 
formalaşması, həmçinin aparılacaq hərbi müdaxilə üçün maddi-maliyə hazırlığın görülməsi (1984-1988 illər)  
-  Erməni  silahlı  birləşmələrinin  öz  aqressiv  planlarının  həyata  keçirilməsi,  Ermənistanın  bütün  hərbi, 
iqtisadi  və  siyasi  potensialının  istifadəsi,  Azərbaycan  torpaqlarının  zorla  mənimsənilmə  mərhələsi  (1988-1994 
illər) 
-Ermənistan tərəfindən Azərbaycan torpaqlarının nəzarətdə saxlanılma mərhələsi. Bu dövrü səciyyələndirən 
əsas  xüsusiyyətlərindən biri  Ermənistanın  Azərbaycanın  bütün  diplomatik  cəhdlərini  qeyri-konstruktiv  yöndə 
istiqamətləndirilməsidir. 
Bu  münaqişənin  nəticəsində,  Ermənistanda  yerləşən  185  Azərbaycan  kəndindən  230000  çox 
həmvətənlərimiz qovulub, 31000 yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara qarət olunub. 225 nəfər 
öldürülüb,  1154  yaralanıb.  Xalqımızın  yüzlərlə  qəhrəman  övladları  işgəncələrə  məruz  qalmış,  gözləri 
çıxarmışdır. 
Ermənilərin müharibənin faşist metodları ilə aparılması nəticəsində Azərbaycanın 12 rayonu(təqribən20%), 
700  yaşayış  məntəqəsi  işğal  olunmuşdur, 24  min  azərbaycanlı  qətlə  yetirilib,  4  minə  qədər  dinc  əhali  əsir 
düşmüşdür.  Əsir  aparılanlardan  əksəriyyəti  uşaq,  qadın  və  qocalardan  ibarətdir.  İtkin  düşmüşlərin  sayı  4965 
nəfərə çatır. Onlardan 320 qadın, 69 isə uşaqdır. 783 nəfər əsir düşmüş insandan 43 qadın, 18 nəfəri isə uşaqdır. 
Erməni əsirliyindən qurtarılan 1325 nəfərdən 312 qadın, 125 isə uşaqdır. 
1994 ildən indiyədək Ermənistan ərazisində əsirlər üçün 6 düşərgə mövcuddur. 
Vardenis uşaq düşərgəsi (250 nəfər) 
Razdfan uşaq düşərgəsi (180 nəfər) 
Xankəndi uşaq düşərgəsi (180 nəfər)  
Geçaşen qadın düşərgəsi (320 nəfər) 
Cermuk qadın düşərgəsi (250 nəfər) 
Kəlbəcər qadın düşərgəsi (150 nəfər) 
1991  ilin  noyabr-dekabr  aylarında  Xocavənd  rayonu  (əhalisi  9874),  26  fevral  1992  il  -  Xocalı  rayonu 
(11356 nəfər), 8 may 1992 il - Şuşa rayonu (23156 nəfər). 18 may 1992 il - Laçın rayonu (61763  nəfər), 4 aprel 
1992 il  -  Kəlbəcər  rayonu (60698  nəfər). 23 iyul  1993  il  Ağdam  rayonu,  18  avqust  1993  il  -  Cəbrayıl  rayonu 
(57125  nəfər),  23avqust  1993  il  –  Füzuli  rayonu  (98600  nəfər),  31  avqust  1993  il  -  Qubadlı  rayonu  (əhalisi 
30678). 25 oktyabr 1993 - Zəngilan rayonu (əhalisi 34924). 
Ermənilər 870  yaşayış  məntəqəsini,  10 rayonu  yerlə yeksan  edib.  İşğalçılar  43666  inzibati  məntəqə.  1145 
məktəb müəssisə və uşaq bağçaları, 1831 kinoteatr, 982 kitabxana, 862 mədəniyyət evi, 695 məktəb, 700 qədər 
siyyə  ocağı,  22  muzey  və  1  ali  məktəb,  7  min  sənayə  və  tikinti  obyekti,  kolxoz  və  sovxozları,  9  min  kv.m 
yaşayış əraziləri tutulub. 
İşğal  olunan  torpaqlarda  erməni  ordusu  tərəfindən  tarixi  abidələr,  mədəni-mənəvi,  dini dəyəri  olan  yerlər 
dağıdılıb. 44 məbəd, 32 məscid, 22 kurqan-təpəlik, 8 körpü, 9 saray-hamam və karvan-saraylar, 2 heykəl, 4 qızıl 
yatağı, 2 qranit və 4 daş karxanası, 5 ayrı tikinti yatağı, 10 mineral və 2 dövlət qoruğu. Erməni okkupasiyası 
nəticəsində 808 mədəni mərkəz, 85 musiqi məktəbi, 4 şəkil qalereyası, 6 istirahət parkı, 4 teatr, 2 konsert binası, 
Şuşa  Dövlət  musiqili-dramatik,  Füzuli  Dövlət  dramatik,  Ağdam  Dövlət  dramatik  teatrların  avadanlıqları  və 
inventarları  işğalçıların  əllərinə  keçib.  Postsovet  məkanında  yeganə  olan  Ağdam  çörək  muzeyi  tamamilə 
dağıdılıb.  Kəlbəcər  tarix  diyarşünaslıq  muzeyinin  13  min,  Laçın  tarix  diyarşünaslıq  muzeyinin  isə  45  min 
qiymətli eksponatı oğurlanaraq Ermənistana aparılıb. 
Həmçinin  Şuşa  tarix  muzeyinin  (500  eksponat),  Azərbaycan  Dövlət  xalça  və  tətbiqi  xalq  incəsənəti  Şuşa 
filialı  Qarabağ  dövlət  tarix  muzeyinin  (1000  eksponat),  dahi  bəstəkar  Üzeyir  Hacıbəyovun  muzeyi  (300 
eksponat),  xanəndə  Bül-Bülün  (400  eksponat),  dahi  musiqiçi  və  rəssam  Mir  Mövsüm  Nəvvabın  muzeyindən 
(100  eksponat),  Ağdam  (2000  eksponat),  Qubadlı  (3000  eksponat)  və  Zəngilan  (6000  eksponat)diyarşünaslıq 
muzeyləri  dağıdılıb.  Ağdamda  Qurban  Pirimovun  xatirəsi  muzeyi,  Rahib  Məmmədov  adına  hərb  muzeyi. 
Cəbrayıl  və  Füzulidə  tarix-diyarşünaslıq  muzeyləri  eyni  aqibətlə  üzləşib.  Azərbaycan  mədəniyyətinin  dahi 
nümayəndələri Vaqif, Ü.Hacıbəyovun, Bül-Bülün abidələri məhv edilib. Düşmən əmək qəhrəmanı S.Vəzirovun 
və müharibə qəhrəmanı L.Vəzirovun muzeylərində dağıdıb. 982 kitabxana və 5.6 mln nüsxə kitab oğurlanıb və 
yandırılıb. 
Füzuli,  Şuşa  və  Ağdamda  20  qədər  müasir  tipli  mədəniyyət  evi  oğurlanıb.  Bu  şəhərlərin  mədəniyyət 
ocaqlarından hərəsi 1,5 ton olan 50 mln.manat məbləğində qiymətləndirilən 4 teatr çıl-çırağı məhv edilib. 
Mədəniyyət evlərindən və saraylardan 103,2 min kürsü, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 kinokamera, 
423 videomaqnitofon, 5920 milli kişi və qadın geyimləri, 40 səs ucaldıcısı, 718 televizor, 27 royal, 840 pianino, 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə